Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2835
DünənDünən5185
Bu həftəBu həftə2835
Bu ayBu ay50524
Bu günə qədərBu günə qədər8412155

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ekspert: Mənzillərin qiymətinin ucuzlaşması qaçılmazdır

Mərkəzi Bankın son qərarından sonra.

Bu gün onsuz da qiymətlər aşağı düşür. Azərbaycanda üzən məzənnə siyasətinin tətbiq olunması isə mənzil bazarında qısa müddətdə də olsa qiymətlərin stabilləşməsinə səbəb olacaq, amma gələn ilin mart-aprel aylarından isə qiymətlərin düşməsi qaçılmaz olacaq.

"Dalğa TV" xəbər verir ki , Oxu.Az-a bu barədə Daşınmaz Əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimov Azərbaycanda üzən məzənnə siyasətinə keçidin mənzil bazarına təsirindən danışarkən qeyd edib.

N.İbrahimov deyib ki, qiymətlər stabil qalsa da belə, mövcud aktivlik aşağı düşəcək:

"İnsanların gəlirlərində elə bir artım yoxdur, eləcə də bazarda pul kütləsinin artımı da baş vermir. Ona görə də bazarda qiymətlər qalxacaq desək, bu, yanlış olacaq. Ona görə də qiymətlər stabil qalacaq. Amma mövcud aktivlik daha da aşağı düşəcək".

Bazarda bundan sonra tələb və təklif necə formalaşacaq sualına isə mütəxəssis bu cür aydınlıq gətirib:

"Bu gün əmlakını satmaq istəyənlər onu satışdan geri çəkirlər. Alanlar isə gözləmək mövqeyinə keçirlər, çünki onlar bilmir ki, sabah nə baş verəcək? Yəni belə deyək, hadisələrin axarını gözləyirlər", - deyə İbrahimov əlavə edib.

"Bu gün isə hələ ki qeyri-müəyyənlikdir. Ona görə də hələ ki nə satan, nə də alan var. Qərar qəbul etmirlər, gözləyirlər", - deyə o əlavə edib.

Ekspert bir daha vurğulayıb ki, ötən təcrübədə qiymətləri bahalaşdırsalar da, mənzilləri alan olmadığından qiymətləri əvvəlki yerinə qaytardılar:

"Cari ilin fevralında qiymətləri bahalaşdırdılar. Amma alan olmadı. Martda isə qiymətləri əvvəlki yerinə qaytardılar. Azərbaycanda üzən məzənnə siyasətinə keçiddən sonra bahalaşma olmayacaq. Mümkün deyil. Çünki biz artıq ötən devalvasiyada bu mərhələni keçmişik. Bu sahədə artıq təcrübəmiz var".

Maşın bazarında kəskin bahalaşma

"Toyota" satışları dayandırdı.

Bu gün manatın yenidən ucuzlaşması avtomobil bazarına da təsirsiz ötüşməyib.

 

"Dalğa TV" xəbər verir ki, Fins.az-ın məlumatına görə, bəzi avtomobil şirkətləri qiymətləri bahalaşdırsa da, bəziləri qeyri-müəyyən vəziyyəti nəzərə alıb satışları dayandırıb.

 

Bəzi avtomobil şirkətləri isə hələlik köhnə qiymətlərlə satışları davam etdirir.

"X5" avtomobili 46 min manat bahalaşıb

"BMW", "Mini" və "Rolls Roys" avtomobillərinin satışı həyata keçirən "İmprotex Motors" şirkəti hazırda avtomobil satışının olduğu bildirilib. Avtomobilin avro ilə qiyməti artmasa da, manat məzənnəsində yeni qiymətlə satılır.

Məsələn, 87 min avroya satılan (100 min manat) 3.0 mühərrikli 2015-ci model "BMW X5"in manatla qiyməti 46 min artaraq 146 min manat olub. "BMW 520" avtomobilinin qiyməti 57 min manatdan 84 min manata qədər artıb. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin qiyməti manatın ucuzlaşma faizi həcmində (47.6 %) bahalaşıb.

"Toyota" satışları dayandırdı

"Toyota Bakı Mərkəzi" isə hazırda satışları dayandırıb. Şirkətdən fins.az-a verilən məlumata görə, manatın ucuzlaşması ilə bağlı yaranan qeyri-müyyən bir vəziyyətlə əlaqədar olaraq satışlar dayandırılıb.

Bəzi şirkətlər qiyməti dəyişməyib

"Auto Azerbaijan" şirkətinin də satışları dayandırmadığı deyilsə də, şirkət bu məlumatı təkzib edib. Bildirilib ki, hazırda bütün modellər köhnə qiymətləri ilə satılır.

"Audi Bakı Mərkəzi"ndən də avtomobillərinin qiymətlərində hər hansı bir dəyişiklik olmadığını deyiblər: "Audi"ləri köhnə qiymətlə satılır. Lakin yeni gətiriləcək avtomobillərin qiymətlərində mütləq bahalaşma olacaq".

"Honda" indiki qiymətləri 10 gün dəyişməyəcək

"Honda Avtomobil Mərkəzi"nin marketinq meneneceri Kamran Məmmədov fins.az-a bildirib ki, "Honda", "Mitsubishi", "Mazda" və "Subaru" avtomobillərinin qiymətlərində hər hansı bir artım yoxdur. O bildirib ki, dekabr ayının 31-nə kimi avtomobillər köhnə qiymətlərlə satılacaq. Yeni ildə avtomobillərin qiymətlərinin necə dəyişəcəyi hələlik məlum deyil.

MTN-nin sabiq polkovniki türmədə özünü asdı

Cinayət işi başlanılıb.

300

1 saylı Bakı İstintaq Təcridxanasında intihar edən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin meyiti ailəsinə təhvil verilib.

 

"Dalğa TV" xəbər verir ki, bu barədə "Report"a İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə bildirib.

O, İ.Əliyevin bu gün dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

Məlumata görə, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq və pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.

Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Neft quyularında yanğın belə söndürüldü – VİDEO

FHN məlumat yaydı.

Fövqəladə Hallar Nazirliyi (FHN) "Günəşli" neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində gördüyü işlərlə bağlı videogörüntü yayıb.

 

Nazirlikdən bildirilib ki, özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcək.

 

Qeyd edək ki, dekabr 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin "Vixr-5" və "Vixr-8" gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu 2 manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant edilir.

 

Özülə desant edilən qruplar yanan quyular ətrafında SOCAR tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olub.

Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək məqsədilə dekabr 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant edilib. Bu gün saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb.

 

Marneuli rayonunun Təzəkənd kəndində etiraz aksiyası keçirilib

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

"Dalğa TV"nin məlumatına görə, sakinlər qonşu Alget kəndindən Qırmızı Körpü magistral yoluna qədər uzanan 10 kilometrlik kənd yolunun asfaltlaşdırılmasının gecikməsindən və kəndə verilən içməli suyun vaxtında əhaliyə çatdırılmamasından şikayətləniblər.

Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev açıqlamasında Təzəkənd sakinlərinin tələbi ilə tanış olduqlarını, hətta sakinlərlə bir dəfə mövzu ilə əlaqədar görüşdüyünü bildirib: "Təzəkəndin yolu doğrudan da bərbad vəziyyətdədir. Kənd sakinlərinin tələbi düzgündür. Alget kəndindən Tiflis-Qırmızı Körpü magistral yolunadək 10 kilometr məsafəyə asfalt yol çəkilməlidir. Həmin yolun hələlik 3 kilometrini çəkmək istəyən şirkət tenderdə qalib gəlib, lakin bu şirkətin dövlətə borcu olduğuna görə tenderdən kənarlaşdırılıb. Sonra dövlət həmin 3 kilometr yolun tikintisini başqa şirkətə həvalə edib. Tenderin qalibi olan birinci şirkət isə məhkəməyə şikayət edib. Yolu düzəltmək istəyən şirkət mübahisəli məsələnin həllini gözləyir. Sonda hansı şirkətin asfalt çəkəcəyinə məhkəmə qərar verəcək. Digər 3 kilometr yolu Dünya Bankı maliyyələşdirəcək, son 4 kilometrə isə başqa bir şirkət cavabdehdir".

Təzəkəndin də daxil olduğu Alget ərazi icra nümayəndəliyinin mütəxəssisi Vaqif Ocaqverdiyev də problemin yaxın vaxtlarda həll olunacağını bildirib: "İçməli su probleminə gəlincə, əhalini içməli su ilə təmin edən "Rustavi Su" şirkəti sakinlərə fasilələrlə su verir. Əhali həmişə bu məsələni qaldırır. "Rustavi Su" şirkəti vaxtlı-vaxtında su xəttini təmir edə bilmir və nəticədə kəndlər içməli su ilə təmin olunmur. Məsələni həll etmək üçün rayon icra hakimiyyəti su xəttini öz balansına götürməlidir ki, əhali içməli su ilə təmin olunsun".

Bakıda yeni oğurluq növü - VİDEO

Bakıda yeni oğurluq növü işə salınıb.

"Dalğa TV" criminal.az-a istinadən məlumat verir ki, "orta yaşlı bir kişi oğurluq etmək üçün ağlagəlməz üsuldan istifadə edir. Kadrlarda görəcəyiniz "qəhrəman" binaların bloklarına daxil olduqdan sonra elektrik təchizat qutusunda "gözaltı" etdiyi avtomatı söküb aparmaq üçün əvvəlcə qısaqapanma yaradır. O, bu yolla evdə adam olub-olmadığın müəyyənləşdirir.

Daha sonra avtomata gələn və gedən ana xətti zəif kabellə birləşdirərək avtomatı rahatlqla sökür. O, oğurladığı avtomatla birlikdə getdikdən bir neçə dəqiqə sonra isə zəif naqil qızaraq sıradan çıxır.

'Bu kadrları hüquq-muhafizə orqanlarına təqdim edərək bu alçağın yaxalanması üçün çalışacağam. Görüntülərdəki "qəhrəman"ı tanıyanlardan xahiş edirəm bu barədə məlumat yazsınlar'deyə şikayətçi vurğulayıb.

Kadrlarda gördüyünüz hadisə dekabrın 12-də saat 13 radələrində Azadlıq Prospekti metrostansiyasının yaxınlığında, S.S.Axundov 1b ünvanında baş verib.

"

Azərbaycanlı qız erməniyə ərə getdi: Camaat etiraz edir - Video + Fotolar

Rusiyada yaşayan azərbaycanlı qızın erməniyə ərə getməsi ilə bağlı lentə alınan görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Leyla adlı azərbaycanlı qızın Artyom adlı erməni ilə ailə qurması birmənalı qarşılanmayıb.

Belə ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri qızın bu addımını qınayıblar, onların arasında qızın bu addımını dəstəkləyən də olub.

Onlar bildiriblər ki, milliyyətin fərqi yoxdur, əsas xoşbəxtçilikdir.

Onu da əlavə edək ki, videoda bəyin bahalı avtomobildən tapança ilə atəş açması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, erməni oğlanla azərbaycanlı qız 2012-ci ildə ailə qurublar, lakin görüntülər sosial şəbəkələrdə indi yayılıb və böyük müzakirələrə səbəb olub.

 

 

 

 

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.

"Dalğa TV" xəbər verir ki , bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ukrayna Radasında erməni və gürcü arasında münaqişə

"Hər sözümə cavabdehəm".

Milli İslahatlar Şurasının iclasının gedişatında Ukraynanın DİN rəhbəri Arsen Avakov Odessa Dövlət vilayət administrasiyasının rəhbəri Mixeil Saakaşvili ilə mübahisə edib, söz davası əsnasında Avakov Saakaşvilinin üzünə su atıb.

"Dalğa TV" segodnya.ua-ya istinadən xəbər verir ki, bu barədə A.Avakov bazar ertəsi axşamı öz Facebook səhifəsində yazıb.

"İndicə Radada islahatlara dair iclasda cənab Saakaşvili mənim Odessa Limanyanı Zavodu (OLZ) ilə bağlı məsələni həll etmək üçün Uralxim-dən olan rus oliqarxı ilə niyə ünsiyyətə girdiyini və bunun OLZ-nin özəlləşdirilməsi ilə nə əlaqəsi olduğu barədə sualıma cavab istəyərkən, özünüidarəni itirdi. Odessa qubernatoru isterikaya düşdü və mənə qışqırmağa başladı.

O qışqıraraq "Heç kim Mixeil Saakaşvili ilə belə danışa bilməz, buna heç kimin haqqı yoxdur... Sən korrupsiyaya uğramış nazirsən... Mən isə təmiz adamam.." dedi və birbaşa təhqirlərə keçdi. Mən özümü Saakaşvilini vurmaqdan zorla saxladım, əvəzində isə stəkandakı suyu onun üzünə çırpdım"", - A.Avakov yazıb.

A.Avakov M.Saakaşvilinin populist olduğunu və indi "işinin öhdəsindən gəlmədiyi üçün səs-küylü istefaya səbəb axtarır" fikrini irəli sürüb.

Odessa qubernatoru da öz növbəsində Facebook səhifəsində Ukraynanın DİN rəhbəri Arsen Avakov ilə mübahisəsindən yazıb. O prezident administrasiyasından Kiyevdə İslahatlar Şurasında onun üzünə suyun atılması videosunu dərc etməyi tələb edib.

"Mən qəti şəkildə prezident administrasiyasının mətbuat xidmətindən yazının tam şəkildə dərc edilməsini tələb edirəm. Videoyazı üç kamera vasitəsilə aparılırdı. Mən hər bir sözümə cavabdehəm", - məlumatda deyilir.

Ukraynanın xalq deputatı Sergey Leşenko İslahatlar Şurasının iclasında iştirak edənlərə istinadən hadisənin təfərrüatlarını danışıb.

"Saakaşvili məruzəsini bitirdikdən sonra nazir Avakov ona teleefirlərdə olduğu kimi odlu-alovlu çıxış etmədiyinə dair irad tutdu. Dava başladı, Avakov Saakaşvilini oğru olmaqda ittiham etdi. Saakaşvili isə cavab olaraq təmiz adından başqa heç nəyi olmadığını bildirdi. Bundan sonra Avakov qışqıraraq "Mənim ölkəmdən rədd ol" dedi. Özünü itirən Avakov su stəkanını Saakaşviliyə atdı", - xalq deputatı Facebook səhifəsində yazıb.

Leşenkonun sözlərinə görə, hər şey prezident Poroşenkonun gözü önündə baş verib, o tərəfləri sakit etməyə çalışıb, daha sonra isə iclası bağlayıb.

Cəbhədə döyüş: Üç işğalçı məhv edildi – VİDEO

Azərbaycan ordusunun növbəti uğurlu əməliyyatı nəticəsiz qalmadı.

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə erməni silahlı bölmələrinin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən canlı qüvvə sarıdan ən azı üç nəfər itki verib.

"Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır", - deyə məlumatda bildirilir.

Türk hərbçilərə qadağa - Rusiyada istirahət etmək olmaz

Türkiyə hərbçilərinə məzuniyyətlərini Rusiyada keçirmək qadağan edilib.


Bu barədə Hürriyet qəzeti Türkiyə Baş Qərargahının sərəncamına istinadən xəbər verir.

Nəşr qeyd edir ki, sənəd Respublikanın Silahlı Qüvvələrinin bütün bölmələrinə göndərilib.

Rusiyanın Turizm üzrə Federal Agentliyinin məlumatına görə, 2015-ci ilin ilk yarısında Rusiyaya turist kimi 69 min Türkiyə vətəndaşı gəlib.

FHN, SOCAR və BP işçi qrupu yaratdı

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.


"Dalğa TV" nazirliyin saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin "Vixr-5" və "Vixr-8" tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və "B-200ÇS" təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır. Bunnan başqa "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkəti olmaqla işçi qrupu yaradılıb.

Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı "Svetlomor" və "Sunmar" gəmiləri tərəfindən bon çəpərləri qurulur.

Saytda Axtarış

ახალი ამბები