Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3582
DünənDünən5185
Bu həftəBu həftə3582
Bu ayBu ay51272
Bu günə qədərBu günə qədər8412902

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Azərbaycanlı tələbə Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən 44-cü “Avropada Klinik Əczaçılıq” adlı beynəlxalq konfransda çıxış edib və ali mükafata layiq görülüb.

3 gün davam edən simpozium şəhərin mərkəzindəki "Altıs Grand" hotelində baş tutub . Konfransdan bir gün əvvəl tədbir təşkilatçıları və Avropanın bir çox ölkələrindən qatılan müəllim heyəti ilə tələbələr arasında görüş keçirilib. Görüşdə tədbirin əsas mövzusu olan " Dərmanlar haqqında düzgün məlumat - daha yaxşı qərar verməyə kömək edir" müzakirə olunub.

Tədbiri Avropanın Klinik Əczaçılıq cəmiyyətinin prezidenti İsveçrəli professor Markus Lampert açıb. Daha sonra Simpoziumun prezidenti professor Fernando Fernandez qonaqları salamlayıb.Tədbirdə çıxış edənlər "Avropada Klinik Əczaçılığın tibbdə rolu" və günümüzdə aktual olan bir çox tibb sahəsini əhatə edən mövzulardan bəhs ediblər.

3 gün davam edən tədbirdə bir çox Avropa ölkələrindən qatılan tələbə və müəllimlər Kliniki Əczaçılıq sahəsində yazdıqları məqalələrini təqdim ediblər. İştirakçılar arasında Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş , daha sonra Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan İstanbul Marmara Universitetində təhsilini davam etdirmiş azərbaycanlı tələbə Samirə Şahismayıl qızı Məmmədova da öz məqaləsi ilə çıxış edib. Tələbənin mövzusu "Xroniki ağciyər xəstələrinin evdə və xəstəxanada istifadə etdikləri dərmanların qarşılaşdırılması və bundan yarana biləcək problemlərin həlli yolları"nı əhatə edib. Fəal iştirakına görə seçilmiş tələbələr arasında olan həmyerlimizə sonda sertifikat təqdim olunub.

Qeyd edək ki, növbəti 45ci "Avropada Klinik Əczaçılıq" simpoziumunun Norveçin Oslo şəhərində keçirilməsi nəzərdə tutulur.

 

 

Nazirlikdən xəbərdarlıq – Hava kəskin soyuyacaq, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 7-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xərçəngdən qorunmaq üçün tövsiyələr

Dünya Xərçəng Araşdırmaları Fondunun alimləri xərçəng xəstəliklərinin riskini azaltmaq üçün bunları tövsiyə edirlər:

1. Artıq çəki yığmayın. Artıq çəki 10 xərçəng növünün risk faktoru sayılır, xüsusilə bu qara ciyər, prostat vəzi, bağırsaqlar, qadınlarda süd vəziləri xərçənginə aiddir.

2. Hərəkət edin. Fiziki aktivlik qan dövranı, həzm prosesləri, immuniteti yaxşılaşdırır ki, bu da bir çox xərçəng xəstəliklərinin qarşısının alınmasına kömək edir.

3. Tez-tez meyvə-tərəvəz, göyərti yeyin. Bu məhsullar antioksidant maddələrlə zəngindir. Antioksidantlar orqanizmi hüceyrə səviyyəsində qoruyur. Qidalı liflərlə zəngin olan meyvə-tərəvəzlər qəbizliklərin qarşısını alır. Xroniki qəbizlik isə bağırsaq xərçənginin əsas risk faktorlarından bri sayılır.

4. Spirtli içkilərin qəbulunu azaldın. Ekspertlərin fikirinə görə, spirtli içkilərin çoxlu miqdarda qəbulu qida borusu, qara ciyər, bağırsaqlar, qadınlarda süd vəziləri xərçənginin əsas risk faktorlarından biri sayılır.

5. Şirin qazlı içkiləri və fast-fud qidaları qəbul etməyin. Bu qidalar piylənməyə səbəb olur. Piylənmə isə xərçəng xəstəliklərinin əsas səbəblərindən biridir.

6. Duzun qəbulunu məhdudlaşdırın. Duzun həddən artıq miqdarda qəbulu mədə xərçənginin riskini artırır.

7. Kolbasa, sosis kimi məhsulları qidalanmadan çıxardın. Alimlərin fikirinə görə, bu məhsulların daim qəbulu mədə-bağırsaq sistemi xərçənginin inkişafına təkan verə bilər.

Qırmızı ətin (mal, qoyun əti) qəbulunu isə 1 həftə ərzində 500 qr kimi azaltmaq tövsiyə edilir.

8. Vitaminlərin qəbulunu azaldın. Bəzi vitaminlərin (həb şəklində) həddən artıq miqdarda qəbulu xərçəng xəstəliklərinin inkişafına təkan verə bilər. Bu səbəbdən həkimlər vitaminləri həblərdən deyil, təbii məhsullardan almaq tövsiyə edirlər.

9. Qadınlara məsləhət – əmizdirin. Alimlərin fikirinə görə, 6 ay və bundan artıq müddət ərzində əmizdirmə qadınlarda süd vəzi xərçənginin riskini azaldır.

10. Siqaret çəkməkdən imtina edin. Ağ ciyər xərçənginin səbəbi 90% hallarda siqaret çəkmək olur. Bundan əlavə bu pis vərdiş boğaz, qırtlaq, qida borusu xərçənginin inkişafına təkan verə bilər.

İlham Əliyev Marneulidə – FOTO

Prezident Azərbaycan icması ilə görüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili noyabrın 6-da Marneuli rayonunda "Çay evi" tədris mərkəzi ilə tanış olublar.

"Dalğa TV"nin verdiyi xəbərə görə, dövlət başçılarına məlumat verilib ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Marneuli rayonunda istifadəyə verilən "Çay evi" tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub.

Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada, həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir.

Qeyd edilib ki, layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi və Marneuli Gənclər Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilib. Üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir. Mərkəzdəki "Muğam" restoranında milli mətbəximizin təamları təqdim edilir.

Bildirilib ki, "Çay evi" memarlıq layihəsi 2013-cü ildə Londonda keçirilən və Avropanın nüfuzlu beynəlxalq qurumu olan "European Property Awards"ın təsis etdiyi "Sosial memarlıq" nominasiyasında qalib gələrək birinci yerə layiq görülüb.

"Çay evi" tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Sonra Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Marneulidə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, iş adamı İspəndiyar Məmmədov və sahibkar Heydər Musayev çıxış ediblər.

 

 

 

Eldar Mahmudovun “Dəmir” adamı tutuldu – “MTN işində” yeni detal

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı həbs olunub.

 

"Dalğa TV" xəbər verir ki, "Ağdamlı Dəmir" kimi tanınan məşhur avtomobil alverçisi ötən həftə saxlanılıb. Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə də Badamdardakı 3 mərtəbəli "Avtomobil dunyası"nın sahibidir red.) olan "Dəmir" nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş.

Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçən əsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz "Dəmir" "əridirmiş". Belə ki, bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Belə hal olduqda həmin şəxslər "Dəmirə" yönləndirilib. Bundan başqa həm də "Dəmir" bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş.

Qeyd olunur ki, "Dəmirin" nazirləçox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib.

Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi noyabrın 26-na təxirə salınıb

Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi noyabrın 26-a təyin edilib.

"Dalğa TV"nin "news.am"a istinadən verdiyi məlumata görə, bu barədə Lori rayonu məhkəməsindən bildiriblər. Məlumata görə, daha əvvəl noyabrın 2-də təyin olunan prosesin vaxtının dəyişdirilməsinə qərar verilib.

İddiaya əsasən, Faxralı kənd sakini, 35 yaşlı T. Mikayılov 2015-ci il iyunun 23-də Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib. Fakt üzrə "sərhədi qanunsuz keçmə" maddəsi ilə cinayət işi açılıb. Bu maddədə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, T. Mikayılovun qohumu Bahar Mikayılova APA-ya onun yolu azaraq, Ermənistanın Cücə kəndinə keçdiyini bildirib. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.

Ali təhsili olmayan azərbaycanlı deputat - FOTO

Bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov maraqlı fakt açıqlayıb.

O bildirib ki, Milli Məclisə seçilən yeni deputatlardan 124-ü ali təhsilli, 1-i isə orta ixtisas təhsillidir.

Milli Məclisin ali təhsili olmayan deputatı Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovadır.

Qeyd edək ki, Xalq artisti 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbi, 1961-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

 

 

 

 

 

 

Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğluya təbrik məktubu ünvanlayıb.

“Dalğa TV”nin xəbərinə görə, təbrik mətnində deyilir:
“Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür.
Əminəm ki, zamanın sınaqlarından çıxmış strateji tərəfdaşlıq əlaqələrimiz və müstəsna xarakter daşıyan münasibətlərimiz xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcək.
Zəfər sevincinizi Sizinlə bölüşür, Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm”.

Qardabanidə el bayramı keçirilib - FOTO

Azərbaycanlıların kompakt yaşadığı Qardabanidə ənənəvi el bayramı keçirilib.

"Dalğa TV"nin məlumatına görə, "Qardabnoba" ("Qardabani Günü") adlandırılan el bayramı çərçivəsində rayon mərkəzində David Aqmaşenebeli adına istirahət parkının bərpadan sonra açılışı keçirilib. Açılışı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili və Qardabani rayon icra hakimiyyətinin başçısı Qela Nioradze həyata keçirib. Sonra el bayramı münasibətilə Kvemo Kartli qubernatoru P. Xizanaşvili gürcü və azərbaycanlıları təbrik edib, rayon əhalisinə əmin-amanlıq, sülh və xoşbəxtli və bərəkət arzulayıb. Qubernator P. Xizanaşvili təbrikində bölgədə və Qardabani rayonunda son illər bir sıra tikinti layihələrinin həyata keçirildiyini, həmçinin kənd təsərrüfatının inkişaf etdirildiyini bildirib.

Tədbirdə milli rəqslər ifa edilib, milli yeməklər nümayiş olunub. Tədbirdə məktəblilər geniş konsert proqramı ilə çıxış ediblər. "Qardabnoba" bayramında kənd təsərrüfatı məhsullarının və məktəblilərin rəsm və əl işlərinin sərgisi də keçirilib. Bayram tədbiri axşamadək davam edib.

Tədbirdə qubernatorun azərbaycanlı və gürcü müavinləri, Qardabani rayon icra başçısının müavini Ülfət Ağamalıyev və digər rəsmi şəxslər, həmçinin Qardabani rayonunda fəaliyyət göstərən gürcü və Azərbaycandilli orta məktəblərin direktor və müəllimləri, şagirdlər, ətraf kəndlərdən gələn sakinlər, QHT nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanda seçkilərdə səsvermə başa çatıb

Bu gün V çağırış Milli Məclisə keçirilən seçkilərdə səsvermə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır.

Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib. Bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxildir.

Səhər saat 8:00-da səsverməyə start verilib, saat 19:00-da isə səsvermə bitib.

Bakıda qadını döyən kişi həbs edilib

Bakı şəhər Prokurorluğu mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Sabunçu rayonunun Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması faktına görə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına əsasən Bakı şəhər Prokurorluğunda davam etdirilir.

Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (zorakılıq hərəkətləri) maddələrinə tövsif edilib və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda sahibkar atasının məzarı üstə özünü güllələdi

Azərbaycanda sahibkar atasının qəbiri üstündə özünü güllələyib.

"Dalğa TV" xəbər verir ki, intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib.

Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirsanlığında atasının məzarı üstündə özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.
Qeyd edək ki, İ.Mirələmov iki uşaq atası olub. O,biyan kökü toplama biznezi ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılılır.

Saytda Axtarış

ახალი ამბები