Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün849
DünənDünən5185
Bu həftəBu həftə849
Bu ayBu ay48538
Bu günə qədərBu günə qədər8410169

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ermənilər azərbaycanlılardan - Üzr istədi

Ukraynanın Lvov vilayətinin erməni diasporunun nümayəndələri şəhərdə baş verən davaya görə azərbaycanlılardan üzr istəyiblər.

AzNews.az xəbər verir ki, bu barədə ans press-ə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədrinin birinci müavini Murad Cəfərov məlumat verib.

Lvov vilayətinin polis idarəsinin akt zalında keçirilən brifinqdə Ukraynadakı Azərbaycan və Ermənistan diasporalarının nümayəndələri iştirak ediblər. Brifinq Lvov vilayətinin polis idarəsinin rəis əvəzi general Dmitri Zagariyanın idarəçiliyi ilə keçib.

Brifinqdə iştirak edən Lvov vilayəti üzrə UABD -nin nümayəndəsi Məcid Nuxiyev deyib ki, erməni diasporunun sədri Nikolay Koçaryan rəsmi şəkildə azərbaycanlılardan üzr istəyib.

"Nikolay Koçaryan bir daha belə hallar baş verməyəcəyini deyib", - deyə Məcid Nuxiyev bildirib.

Azərbaycan nümayəndəsi isə deyib ki, Ukrayna bizim ikinci vətənimizdir."Burada bizim övladlarımız yaşayır. Etnik zəmində provakasiya qurmağa nə ehtiyac, nə də zərurət var".

Görüşün keçirildiyini Ermənistan nümayəndələri də təsdiqləyib. Ermənistanın "news.am" saytına açıqlama verən icmanın rəhbəri Nikolay Koçaryan deyib ki, görüş ermənilər və azərbaycanlılar arasında davanın müzakirə edilməsi məqsədi ilə keçirilib. Koçaryan üzr istəmələri barədə heç bir məlumat verməyib.

"İcma üzvüləri görüşdülər, barışdılar. Onlar gələn həftə də problemləri müzakirə etmək üçün görüşmək niyyətindədirlər. Hal-hazırda hər şey yaxşıdır", - deyə Nikolay Koçaryan bildirib.

Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.

Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımız ermənilərin əlindən qondarma rejimin "bayrağını" əllərindən alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.

Daha sonra mayın 16-da ermənilər və azərbaycanlılar arasında yenidən gərginlik yaşanıb.

Şəhərdə yaşayan ermənilər Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilər hücum zamanı travmatik silahlardan istifadə ediblər. Həmyerlilərimiz arasında 6 nəfər xəsarət alıb.

Ukrayna Daxili İşlər Nazirliyi də Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya vermişdi. Açıqlamada davada 25-45 yaşda təxminən iyirmi nəfər iştirak etdiyi bildirilirdi.

Bakıda Ermənistan bayrağı yandırıldı – FOTO

"Azərbaycan torpaqları yalnız hərbi yolla düşməndən azad oluna bilər".

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri və ictimaiyyət nümayəndələri Laçın rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24 illiyi ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.

"Dalğa TV"nin məlumatına görə, ziyarət zamanı şəhidlərin məzarı üzərinə gül qoyulub, ruhlarına dualar oxunub.

QAT sədri Akif Nağı bildirib ki, Azərbaycan torpaqları yalnız hərbi yolla düşməndən azad oluna bilər:

“Vyana görüşləri bu həqiqəti bir daha ortaya çıxardı. Azərbaycan danışıqlardan imtina edib, müharibəni başlamalıdır. Minlərlə qurbanın hesabına olsa da, torpaqlarımızı azad etməliyik”.

Sonra aksiya iştirakçıları Ermənistan bayrağını tapdalayıb və yandırıblar.

Gürcüstan azərbaycanlıları ölkə rəhbərliyini erməni separatçılığına qarşı tədbir görməyə çağırıblar

Gürcüstan azərbaycanlıları adından ölkə prezidentinə və baş nazirə müraciət ünvanlanıb.

"Dalğa TV"nin Gürcüstan bürosunun məlumatına görə, QHT rəhbərlərinin imzaladığı müraciət Gürcüstanda erməni separatçılığının təbliğ olunmasına etiraz məqsədi daşıyır.

Sənəddə deyilir: "Aprelin 23-24-də Gürcüstanın Axalkalaki, Axaltsixe və Batumi bölgələrində qondarma "Artsax" və "Kürdüstan" bayraqları, mayın 9-da isə Tiflisin mərkəzində yenə Dağlıq Qarabağ separatçılarının bayraqları və digər simvolları qaldırılıb. Mayın 9-da Gürcüstan vətəndaşı olan bir qrup erməni Qələbə Günü əvəzinə, Azərbaycanın Şuşa şəhərinin işğal gününü qeyd edib. Gürcüstan hökuməti dəfələrlə bəyan edib ki, ölkədə separatizmə hər hansı dəstək verilmir və şərait yaradılmır. Buna baxmayaraq, Gürcüstanda daxilindəki ekstremist qüvvələrin hərəkətləri cavabsız qalır".

Müraciətdə qeyd olunub ki, hakimiyyət orqanları bu üzdəniraq hərəkətlərə göz yumur və heç bir ölçü götürmür: "Nə üçün separatizmdən əziyyət çəkən Gürcüstan ölkənin paytaxtında belə simvolların yayılmasına imkan yaradır?! Bu, həm Gürcüstan dövlətinə, həm də dost Azərbaycana hörmətsizlikdir. Əgər indi bu ekstremist qüvvələrə qarşı ölçü götürülməsə, həmin qüvvələr Gürcüstanda öz mövqelərini daha da gücləndirəcəklər. Bu addımlar Gürcüstan xalqının marağında deyil və Gürcüstan dövlətçiliyini təhlükə altında qoyur".

Müraciət müəllifləri prezidentdən və baş nazirdən separatçı addımlara qarşı ölçü götürülməsini istəyiblər.

Bakıda qadını bıçaqla hədələyib maşınını əlindən aldılar

Avtomobil Şərifzadə küçəsində hərəkətdə olarkən aşkar edilib.

Bakıda qadına məxsus avtomobil qaçırılıb.

"Dalğa TV" xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayramov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Sevda Rəfiyeva "Kia" markalı avtomobilinə oturarkən naməlum şəxs bıçaqla onu hədələyib nəqliyyat vasitəsini ondan alaraq hadisə yerini tərk edib.

Avtomobil Şərifzadə küçəsində hərəkətdə olarkən aşkar edilib və görülmüş tədbirlərlə saxlanılıb.

Hadisəni törədən Bakı şəhər sakinləri Orxan Xıdırov və Aleksandr Semyonov tutulublar.

Tbilisidə “DQR”in bayraqlarını qaldırdılar

Azərbaycanlılar Gürcüstan prezidentindən ölçü götürülməsini istəyiblər.

Gürcüstan azərbaycanlıları adından ölkə prezidentinə və baş nazirə müraciət ünvanlanıb.

"Dalğa TV" Virtualaz.org-a istinadən xəbər verir ki, QHT rəhbərlərinin imzaladığı müraciət Gürcüstanda erməni separatçılığının təbliğ olunmasına etiraz məqsədi daşıyır.

“Aprelin 23-24-də Gürcüstanın Axalkalaki, Axaltsixe və Batumi bölgələrində qondarma “Artsax” və “Kürdüstan” bayraqları, mayın 9-da isə Tiflisin mərkəzində yenə Dağlıq Qarabağ separatçılarının bayraqları və digər simvolları qaldırılıb.

Mayın 9-da Gürcüstan vətəndaşı olan bir qrup erməni Qələbə Günü əvəzinə, Azərbaycanın Şuşa şəhərinin işğal gününü qeyd edib. Gürcüstan hökuməti dəfələrlə bəyan edib ki, ölkədə separatizmə hər hansı dəstək verilmir və şərait yaradılmır. Buna baxmayaraq, Gürcüstanda daxilindəki ekstremist qüvvələrin hərəkətləri cavabsız qalır”, - deyə sənəddə bildirilir.

Bakıda sərxoş sürücü maşından düşdü və asfaltda yatdı – VİDEO

Sürücü jurnalistlərə hücum edib.

Bakıda sərxoş sürücü küçənin ortasında yatdı.

"Dalğa TV" xəbər verir ki, ANS TV-nin məlumatına görə, hadisə Bakı-Qazax yolunun 6-cı kilometrliyində, yəni Yasamal rayonu ərazisinə düşən hissəsində baş verib.

"Mercedes" markalı avtomobilin qarşısında 1 nəfər yerə uzanmış vəziyyətdə olub.

İlk baxışdan bu, sürət həddi 110 km saat olan yolda piyadanın vurulmasına bənzəyib. Lakin vəziyyət göründüyündən daha fərqli olub. Avtomobil işlək vəziyyətdə olsa da içərisində sürücü olmayıb.

Özünə yatmaq üçün yumşaq yatağı deyil, asfaltın üzərini seçən şəxsi oyatmaq o qədər də asan olmayıb. Məlum olub ki, yerdə yatan şəxs maşının sürücüsü olub.

Çəkiliş qrupu sürücüyə kömək etmək istəsə də o, əlbəyaxa çıxmağa çalışıb. Sərxoş sürücü kortəbii olaraq avtomobili idarə etməyə çalışıb. Lakin buna imkan verilməyib və əraziyə dərhal polis çağırılıb.

Yol patrul xidmətinin əməkdaşlarınıın köməyi ilə sürücünün şəxsiyyəti müəyyən edilib - Şərif Nuriyev. Polisin ilkin müayinəsi zamanı sürücünün sərxoş olduğu ortaya çıxıb.

Sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün məntəqəyə, maşını isə cərimə meydançasına aparılıb.

Bakıda uşaq qaçıran “İŞİD-çi”: Saytlara baxıb elədim – VİDEO

"Pulu almağa gələndə məni tutdular".

Bakıda 8 yaşlı uşağı girov götürən və özünü İŞİD-çi kimi təqdim edərək valideynlərindən azad olunması müqabilində pul tələb edən şəxs törətdiyi cinayətin detallarını açıqlayıb.

"Dalğa TV" APA TV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində baş verib.

Mayın 10-da Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci Polis Bölməsinə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmadığını bildirib.

Aparılmış araşdırmalarla özünü “İŞİD” üzvü kimi təqdim etmiş şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30 000 manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə, onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən edilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmamış tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.

Elnur Məmmədov cinayəti necə törətdiyini belə təsvir edib:

“Bəzi saytlara baxmışdım İŞİD-lə bağlı. Qonşuluqda 9 yaşında bir oğlanı görüb “sən yaxşı futbol oynayırsan” adı ilə aldadıb yarımtikiliyə apardım. Sonra atasına zəng edib əvvəl 10 min, 2-3 günə isə 20 min manat verməsini istədim. Pulu almağa gələndə məni tutdular”.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Azərbaycan və Ermənistan səngərləri arasındakı fərq – VİDEO

"İçəridə üfunətdən dayanmaq mümkün deyil".

ANS TV-nin çəkiliş qrupu Ermənistan silahlı qüvvələrinin tapdağından azad olunmuş torpaqlardakı erməni səngərlərində olub.

"Dalğa TV" xəbər verir ki, bu kadrlara baxarkən Azərbaycan və Ermənistan səngərləri arasındakı fərqi görəcəksiniz.

Azərbaycan əsgərinin səngərdəki şəraiti və erməni əsgərinin şəraitsizliyi. Kadrlardan görünür ki, erməni hərbçilərin olduğu yer çox darısqal bir qazmadır.

Yataq yerləri taxtadan primitiv üsulla düzəldilib. Hətta çarpayını məftillərdən hörüblər. İçəridə üfunətdən dayanmaq mümkün deyil.

Hələ Azərbaycan əsgərləri burada təmizlik işəri aparıblar.

Yaralı kapitanımız dünyasını dəyişdi - FOTO

Savalanov aprelin əvvəllərində döyüş əməliyyatları zamanı yaralanıb.

Yaralı zabitimiz dünyasını dəyişib.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Azərbaycandan gətirilən dərmana görə rüşvət alan gürcü gömrükçü saxlanıldı

O, həmçinin fırıldaqçılıq yolu ilə pul almaqla da məşğul idi.

Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidməti rüşvətalma faktı üzrə "Mtkvari" gömrük-keçid məntəqəsinin zabiti Paata İremidzeni saxlayıb.

"Dalğa TV" bu barədə "Qruziya Online" istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq xidmətinin məlumatında deyilir.

"İstintaq tərəfindən müəyyən edilib ki, ittiham edilən şəxs Qardabani rayonunun Vaxtanqisi kəndində gömrük-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Gürcüstan ərazisinə böyük sayda veterinar medikamentlərinin keçirilməsinə yardım üçün vətəndaşdan müəyyən məbləğdə rüşvət istəyib", - məlumatda bildirilir.

Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci bəndi üzrə istntaq aparılır, bu maddəyə görə, 6 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əl-Cəzirə Azərbaycanın azad olunmuş torpaqlarını göstərdi - VİDEO

Telekanal son döyüş əməliyyatlarından süjet hazırlayıb.

Dünyanın ən aparıcı telekanallarından olan Əl-Cəzirə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı süjet yayımlayıb.

"Dalğa TV" Virtualaz.org-a istinadən bildirir ki, süjetdə Azərbaycan torpaqlarının işğal olunmasından və aprelin əvvəlindəki dörd günlük müharibədən bəhs olunur.

Azərbaycan ordusunun yerləşdiyi mövqelərdə olan telekanal əməkdaşları, onun son döyüş əməliyyatları vaxtı ələ keçirdiyi yüksəklikləri də tamaşaçılara nümayiş etdiriblər.

Süjetin ən maraqlı epizodu isə ermənilərin Tərtər rayonunda atəşə tutduqları və demək olar ki, tam dağılmış məktəbdən çəkilən hissə olub.

Həmin video-süjeti təqdim edirik.

Ermənistan səfirliyi qarşısında keçiriləcək aksiyaya qatılmaq üçün Tiflisə yola düşən azərbaycanlılar Gürcüstana buraxılmayıb

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə aprelin 23-də Ermənistanın Tiflisdəki səfirliyi qarşısında keçiriləcək dinc etiraz aksiyasında iştirak etmək üçün yola düşən Azərbaycanın nümayəndə heyəti Gürcüstana buraxılmayıb.

BDM-dən APA-ya bildirilib ki, nümayəndə heyətinin tərkibində olan BDM sədri İsmayıl Ağayev, sədr müavini Samir Adıgözəlli, BDM-in Gürcüstan nümayəndəliyinin rəhbəri Namiq İsayev heç bir səbəb göstərilmədən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb. İsmayıl Ağayev və Namiq İsayev "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən geri qaytarılıb. Samir Adıgözəlli isə Qardabanidə 2 saat saxlandıqdan sonra "Sadıqlı" keçid məntəqəsindən Azərbaycana göndərilib: "Keçiriləcək aksiya ilə bağlı Tiflis meriyasının müsbət cavab verməsinə baxmayaraq, BDM nümayəndə heyətinin saxlanması və bu ölkəyə buraxılmaması təəssüf hissi doğurur. Buna baxmayaraq BDM-in Gürcüstan nümayəndəliyi planlaşdırılmış aksiyanı həyata keçirəcək" - deyə, məlumatda qeyd olunub.

Saytda Axtarış

ახალი ამბები