Dalga Televiziyasi Antalyada DƏHŞƏTli ailə dramı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün749
DünənDünən5185
Bu həftəBu həftə749
Bu ayBu ay48438
Bu günə qədərBu günə qədər8410069

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Antalyada DƏHŞƏTli ailə dramı

alt

>Antalyanın Serik rayonunda 25 yaşlı fermer İdris Şentürk, boşanma iddiası qaldıran 20 yaşlı həyat yoldaşı Şeyma Şentürkü, qayınatası - 59 yaşlı Növzat Torbalı və 51 yaşlı qayınanası Cəmilə Torbalını ov tüfəngindən açdığı atəş nəticəsində qətlə yetirib.

 Antalya polisinin cinayətlə bağlı yaydığı açıqlamada bildirilir ki, hadisə səhərə yaxın Gebiz bələdiyyəsinə bağlı Kocamehmetler məhəlləsində baş verib. Belə ki, 5 ay əvvəl evlənən İdris Şentürk və Şeyma Şentürk yola getmədikləri üçün, Şeyda keçən cümə günü Serik məhkəməsinə gedərək boşanmaq üçün ərizə verib. Bundan xəbər tutan İdris məhkəmənin həyətində həyat yoldaşı və qayınanası ilə mübahisə edir və "Sizə bunun hesabını soruşacam" - deyə təhdid edir.

Yoldaşının boşanmaq qərarını qəbul edə bilməyən İdris, bu səhər saatlarında qaynatanın evinə gəlir və özü ilə gətirdiyi ov tüfəngi ilə əvvəlcə qayınatasını güllələyir. Sonra da güllə səsinə gələn qayınanası ilə həyat yoldaşını güllələyir. Hər üçü aldıqları ağır güllə yaralarından hadisə yerində keçinirlər.

Bundan sonra həyat yoldaşının yaxınlarına mobil telefonla, "Bu iş tamam oldu. Üçünü də öldürdüm. Gəlin, cənazələrinizi götürün" - mesaj atır. Sonra da Jandarm İdarəsinə zəng vuraraq cinayət törətdiyini deyir və hadisə yerindən qaçır.

Hadisə yerinə gələn jandarm idarəsinin əməkdaşları Torbalı ailəsinin cəsədləri ilə qarşılaşır. Respublika prokurorluğuu və jandarm ekspertlərinin araşdırmasından sonra cənazələr Serik Dövlət Xəstəxanasının morquna göndərildi.

Saytda Axtarış

Son xəbərlər