Dalga Televiziyasi Qarlı-şaxtalı hava Gürcüstanın bir sıra yollarında nəqliyyatın hərəkətini məhdudlaşdırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün588
DünənDünən5185
Bu həftəBu həftə588
Bu ayBu ay48277
Bu günə qədərBu günə qədər8409908

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qarlı-şaxtalı hava Gürcüstanın bir sıra yollarında nəqliyyatın hərəkətini məhdudlaşdırıb

alt

Qarlı-şaxtalı hava şəraiti səbəbindən Gürcüstanın avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bunu Trend-ə Gürcüstan İqtisadiyyat Nazirliyinin Avtomobil yolları departamentindən bildiriblər.

Məlumata görə, Vaziani-Qombori-Telavi şosesinin Sasadilo-Telavi sahəsində qoşqulu nəqliyyat vasitələri və 30-dan artıq sərnişin tutumu olan avtobusların hərəkəti məhdudlaşdırılıb.

Departamentdən deyiblər ki, Vaziani-Şuamta şosesi sahəsində yalnız xüsusi sürüşmə əleyhinə zəncirlərdən istifadə etməklə nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Zuqdidi-Cvari-Mestiya-Lasdili şosesinin Laxamula-Kala sahəsində də qoşqulu nəqliyyat vastələrinin və 30-dan artıq sərnişin tutumu olan avtobusların hərəkəti məhdudlaşdırılıb.

Bununla belə, Mestiya-Kala sahəsində sürüşmə əleyhinə zəncirlərdən istifadə etməklə hərəkətə icazə verilir.

Departamentdən bildiriblər ki, Qudauri-Kobi sahəsində avtomobillərin hərəkəti qar uçqunundan qorunmaq üçün tikilmiş xüsusi tunellər vasitəsilə həyata keçirilir. Bununla belə, tunellərdə yalnız qoşqulu nəqliyyat vasitələri və avtobusların birtərəfli hərəkətinə icazə verilir.

Saytda Axtarış

Son xəbərlər