Dalga Televiziyasi 37 il boyunca “yaşamadığı” ölüncə ortaya çıxdı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4306
DünənDünən5773
Bu həftəBu həftə41022
Bu ayBu ay46810
Bu günə qədərBu günə qədər8408441

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


37 il boyunca “yaşamadığı” ölüncə ortaya çıxdı

Türkiyənin Adana şəhərində 37 yaşında infarktdan çatdırıldığı xəstəxanada həyatını itirən və heç bir yerdə qeydiyyatda olmayan vətəndaşın cənazəsi şəxsiyyət vəsiqəsi olmadığı üçün ailəsinə təhvil verilməyib.

Dalga tv-nin məlumatına əsasən, bu barədə Milli.Az Haberler-ə istinadən xəbər verir. 

Levent Akrep adlı şəxsin bu günə qədər heç zaman vəsiqəsi olmadığı üçün 6 gündür cənazəsi morqda saxlanılır.

Ali Akrep və Perihan Akrep dini nikahla evləniblər. Cütlüyün 9 uşağı olur. 22 ildən sonra cütlük rəsmi nikaha daxil olaraq uşaqlarına da şəxsiyyət vəsiqələri alıblar. Ancaq 9 uşaqdan Leventin şəxsiyyət vəsiqəsini almırlar. Aradan keçən müddət ərzində, valideyinləri ölüncə Levent Akrepin vəsiqə almağı üçün önə düşəcək heç kimi qalmır. Levent Akrep rəsmi olaraq yaşamırdı, bu səbəblə nə məktəbə nə də əsgərliyə gedib. Ancaq 29 iyul günü qəfil səhhəti pisləşib, Adana Nümunə Təhsil və Araşdırma Xəstəxanasının Seyhan Tətbiq Mərkəzinə çatdırılıb. Təcili yardımla xəstəxanaya gətirilən Leventdən səlahiyətlilər şəxsiyyət vəsiqəsi istəyiblər. Yaxınları gətirəcəklərini deyib. Xəstə təcili müayinə altına götürülməli olduğu üçün həkimlər xəstəni qəbul edib. Ancaq 30 iyul günü Levent Akrep müalicə gördüyü xəstəxanada dünyasını dəyişib. 

Leventin yaxınları cənazəni almaq istədiklərində xəstəxana səlahiyyətliləri ölüm hesabatını hazırlamaq üçün ailədən mərhumun şəxsiyyət vəsiqəsini istəyib.

Çarəsiz ailə çıxılmaz vəziyyətdə günlərdir xəstəxana önündə gözyaşı tökür.

Saytda Axtarış

Son xəbərlər