Dalga Televiziyasi Bakıda təhsil alan prezident öz ölkəsində islam dinini qadağan etdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3490
DünənDünən5185
Bu həftəBu həftə3490
Bu ayBu ay51179
Bu günə qədərBu günə qədər8412810

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda təhsil alan prezident öz ölkəsində islam dinini qadağan etdi

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Bütün məscidlər bağlanacaq.


"DalğaTV" xəbər verir ki, Anqola höküməti ölkədə rəsmi olaraq islam dinini qadağan edib. Bununla da Anqola Respublikası dünyada məscidlərin olmayacağı yeganə dövlət olacaq.
Ölkə prezidenti Joze Eduardu duş Santuş vəziyyəti belə şərh edib:
“Bu islamın ölkəmizə göstərdiyi təsirinə son qoyacaq”.
Mədəniyyət naziri Roza Kruz e Silva isə bildirib ki, respublikada islamın rəsmiləşdirilməsi prosesi Ədalət və İnsan Haqları nazirliyi tərəfindən təsdiq edilməyib, və ölkədəki bütün məscidlər növbəti sərəncama qədər bağlanacaq.
Nazir qeyd edib ki, islam dininin qadağan edilməsi, onun Anqola xalqının mədəniyyətinə və dəyərlərinə zidd olmasıdır.
Anqolanın 16 milyonluq əhalisinin əksəriyyəti xristian dininə ibadət edir.
ABŞ Dövlət Departamentinin məlumatlarına əsasən bu ölkədə təxminən 90.000 müsəlman yaşayır və onların əksəriyyəti Qərbi Afrika və Livandan gələn miqrantlardır.
Qeyd edək ki, Anqola prezidenti Joze Eduardu duş Santuş 1963-1969-cu illərdə Bakıda Azərbaycan Neft və Kimya institutunda təhsil alıb.

Saytda Axtarış

Son xəbərlər