Dalga Televiziyasi Rusiya İŞİD-i bombalamağa hazırdır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3301
DünənDünən5185
Bu həftəBu həftə3301
Bu ayBu ay50990
Bu günə qədərBu günə qədər8412621

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiya İŞİD-i bombalamağa hazırdır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Moskva, prezident Bəşər Əsədin ordusuna dəstək və İslam dövlətinin, eləcə də digər qruplaşmaların hücumunun qarşısını almaq üçün istənilən an Suriyaya aviazərbələr endirməyə hazırdır.


Bu barədə Amerika kəşfiyyatına istinadən Los Angeles Times yazıb.

Aviazərbələrin endirilməsinə 28 qırıcı və hücum təyyarəsi cəlb edilə bilər, onlar Suriyanın Latakiya əyalətinə gizli olaraq ötürülüb, nəşr iddia edir.

Kəşfiyyatın məlumatına əsasən, Suriyaya 12 qırıcı-bombardmançı Su-24, eyni sayda Su-25 hücum və dörd Su-30 qırıcı təyyarə aparılıb.

Vaşinqtondakı mənbələr bildirib ki, təyyarələr Suriyaya yerləşdiyi məkanı təyinetmə cihazı - transporderləri söndürülmüş halda gətirilib.

Los Angeles Times yazır ki, təyyarələr Suriyaya Rusiyanın, İran və İraq üzərində kommersiya hava dəhlizindən istifadə edən nəqliyyat təyyarələri An-124-ün müşayiəti ilə gətirilib.

Reaktiv təyyarələr istənilən an aviazərbə endirməyə hazırdırlar, hal-hazırda bunun üçün heç bir maneə yoxdur”, - Amerika kəşfiyyatına yaxın mənbə bildirib.

Saytda Axtarış

Son xəbərlər