Dalga Televiziyasi Türkiyədə polisə növbəti hücum olub, yaralananlar var
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4088
DünənDünən6491
Bu həftəBu həftə10580
Bu ayBu ay26939
Bu günə qədərBu günə qədər8636729

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə polisə növbəti hücum olub, yaralananlar var

Türkiyənin Osmaniyə, Qaziantep və Van şəhərlərində polis PKK terrorçularının hücumuna məruz qalıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Osmaniyə şəhərində terrorçular patrul vəzifəsi icra edən xüsusi hərəkat polislərinə hücum ediblər.


Ölən və yaralananların olmadığı hadisənin ardından qısa müddətli qarşıdurma yaşanıb. Bölgəyə dəstək üçün hərbçilər göndərilib və əməliyyat başlayıb.

Eyni zamanda PKK terrorçuları Qaziantep şəhərində polis bölməsini atəşə tutublar. Bölmənin yaxınlığında terrorçulara məxsus avtomobildə silah-sursat aşkar edilib. Hazırda hücumu törətməkdə şübhəli bilinən 3 nəfərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Vanda isə polis avtomobilinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Hücumu törədən PKK silahlılarının tapılması üçün genişmiqyaslı əməliyyat hazırlanıb.

Saytda Axtarış

Son xəbərlər