Dalga Televiziyasi Əfqanıstan prezidenti “Əfqan qızı” ölkəsində şəxsən qarşılayacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün536
DünənDünən4783
Bu həftəBu həftə5319
Bu ayBu ay53008
Bu günə qədərBu günə qədər8414639

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əfqanıstan prezidenti “Əfqan qızı” ölkəsində şəxsən qarşılayacaq

Pakistan “National Geographic” jurnalının üz qabığında fotosu dərc edilən “Əfqan qızı” Şərbət Qulunu noyabrın 7-də deportasiya edəcək.

“Report” BBC-yə istinadən xəbər verir ki, Ş.Qulu saxta sənədlə Pakistan ərazisində qaldığı üçün 15 sutka həbsdə saxlanılıb, 1 100 dollar məbləğində cərimələnib.

Əfqanıstan hakimiyyəti bildirib ki, ölkə prezidenti Əşrəf Qəni Əhmədzay onu şəxsən qarşılayacaq.

Məlumata görə, 40 yaşlı Şərbət Qulu noyabrın 3-dən xəstəxanada Hepatit C virusundan müalicə olunur.

Qeyd edək ki, Ş.Qulu fotosu 1985-ci ildə "National Geographic" jurnalının üz qabığında dərc edildikdən sonra məşhurlaşıb. Həmin fotonun müəllifi jurnalist Stiv Makkaridir. Şəkil Əfqanıstanda qaçqın düşərgəsində çəkilib və jurnalda "Əfqan qız" adı ilə dərc edilib. Fotonun müəllifi amerikalı fotoreportyor Stiv Makkaridir. 

Saytda Axtarış

Son xəbərlər