Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2538
DünənDünən6240
Bu həftəBu həftə27477
Bu ayBu ay33265
Bu günə qədərBu günə qədər8394896

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Soydaşlarımız Gürcüstanda qanvermə aksiyası keçirdi

Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyində qanvermə aksiyası keçirilib.

Səfirliyin binasında Xocalı faciəsini əks etdirən fotosərgi açılıb.

Aksiya Xocalı soyqırımının 26-cı ildönümümə həsr olunub.

 

Səhər saatlarından başlayaraq səfirliyin əməkdaşları, jurnalistlər, Tbilisidə yaşayan azərbaycanlılar, ictimaiyyət nümayəndələri könüllü olaraq səfirliyə gələrək qan veriblər. Aksiyada toplanan qan Gürcüstanın qan bankına verilib.

İsveçdə Azərbaycan-Türkiyə həmrəyliyi

İsveçin paytaxtı Stokholm şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı yürüş keçirilib.

Yürüşdə əlliyə yaxın insan iştirak edib.

Yürüşdə Azərbaycan və Türkiyə diasporunun nümayəndələri və media işçiləri iştirak ediblər.

https://youtu.be/DKgMHFE9D8g

Xocalı soyqırımında həlak olmuş uşaqların xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkilib

"Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Əvvəlcə 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib. Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Aksiya iştirakçıları müxtəlif dillərdə “Uşaqlar və müharibə” mövzusunda çıxış ediblər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və aksiya iştirakçıları Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı əkiblər. Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyaya Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun 120-yə yaxın iştirakçısı, o cümlədən ölkəmizdə təhsil alan və yaşayan xarici ölkə vətəndaşı olan uşaqlar qoşulub.

Qeyd edək ki, "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyasına Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır.

 

Ürəyi qoruyur, yuxusuzluğu aradan qaldırır... - ŞƏFALI MEYVƏDƏN YARARLANIN

Zəngin qida qaynağı olan kivi qüsursuz bir C vitaminidir. Həmçinin A, E, K vitaminləri, kalsium, maqnezium, mineral, fosfor və potasium baxımından da zəngindir.

Ailem.az kivinin saymaqla bitməyən faydalarını təqdim edir.

Öskürəyin  müalicəsinə kömək edir

Kivi öskürəyi yüngülləşdirir. Kividə olan C vitamini və antioksidantlar astma xəstəliyinin müalicəsində kömək olur, astma tutmalarını önləyir.

 

Həzmə kömək edir

Kivi, həzm üçün lazım olan liflərlə zəngindir. İçərisində "aktinidin" adlı enzim proteini parçalamağa yardımçı olur və bu da həzm müddətini sürətləndirir. Kivi, qıdalardaki bəzı proteinlerin xüsusilə qatıq, pendir, balıq və yumurta həzmində köməkçi olur. Proteinin həzminə kömək etməklə bərabər qəbzliyin qarşısını alır.

Qan şəkəri səviyyəsini tənzimləyir

Kivi diabetli şəxslər tərəfindən istifadə edilə bilər. Qlisemik indeksi 47-58 arasındadır. Buna görə qan şəkəri səviyyənizi yüksəltməz.

Qidalı liflərlə zəngin olan kivi xolesterolu da aşağı salır.

Kivi tərkibindəki təbii birləşmələr sayəsində yara sağaltma müddətini qısaldır.

Yuxu keyfiyyətini artırır

Yuxu problemi ilə üzləşənlər üçün kivi gözəl bir çözüm yolu ola bilər. Onun tərkibində yuxu pozuqluqlarında yararlı olan antioksidantlar və serotonin kimi tibbi baxımdan faydalı bir çox birləşmə var. Yatmazdan 1 saat öncə 2 kivi yeyin.

Ürək-damar sisteminin sağlığını dəstəkləyir

Kivi, C, E vitaminləri, polifenollarla zəngindir. Bütün bu maddələr ürək və damarların sağlamlığı üçün əhəmiyyətlidir.

Həmçinin kivi qanı duruldur və bununla da damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Kivi istifadəsi qanda triqliseridlərin səviyyəsini 15 faiz aşağı salır.

İmmuniteti gücləndirir

Kivi yüksək C vitamini tərkibi ilə immuniteti gücləndirir.

Zəngin bir antioksidant qaynağı olan kivi soyuqdəymə və qrip kimi xəstəliklərin görülmə sıxlığını və şiddətini azaldır.

Sızanaqların qarşısını alır

E vitamini ilə zəngin olan kivi sızanaq və yara izlərini azaltmağa kömək olur.

Kivi ilə üz maskasının hazırlanması:

Dərinizə püre halına gətirilmiş kivi sürtün və qurumasını gözləyin. Sızanaqlarınız yox olana qədər bunu gündə bir dəfə təkrar edə bilərsiniz.

Ayrıca, 1 kivi, 1 xörək qaşığı limon suyu və balı qarışdırıb üzünüzə vurun. 15 dəqiqə saxlayıb soyuq su ilə yuya bilərsiniz.

Qripp infarktın riskini 6 DƏFƏ ARTIRIR

Qripp infeksiyası, xüsusilə B tipi qripp virusu yaşlı insanlarda infarkt riskini 6 dəfə artırır.

Bunu Kanada alimləri araşdırma zamanı aşkar ediblər. Onların müşahidələrinə görə, qrippin ilk 1-ci həftəsi bu mənada xüsusilə təhlükəlidir. Ürək-damar sistemi xəstəlikləri, yüksək təzyiqdən əziyyət çəkən insanlar risk qrupundadır.

Araşdırma zamanı alimlər 20 000 insanın sağlamlıq haqqında məlumatlarını təhlil ediblər.

Bütün bunları nəzərə alaraq alimlər yaşlı insanlara qripp mövsümündən əvvəl qrippə qarşı peyvənd etməyi, qrippə şübhə yarandıqda dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.

 

Nəzərinizə çatdıraq ki, qripp infeksiyası kiçik yaşlı uşaqlar və yaşlı insanlar arasında daha tez-tez fəsadların inkişafına və ölüm hallarına səbəb olur.   

Bərdədə qatarla yük avtomobili toqquşdu

Bərdə rayonunun Gərənə kəndi ərazisində ağır-yol nəqliyyat hadisəsi baş verib.

 Yanacaq daşıyan teplovozla "Patron" günəbaxan tumu aparan "Hyundai" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tovuzda ər və arvadı öldürüb evlərini yandırdılar

Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.

Dalga tv xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. 

Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. 

Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.

 

Tbilisidə Sorosun müqəvvası yandırılıb

Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Açıq Cəmiyyət Fondunun ofisi qarşısında “Gürcüstan Marşı” hərəkatının bir qrup fəalı fondun təsisçisi Corc Sorosun müqəvvasını yandırıb.

"Xalqa eşq olsun, düşmənə ölüm" şüarları səsləndirən aksiya iştirakçıları fondun ofisinə “Rustaveli” metrostansiyasından yaxınlaşıb.

Marş iştirakçıları Soros Fondu və ölkə xaricindən maliyyələşən bütün qeyri-hökumət təşkilatlarının bağlanmasını tələb edib.

Bildiriblər ki, Soros Fonduna qarşı mübarizə aparmaqla, onlar Gürcüstan gənclərinin müdafiəsinə qalxır.

Limonlu çay səhhət üçün təhlükəlidir

Londonun Krallıq kollecinin mütəxəssisləri bildiriblər ki, limonla çay kimi turş içkilər və aromatlaşdırılmış sular diş emalı üçün zərərlidir.

Alimlərin sözlərinə görə, bu cür içkilər turşuluqdan dişlərin eroziyası riskini artırır. Həmçini bu “təhlükəli” siyahıya meyvə suları, dietik içkilər və bol şəkər tərkibli içkilər də daxil edilib.

Dişlərin orta və güclü eroziyasına gündə iki dəfə qida qəbulu zamanı limon dilimi ilə su içən insanlar daha çox meyillidir.

“Əgər nahar zamanı çərəz kimi alma yesəniz, çalışın axşam vaxtı turş heç nə qəbul etməyəsiniz. Əgər axşam  bir qədəh şərab içsəniz, o zaman səhər meyvəli çay içməyin”, deyə tədqiqatçılar xəbər verir.

Onların sözünə görə, özünü təhlükəsizləşdirmək üçün rasionda olan içki və çərəzləri tarazlaşdırmaq lazımdır.

Marneulidə bomba həyəcanı yaşanıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun mərkəzində axşam saatlarında bomba həyəcanı yaşanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun Rustaveli küçəsində şübhəli qara çanta böyük narahatlığa səbəb olub.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Qara çantaya keçirilən baxış zamanı orada ərzaq məhsulları aşkar olunub.

Çantanın olduğu yerdən Marneuli rayonunun kəndləri, Qırmızı körpü sərhəd-keçid məntəqəsinə və Bakıya avtobuslar yola düşür. Təşviş yaratmış çantanı Bakıya yola düşmüş sərnişinin unutduğu bildirilir.

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda müasir istixana açılıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Əzizkənd kəndində müasir istixana təsərrüfatı açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, "Hazır şitil" adlı təsərrüfat Avropa standartlarına cavab verir və yüksək texnologiyalarla təchiz olunub.

"Gürcüstanda istehsal et" dövlət proqamı və  "Vahid Aqrolayihə" çərçivəsində yaradılmış təsərrüfata 1,8 mln. dollardan çox investisiya yatırılıb. Məbləğin 442 min dollarını güzəştli kredit təşkil edir.

İldə 30 milyon şitilin istehsal olunacağı təsərrüfatda 30 nəfər işlə təmin olunub. İstixananın məhsulları yerli bazarda satışa çıxarılacaq.

İstixananın açılış mərasimində Kvemo Kartli bölgəsinin rəhbər şəxsləri, Marneuli rayonunun icra başçısı Temur Abazov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak edib.

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda qızılcaya yoluxma halları qeydə alınıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda qızılcaya yoluxma ilə bağlı 4 hal qeydə alınıb.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə rayonun İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Mərkəzindən bildirilib.
Qızılcaya yoluxanların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

 

Qeyd edək ki, 7 fevral tarixinə olan məlumata əsasən Gürcüstanda 130-dan çox insanda qızılcaya yoluxma halı qeydə alınıb. Onların 40%-ni 5 yaşına qədər olan uşaqlar, 50%-ni isə 30 yaşdan yuxarı olan şəxslər təşkil edir. Ötən həftə Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzi ölkədə qızılca epidemiyası təhlükəsinin olduğunu bildirib.

Saytda Axtarış

Son xəbərlər