Dalga Televiziyasi Batumidə iqtisadi görüş
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1920
DünənDünən5185
Bu həftəBu həftə1920
Bu ayBu ay49609
Bu günə qədərBu günə qədər8411240

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Batumidə iqtisadi görüş

altBatumidə keçirilən 4-cü Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən ANS PRESS-ə bildirilib ki, görüşdə ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi münasibətlərimizin genişləndiyi, strateji tərəfdaş olan Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə regionda irimiqyaslı layihələrin uğurla həyata keçirildiyi bildirilib. Bununla belə, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Batumidə reallaşdırılan tədbirlərin əlaqələrimizin genişləndirilmsində əhəmiyyətli olacağı qeyd olunub.

Şahin Mustafayev gürcüstanlı həmkarı Giorgi Kvirikaşvili ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, nəqliyyat, energetika, turizm, İKT, kənd təsərrüfatı, investisiya sahələrində əməkdaşlıq, Azərbaycanda yaradılan sənaye parklarında Gürcüstan şirkətlərinin iştirakı və digər məsələlərə dair müzakirələr aparılıb.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında keçirilmiş görüşdə isə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli formatda biznes forumların və görüşlərin strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın göstəricisi olduğu vurğulanıb.

Görüşdə aqroparkların yaradılması sahəsində əməkdaşlıq, ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına türkiyəli investorların cəlb edilməsi, üçüncü ölkələrdə birgə müəssisələrin yaradılması imkanları, iki ölkə arasında və regional miqyasda ikitərəfli və tranzit yükdaşımalarının genişləndirilməsi, tekstil, turizm, maliyyə və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Sonra isə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili və Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci arasında görüş keçirilib. Görüşdə Gürcüstan-Türkiyə iqtisadi əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılıb.

Saytda Axtarış

Son xəbərlər