Dalga Televiziyasi Sabiq baş nazir partlayışda öldü
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün638
DünənDünən5185
Bu həftəBu həftə638
Bu ayBu ay48327
Bu günə qədərBu günə qədər8409958

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Sabiq baş nazir partlayışda öldü

alt

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Şəhərin biznes mərkəzində, hökumət binasından bir neçə yüz metr aralıda törədilmiş partlayış nəticəsində azı 5 nəfərin öldüyü, 70-dən çox adamın da yaralandığı bildirilir. 

Partlayış qurbanları arasında Livanın sabiq iqtisadiyyat naziri Məhəmməd Şəttah da var. Təhlükəsizlik qüvvələrinin verdiyi ilkin məlumatlara görə, partlayışın hədəfi məhz Məhəmməd Şəttahın hərəkət etdiyi avtomobil karvanı olub. Şəttah həmçinin müxalifətin nüfuzlu simalarından biri və sabiq baş nazir Səəd Həririnin yaxın tərəfdaşı olub. 

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və polis cəlb edilib. Partlayışın törədildiyi yerdən qalxan qara tüstü şəhərin əksər bölgələrindən görünür. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Saytda Axtarış

Son xəbərlər