Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1361
DünənDünən5185
Bu həftəBu həftə1361
Bu ayBu ay49050
Bu günə qədərBu günə qədər8410681

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Rusiyada üçyaşlı azərbaycanlı atasına məxsus tapança ilə özünü vurub

"Tapança rəsmən qeydiyyatdan keçirilib".

Üçyaşlı uşaq atasına məxsus tapança ilə özünü vurdu.

"Dalğa TV" Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Vsevolojsk rayonunun Zanevka kəndində baş verib. Oğlan travmatik tapançanı atasının “Leksus”unda tapıb və boynuna atəş açıb.

"Təcili tibbi yardım” həkimləri odlu silahdan yaralanmış uşağı xəstəxanaya yatırmaq qərarına gəliblər.

"Xəsarət alan uşaq Sankt-Peterburqun pediatrik tibbi akademiyasına aparılıb. O, reanimasiya şöbəsindədir", - hüquq-mühafizə orqanlarıda olan mənbə bildirib.

Oğlanın atası maşından 15 dəqiqəlik ayrıldığını, qayıtdıqda isə oğlunun qan içində olduğunu görüb.

“Biz şəhərətrafında olan evimizə gəldik. Mən bir müddətlik içəri girib, sonradan geri qayıtmağı düşünürdüm. Oğlumu maşında qoydum. On beş dəqiqəlik getmişdim, qayıdanda isə onu qan içində gördüm və xəstəxanaya apardım”, - xəsarət alan uşağın atası Salavat "47news"a bildirib.

Oğlanın atası 20 ildən artıqdır ki, Peterburqda yaşayır, əslən Azərbaycandandır. Onun dörd yetkinlik yaşına çatmayan övladı var, kommersiya şirkətində sürücü işləyir. Salavatın sözlərinə görə, tapança rəsmən qeydiyyatdan keçirilib.

Tiflisdə radioaktiv maddəni satmaq istəyən Ermənistan vətəndaşları saxlanılıb

Gürcüstanda qanunsuz radioaktiv maddələrin alqı-satqısı ilə məşğul olan 6 nəfər saxlanılıb.


"Dalga TV" Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Mühafizə Departamentindən bildiriblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 3 nəfər Ermənistan vətəndaşı və 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb. Onlar radioaktiv maddəni Tiflisdə satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər radioaktiv maddəni 200 milyon dollara satmaq istədiklərini deyiblər.

Rəsmi məlumata görə, cinayət qrupunun üzvlərindən birinin yaşadığı evdə zavod üsulu ilə yığılan və göndərilmək üçün konteynerə yüklənmiş 238 U (uran -238) nüvə materialı aşkarlanıb. Nüvə materialının radiasiya dərəcəsi insan sağlamlığı üçün zərərlidir.

Saxlanılan şəxsləri 5 ildən 10 ilədək həbs cəzası gözləyir. Faktla bağlı Gürcüstanın Dövlət Təhlükəsizlik Əks Kəşfiyyat Xidmətində istintaq aparılır.

Gürcüstanda əsən güclü külək fəsadlar törədib

Aprelin 16-da əsən güclü külək Gürcüstanda, həmçinin paytaxt Tiflis şəhərində fəsadlar törədib.
"Dalga TV"nin Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Tiflis şəhərindəki “Didube plaza” biznes-mərkəzin yanında taksi sürücüsünün üstünə ağac düşüb. Tiflis şəhərindəki Saburtalo 61 küçəsində də güclü külək 4 mərtəbəli yaşayış korpusun damının bir hissəsini qaldıraraq həyətə atıb və xoşbəxtlikdən heç kim xəsarət almayıb. Bina sakinləri damın ikinci hissəsinin də yola düşə biləcəyindən ehtiyatlanırlar.

Tiflisdəki “Axmeteli Teatrı” metrosunun yaxınlığında dayanan avtomobilin üstünə də ağac düşüb. Hadisə nəticəsində yolda tıxac yaranıb.

Məlumata görə, Tiflis Fövqəladə Hallar Xidmətinin əməkdaşları şəhərdə küləyin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görür.

Sinoptiklərin verdiyi məlumata görə, aprelin 18-dən 21-dək Gürcüstanda havalar mülayimləşəcək və havanın temperaturu 27 dərəcəyədək yüksələcək. Aprelin 16-da əsən güclü külək Gürcüstanda, həmçinin paytaxt Tiflis şəhərində fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Tiflis şəhərindəki “Didube plaza” biznes-mərkəzin yanında taksi sürücüsünün üstünə ağac düşüb. Tiflis şəhərindəki Saburtalo 61 küçəsində də güclü külək 4 mərtəbəli yaşayış korpusun damının bir hissəsini qaldıraraq həyətə atıb və xoşbəxtlikdən heç kim xəsarət almayıb. Bina sakinləri damın ikinci hissəsinin də yola düşə biləcəyindən ehtiyatlanırlar.

Tiflisdəki “Axmeteli Teatrı” metrosunun yaxınlığında dayanan avtomobilin üstünə də ağac düşüb. Hadisə nəticəsində yolda tıxac yaranıb.

Məlumata görə, Tiflis Fövqəladə Hallar Xidmətinin əməkdaşları şəhərdə küləyin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görür.

Sinoptiklərin verdiyi məlumata görə, aprelin 18-dən 21-dək Gürcüstanda havalar mülayimləşəcək və havanın temperaturu 27 dərəcəyədək yüksələcək.

Azərbaycanlı jurnalist Sarkisyanı özündən çıxardı - VİDEO

Mətbuat konfransı 2001-ci ildə keçirilib.

Sosial şəbəkələrdə Ermənistan prezidenti Serj Sarkisyanın mətbuat konfranslarının birindən görüntülər yayılıb.

"Dalğa TV" xəbər verir ki, video "Bizim ökə" səhifəsində yerləşdirilib.

Qeyd edək ki, mətbuat konfransı 2001-ci ildə keçirilib.

Azərbaycanlı jurnalist Murad Hüseynov həmin vaxt Ermənistan Müdafiə naziri vəzifəsində çalışan Serj Sarkisyana Ermənistan vətəndaşlarının heç kimin tanımadığı "DQR"də xidmət etməkləri ilə bağlı sual verib.

Videodan da görünür ki, həmyerlimizin dəqiq və aydın sualları Sarkisyanı özündən çıxarır.

Həmin vaxt Müdafiə naziri olan Sarkisyan sadə sullara adekvat cavab tapmayınca özünəməxsus şəkildə azərbaycanlı jurnalisti onunla mübahisə etməkdə cəhddə ittiham edib.

Gürcüstan prezidenti Qardabaniyə səfər edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonuna səfər edib.

"Dalğa TV"nin Gürcüstan bürosunun məlumatına görə, prezident azərbaycanlıların təhsil aldığı Qaracalar kənd orta məktəbində olub. O, öncə birincilər oxuyan sinifə daxil olub və onların gürcü dilini necə öyrənmələri ilə maraqlanıb. Sonra dövlət başçısı məktəblilərin özfəaliyyət rəqs qrupunun nümayiş etdirdiyi rəqslərə baxıb. G. Marqvelaşvili artıq 3 aydır məktəbdə həyata keçirilən dövlət dilinin öyrədilməsi layihəsi ilə maraqlanıb. Layihə prezidentin dəstəyi və İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin, Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir. Hazırda kursda yaşından asılı olmayaraq, 60-dək kənd sakini dövlət dilini öyrənir.

“Bu, bizim dövlət dilimizdir. Bu barədə Gürcüstan Konstitusiyasında da yazılıb. Qafqaz tarixində azərbaycanlılar dostluğa sadiq insanlar kimi tanınıb. Mən çox şadam ki, onlar dövlətimizi dəstəkləyir və onun dilini öyrənirlər", - deyə G. Marqvelaşvili bildirib.

Qaracalar kənd orta məktəbində 662 şagirdə 54 müəllim dərs deyir. Məktəb 3 mərtəbə və 30 sinif otağından ibarətdir.\

Ombudsman: “Azərbaycanda qızını qumarda uduzan atalar var”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə qeydiyyatsız nikahlarının sayının artmasından ciddi narahat olduğunu deyib.

"Dalga TV"nin məlumatına görə, bu gün Milli Məclisdə keçirilən “Ailə institutunun formalaşmasında adət-ənənələrimizin rolu” adlı tədbirdə çıxış edən E. Süleymanova bildirib ki, Azərbaycanda qeydiyyata alınmayan nikahların sayı getdikcə artır: “Bu hal kəndlərdə və rayonlarda daha çox olur. Kimisə zorla ərə verirlər, nəticədə ortaq məxrəcə gələ bilmirlər, ciddi problemlər ortaya çıxır. Bütün bunlar ailə institutunun formalaşmasına əngəl olur”.

Onun sözlərinə görə, ailələrin dağılması ilə nəticələnən səbəblərdən biri də narkomaniya və qumar aludəçiliyidir: “Son vaxtlar bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar peyda olub”.

Ombudsman Azərbaycanda əxlaqsızlıq yuvalarının çoxluğundan da şikayətlənib: "Ailə institutunun dağılmasında bunun da xüsusi rolu var. Qızlara ailədə ayrı-seçkilik çox qoyulur. Nə qədər bunu inkar etsək də, reallıq belədir. Ana bətnində olanda dölün cinsini müəyyən etmək mümkündür. Ailə övladın qız olduğunu biləndə onu tələf etdirir. Statistik rəqəmlərə nəzər yetirdikdə görərik ki, dünyaya gələn körpələr arasında qızların göstəricisi 46, oğlanların sayı isə 54 faiz təşkil edir. Bu da böyük demoqrafik dəyişikliklərə səbəb olur".

Azərbaycanlı qızın şəhid məzarında oxuduğu şeir hər kəsi göz yaşlarına boğdu – VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun Şəmkir rayonu Şiştəpə kəndindəki dəfnində, azərbaycanlı qızın oxuduğu şeir hər kəsi göz yaşlarına boğub.

"Dalğa TV" xəbər verir ki, şəhidin dəfn mərasimi 06 aprel tarixində keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Reportun məlumatına görə, ötən gün rayonun Tatar kənd sakini 19 yaşlı əsgər Nurlan Qasımov öz doğma kəndində torpağa tapşırılıb.

Bu ilin üç ayında ölkədə yol-nəqliyyat hadisələri nəticəsində 143 nəfər ölüb

Bu ilin ilk 3 ayında ölkədə 419 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 453 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 110 fakt (20,8%), ölənlərin sayı 80 nəfər (35,9%), xəsarət alanların sayı 102 nəfər (18,4%) azalıb.

Bakı şəhəri ərazisində 147 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 31 nəfər ölüb, 160 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 60 fakt (29%), 37 nəfər (54,4%), 61 nəfər (27,6 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 36,9%-i (155 hadisə, 52 ölüm, 183 xəsarət alan ) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,3%-i (102 hadisə, 43 ölüm, 89 xəsarət alan) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,8%-i (58 hadisə, 10 ölüm, 81 xəsarət alan) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,1%-i (5 hadisə, 2 ölüm, 5 xəsarət alan) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,8%-ni (171) piyadaların vurulması təşkil edib. Nəticədə 64 piyada ölüb, 119-u xəsarət alıb. 5 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər uşaq və yeniyetmə ölüb, 35 nəfər xəsarət alıb.

Azərbaycan Qarabağda döyüşlərdə 31 şəhid verib

Vaqif Dərgahlı açıqlama verdi.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda döyüşlər zamanı 31 hərbi qulluqçusu şəhid olub.

"Dalğa TV" xəbər verir ki, bu barədə RİA Novosti-yə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

"Hərbi əməliyyatlar zamanı Azərbaycannın 31 hərbi qulluqçusu şəhid olub. Müdafiə Nazirliyi döyüşlərdə həlak olanların ailələrinə başsağlığı verir", - o deyib.

Tiflisdə Azərbaycana dəstək aksiyası keçirilib

Gürcüstan ali məktəblərində təhsil alan Azərbaycan və Gürcüstan vətəndaşları olan azərbaycanlı tələbələr Azərbaycanın Tiflisdəki səfirliyi qarşısında dəstək aksiyası keçiriblər.

"Dalğa TV"nin məlumatına görə, 60-dan çox tələbə əllərində müxtəlif şüarlar Tiflisin küçələrindən keçiblər.

Onlar "Dağlıq Qarabağ Azərbaycan torpağıdır!", "Gəl de, gələk! Öl de, ölək!", "Şəhidlər ölməz, vətən bölünməz!" şüarları səsləndiriblər. Tələbələr əllərində Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqlarını tutaraq ermənilər tərəfindən işğal olunan torpaqların azad olunmasına həmişə hazır olduqlarını bildiriblər. Azərbaycanlı tələbələr Gürcüstan ali məktəblərində təhsil alan gürcü gənclərinin də onların bu arzusunu dəstəklədiklərini, Gürcüstanın da 20 faiz torpaqlarının işğal olunduğunu bildiriblər.

Tələbələr Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.

Əksəriyyəti Gürcüstan vətəndaşları olan azərbaycanlı gənclər ürəklərinin Azərbaycanla döyündüklərini bildiriblər.

Azərbaycan səfirliyi qarşısında keçirilən dəstək aksiyasında gəncləri səfirliyin rəsmilərindən İlyas Məmmədov və Samirə Ağayeva dəstəkləyiblər, onlara minnətdarlıqlarını bildiriblər. Azərbaycan səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri S. Ağayeva azərbaycanlı tələbələrin həmrəyliyini alqışladığını bildirib. Onun sözlərinə görə, indiki vaxtda belə bir birlik və həmrəylik bizi daha güclü edir. “Bu, ağır günlərimizdə böyük dəstəkdir. Güclü dövlət həm də bilikli və bacarıqlı tələbələri ilə fəxr edir. Bizə hərtərəfli dəstək verdiyiniz üçün səfirlik adından minnətdarlığımızı b

ildiririk”, - deyə o vurğulayıb.

Cəbhədə erməni generalı belə vuruldu – VİDEO

Gözlənilən görüntülər yayıldı.

Azərbaycanın Müdafiə Nazirliyi bəyan edildiyi kimi, düşmənin komanda-qərargah məntəqəsinin darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın video görüntüsünü təqdim edib.

"Dalğa TV" həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumata görə, zərbə nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Məhv edilmiş erməni əsgərləri – VİDEO (18+)

Düşmən postu darmadağın edilib.

Sosial şəbəkələrdə Qarabağda məhv edilmiş erməni işğalçılarının görüntüləri yayılıb.

"Dalgatv" xəbər verir ki, kadrlara əsasən, təkcə bu darmadağın edilmiş düşmən postunda 10-a yaxın erməni hərbçisi məhv edilib.

Yayılan məlumatda qeyd olunur ki, ermənilərdən 140 nəfəri ölüb, 500-dən çox yaralıları var, Ermənistanda xəstəxanalarda boş yer qalmayıb.

Həmin görüntüləri təqdim edirik:

Saytda Axtarış

ახალი ამბები