Dalga Televiziyasi Ukrayna müxalifəti prezident Yanukoviçi xəyanətkar adlandırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4168
DünənDünən5773
Bu həftəBu həftə40884
Bu ayBu ay46672
Bu günə qədərBu günə qədər8408303

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ukrayna müxalifəti prezident Yanukoviçi xəyanətkar adlandırıb

altHəbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun liderlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının lideri Arseni Yasenyuk Ukrayna prezidenti Viktor Yanukoviçi və baş nazir Nikolay Azarovu dövlətə xəyanətdə ittiham edib.


APA-nın “Ukrainskaya pravda” saytına istinadən yaydığı xəbərə görə, müxalifət hökumətin Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina barədə qərarına sərt reaksiya verib.

A. Yasenyuk parlamentdəki çıxışında V. Yanukoviç və N. Azarovun noyabrın 21-də Ali Radaya gəlmələrini tələb edib: “İndicə Nazirlər Kabineti Ukraynanın avrointeqrasiya kursunun dayandırılması haqqında qanunsuz və Konstitusiyaya zidd qərar qəbul edib. Biz sabah səhər Azarovun və Yanukoviçin parlamentə gəlmələrini tələb edirik”.

“Batkivşina”nın tələbinə digər müxalifət fraksiyaları – “Svoboda” və UDAR da dəstək veriblər

Saytda Axtarış

Son xəbərlər