Dalga Televiziyasi PKK İran sərhədində gömrük postu qurub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1128
DünənDünən5773
Bu həftəBu həftə37844
Bu ayBu ay43632
Bu günə qədərBu günə qədər8405263

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


PKK İran sərhədində gömrük postu qurub

altTERROR TƏŞKİLATININ QAZANC MƏNBƏLƏRİ...

Türkiyənin Polis Akademiyasının nəzdində fəaliyyət göstərən Beynəlxalq Terrorizim və Sərəhdləri Aşan Cinayətlər Araşdırma Mərkəzi qaçaqçılıq və terrorla bağlı hesabat hazırlayıb. Hesabatda PKK terror təşkilatının da hazırkı maliyyə faəliyyətinə geniş yer verilib.

Terrorçuların Suriya və Quzey İraqda Türkiyə sərhədinə yaxın ərazidə “gömrük qapıları” açdığını vurğulayan hesabat müəllifləri qeyd edib ki, hətta burada qanuni yolla yük daşıyan maşınlardan da haqq alınır. Terror təşkilatı hər gömrükdən ildə 3 milyon avro qazanır.

Hesabatda PKK-nın sərhəddəki “gömrük qapıların”nın siyahısı da verilib:

- İran sərhədindəki gömrük nöqtəsində 45 nəfərdən ibarət və “Şəhidan taburu” adlanan silahlı şəxslər qaçaqçılardan xərac toplayır.

- Bu nöqtələrdən keçən malın dəyərinin 10 faizi vergi adı altında alınır. Günlük orta hesabla 3-5 min dollar vəsait toplanır.

- İraq tərəfindəki Haftanin, Derari, Ore, Hakurk, Nazdur bölgələrində, İran torpaqlarında isə Şehidan, Tise, Harçini, Erbila, Urmiyə və Makü bölgələrində PKK-nın yaratdığı “gömrük nöqtələri” var.

- Keleşin, Zele, Dole Tue, Kuzine bölgələrində də belə gömrük nöqtələri fəaliyyətdədir. Bu gömrük nöqtələrinin hər birindən ildə 3 milyon avro gəlir əldə edilir.

Hesabata əsasən “vergi” alınan qaçaqmalçılara qırmızı rəngli və möhürlü sənədlər təqdim edilir. Bu sənədlərin üzərində “Dostun gömrüyünü aldıq” deyə qeyd olunur.

Saytda Axtarış

Son xəbərlər