Dalga Televiziyasi Berlində terror törədənin başına 100 min avro pul qoyuldu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün196
DünənDünən5185
Bu həftəBu həftə196
Bu ayBu ay47885
Bu günə qədərBu günə qədər8409516

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Berlində terror törədənin başına 100 min avro pul qoyuldu

Almaniya prokurorluğu Berlində törrər törətməkdə şübhəli bilinən tunisli Anis Amrinin yeri barədə məlumat verənin 100 min avro mükafatlandırılcağını elan edib.

Modern.az xarici mediaya istinadən bildirir ki, onun Almaniyada axtarşı başlayıb. Onun axtarşı həm də Avropol – ümumavropa polis strukturu xəttilə təşkil olunub.

Almaniya hakimiyyətinin sorğusu ilə Amrinin Tunisdəki qohumları dindiriliblər. Atası bəyan edib ki, oğlu ilə 7 il əvvəl əlaqəni itirib.

Amri 1992-ci ildə Tunisdə anadan olub. Almaniyaya 2015-ci ildə gəlib. Bu ilin fevralında hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb.

Xüsusi xidmət onun İraq-Şam İslam Dövləti (İŞİD) beynəlxalq terror qruplaşması ilə əlaqəsindən şübhələnib. 24 yaşlı gənclə bağlı daimi nəzarət tətbiq etmək təklif edilib.

Dekabrın 19-da Almaniyanın Berlin şəhərində bir yük avtomobili Milad bazarına gedənlərin üzərinə sürülüb. Nəticədə 12 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu qanlı hadisəyə Tunis əsilli 24 yaşlı Anis Amrinin səbəbkar olduğu müəyyənləşdirilib.

Saytda Axtarış

Son xəbərlər