Dalga Televiziyasi Sabah Tiflisdə Çindən gələn ilk tranzit yük qatarının qarşılanması mərasimi keçiriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4452
DünənDünən5185
Bu həftəBu həftə4452
Bu ayBu ay52141
Bu günə qədərBu günə qədər8413772

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Sabah Tiflisdə Çindən gələn ilk tranzit yük qatarının qarşılanması mərasimi keçiriləcək

Sabah Tiflisdə Çindən gələn ilk tranzit yük qatarının qarşılanması mərasimi keçiriləcək. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, qatarı Tiflis dəmiryolunda Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Çinin Gürcüstandakı səfiri və "Gürcüstan Dəmir Yolları" idarəsinin baş direktoru qarşılayacaqlar. Sonra "İpək dəmiryolu" layihəsinin açılışı olacaq. Çinin Lyunyunqan limanından gələn qatar Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə yola düşəcək.

"Bu qatar "İpək Yolu" çərçivəsində ilk tranzit qatarıdır. Bu qatar qısa vaxt ərzində Asiya ilə Avropanı birləşdirəcək. Çinin şərq tərəfindən göndərilən yük 14-15 günə İstanbula çatacaq, dəniz yolu İstanbula getmək 40-45 gün çəkir. İlin sonunadək Tiflis daha bir tranzit yük qatarını qəbul edəcək və 2016-cı ildə layihə çərçivəsində əlavə olaraq bir neçə min konteyner daşınması planlaşdırılır. Bu layihə Gürcüstanın tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək", deyə Gürcüstan hökumətinin məlumatında bildirilib.

Məlumata görə, ilk tranzit qatar 21 yük vaqonundan ibarətdir.

Saytda Axtarış

Son xəbərlər