Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün856
DünənDünən5185
Bu həftəBu həftə856
Bu ayBu ay48545
Bu günə qədərBu günə qədər8410176

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Marixuananın istifadəsinə görə cəza ləğv olundu - Gürcüstanda

Gürcüstanda narkotik vasitə olan marixuananın az miqdarda istifadəsinə görə həbsxana cəzası ləğv edilib.

Qafqazinfo”nun Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli məhkəmə qərar alıb.

Qeyd edək ki, Ombudsman aparatı həbsxana cəzasının ləğv edilməsinin təşəbbüskarı olub.

Məhkəmə gəlinini öldürən şəxsin psixiatrik xəstəxanaya göndərilməsi barədə qərar çıxarıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yuri Roskovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Prokuror Y.Roskovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyib.

Daha sonra 1 saylı Respublika Xəstəxanasının nümayəndəsi Tural Kazımov çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxs bir neçə dəfə xəstəxanada müalicə alıb: "Həmişə özünə qapanan insan olub".

Məhkəmə istintaqının yekunlaşdığı elan olundu və dövlət ittihamçısı çıxış edib.

Prokuror Y.Roskovun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmasını istəyib.

Məhkəmə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması üçün onu 1 saylı psixiatrik xəstəxanaya göndərilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Y.Roskov gəlini İnna Berezuyeva qətlə yetirməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Y.Roskov əvvəllər 1 saylı Respublika Xəstəxanasında müalicə alıb.

Yanlış iynə 5 yaşlı uşağı öldürdü – Bakıda

5 yaşlı Fatimə Sərdarova həkim səhlənkarlığının qurbanı olub. 

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarovanın iki gün əvvəl qızdırması qalxıb. Tibb bacısı bununla əlaqədar ona antibiotik iynə vurub. Bundan sonra uşağın bədəni göyərib və az sonra dünyasını dəyişib. 

Ərazi üzrə 22 saylı uşaq polikilinikasının baş həkimi Rəna Qurbanova AzNews.az-a açıqlamasında hadisənin rəhbərlik etdiyi səhiyyə ocağında baş vermədiyini bildirib: 

“Hadisə Fatimənin öz yaşadığı evində olub. Uşağa iynəni bizim polikilinkanın tibb bacıları vurmayıb. İynəni uşağa kim vurub, bu barədə məlumatsızam.”

Gürcüstanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti pulsuz müayinə aksiyası keçirilib

Gürcüstanın nüfuzlu xəstəxanalarından olan “Vakedə klinika” səhiyyə müəssisəsi azərbaycanlılar üçün növbəti pulsuz müayinə aksiyası keçirib.

Budəfəki aksiya azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda təşkil olunub.

Aksiyada iştirak edən 100-dək azərbaycanlı, eləcə də gürcü və digər millətlərin nümayəndələri pulsuz olaraq həkim müayinəsindən keçiblər.

Klinikanın yüksək ixtisaslı həkimləri insanları müayinə edib, müalicələri ilə bağlı tövsiyələrini veriblər.

“Vakedə klinika”nın baş direktoru, professor Zinaida Vaşakidze jurnalistlərə müsahibəsində deyib: “Biz, bundan əvvəl Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının böyük dostu Heydər Əliyevin anım günü ilə əlaqədar Marneulidə pulsuz müayinə aksiyası keçirdik. Bu gün dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yaşayan insanları müayinə edirik. Bu aksiyamız da dünya şöhrətli siyasətçi, qəlbimizdə əbədi yaşayan Heydər Əliyevin xatirəsinə həsr olunub. Belə bir dahi şəxsiyyətin anım günü ilə əlaqədar azərbaycanlılar yaşayan bölgələrdə pulsuz müayinələr təşkil etməkdən qürur duyuruq”.

Onun sözlərinə görə, bu cür aksiyalar azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Qardabani və digər bölgələrdə də təşkil ediləcək.

Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov deyib ki, bu gün əksər insanların müayinə və müalicə üçün paytaxt Tbilisiyə getmək imkanı yoxdur. Belə aksiyanın təşkili, insanlara qayğı rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Xəzərdə estakadada baş vermiş qəza ilə bağlı cinayət işi başlanıb

Prezident İlham Əliyevin 2016-cı il dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması barədə imzaladığı sərəncamın icrası ilə əlaqədar hadisənin texniki səbəblərinin müəyyən edilməsi, müvafiq istintaq hərəkətlərinin aparılması, o cümlədən xüsusi biliklərə malik olan mütəxəssislər cəlb olunmaqla texniki təhlükəsizlik və digər ekspertizaların keçirilməsi zərurətini nəzərə alaraq faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, qəza nəticəsində 9 nəfər itkin düşüb.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.

Tiflisdə bank qarət olunub

Tiflisdə bank qarət olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına gürə, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oğurluqda bir adam iştirak edib.

Hələlik bankdan oğurlanan pulun məbləği açıqlanmır.

Müəyyən edilib ki, oğurluq edən şəxs tapança ilə "Gürcüstan Bankı"nın işçilərinə hədə-qorxu gəlib və pulu gütürərək hadisə yerindən uzaqlaşıb. Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən şəxs evində saxlanılıb. Həmin şəxsin evində hadisə yerində istifadə olunan odlu silah tapılıb və sübut kimi gütürülüb. Polis axtarış zamanı saxlanılan şəxsin evindən narkotik maddə və bankdan gütürülmüş pulun bir hissəsini tapıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Gürcüstan Müsəlmanlar İttifaqı ölkənin Dini İşlər üzrə Dövlət Agentliyinin ləğvini tələb edir

Gürcüstan Müsəlmanlar İttifaqı ölkənin Dini İşlər üzrə Dövlət Agentliyinin ləğvini tələb edir.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ittifaqın sədri Tariel Nakaidze bildirib.

Onun sözlərinə görə, agentlik dini azlıqların inkişafına mane olur: “Ölkədəki müsəlman icmasının vəziyyəti acınacaqlıdır. Biz özümüzü ikinci növ vətəndaşlar kimi hiss edirik. Bunun səbəbkarı Dini İşlər üzrə Dövlət Agentliyidir. Bu qurum bizə çox ciddi problemlər yaradır. Əslində isə agentlik dini qurumlarla, icmalarla dövlət arasında əlaqələndirici olmalıdır. Ancaq agentlik yeri gəldi-gəlmədi bizim işlərə müdaxilə edir, bizi daimi nəzarətdə saxlamağa çalışır. Bu isə dövlətimiz üçün ciddi problemdir”.

Qayınanasını döyən kürəkənə hökm oxundu - 8 il həbs

Bakıda qayınanasını döyüb, qaynını bıçaqlamaqda təqsirləndirilən Rövşən Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, R. Əhədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Rövşən Əhədov saxlanılıb. Belə ki, R.Əhədov 3 aprel 2016-cı ildə övladlarını görmək üçün qayınanasının evinə gəlib. Lakin qayınanası onu evə buraxmayıb. Belə olan halda onların arasında mübahisə yaranıb və R. Əhədov Rəfiqə Həsənovaya yüngül bədən xəsarətləri yetirib, onun oğlunu isə bıçaqlayıb.

Gürcüstanda “Vakedə klinika” tibb müəssisəsi Heydər Əliyevin anım gününə həsr olunmuş pulsuz müayinə aksiyası keçirib - REPORTAJ

Gürcüstanda fəaliyyət göstərən “Vakedə klinika” adlı səhiyyə müəssisəsi dekabrın 4-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda pulsuz müayinə aksiyası keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin anım gününə həsr olunub.

Aksiyada 100-dən çox azərbaycanlı, eləcə də gürcü və digər millətlərin nümayəndələri pulsuz olaraq həkim müayinəsindən keçiblər.

“Vakedə klinika”nın 20-dən çox yüksək ixtisaslı həkimi müasir texniki avadanlığın köməyi ilə insanları müayinə edib, müalicələri ilə bağlı tövsiyələrini veriblər.

Klinikanın baş direktoru və təsisçisi, professor Zinaida Vaşakidze "Report"a müsahibəsində deyib: “Bir neçə gündən sonra Azərbaycanda və Gürcüstanda dünyanın məşhur siyasi xadimlərindən biri, gürcü xalqının böyük dostu Heydər Əliyevin anım günü qeyd olunacaq. Bilirsiniz ki, Heydər Əliyev təkcə azərbaycanlıların deyil, bizim də sevdiyimiz şəxsiyyətlərdən biridir. O, Gürcüstanın da inkişafında, insanların sağlamlığının qorunmasında mühüm rol oynayıb. Belə bir dahi şəxsiyyətin anım günü ərəfəsində azərbaycanlılar yaşayan bölgələrdə pulsuz müayinələr təşkil etmək bizim üçün şərəfdir. Heydər Əliyev gürcü xalqının xatirəsində əbədi yaşayacaq”.

Klinikanın baş həkiminin azərbaycanlılarla iş üzrə köməkçisi Aysel Məmmədova isə bildirib ki, bu cür aksiyalar azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Qardabani, Dmanisi və digər bölgələrdə də təşkil edəcəyik. Məqsəd ulu öndər Heydər Əliyevi yad etməklə yanaşı, insanların sağlamlığına diqqəti artırmaq, onlara lazımı tibbi yardım göstərməkdir.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili deyib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin, siyasi xadimin xatirəsi Gürcüstanda ehtiramla yad olunur. “Vakedə klinika”nın həkimlərinin Marneulidə belə bir aksiya keçirməsi bütün gürcülərin ürəyincədir. Gürcüstan dövləti və hökuməti klinikanın həkimlərinin bu addımını alqışlayır və müdafiə edir.

Qeyd edək ki, müayinə üçün Marneuliyə qonşu rayonlardan gələnlər var. Dmanisi rayonundan gəlmiş Oysandıq Həsənova bu cür aksiyaların təşkilini yüksək qiymətləndirib: “Bəzi insanların rayon mərkəzinə və paytaxta həkimə getməyə imkanı yoxdur. Müayinə üçün xeyli pul lazımdır. Həkimlərin bizə belə bir imkan yaratması hamımızın ürəyincədir. Mən müayinə olundum və müalicə üçün çox səmərəli məsləhətlər aldım. Çox razıyam və minnətdarlığımı bildirirəm”.

Gürcüstanda etnik azlıqlar üçün yeni təhsil siyasəti hazırlanır

Azərbaycanlılar Gürcüstanda təhsil almaq üçün istədikləri sahəni və ali təhsil müəssisəsini seçə bilərlər.

APA-nın xəbərinə görə, Gürcüstanın keçmiş elm və təhsil naziri, Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə Milli Mərkəzin direktoru Tamar Sanikidze bildirib ki, təhsil sahəsində mövcud olan “4+1” adlı xüsusi proqram azərbaycanlılar da daxil olmaqla, etnik azlıqlara yalnız bir imtahan verməklə ali məktəbə daxil olmağa imkan verir. T. Sanikidzenin sözlərinə görə, qəbuldan sonra onlara bir illik intensiv gürcü dili kursu keçilir: “Hökumətin maliyyələşdirməsi ilə kursun müddəti uzadıla bilər. Bizim artıq ilk məzunlarımız var, onlardan yararlanırıq”.

Keçmiş nazir əlavə edib ki, bütün etnik xalqlar kimi, azərbaycanlıların da öz dillərində təhsil almaq hüquqları var. Mərkəz direktorunun sözlərinə görə, onlar öz dilləri ilə yanaşı, gürcü dilində də təhsil alırlar: “Çünki bu, həm ölkənin marağı, həm də cəmiyyətə inteqrasiya baxımından vacibdir. Hazırda etnik azlıqlar üçün yeni  təhsil siyasəti üzərində işləyirik. Məktəblərdən gələn nəticələri dəyərləndirdikdə gördük ki, bu sistemi təkmilləşdirməliyik. Hesab edirik ki, gələcəkdə onlara daha yaxşı sistem təklif edə bilərik”. 

Gürcüstanda etnik azlıqlar üçün yeni təhsil siyasəti hazırlanır

Azərbaycanlılar Gürcüstanda təhsil almaq üçün istədikləri sahəni və ali təhsil müəssisəsini seçə bilərlər.

APA-nın xəbərinə görə, Gürcüstanın keçmiş elm və təhsil naziri, Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə Milli Mərkəzin direktoru Tamar Sanikidze bildirib ki, təhsil sahəsində mövcud olan “4+1” adlı xüsusi proqram azərbaycanlılar da daxil olmaqla, etnik azlıqlara yalnız bir imtahan verməklə ali məktəbə daxil olmağa imkan verir. T. Sanikidzenin sözlərinə görə, qəbuldan sonra onlara bir illik intensiv gürcü dili kursu keçilir: “Hökumətin maliyyələşdirməsi ilə kursun müddəti uzadıla bilər. Bizim artıq ilk məzunlarımız var, onlardan yararlanırıq”.

Keçmiş nazir əlavə edib ki, bütün etnik xalqlar kimi, azərbaycanlıların da öz dillərində təhsil almaq hüquqları var. Mərkəz direktorunun sözlərinə görə, onlar öz dilləri ilə yanaşı, gürcü dilində də təhsil alırlar: “Çünki bu, həm ölkənin marağı, həm də cəmiyyətə inteqrasiya baxımından vacibdir. Hazırda etnik azlıqlar üçün yeni  təhsil siyasəti üzərində işləyirik. Məktəblərdən gələn nəticələri dəyərləndirdikdə gördük ki, bu sistemi təkmilləşdirməliyik. Hesab edirik ki, gələcəkdə onlara daha yaxşı sistem təklif edə bilərik”. 

Azərbaycanda özünü partlatmaq istəyən terrorçu öldürüldü

alt

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir terrorçu məhv edilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa oğlunun cari ilin əvvəlində azadlığa çıxdıqdan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edən qanunsuz silahlı birləşmələrin və beynəlxalq terrorçu təşkilatların nümayəndələrinin tabeçiliyini qəbul edərək əlaqəli fəaliyyət göstərməsinə, habelə Azərbaycan Respublikasının ərazisində odlu silahdan və partlayıcı qurğulardan istifadə etməklə terror-təxribat törədilməsini planlaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar, 2016-cı il dekabrın 3-də Bakıda Emin Caminin saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Saytda Axtarış

ახალი ამბები