Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3585
DünənDünən5185
Bu həftəBu həftə3585
Bu ayBu ay51274
Bu günə qədərBu günə qədər8412905

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Müəllimlərin maaşı 600-700 lari olacaq

Gürcüstanın baş naziri İrakli Garibaşvilinin bəyanatına əsasən müəllimlərin maaşı 2016-cı ildən yenə artacaq.

Hökumətin növbəti iclasında İrakli Garibaşvilinin bildirdiyinə görə, 2015-ci ilin aprel ayında maaş artımının birinci mərhələsi başladı və müəllimlərin maaşı 405 lari oldu. Hökumət başçısı bildirdi ki, 20016-cı ilin aprel ayı üçün müəllimlərin orta maaşı 600-700 lari olacaq.

"Dalğa TV" xəbər verir ki , Baş nazir elm işçilərinin maaşları haqqında da danışdı. Garibişvilinin bildirdiyinə əsasən onların hakimiyyətə gəlməsindən sonra elm işçilərinin maaşı hiss ediləcək dərəcədə artdı və bu gün orta tədqiqat müəssisəsinin elmi işçisinin maaşı 600-700 larini təşkil edir.

Bununla yanaşı, hökumət iclasında təhsil naziri Tamar Sanikidze qeyd etdi ki, təhsilə ayrılan büdcə 3 dəfə artıb. Elə onun bəyanatına əsasən, 2017-ci ildə müəllimlərin maaşları yenə artacaq.

Metroda nəzarət gücləndirildi - Nardaran hadisələrindən sonra

Bakı Metropolitenində mühafizə və təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumata görə, metropolitenin stansiyalarının girişlərində sərnişlərə nəzarət intensivləşib.

Nardaran sakinləri etiraza hazırlaşır - Barrikadalar qurulur (Fotolar)

Nardaranda baş verən silahlı insidentdən sonra qəsəbə sakinləri "İmam Hüseyn" meydanına toplaşıblar.

Onlar özləri ilə daşlar, dəmir parçaları gətiriblər.

Nardaran sakinlərindən birinin verdiyi məlumata görə, evdə dəmir səsindən oturmaq olmur. Qadınlar əllərinə aldıqları "lom"larla qaz borularını döyəcləyirlər.

Qeyd edək ki, Bu gün saat 13:00 radələrində Bakıda xüsusi əməliyyat keçirilib.

Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

Hadisədən sonra çəkilmiş fotoları təqdim edirik:

 

Nardaranda atışma - Ölən və yaralananlar var (Video + Yenilənib)

Bakıda silahlı insident qeydə alınıb.

"Dalğa TV" aznews.az-a istinadən xəbər verir ki, insident Sabunçu rayonunun Nardaran qəsəbəsində qeydə alınıb. Hadisə Nardaranda Rəhimə xanım ziyarətgahı yaxınlığında baş verib.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar Sabunçu rayon 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Hazırda xəstaxana qarşısına xeyli insan toplaşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs
qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13.00 radələrində qeydə alınıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. .

Onu da bildirək ki, hadisə ilə bağlı rəsmi qurumlardan açıqlama almaq mümkün olmayıb.

(14:15)
***

Bakıda xüsusi əməliyyat keçirilib.

APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.

(14:33)
***

Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, 2 nəfər ölüb.

14:35
***

Ölən və yaralananlar arasında polis əməkdaşlarının da olduğu bildirilir.

15:05
***

Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində iki polis əməkdaşının həlak olduğu bildirilir.

APA-nın məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.

Atışma zamanı daha bir neçə nəfər isə yaralanıb.

Onların arasında polis əməkdaşları da var.

 

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Müqəddəs kitabda cinayət törətmək yazılmayıb”

Bu gün Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov və GMİ-nin nümayəndəsi Firdovsi Qasımov "Qafqazda terrorizm təhlükəsi" mövzusunda mətbuat konfransı keçiriblər.

"Dalğa TV"nin xəbərinə görə, Hacı Ramin son vaxtlar İslam adı altında törədilən terror hadisələrindən danışıb. O bildirib ki, terrorçular öz siyasi məqsədlərinə çatmaq üçün İslam adından istifadə edirlər: "Müqəddəs kitabda cinayət törətmək yazılmayıb. Əvvəllər belə cinayətlər olmayıb, yalnız son on illərdə belə hadisələr baş verir. Biz dünyanı sülhə, birliyə, dostluğa və sevgiyə çağırırıq".

F. Qasımov isə İslamın terror dini olmadığını vurğulayıb: "Terrorçular "cihad" kəlməsini işlədirlər, lakin cihad ailə və vətəni müdafiə etmək deməkdir. Bu, silahsız insanlara hücum deyil. Vətəndaşlar və media nümayəndələri bu sözlərə diqqət etməlidir".

Vüsal Şilderin anasından prezidentə - Müraciət

MTN ətrafında yaşanan tükürpədici cinayət olaylarından xəbər tutan daha bir terror qurbanı olan və hal - hazırda Almaniyada yaşayan Mətanət Şilder prezident İlham Əliyevə Açıq Məktub ünvanlayıb.

"Dalğa TV" Moderator.az-a göndərilən həmin məktubu və Şilderin qətli ilə bağlı olayın qısa xatırlatmasını təqdim edir:

Xatırladaq ki, Mətanət Şilderin adı 2013-cü ilin mayın 2 - də övladı Vüsalın qətlə yetirilməsindən sonra mətbuatın gündəmindən düşmürdü və Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilderin qətlində prezidentin köməkçisi Taryel Ağayevin Xəyal adlı kürəkəninin adının hallanması cəmiyyətin bu cinayət işinə marağını birə beş artırmışdı. Mətanət Şilderin vəkili tanınmış hüquqşünas Aslan İsmayılovun məhkəmə proseslərindəki ifşaedici çıxışları belə, cinayətin bütün iştirakçılarının tapılaraq ifşa edilməsinə gətirib çıxarmadı. Əksinə, Aslan İsmayılovun özünü ölümlə təhdid etdikləri iddiası dilə gətirildi və vəziyyətin əndazəni aşdığını görən Mətanət Şilder vəkildən imtina edərək Almaniyaya köçmək zorunda qaldı...

2014-cü ilin 29 avqustunda Mətanət Şilder sonuncu dəfə bəyanatla çıxış edərək "teatrlara bənzəyən məhkəmələrdə dekorasiya olmaq" istəmədiyinə görə obrazlı ifadə olunsa, taym-aut götürdüyü, amma mübarizədən imtina etmədiyi barədə övladının qatillərinə, eyni zamanda bu cinayəti hər vəchlə ört-basdır etmək istəyənlərə ultimatum göndərmişdi.

İndi isə Mətanət xanım prezident İlham Əliyevə müraciət edərək cinayətkarların təkcə MTN-də deyil, digər strukturlarda da kök ataraq dövlətə, millətə, şəxsən prezidentin özünə təhlükə yaratdığını, onlardan ən qısa zamanda qurtulmağın vaxtının yetişdiyini bildirir:

"Mənim ehtimallarıma görə nəinki nazirlərin, hətta Taryel Ağayevin də sizdən məharətlə gizlətdiyi qoçu dəstəsi var. Onun əli o qədər uzundur ki, hətta bizim telefon danışıqlarımızı da dinlətdirərək özü üçün müdafiə səddi təşkil edirdi. Təsəvvür edin ki, rəhmətlik oğlum Vüsalla Taryel Ağayevin qızı Lalənin çoxsaylı qarşılıqlı mesajları və bir - birinə göndərdikləri fotoların hamısı bizim xəbərimiz olmadan oğlumun qətlindən sonra ona məxsus mobil telefonların yaddaşından silindi. Buradan da belə qənaətə gəlmək çətin deyil ki, Taryel Ağayev istədiyi anda "Azercell”ə təsir edərək ona lazım olan informasiyanı əldə edə və ya lazım olmayan materialları sildirə bilib. Mən qətiyyən şübhə etmirəm ki, oğlumun qətlinin istintaqını həyata keçirən müstəntiq Pərviz də onlarla əlbir olub və ya ən azı onların sifarişini can – başla yerinə yetirib. Təkcə Pərviz deyil, istintaq dövründə və məhkəmə proseslərində də çoxları təklif olunan pulların qarşısında susmağa üstünlük verdi.

Cənab prezident!

Mən üzləşdiyim bu faciəyə və həyatımın alt - üst olmasına, bu dünyada yaşamaq üçün gücümün qalmadığına baxmayaraq sizə sonsuz ümidim var və oğlumun qatilinin sifarişçilərinin ədalət mühakiməsi qarşısına çıxmasını görmədən bu namərd dünya ilə vidalaşmaq istəmirəm.

Mən fürsətdən istifadə edib Aslan İsmayılovla bağlı da dövlət başçısına üz tuturam. Möhtərəm prezident, xalqın səsini Sizlərə çatdırmaq üçün hüquqşünas Aslan İsmayılov əlindən gələni əsirgəmir. Amma Sizi izolyasiyada saxlayaraq törətdikləri tükürpədici cinayətlərin Sizə çatmaması üçün dəridən - qabıqdan çıxanlar bir zirehli qatar kimi Sizinlə xalqın arasına keçilməz sədd şəkiblər. Ona görə də Aslan İsmayılov kimi xalqın dərdlərini dilə gətirən bir tanınmış hüquqşünasın çağırışları Sizə çatdırılmır. Mən sinəsinə övlad dağı çəkilmiş bir ana kimi Sizdən xahiş edirəm ki, Aslan İsmayılovu qəbul edin. O təkcə mənim deyil, yüzlərlə, minlərlə faciələrlə üzləşən vətəndaşımızın dərdini sizə çatdırmağa qadirdir.

Möhtərəm Prezident!

Çıxışlarınızın birində demişdiniz ki, vəzifə pul yığmaq üçün yox, xalqa xidmət etmək üçündür. Şəxsən mənim bu sözlərin səmimiliyinə zərrə qədər də şübhəm yoxdur. Sizin bu xalqın bir nömrəli xidmətçisi olduğunuzu görür və qiymətləndirirəm. Amma xalqa xidmət etməyi özünə yaraşdırmayan harınlamış insanlarla bağlı həqiqətlərin heç olmasa bir qismini bilmək istəyirsinizsə xahiş edirəm bu xalqa illər uzunu təmənnasız xidmət edən Aslan İsmayılovu şəxsən dəvət edib dinləyin. Əminəm ki, o zaman xüsusi xidmət orqanlarının Sizə verdiyi informasiyalardan daha çox məlumat əldə edəcəksiniz. Bunu etsəniz cəmiyyətdəki nüfuzunuz daha da artar və bu xalq ayağınızı qoyduğunuz hər yerə başını qoyar.

Sonda ümid edirəm ki, möhtərəm İlham Əliyev cənabları mənim bu fəryadıma biganə qalmayacaq və mən günlərin bir günü Vüsalın qətlini sifariş edənlərin da qoluna qandal, başına torba keçiriləcəyini görməklə təsəlli tapacam".

Mikheil Saakashvili’nin korrupsiyayla mübarizə haqqında 15 tezisi

Kiyevdə antikorrupsiya mübarizəsiylə bağlı keçirilən beynəlxalq konfransda çıxış etmiş Odessa bölgəsinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna islahatçalarının korrupsiyayla mübarizədə tətbiq etdikləri olduqca dəqiq formulaları açıqlayıb. Həmin nitqdən olan 15 tezisi təqdim edirik.

1. Yeni insanlar yığmaq lazımdır. Duzlu xiyar çəlləyinə təzə xiyar atıb, gözləmək olmaz ki, bütün çəlləkdəki xiyarlar təzə olacaq.

 

2. Bizim çox sayda vicdanlı nazirimiz var. Amma hökümətimiz yoxdur. Ayrı-ayrılıqda nazirlərimizin iradəsi var, lakin hökümətin iradəsi yoxdur. Daha doğrusu, var, amma tamamilə korrupsiyaya bulaşıb və bu da Ukraynanı məhv edir.

 

3. Əgər Ukraynada hökümətin özü oğurluq etməmək iradəsinə sahib olsaydı və nazirin ilk iş ilində onun dostları milyarder olmasaydılar, hər şey çox asan olardı.

 

4. Mən müntəzəm olaraq Milli Məclisin islahatlarında iştirak edirəm, orada tez-tez hökümətin qanunlarının dəyişdirilməsi haqqında müzakirələr gedir. Mən səkkiz görüşdə bunu beş dəfə eşitmişəm! Bəli, onları oraya kilidləmək olar və onlar qanunları dəyişdirə bilərlər, hətta bunu parlamentsiz də eləmək olar! Sadəcə axmaq-axmaq danışırlar.

 

5. Tamamilə korrupsiyaya bulaşmış məhkəmə sistemi şəraitində prokurorluqsuz heç nə etmək olmaz. 90-cı illərdə mən Gürcüstanın məhkəmə-hüquq sisteminin islahatlarıyla məşğul olmuşam. Eduard Şeverdnadze dedi: görünür bunlar islahat-islahat oynamaq istəyirlər, gəl bu balaca uşaqlara sümük ataq. (müxalifətə) Onlara məhkəmə sistemini verək, onsuz da o heç kimə lazım deyil, çünki hər şey polis və prokurorluq səviyyəsində həll olunur. Biz qlobal müsabiqə keçirdik, Ümumdünya bank dünyanın ən yaxşı islahatları kimi bizim islahatları qəbul etdi. Mənim 26 yaşım var idi, məni bütün dünyaya gürcü təcrübəsi haqqında danışmağa aparırdılar. Lakin islahatlar tamamilə xilafa uğradı.


Biz bütün hakimləri dəyişdik, yaxşı maaşla təmin etdik, yeni binalar tikdik, lakin nə oldu? Prokurorluq dəyişmədi, polislər dəyişmədi və bir neçə aylıq maaşları dayandırmaq bəs idi ki, 6 aydan sonra islahat xilafa uğrasın, çünki hakimlər ya satqın çıxır, ya da qaçırdılar.

 

Qızılgül inqilabından sonra məhkəmə sistemi dəyişə bilmədiyimiz yeganə sistem idi, çünki o tamamilə etibarsız hala gəlmişdi. Birinci dəfə xilafa uğrayandan sonra, ikinci şans verilmədi. Ukrayna cəmiyyətini də bu gözləyir – qlobal dəyişikliklər. Əgər 4-5 ay ərzində hər şey dəyişməsə, ikinci şansı heç kim verməyəcək.

 

6. Mən dörd gecə yeni polislərlə xidmət etmişəm. Çox maraqlı şeylər öyrəndim. Məsələn, polis xidmətində (Odessada) çox sayda kiyevli xidmət edir və bu kiyevlilərin öz evi yoxdur – onlar 6-7 insanla bir otaqda yaşayırlar. Bu polis nə qədər dözə bilər? Onların arxa ofisləri faciəvi vəziyyətdədir.

 

7. Odessada yeganə etdiyimiz şey hava limanı tikməkdir. Daha doğrusu biz yox, sərmayəçi tikir, çünki dövlətin pulu yoxdur. Sərmayəçinin hansı yollarla ora daxil olması isə başqa sualdır, yəqin ki, həmişə kimi orada çoxlu hiyləgərliklər olub.


Dövlət Hava nəqliyyatı Nazirliyindən İqor Kolomoyskiy "Borispol" hava limanına nəzarət edirdi və o, Odessada Kiyevdəkindən daha böyük olan mərkəzin tikilməsini istəmirdi. Asiya və Amerikaya uçuş üçün bizim çox böyük imkanlarımız var, nəhayət tikintiyə başladılar – və nə baş verdi? Prokurorluq hava limanının tikintisinin dayandırılması üçün göstəriş verdi. Yeganə tikintini! Sanki bütün suallara cavab tapmışdılar, yalnız hava limanının tikintisini dayandırmaq lazım idi.

 

8. Odessa gömrüyündə biz hər hansı bir yükü dayandırmaq barədə Kiyevdən gələn sənədləri qəbul etmirik. Mən açıq şəkildə bu sənədləri havaya atmışam: hamınız cəhənnəm olun, biz heç nəyi dayandırmaq fikrində deyilik!
İndi böyük kampaniya hazırlanır – Odessa gömrüyündə cinayətlərin sayı azalıb. Əlbəttə, azalmalıdır! Mən 5 gömrük işçisindən maaşları barədə soruşduqda, onlardan 4-ü bir-birindən radikal fərqlənən rəqəmlər səsləndirdilər. Beşincisi isə dedi ki, o məzuniyyətdə olub, ona görə də yadında deyil.

 

9. Mənə Odessa- Reni avtomobil yolu üçün o qədər pul verdilər ki, biz bu pulu Gürcüstanda bir kəndə sərf edirdik – 4,5 milyon Avro 9 milyon Avroya qarşı. Odessa-Reni isə Ukraynanın iki strateji yolundan biridir.

 

10. Belə hesab edilir ki, Dövlət Memar-Tikinti Müfəttişliyinin (DMTM) səlahiyyətlərinin yerli orqanlara verilməsi rüşvətxorluqla mübarizə yolunda atılmış böyük addımdır. Nə gözəl! Odessa Meriyasında oturan səlahiyyətli şəxs də əllərini bir-birinə sürtərək, ona tikinti üçün nə vaxt icazə almağa gələcəyinizi gözləyir. Onlarmı korrupsiyayla mübarizə aparacaqlar? DMTM-in səlahiyyətli bunların əlinə keçdiyi halda, rüşvətxorluğun səviyyəsi 10 dəfə artacaq!

 

11. Hər şeyi radikal olaraq dəyişməliyik. Bizdə inqilab baş verib. Ondan sonra ölkənin idarəetməsində inqilabi dəyişikliklər baş verməlidir. Ya bunu hökümət edəcək, ya da Ukrayna xalqı. Bunu təsir dairələrini bölüşdürənlər nə qədər istəsələr də, üçüncü variant mövcud deyil. Xalq neçə dəfə gəlməli və öz mövcudluğunu xatırlatmalıdır? Hər dəfə bu xatırlaşma daha da sərtləşəcək. Üçüncü dəfə artıq bu çox sərt olacaq.

 

12. Nahaq yerə hamı düşünür ki, hər şey yerli seçkilərin keçirilməsiylə sovuşub – heç nə sovuşmayıb. İnsanlar hər gün daha qəzəblidirlər və bu qəzəblərində də haqlıdırlar. Axı onlar görürlər ki, əslində heç nə dəyişməyib. Satınalma sistemi dəyişib, bir neçə ləyaqətli nazir var, sonra..? İnsanlar üçün nə dəyişib? Məsələn, qaraj tikmək çətin məsələydi. Məgər indi asandır ki? Mən hər hansı böyük sirrin üstünü açmıram. Bunları hər kəs bilir.

 

13. Hökümət aparatının artıq korrupsiyadan gələn gəlirləri yoxdur. Bizim avtoparkımız o qədər dağılıb ki, orada hərəkət etmək mümkün deyil. Əməlli başlı benzini bizim üçün tökürlər. Prestij yoxdur, çünki hamı danlayır. Bununla belə Kiyevdə hər şeyi 10, 20 və ya 100 nəfər özünə götürür. Yanukoviçin vaxtında onların maaşı var idi, üstəlik əlavə pul da verilirdi ki, aralarında müəyyən qaydalara uyğun bölüşdürsünlər. İndiysə hər ikisindən olublar.

 

14. Fiziki zorakılıqla bağlı təhdidlərin hamısı boş söhbətdir. Gürcüstanda qat-qat güclü mafiya var idi. Hökümət iradəsini göstərdiyində, onların hamısı dağılışır. Oliqarxlardan biri mənə sözaltı bildirəndə ki, məni nəsə təhlükə gözləyir, mən onun üzünə güldüm. Dedim ki, qoy başqalarını qorxutsunlar. Mən bu cür şeylərdən qorxmuram. Mən xalqın reaksiyasından qorxuram, çox tez baş verən reaksiyadan. Əsl təhdid öldürülmə, döyülmə və sair deyil, məhz budur.

 

15. Bizim iki yolumuz var – ya biz tezliklə hər şeyi yaxşılaşdıracağıq, ya da hər şey tezliklə pisləşəcək, sonra yenidən yaxşılaşacaq. Lakin artıq bizim iştirakımız olmadan.

 

© 2015, pahoo.az

Moskvada azərbaycanlılar bir rayonu rabitəsiz qoydular – VİDEO

"Onlar ekskovatorun köməyi ilə telefon kabelini yerin altından çıxarıblar".

Moskvada 12 nəfər - Özbəkistan, Moldova və Azərbaycan vətəndaşları 800 metr uzunluğunda bahalı kabeli oğurlayaraq Moskvanın bir mikrorayonunu rabitəsiz qoyublar.

Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks"a paytaxtn polis idarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

"Paytaxtın Şimali-qərb dairəsi üzrə Daxili işlər idarəsinin əməkdaşları paytaxtda telefon kabellərinin silsilə oğurluğunda şübhəli bilinən 12 nəfərə - Özbəkistan, Moldova və Azərbaycan vətəndaşlarına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (böyük həcmdə oğurluq) üzrə cinayət işi açıblar.

Əcnəbilər ekskovatorun köməkliyi ilə yerin altından mis kabeli çıxardarkən, iş başında yaxalanıblar. Onlar çıxardıqları kabelləri doğrayaraq "Qazel" markalı maşına yükləyiblər", - Qaliakberov bildirib.

Onun sözlərinə görə, 800 metr uzunluğunda bahalı kabel demontaj edilib. Hazırda dəyən ziyanın məbləği hesablanır.

"Nəticədə on minlərlə vətəndaşın yaşadığı, müxtəlif təşkilat və müəssisələrin, məktəb, xəstəxana, uşaq bağçalarının yerləşdiyi paytaxt mikrorayonlarından birinin əhalisini telefon rabitəsindən məhrum ediblər.

Əməliyyatçıların versiyasına görə, cinayətkar qrup bir neçə ay müddətində sənaye miqyasında əlvan metal hasilatı ilə məşğul olub", - mətbuat xidmətinin rəhbəri qeyd edib.

Bakıda dələduz “general” axtarışa verildi - FOTO

Bakıda "general" ləqəbli dələduz axtarışa verilib.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, 1954-cü il təvəllüdlü Manaf Bala oğlu Nadirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O xeyli sayda vətəndaşın etimadını qazanaraq 100 min manatdan artıq mənimsəməyə yol verib.

Polisdən həmçinin bildirilib ki, M. Nadirov Bakıda "general" ləqəbi ilə tanınır.

Hazırda onn tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda yol polisi millət vəkilinə cərimə yazdı - VİDEO

Deputat yol qaydalarını pozub.

Bakıda yol polisi millət vəkilini maşından salıb.

"Dalğa TV" criminal.az-a istinadən xəbər verir ki, maraqlı olay iki gün əvvəl şəhərin mərkəzində, İstiqlaliyyət küçəsində baş verib.

Yol polisi qaydanı pozduğuna görə millət vəkili Rəfael Hüseynovun olduğu Prado markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq onu cərimələyib.

Azərbaycanda internet şəbəkəsi niyə çökdü? - RƏSMİ

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidməti "Delta-Telekom" MMM Data Mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

"Dalğa TV" ə daxil olan məlumatda bildirilib ki, 16 noyabr 2015-ci il tarixində saat 16.00 radələrində Azərbaycan Respublikasının qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator - "Delta-Telekom" MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə baş verib:

"Hadisəyə dərhal reaksiya verilərək qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidməti də cəlb edilib. Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb.

Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb. Hadisə zamanı ölkəmizin tranzit marşrutu üzrə fəaliyyətdə heç bir dayanma baş verməyib və normal xidmət göstərilməsi təmin olunub.

Həmçinin digər operatorların alternativ kanalları üzrə ölkədə internet əlaqəsi mövcud olub və bu imkanlardan rabitənin təşkili üçün istifadə edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, aidiyyəti digər dövlət orqanlarının nümayəndələri hadisə yerində olub.

Hadisə yerində tüstülənmənin baş verməsi və onun təxirəsalınmaz işlərinin dərhal başlamasına maneələrin yaratması səbəbindən internet əlaqəsinin bərpası vaxt tələb edib, gərgin və fədakar əmək nəticəsində saat 21.00 radələrində internet əlaqəsi bərpa olunub.

Hazırda ölkədə internet əlaqəsi bərpa edilib və bank sektorunda, dövlət təşkilatlarında və digər sahələrdə internet vasitəsilə göstərilən xidmətlərin fəaliyyəti, o cümlədən fərdi istifadəçilər tərəfindən istifadə təmin edilib.

Hadisənin fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir", - məlumatda bildirilib.

Bu gün Gürcüstanda qar yağacaq

17 noyabr Gürcüstanın bəzi rayonlarında yağış gözlənilir.

Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır - bu haqda "Dalğa TV"yə Ətraf Mühit və Təbii Resusrslar Nazirliyindən bildiriblərər. Nazirliyin məlumatına əsasən hava temperaturu +9, +14 dərəcə olacaq. 18-19 noyabr tarixinə gəldikdə isə Gürcüstanda əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərbi gürcüstanda hava şəraiti +12,+17 dərəcə, Şərqi gürcüstanda isə +7,+12 dərəcə olacaq.

"17 noyabr tarixində Gürcüstanın əksər rayonlarında yağmur gözlənilir. Bəzi rayonlarda daha güclü yağıntı olacaq. Qərb küləyi güclənəcək, yüksək dağlıq ərazidə isə çovğun baş verə bilər. hava temperaturu +7,+12 dərəcə olacaq", -deyə nazirlikdən bildririblər.

Saytda Axtarış

ახალი ამბები