Dalga Televiziyasi Kataloniya müstəqilliyini elan edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2859
DünənDünən5773
Bu həftəBu həftə39575
Bu ayBu ay45363
Bu günə qədərBu günə qədər8406994

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kataloniya müstəqilliyini elan edib

Bu gün Kataloniya parlamentində regionun İspaniyadan ayrılaraq, müstəqillik elan edilməsi barədə Bəyannamə müzakirə olunub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya parlamentinin səbri Karme Forkadel bildirib. Kataloniya parlamenti səs çoxluğu ilə müstəqilik haqqında Bəyannaməni qəbul edib.

Deputatlardan 72-si Müstəqillik Bəyannaməsinin lehinə, 10-u əleyhinə səs verib, 2 nəfər səsvermədə iştirak etməyib.  

Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib. 

Qeyd edək ki, İspaniya baş naziri Mariano Rajoy səsvermədən əvvəl İspaniya senatından Madrid Karles Puçdemonu vəzifəsindən uzaqlaşdırmaq üçün səlahiyyət verilməsini istəmişdi.

Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya Muxtar Vilayətində bölgənin müstəqilliyi haqqında qalmaqallı referendum keçirilib və səsverməyə qatılanların əksəriyyəti müstəqilliyin tərəfdarı olduğunu bəyan edib.

İspaniya Nazirlər Kabinetinin oktyabrın 21-də keçirilən təcili iclasında Kataloniya ilə bağlı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq qərara alınıb. Bu maddə Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutur. 

Saytda Axtarış

Son xəbərlər