Dalga Televiziyasi Tbilisidə yanğın baş vermiş ticarət mərkəzində azərbaycanlılara məxsus obyektlər də var
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün623
DünənDünən6004
Bu həftəBu həftə31566
Bu ayBu ay37354
Bu günə qədərBu günə qədər8398985

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə yanğın baş vermiş ticarət mərkəzində azərbaycanlılara məxsus obyektlər də var

Ötən gecə Tbilisidə güclü yanğın baş vermiş "Terqi" ticarət mərkəzində bir neçə ticarət obyekti yerli azərbaycanlılara məxsusdur.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, Telavidən olan azərbaycanlılar mərkəzin aşağı mərtəbəsində göyərti və tərəvəz satışı ilə məşğul olurlar. Yanğın ticarət mərkəzinin yuxarı mərtəbələrində baş verdiyinə görə, aşağı mərtəbələrə ziyan dəyməyib.

Hadisə ilə əlaqədar ticarət mərkəzi və ona yaxın topdan və pərakəndə satış obyektləri bağlanıb. Azərbaycanlılar da daxil olmaqla, ticarət obyektlərinin sahibləri mərkəzə buraxılmırlar. Hazırda 20-yə yaxın yanğınsöndürmə maşını hadisə yerindədir. Ticarət mərkəzi polis əməkdaşları tərəfindən əhatəyə alınıb. İnsidentlə bağlı cinayət işi açılıb.


Qeyd edək ki, yanğın nəticəsində 3 min kv. metrə yaxın sahə yanıb. Xəsarət alan yoxdur. Yanğının səbəbi hələlik məlum deyil. 

Saytda Axtarış

Son xəbərlər