Dalga Televiziyasi AMEA prezidenti Belarusa dəvət edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3746
DünənDünən5773
Bu həftəBu həftə40462
Bu ayBu ay46250
Bu günə qədərBu günə qədər8407881

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


AMEA prezidenti Belarusa dəvət edilib

altAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakovla görüşüb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə AMEA prezidenti 2007-ci ildə hər iki ölkənin elmlər akademiyaları və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu ilə əməkdaşlıq haqqında sazişin imzalandığını xatırladıb. O bildirib ki, indiyədək birgə tədqiqatlar aparılıb, mühüm nəticələr əldə edilib və bu görüş tərəflər arasında əməkdaşlığın bundan sonra da uğurlu davamına və birgə elmi nəticələrə zəmin yaradacaq.

Akademik V.Qusakov bildirib ki, son illər əməkdaşlıq imkanlarının genişlənməsi nəzərə alınaraq müqavilənin yenidən işlənilməsinə ehtiyac duyulur. Bu məqsədlə rəsmi sənədin imzalanması təklif olunub. Qonaq elm və texnologiya sahəsində müştərək innovativ tədqiqatların inkişafı üçün digər təklifləri də formalaşdırmağın məqsədəuyğunluğunu əlavə edib.

Görüşdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycanın ikinci peykinin kosmosa çıxarılması üzərində iş getdiyini, gələcəkdə Belarus peykinin imkanlarından elmi istiqamətdə yararlanmaq fikrini ifadə edib.

AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev informasiya texnologiyaları sahəsində Belarusun böyük təcrübəsinə bələd olduğunu söyləyib. Belaruslu alimlərlə kosmik sahədə birgə elmi tədqiqatlar aparmaq üçün imkanlar müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə Azərbaycanda elmin inkişafı konsepsiyası və bu sahə üzrə prioritetlərdən danışıb. Sonda V.Qusakov əməkdaşlıq çərçivəsində AMEA rəhbərliyini Belarusa səfərə dəvət edib.

Saytda Axtarış

Son xəbərlər