Dalga Televiziyasi Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1603
DünənDünən3543
Bu həftəBu həftə18403
Bu ayBu ay66092
Bu günə qədərBu günə qədər8427723

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatıb

Noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu rəqəmi prokurorluq açıqlayıb.

Xatırladaq ki, hadisə Sinay yarımadasının şimalındakı Ariş şəhərinin Abed qəsəbəsində baş verib. Cümə namazı zamanı 25-30 terrorçu məscidə gəlib. Onlar əvvəlcə partlayış törədərək daha sonra insanları atəşə tutublar. Ölənlərdən 27-si uşaqdır. 

Terroru Sinay yarımadasında fəaliyyət göstərən İŞİD-ə bağlı qrupların törətdiyi güman olunur. Onların dəfələrlə yerli sufi icmasını hədələdikləri bildirilir.

Misirdə 3 günlük matəm elan olunub.

Saytda Axtarış

Son xəbərlər