Dalga Televiziyasi Türkiyə ordusunun yaxın günlərdə Suriyanın hansı bölgəsində əməliyyat aparacağı açıqlanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3112
DünənDünən4544
Bu həftəBu həftə24178
Bu ayBu ay24178
Bu günə qədərBu günə qədər8767464

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyə ordusunun yaxın günlərdə Suriyanın hansı bölgəsində əməliyyat aparacağı açıqlanıb

Türkiyə ordusu yaxın günlərdə Suriyanın Afrin bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edilməsi əməliyyatına başlayacaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Tokat rayonunda AKP-nin rayon təşkilatının konfransında bəyan edib.  

R. T. Ərdoğan deyib ki, Türkiyə ordusunun Afrin əməliyyatı zamanı ABŞ və digər müttəfiqlərdən özlərini müttəfiq kimi aparmasını gözləyir: "Biz bölgədə ABŞ-la birlikdə hərəkət edə biləcəyimizi düşünürük. Biz onlardan Türkiyənin qanuni səylərinə dəstək verməyi gözləyirik. Afrin əməliyyatı zamanı onların bölgədəki hərbi qüvvələrinin terrorçularla eyni sırada yer almayacağına ümid edirik. Afrin əməliyyatının da "Fərat qalxanı" əməliyyatı kimi zəfərlə yekunlaşacağına inanıram".  

Saytda Axtarış

Son xəbərlər