Dalga Televiziyasi Gürcüstanın baş prokuroru istefa verib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün556
DünənDünən5185
Bu həftəBu həftə556
Bu ayBu ay48245
Bu günə qədərBu günə qədər8409876

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın baş prokuroru istefa verib

altGürcüstanın baş prokuroru Otar Partsxaladze istefa verib.

APA-nın “Georgiya Online” saytına istinadən verdiyi xəbərə görə, baş nazir İrakli Qaribaşvili bu gün baş prokurorun istefasını qəbul edib.  

  

“Baş prokuror Otar Partsxaladzenin tutduğu vəzifədən istefaya getmək qərarı düzgün və təqdirəlayiq addımdır”, deyə baş nazir qeyd edib.

Otar Partsxaladze bəyanatında Baş prokurorluğun hazırda icraatında olan işlərin legitimliyini şübhə altına qoymaq istəmədiyini bildirib.

“İctimai rəyə hörmətlə yanaşaraq Baş prokuror vəzifəsindən istefaya getməyi özümə borc bilirəm”, deyə Partsxaladze bildirib.    

Xatırladaq ki, Tiflis meri Qiqi Uqulava bundan əvvəl yaydığı bəyanatda Baş prokuror Otar Partsxaladzenin Almaniyada qarət ittihamı  məhkum olunduğunu bildirib.  Baş prokurorun məhkumluğunu baş nazir İrakli Qaribaşvili də təsdiqləyib.  

Saytda Axtarış

Son xəbərlər