Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün849
DünənDünən5185
Bu həftəBu həftə849
Bu ayBu ay48538
Bu günə qədərBu günə qədər8410169

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi başlayıb

1200-dən ç;ox şəxsi heyətin iştirakı ilə keç;irilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirməkdir


 Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev və Türkiyə Respublikasının Üç;üncü Ordu komandanı ordu generalı İsmail Serdar Savaş iştirak edirlər. Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəç;i qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.
1200-dən artıq şəxsi heyətin iştirakı ilə keç;irilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.

APA-nın Gürcüstan müxbiri Azərbaycanın "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Təbrik edirik!

Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, elm, mədəniyyət, incəsənət və jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar elm xadimi"
Məmmədov Əmirullah Məmmədəli oğlu

"Əməkdar jurnalist"
Bağıyeva Mətanət Nəbi qızı
Məmmədov Nizami Zilli oğlu

"Əməkdar rəssam"
Zeynalov Yaşar Ələkbər oğlu
Səmədov Asim Rəsul oğlu

"Əməkdar artist"
İsmayilova Elnarə Telman qızı
Manafov İslam Atabala oğlu

Qeyd edək ki, N. Məmmədov APA-nın Gürcüstan müxbiridir.

Lerikdə evə basqın edən qrup 72 yaşlı kişini baltalayıb, oğlunun qulaqlarını kəsib

Lerikdə ata və oğlu baltalanıb.

APA-nın Cənub bürosunun məlumatına görə, bu gün saat 04.00 radələrində rayonun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilib. Hücum edən bir qrup şəxs ona balta ilə xəsarət yetirib, oğlu Rəfael İsiyevin isə balta ilə hər iki qulağını kəsiblər. Araşdırmalar onların hücum edənlərin H. İsiyevin qardaşı uşaqları - Zamin, Şahrza və Bəybala İsiyevlər və qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşları olması müəyyən edilib.

Məlumata görə, adıçəkilən şəxslər ötən gün ot üstündə dalaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda şairə qarşı 110 min dollarlıq dələduzluq edilib

Bakıda şairə qarşı dələduzluq edilib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü German Əli oğlu Hüseynov polisə ərizə ilə müraciət edərək bildirib ki, 1965-ci il təvəllüdlü Valeh Vəli oğlu Rüstəmov onu aldadıb iş qurmaq adı ilə 30 min ABŞ dollar pulunu alıb. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

G. Hüseynov APA-ya dələduzluğa məruz qalması faktını təsdiqləyib. O bildirib ki, əslində ona 30 min yox, 110 min dollar ziyan dəyib. G. Hüseynov dələduzluğa məruz qalması ilə bağlı yaxın günlərdə detallı açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, German Hüseynov şair-publisistdir. O, “656№-li qatar”, “Könlüm sevgi zindanı”, “Ruhum Ağdamda qaldı”, “Bu il də tut yemədik”, “Əzizbəyov küçəsi ev 57”, “Sən mənim əbədi məhəbbətimsən” adlı şeir

Gürcüstan vətəndaşı Gəncədə döyülüb

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gürcüstan vətəndaşı, hazırda Göygöl rayonunda yaşayan 1964-cü il təvəllüdlü Qulam Əhmədoğlu beyin silkələnməsi və burun sümüyünün sınığı əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb.

Özünün dediyinə görə, o, şəhərin “Dubay bazarı” adlanan ərazisində 3 nəfərin hücumuna məruz qalaraq döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi

Prezident abidənin önünə əklil qoyub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

"Dalga TV" xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdi - Foto

Erməni işğalçı qüvvələri Ağdamda salamat qalmış yeganə tikilini-tarixi məscidi hərbi qərargaha çevirib.

Bu haqda Belarus saytının müxbirinin işğal altındakı Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.

Jurnalist Xankəndindən taksi ilə Ağdama tərəf gələndə yolda çoxlu sayda hərbi texnika və əsgərlərlə dolu maşınla rastlaşdığını yazır. Əsgərlər taksidə kimin getdiyinə baxmaq istəyirlər, ancaq Qarabağda hətta sınıq-salxaq maşınların belə şüşələrinə qara plyonka çəkilib. Bu səbədən maşında kimin getdiyini görmək elə də asan deyil. Eləcə də jurnalist maşından ətrafa baxıb harada olduğunu müəyyən edə bilmir, Ağdama çatdıqlarını ancaq dağılmış yollardan başa düşür.


 



"Müharibəyə qədər Ağdamda 30 minə qədər azərbaycanlı yaşayırdı, indi bir nəfər də qalmayıb. Ağdam bazarı hər yerdə məşhur idi. Ermənilər xatırlayır ki, orada cinsdən tutmuş silaha qədər hər şey satırdılar"-jurnalist yazır.

Reportajda deyilir ki, ermənilər 1993-cü ildə şəhəri işğal edəndən sonra tamamilə talayıblar və məhv ediblər. "Şəhərdə salamat qalmış yeganə tikili məsciddir. Əvvəllər Qarabağ gələn xarici turistlər məscidin minarəsinə çıxıb şəhərin xarabalıqlarını çəkə bilirdi. İndi aprel döyüşlərindən sonra məscidə yaxın getmək mümkün deyil. Orada hərbi qərargah təşkil edilib"-belaruslu jurnalist yazır.



Azərbaycanda 30 dərəcəyədək isti proqnozlaşdırılır

Mülayim cənub küləyi əsəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, paytaxt və yarımadada gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacagı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ayın 26-27-də amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Reseptlər bundan sonra elektron qaydada yazılacaq

"Gələn ildən ölkədə sığorta təbabətinin tətbiqinə başlanılacaq. Sığorta təbabəti tətbiq olunandan sonra qarşıda duran əsas məsələlərdən biri reseptlərin elektron qaydada yazılmasıdır".

Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tibb müəssisələrinin komputerlərlə, informasiya texnologiyaları avadanlıqları ilə tam təchizatı istənilən səviyyədə deyil.

Nazir müavini bildirib ki, 2007-ci ildən tətbiq edilən vətəndaşların elektron sağlamlıq kartı sistemindən bu gün 600-dən artıq tibb müəssisəsi istifadə edir: "Bu da 2 milyon Azərbaycan vətəndaşını əhatə edir ki, bunun da 1 milyonu uşaq əhalisidir. Bu illər ərzində yeni doğulan uşaqların hamısı elektron sağlamlıq kartı ilə təmin olunur. Onların xəstəlikləri, müalicəsi ilə əlaqədar bütün məlumatlar sağlamlıq kartında öz əksini tapır. Digər tərəfdən stasionar şəraitdə müalicə alan bütün xəstələrin xəstəlik vərəqələrində olan bütün məlumatlar elektron bazaya yönəldilir".

E. Ağayev qeyd edib ki, doğumla, sürücülük vəsiqəsi ilə bağlı arayışlar və şəhadətnamələr onlayn qaydada aidiyyəti qurumlara göndərilir.

Nazir müavini onu da qeyd edib ki, təxminən 20 dövlət xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, özəl klinikalar vahid informasiya mərkəzi sisteminə qoşulub: "Təcili tibbi yardım xidməti da vahid informasiya mərkəzinə qoşulub. Tibbi briqadaların xəstələrə yaxınlaşma müddəti çox qısalıb. Artıq tibbi briqadalar xəstələrə 10-15 dəqiqə müddətində yaxınlaşa bilirlər".

Əfqanıstanda təyyarə qəzasında ölənlərin cəsədinin laborator müayinəsinə başlanılıb

Azərbaycanın "SilkWay" aviaşirkətinə məxsus "An-12" yük təyyarəsinin mayın 18-də Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən yeddi heyət üzvünün cəsədinin ümumi müayinəsi ötən gün başa çatdırılıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Bu gündən isə cəsədlərin laborator (kimyəvi, DNK) müayinəsinə başlanılıb.

Meyitlərin hamısı yandığı üçün laborator müayinə və tanınma uzun çəkəcək. Təyyarənin pilotunun və köməkçisinin meyitləri kabinədə aşkarlandığına görə onların kimliyi təxminən məlumdur. Lakin tam dəqiqlik üçün müayinə tələb olunur.

Qeyd edək ki, mayın 18-də "SilkWay" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Ekipaj üzvləri bunlardır:


1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), təyyarənin kapitanı, 1953-cü il təvəllüdlü


2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü


3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndisi, 1964-cü il təvəllüdlü

5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Quba-Xınalıq yolunda dağ uçqunu baş verib, 6 kəndlə əlaqə kəsilib

Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.


"Dalğa TV"nin şimal bürosunun verdiyi məlumata görə, yolun 37-cı km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb.

Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, 15-20 tonluq qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə kəsilib.

Yolun açılması üçün əraziyə texnika cəlb olunub.

Türkiyə əhalisi Azərbaycanı ölkəsinin ən yaxın dostu hesab edir - SORĞU

Türkiyə əhalisi Azərbaycanı Türkiyənin ən yaxın dostu hesab edir.

"Dalğa TV"nin "Haberler"ə istinadən verdiyi məlumata görə, Kadir Has Universitetinin keçirdiyi sorğuda iştirak edənlərin əksəriyyəti bu qənaətdədir.

Azərbaycanı dost hesab edən sorğu iştirakçıları 59,3 faiz təşkil edib. Ötən ilə nisbətən Türkiyənin xarici siyasətdə Azərbaycanla birgə hərəkət etməli olduğunu düşünənlərin faiz göstərici də 18,7 faizdən 48,5 faizə qalxıb.

“Türkiyənin dostu yoxdur” deyənlərin faiz göstərici isə ötən illə müqayisədə 38,9 faizdən 23,1 faizə düşüb.

Türkiyə üçün ən böyük təhdid hesab edilən ölkələr sırasına 69,6 faizlə Yaxın Şərq ölkələri başçılıq edib. Bu ölkələrdən hansının daha çox təhdid təşkil etməsi sualına isə 30,4 faiz respondent Suriya cavabını verib. Rusiyanı təhdid hesab edənlərin sayı isə ötən ilə nisbətən 3 dəfə artaraq 34,9 faizə yüksəlib.

Sorğu iştirakçılarının 31,1 faizi Türkiyənin xarici siyasətdə ən böyük problemin terrorla mübarizə olduğunu bildirib. Siyasətdə ən problemli məsələ kimi isə 22,9 faizlə Suriya məsələsi, 15,9 faiz İsraillə münasibətlər, 11,3 faiz isə Rusiya ilə münasibətlər göstərilib.

Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyənlər 61,8 faiz, heç zaman üzv olmayacağını düşünənlər isə 66,7 faiz təşkil edir.

Saytda Axtarış

ახალი ამბები