Dalga Televiziyasi Bakıda zibil qutusunda doğranmış qadın meyiti tapılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün496
DünənDünən4544
Bu həftəBu həftə21562
Bu ayBu ay21562
Bu günə qədərBu günə qədər8764848

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda zibil qutusunda doğranmış qadın meyiti tapılıb

Bakıda doğranmış qadın meyiti tapılıb.

APA-nın məlumatına görə, Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır.

Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Saytda Axtarış

Son xəbərlər