Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2028
DünənDünən5185
Bu həftəBu həftə2028
Bu ayBu ay49717
Bu günə qədərBu günə qədər8411348

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

“2016-cı il ölkəmiz üçün yeni uğurlar gətirəcək“ - Mehriban Əliyeva (Foto)

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun təşkil etdiyi şənlik xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən Buta sarayında keçirilib. Bu il də balacaları sevindirmək üçün Buta sarayında nağıllar aləmindəki kimi ab-hava yaradılıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər, Azərbaycanda fəaliyyət göstərən yerli uşaq təşkilatlarının kollektivləri üçün şənlik təşkil edilir.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Bu proqram əsasında sarayda qurulan əlvan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyran qalan uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanıb. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl hisslər doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, əsas fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri digər qurumlar üçün örnək sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın birinci xanımı “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” fikrini dəfələrlə vurğulayıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır, “Uşaq evlərinin və internat məktəblərin inkişafı” Proqramı çərçivəsində respublikada uşaq müəssisələrini əsaslı təmir edərək, yeni avadanlıqlarla təchiz edir. Xeyirxahlıq, mərhəmət və humanizm insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla reallaşdıran Heydər Əliyev Fondunun 11 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib: "Hörmətli valideynlər, çox hörmətli müəllimlər, əziz və doğma uşaqlar! Mən sizin hamınızı salamlayıram. Bu gün sizinlə birlikdə olmaq mənim üçün xoşdur. Biz il ərzində müxtəlif tədbirlərdə, bayramlarda, şənliklərdə bir yerdə olmuşuq. Çox şadam ki, ilin sonunda da sizinlə birlikdə 2015-ci ilə əlvida deyirik".

Mehriban Əliyeva deyib ki, 2015-ci il ölkəmizin tarixində yeni nailiyyətlərlə, yeni qələbələrlə qalacaq: "Bununla yanaşı, 2015-ci ildə ölkəmiz, xalqımız ağır anlarla da üzləşmişdir. Mayın 19-da faciəli yanğın zamanı həlak olmuş vətəndaşlarımız, dekabrın 4-də “Günəşli” yatağında dünyasını dəyişmiş neftçilərimiz, cəbhə xəttində Vətən qarşısında öz borcunu yerinə yetirərkən həyatlarını itirmiş əsgərlərimiz, bütün bu hadisələr hər bir azərbaycanlının ürəyində kədərlə və ağrı ilə qarşılanmışdır. Gəlin dünyasını dəyişmiş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin! Qoy Tanrı Azərbaycanı və Azərbaycan xalqını hər zaman qorusun! Faciələrdən və bəd hadisələrdən qorusun!

Əziz dostlar, başa çatmaqda olan ilə nəzər salanda əlbəttə, bu ilin ən yaddaqalan hadisələrindən biri ölkəmizdə Avropa Olimpiya Hərəkatının tarixində ilk dəfə Azərbaycanda, Bakıda keçirilmiş ilk Avropa Oyunları oldu. Siz bilirsiniz ki, biz bu Oyunları çox qısa zamanda hazırladıq və ən yüksək səviyyədə keçirdik".

Birinci xanım vurğulayıb ki, Azərbaycan xalqı yenə də bütün dünyaya öz birliyini, öz qonaqpərvərliyini nümayiş etdirdi: "Mən bu fürsətdən istifadə edərək bütün Azərbaycan xalqına Oyunlar zamanı hər bir idmançıya verdiyi dəstəyə, hər bir qonağa göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, biz hamımız yığma komandamıza, idmançılarımıza dəstək olmağa çalışırdıq. Bizim idmançılarımız cəsarət, güc göstərdilər və nəticədə yığma komandamız 50 ölkə arasında ikinci yeri tutmağa nail oldu. Bu, əlbəttə ki, böyük qələbədir. Mən əminəm ki, sizin aranızda gələcək Olimpiya, dünya və Avropa çempionları var. Ona görə, mən sizi idmanla məşğul olmağa çağırıram. Mən sizi yaxşı oxumağa, təhsil almağa çağırıram. Mən bu sözləri hər il deyirəm, bu, artıq aydındır ki, Azərbaycanın gələcəyi sizin əlinizdə olacaq. Ona görə, bu gün gözəl təhsil almaq, savadlı olmaq, bilikli olmaq sizin ən vacib, ən böyük vəzifənizdir.

Bilirəm ki, bugünkü uşaqlar daha çox kompüterə maraq göstərirlər və bu da çox gözəldir. İnternet vasitəsilə siz bütün informasiyanı əldə edirsiniz. Amma bu gün üzümü sizə tutub xahiş edirəm ki, kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompüter kitabı əvəz edə bilməz. Ona görə, nə qədər mümkündürsə çox kitab oxuyun, tanış olun. Siz özünüz üçün tamamilə yeni bir aləm aşkar edəcəksiniz. Əlbəttə, mən sizə ilk növbədə cansağlığı arzulayıram. Mən istəyirəm ki, siz sağlam, savadlı, təhsilli böyüyəsiniz. Öz valideynlərinizi, müəllimlərinizi, bizim hamımızı, böyükləri yalnız və yalnız şad edəsiniz.

Əziz dostlar, mən bu bayram ərəfəsində bir daha sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Biz 2015-ci ilə birgə əlvida deyirik, 2016-cı ili qarşılayırıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün yeni uğurlar, yeni nailiyyətlər gətirəcək. Bu gün ölkəmiz yeni çağırışlarla üzləşir. Hər zaman olduğu kimi, Azərbaycan xalqının müdrikliyi, birliyi bizə bütün çətinliklərin öhdəsindən gəlməyə imkan yaradacaq. Bir daha sizi təbrik edirəm, bağrıma basıram, öpürəm. Çox sağ olun".

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi.

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. Fondun balacalara hədiyyə etdiyi bu qış nağılı isə uşaqların yaddaşında silinməz iz qoydu.

Üç gün davam edən bayram şənliyində iki mindən çox uşaq və məktəbli iştirak edib.

Yeni ildə qar yağacaq.

Azərbaycanda hava şəraiti kəskin pisləşəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Qeyri-sabit hava şəraiti yanvarın 4-dək davam edəcək.

İlham Əliyev yeni yolda maşın sürdü – VİDEO

Prezident İlham Əliyev dekabrın 29-da Bakının Xətai rayonundakı Ramiz Quliyev, Rahib Məmmədov, Xudu Məmmədov, Aşıq Ələsgər küçələrinin və Gəncə prospektinin yenidən qurulması və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

"Dalğa TV" AzerTac-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı küçələrin və Gəncə prospektinin əsaslı təmiri və yenidənqurma planı əsasında görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.

Qeyd edilib ki, dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, qəsəbədaxili və məhəllələrarası küçələrin abadlaşdırılması istiqamətində paytaxtın müxtəlif rayonlarında tədbirlər davam etdirilir. Əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq paytaxtın digər rayonlarında olduğu kimi, Xətai rayonu ərazisindəki küçələrdə də abadlıq və quruculuq işləri aparılır, əhalinin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Xətai rayonundakı 5,5 kilometr uzunluğu olan yolda da əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə aparılıb, ümumilikdə 131 min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənib. Yolların kənarında abadlıq işləri görülüb, 18 min metrdən çox qranit səki daşları və yol boyu kommunikasiya lüklərinin qapaqları dəyişdirilib. İki min kvadratmetrə yaxın səki yenidən qurulub, yeni asfalt örtüyü salınıb. Yol zolaqlarına 2 min 743 kvadratmetr tamet tavalar döşənib. Əsaslı təmir olunmuş və yenidən qurulmuş yollar müasir standartlara uyğun işıqlandırma sistemi ilə təchiz edilib, 193 yeni işıq dirəyi quraşdırılıb. Bütün kommunikasiya xətləri yerin altı ilə çəkilib, ətraf ərazilərdə yaşıllıq zolaqları salınıb.

Tiflisdə "Biz gürcü dilini öyrənirik!" layihəsinin ikinci mərhələsinə yekun vurulub

Dekabrın 28-də Gürcüstan prezidentinin sarayında "Biz gürcü dilini öyrənirik!" layihəsinin ikinci mərhələsinə yekun vurulub.

"Dalğa TV"nin məlumatına görə, tədbirdə Kvemo Kartli bölgəsindən, Laqodexi rayonunun Qabal və Qaracalar kəndindən, həmçinin Samsxe Cavaxeti bölgəsindən gələn etnik azlıq nümayəndələri , Marneuli, Dmanisi, Qardabani, Bolnisi rayon icra hakimiyyəti rəhbərləri, bu rayonların təhsil resursları mərkəzlərinin direktorları, orta məktəb müəllimləri iştirak ediblər.

"Biz gürcü dilini öyrənirik!" layihəsindən bəhs edən tədbiri Gürcüstan prezidentinin etnik azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi açıb və layihənin etnik azlıqlar yaşayan bölgələrdə uğurla həyata keçirildiyini bildirib. Tədbirdə İvane Cavaxişvili adına TDU-nun professoru, layihə koordinatoru Yekaterina Kobaxidze, Samsxe Cavaxeti Universitetinin rektoru Merab Beridze, Qabal kənd 1 nömrəli Azərbaycandilli orta məktəbin tarix müəllimi Yunis Novruzov, prezident administrasiyasının rəhbəri Georgi Abaşişvili və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Sonra tədbirdə "Biz gürcü dilini öyrənirik!" kursunun dinləyicilərinə sertifikatlar verilib və Dmanisinin Yırğançay, Tetri-Tskaro rayonunun Kosalar kəndində və Samsxe Cavaxetidə gürcü dilinin tədrisi və öyrədilməsinin vəziyyəti haqqında film nümayiş olunub.

Gürcüstan prezidentinin etnik azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi APA-ya açıqlamasında "Biz gürcü dilini öyrənirik!" layihəsinin Gürcüstan prezidenti Georgi Marqvelaşvili tərəfindən dəstəkləndiyini bildirib: "Bu gün biz prezidentin təşəbbüsü ilə həyata keçirilən layihənin ikinci mərhələsinə yekun vururuq. Birinci mərhələyə Kvemo Kartli bölgəsinin bir kəndindən başladıq və sonra layihənin bütün kəndlərdə həyata keçirilməsinə nail olduq. Gürcü dilini öyrənmək istəyən gənclərin, təhsil işçilərinin, yaşlı adamların sayı getdikcə artır. Bu gün biz Kvemo Kartli sakinləri olan etnik azlıq nümayəndələrinə, o cümlədən azərbaycanlılara və Samsxe Cavaxetidə yaşayan ermənilərə, həmçinin Kaxeti bölgəsində yaşayan azərbaycanlılara sertifikatlar təqdim etdik. Gələn ilin mart, aprel və may ayları ərzində "Biz gürcü dilini öyrənirik" layihəsinin üçüncü mərhələsinə başlayacağıq," S. Şamanidi qeyd edib.

Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili isə dövlət dilini bilmədən uğur əldə etməyin mümkün olmadığını bildirib: "Gürcü dilini öyrənmək vacibdir. Dövlət dilini bilən insan həyatda və dövlətin işlərində fəallıq göstərir, öz istedad və imkanlarını üzə çıxarmağı bacarır," deyə M. Topçişvili vurğulayıb.

İlham Əliyev əfv sərəncamı imzaladı: 210 məhbus azad edildi

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Bu barədə Əfv Komissiyasınnı üzvü, deputat Azay Quliyev sosial şəbəkədə məlumat verib:

"Cənab Prezident gözlənilən əfv fərmanını imzaladı və 210 nəfər cəzanın qalan hissəsindən azad edildi. Cənab Prezidentə qəbul etdiyi belə bir humanist qərara görə təşəkkürümü bildirir və əfv olunanları isə təbrik edirəm".

Dünyada yaşayan azərbaycanlıların sayı açıqlandı – SİYAHI

Komitə 42 ölkədə yaşayan azərbaycanlıların statistikasını təqdim edib.

Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır.

 

Bu barədə "Dalğa TV" Modern.az-a istinadən xəbər verir.

 

Bu gün azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr qeyri-rəsmi məlumatlara görə, İran, Türkiyə və Rusiyadır. İranda 30 milyon, Türkiyədə 3 milyon, Rusiyada isə 2 milyon azərbaycanlı yaşayır.

Eyni zamanda Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna da azərbaycanlıların çox yaşadığı ölkələr içərəsində liderlik edir. ABŞ-da qeyri-rəsmi məlumatlara görə, 450 000, Almaniyada 200 000, Ukraynada isə 280 000 azərbaycanlı yaşayır.

Diasporla İş üzrə Dövlət Komitəsi 42 ölkədə yaşayan azərbaycanlıların statistikasını təqdim edib:

 

Öl­­kə­­nin a­dı

Qeyri-rəsmi məlumat

Azərbaycanlıların məskunlaşdığı ölkələrin

dövlət orqanlarının açıqladığı rəsmi məlumat

1.      

ABŞ

400 000-450 000 nəfər

 

2.      

Al­­ma­­niya

200 000 nəfər

13 444 nəfər

3.      

Avs­­tra­­liya

8 000 nəfər

7 500 nəfər

4.      

Avs­­triya

3 000 nəfər

 

5.      

Bеl­­çika

3 000 nəfər

 

6.      

Bе­­la­­rus

7 000 nəfər

5 567 nəfər

7.      

Böyük Britaniya

17 000 nəfər

 

8.      

Çе­­xiya

2 000 nəfər

 

9.      

Çin

30 000 nəfər

 

10.            

Danimarka

6 000 nəfər

 

11.            

Finlandiya

3 000 nəfər

 

12.            

Fransa

70 000 nəfər

 

13.            

Еs­­tо­­niya

1 800 nəfər

 

14.            

Gür­­cüs­­tan

500 000 nəfər

284.800 nəfər

15.            

İraq

800 000 nəfər

 

16.            

İran

30 000 000 nəfər

16 000 000 nəfər

17.            

İs­­vеç

30 000 nəfər

 

18.            

İsvеçrə

4 000 nəfər

 

19.            

İspaniya

5 000 nəfər

 

20.            

İsrail

75 000 nəfər

 

21.            

İtaliya

2 000 nəfər

 

22.            

Qa­­za­­xıs­­tan

90 000 nəfər

85 292 nəfər

23.            

Qır­­ğı­­zıs­­tan

20 000 nəfər

18 900 nəfər

24.            

Kanada

170 000 nəfər

 

25.            

Lat­­viya

4 000 nəfər

2 237 nəfər

26.            

Lit­­va

1 500 nəfər

648 nəfər

27.            

Meksika

   

28.            

Mоl­­dоva

6 000 nəfər

 

29.            

Ni­­dеr­­land

20 000 nəfər

 

30.            

Nоr­­vеç

3 000 nəfər

 

31.            

Öz­­bə­­kis­­tan

68 000 nəfər

35848 nəfər

32.            

Polşa

2 000 nəfər

 

33.            

Ru­­mı­­niya

2 000 nəfər

 

34.            

Ru­­siya

2 000 000 nəfər

603 070 nəfər

35.            

Suriya

45000 nəfər

 

36.            

Şimali Kipr

1000 nəfər

 

37.            

Tür­­kiyə

3 000 000 nəfər

 

38.            

Türk­­mə­­nis­­tan

48 000 nəfər

 

39.            

Tacikistan

5800 nəfər

 

40.            

Uk­­ray­­na

280 000 nəfər

45176 nəfər

41.            

Ya­­pо­­ni­ya

10 000 nəfər

 

42.            

Yеni Zе­­lan­­di­ya

2 000 nəfər

 

Bakıda ət kəskin bahalaşdı

Qiymətlərdə 2 manata kimi artım var.

Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər kəskin artıb, "Dağa TV" xəbər verir.

Bildirilir ki, ətin bir kiloqramının qiyməti orta hesabla 2 manatadək artıb.

Belə ki, Bakıda bu gün mal ətini orta hesabla 10, qoyun ətini isə 12 manata almaq olar.

Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Azərbaycanının Batumi şəhərindəki Baş Konsulluğunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı mərasim keçirilib.

Baş konsul Rəşad İsmayılov tədbir iştirakçılarına bu günün tarixi haqqında ətraflı məlumat verib. O, dünya azərbaycanlılarının həmrəyliyi ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb.

Baş konsul prezident İlham Əliyevin noyabr ayında Gürcüstana səfəri zamanı azərbaycanlılarla görüşünü xatırladıb. O, dövlət başçısının Gürcüstanda yaşayan azərbaycanlıların iki ölkə arasında əlaqələrinin inkişafında böyük rol oynadığı fikrini bir daha vurğulayıb.

Tədbirdə çıxış edən Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze deyib ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın qədimdən dost olduğu, şəhərlərimizin və regionlarımızın çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.

Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb.

Prezident: “Məmurlar nalayiq işlərlə məşğul idilər” - VİDEO

Bu gün prezident İlham Əliyev Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılışında iştirak edib.

"Dalğa TV" Qafqazinfoya istinadən xəbər verir ki, prezident gözdən əlilllərə mənzillərin açarlarını təqdim edərkən qısa çıxış edib. O bildirib ki, ünvanlı sosial yardıma möhtac olan insanların problemləri daim diqqət mərkəzindədir:

"Məqsəd odur ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin edilsin. Əvvəlki illərdə bəzi hallarda əlil olan insan gərək hər il gəlib sübut etməli idi ki, o əlildir. İndi aparılan islahatlar bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər bəzi hallarda əlil olmayan insanlar əlillik dərəcəsini almaq üşün müxtəlif işlərlə məşğul idilər. Bu əlbəttə ki dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Burada dövlət məmurları da nalayiq işlərlə məşğul idilər. Ona görə də bu sahədə ciddi nəzarət olmalıdır. Qayda-qanun yaradılmalıdır. İctimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir, bundan sonra da edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq. Bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşası üçün 10 milyon manat əlavə vəsait ayrılıb. Yaxın vaxtlarda da Nazirlər Kabineti ən az bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin üç dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər Azərbaycanda iqtsiadi sabitlik təmin edilir. Sosial məsələlər öz həllini tapır".

 

Ermənistanda həbsdə olan azərbaycanlı: “Məndən Azərbaycan, Qarabağ haqqında soruşurdular”

"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında beş ay saxlandıqdan sonra ailəmə qovuşdum. Dünən məhkəmə zalından azad olundum. Məni sərhədi keçmək maddəsi ilə günahlandırdılar və təqsirimi boynuma aldıqdan sonra 5 ay həbs kəsdilər".


"Dalğa TV" xəbər verir ki, bu sözləri Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı, Bolnisi rayonunun Faxralı kənd sakini Turqay Mikayılov APA-ya açıqlamasında bildirib.
O, Ermənistanda təkadamlıq kamerada saxlandığını, azərbaycanlı olduğu üçün ona mənfi münasibətin olduğunu deyib: ";Sözsüz ki, mənə düşmən kimi baxırdılar, Azərbaycan, Qarabağ haqqında soruşurdular. Mən isə cavabında bildirirdim ki, Gürcüstan vətəndaşıyam, öz dövlətimi sevdiyim kimi Azərbaycanı da sevirəm. Bəzən sual-cavabdan bezdiyim üçün onların suallarına acıqla cavab verirdim. Mənə deyirdilər ki, səni kimsə məqsədli şəkildə Ermənistana göndərib. Sonra mənə sərhədi keçmək maddəsi ilə ittiham irəli sürdülər".
T. Mikayılov onu da deyib ki, ona hərdən ailəsi ilə telefonla danışmağa icazə verilib.
O, Tiflisdə həkim müayinəsindən keçmək niyyətində olduğunu da bildirib: "Bəlkə də yeməyimə nəsə qatırdılar. Qorxuram ki, səhhətimdə problem yaransın".
T. Mikayılov Gürcüstanın Ermənistandakı səfirliyinə təşəkkürünü də çatdırıb: "Səfirliyə təşəkkür edirəm ki, Gürcüstan vətəndaşı kimi daim mənimlə maraqlanıblar. Eyni zamanda Kvemo Kartli bölgəsinin qubernatoruna və rayon rəhbərliyinə ailəmə göstərdikləri qayğı və diqqətə görə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Faxralı kənd sakini Turqay Mikayılov Ermənistanda 5 ay həbsdə saxlandıqdan sonra dekabrın 23-də məhkəmə zalından azad edilib.

 

Gürcüstanda azərbaycanlı gənc xeyli miqdarda narkotiklə saxlanılıb

Marneuli rayonunun Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında yerləşən Kirəc Muğanlı kəndində Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən xeyli miqdarda narkotik alışı və saxlanmasında günahlandırılan azərbaycanlı gənc saxlanılıb.

"Dalğa TV"nin  məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Əvvəllər məhkum olunan Q. Vüqarın üstündən 1,8 qram 12 ədəd tramadol həb və 7.9973 qram digər narkotik tərkibli preparat tapılıb. Ekspertizanın məlumatına görə, həmin preparatın içində 4. 5466 qram heroin aşkar edilib. Məlumata görə, saxlanılan gənc tiryək təsiri altında olub və günahını boynuna alıb.

Gürcüstan DİN-dən bildirilib ki, onun barəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.

Qarabağda öldürülən ermənini PKK bayrağına bükdülər – VİDEO

Türkiyə mediasında məlumat yayıldı.

Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında öldürülən erməni əsgəri dəfn olunmaq üçün aparılarkən PKK terror təşkilatının bayrağına bükülüb.

"Dalğa TV" Türkiyə mediasına istinadən həmin görüntüləri təqdim edir.

 

Saytda Axtarış

ახალი ამბები