Dalga Televiziyasi Amerikalı senator Obamanı məhkəməyə verib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün600
DünənDünən5185
Bu həftəBu həftə600
Bu ayBu ay48289
Bu günə qədərBu günə qədər8409920

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Amerikalı senator Obamanı məhkəməyə verib

altSenator Rend Pol ABŞ Prezidenti Barak Obamanı vətəndaşların telefon zəngləri haqqında məlumatın toplanması zamanı qanun pozuntularına görə ittiham edərək məhkəməyə verib. Cavabdehlər kimi iddiada ABŞ milli kəşfiyyatının rəhbəri Ceyms Klepper, eləcə də Milli Təhlükəsizlik Agentliyinin direktoru Keyt Aleksanderi və FTB-nin rəhbəri Komi Ceymsin adları da yer alıb.

Dalgatv Trend-ə istinadən verdiyi xəbərə görə, iddiada göstərilir ki, "2006-cı ildən qüvvədən olan telekommunikasiya şirkətlərinin müştərilərinin şəxsi məlumatlarının toplanması haqqında proqram ABŞ Konstitutsiyasına dördüncü düzəlişi pozur".

Rend Pol bəyan edib: "Bu işin ABŞ Ali Məhkəməsinə qədər gedib çıxacağını gözləyirəm və qabaqcadan deyirəm ki, Amerika xalqı qalib gələcək".

Şikayətçinin iddiasına görə, onun əsas məqsədlərindən biri ABŞ-ın ali məhkəmə instansiyası tərəfindən dördüncü düzəlişin mənasının müasir izahının verilməsidir. Senator əmindir ki, "nəticədə Ali məhkəmə dördüncü düzəlişin nə demək olduğunu müəyyən edəcək".

Saytda Axtarış

Son xəbərlər