Dalga Televiziyasi Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 15 şagird, 2 müəllim xəsarət alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün171
DünənDünən6004
Bu həftəBu həftə31114
Bu ayBu ay36902
Bu günə qədərBu günə qədər8398533

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 15 şagird, 2 müəllim xəsarət alıb

Xəsarət alanlardan 5-nin durumu ağırdır

Yevlaxda məktəbliləri daşıyan mikro avtobus qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində baş verib.

Hadisə Aran -1 qəsəbə məktəbinin şagirdlərini sınaq imtahanına aparan mikroavtobus "QAZ-53" markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 15 şagir, 2 müəllim müxtəlif bədən xəsarəti alıblar.

Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, Əliyev Ədalət Əbülfət oğlu, Mehdiyeva Manana Firdovsu qızı, İlyasov Tavat Səyyaf qızı, Qoşqarlı Əntiqə Qardaşxan qızı və Əhmədov Rəvanın vəziyyəti ağır olaraq qalır.

Xəsarət alan məktəblilərin hamısı 2003-cü il təvəllüdlüdür.

Saytda Axtarış

Son xəbərlər