Dalga Televiziyasi Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün538
DünənDünən4783
Bu həftəBu həftə5321
Bu ayBu ay53010
Bu günə qədərBu günə qədər8414641

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstana səfər edənlər arasında azərbaycanlı turistlər liderliyi əldən vermir

Bu ilin 9 ayı ərzində Gürcüstana səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,5% artaraq 2 156 731 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, sentyabr ayında ölkəni 631 302 nəfər xarici vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 11% çoxdur. Bunlardan 304 814 nəfəri turistdir. Beləliklə, ötən ilin sentyabr ayı ilə müqayisədə ötən ay turist qismində Gürcüstana səfər edənlərin sayı 34,2% artıb.
 

Azərbaycan Gürcüstana səfər edən turistlərin sayı baxımından liderliyini qorumağı bacarıb. Sentyabr qonşu ölkəyə 130 851 nəfər Azərbaycan vətəndaşı səfər edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 7,6% çoxdur. İkinci yerdə Ermənistan (130 815 min nəfər, +4,2%) qərarlaşıb. İlk üçlüyü Rusiya (119 096 min nəfər, +31,3%) qapayır.

Saytda Axtarış

Son xəbərlər