Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün839
DünənDünən5185
Bu həftəBu həftə839
Bu ayBu ay48528
Bu günə qədərBu günə qədər8410159

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

16 yaşlı qızın mədəsindən iynə çıxarıldı - Azərbaycanda

Bir neçə gün əvvəl dişləri arasında saxladığı tikiş iynəsini təsadüfən udan 16 yaşlı qızın mədəsindən həkim-mütəxəssislər tərəfindən yad cisim xaricə çıxarılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-ümumi cərrahı İbrahim Əfəndiyev AzNews.az-a bildirib ki, həkim-mütəxəssislərimizin birgə səyi nəticəsində ümumi anesteziya altında endoskopik yolla qızın mədə divarına sancılan iynə xaric edilib və prosedur fəsadsız başa çatdırılıb. 

“Rus qızlarına görə onu baltaladım” – 35 illik məhbusun acı etirafları

ARB TV-nin “Rezonans” verilişində bu dəfə 35 ildən artıqdır ki, həbs həyatı yaşayan Vaqif Sadıqov həyat hekayəsini danışıb.


"Diskotekaya girmək istəyirdik, buraxmadılar"

"Konduktor dedi ki, arxa qapıdan min, onu bıçaqladım"


"Körpə balası var deyə, cinayəti öz üstümə götürdüm"

O, ilk dəfə həbsə düşməsini belə xatırlayır: 

“Yeniyetmə vaxtlarım idi. Rus qızları üçün diskotekaya girmək istəyirdik. Amma bizi buraxmadılar. Baltanı əlimə alıb birini baltaladım. Rus qızları üzündən dava düşdü”.

Azadlığa çıxan Vaqif 48 gündən sonra yenidən həbsə qayıdıb:

“Qonşuluqda toy var idi. Toy təzəcə başlamışdı. Bəyin stolunu götürdülər. Bəy ayaqüstə qaldı. Onun adamları gəlib mənim yanımdakından yapışdılar. O dərəcəyə gəlib çıxdı ki, məni də vurdular. Mən də vurdum bıçaqla. Bu cavabdan sonra toyxananın yarısı mənim üzərimə düşdü”.


Daha sonra Vaqif Sadıqov avtobusda konduktoru bıçaqlayaraq yenidən həbsə düşür: 

“Avtobus sürücüsünün köməkçisi mənə dedi ki, arxa qapıdan min. Qabaqdan qadınlar minir. Söz-söhbət düşdü və mən vurmasam o, məni vuracaqdı”.

Vaqif dostu üçün həbsə düşməyi də gözə alıb: 

"Bir zamanlar yaxın dostum var idi. Bir gün onunla yeyib-içdik. O, 2 müştəri götürdü. Aralarında anlaşılmazlıq oldu, birini bıçaqladı. Amma mənim bıçağımla. Çünki başım qarışıq olan vaxt mənim bıçağımı cibimdən götürübmüş. Daha sonra onun yerinə cinayəti öz üstümə götürdüm. Çünki onun körpə balası var idi".

Bundan əlavə, o, anasından oğurluq edən qohumunu da bağışlamayıb: 

“Dayımoğlu anamın briliant üzüklərini, sepini oğurlamışdı. Uzun illər xaricdə gizləndi. Qarşıma çıxanda hamısını aldım. Sonra üstümə bıçaq çəkdi və bağışlamadım onu”.

Əri uşağı olmayan arvadını ikinci mərtəbədən atdı - Masallıda dəhşət

Həyat yoldaşına işgəncə verməkdə ittiham olunan Masallı rayonunun Hişkədərə kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İbtidai istintaqın gəldiyi nəticəyə görə, Elnur Qafarov 12 avqust 2013-cü ildə həyat yoldaşı Şəlalə Tahirova ilə mübahisə edib.

Mübahisə zamanı Şəlalə Tahirova Elnurun özü və anasına qarşı nalayiq sözlər deyib. Bu səbəbdən Elnur Qafarov həyat yoldaşınə döyüb.

Elnur Qafarov Cinayət Məcəlləsinin 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Masallı rayon Məhkəməsində araşdırılıb.

Məhkəmənin hökmü ilə Elnur Qafarov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan Elnur Qafarov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Elnur Qafarovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş Şəlalə Tahirova bildirib ki, 2010-cu ildə Elnur Qafarov ilə ailə həyatı qurub. O qeyd edib ki, 2013-cü ilə kimi əri ilə münasibətləri yaxısı olub: "Lakin 3 il sonra ərimin ailəsi ilə aramızda münaqişə başladı. Münaqişəyə səbəb isə uşağımın olmaması olub”.

Zərərçəkmiş qeyd edib ki, buna görə dəfələrlə ərinin danlağı ilə üzləşib: "Qayınanam Zəhra məni yola vermirdi. Məndən tez-tez ərimə şikayət edirdi. Hadisə baş verən günü də qayınanam məndən ərimə şikayətləndi. Hər dəfə ərim məni döyürdü. Bu dəfə ərim məni döydü, sonra eyvandan aşağı atdı. Eyvan da təxminən 3,5-4 metr hündürlüyündədir. Eyvandan yıxılanda ayağım sındı. Atam məni evinə apardı. Onlar məni əməliyyat etdirdilər. Həkim dedi ki, yenidən əməliyyat olunmağıma ehtiyacı var. Ayağıma mil qoyuldu. 6 ay sonra çıxarılanda isə ayağım əyri qaldı. Yenidən ayağımı qıraraq əməliyyat etdilər. Bu dəfə əməliyyat uğurlu keçdi, amma ayağımın biri qısalıb”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Masallı rayon polis şöbəsinin Boradigah polis bölməsində sahə rəisi vəzifəsində xidmət edən İlqar Qasımov bildirib ki, avqustun 12-də Masallı rayonunun Hişkədərə kənd sakini Şəlalə Tahirovanın sağ incik sümüyünün 1/3-nin sınığı və üst topuğunun sınığı diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına daxil olub: "Xəstəxanadan daxil olmuş məlumatda qadının evdə yıxılması göstərilib. Biz faktı araşdırmaq üçün Şəlalənin yaşadığı evə getdik. Ondan hansı şəraitdə yıxılaraq xəsarət almasına dair izahat verməsini xahiş etdik. Şəlalə qayınanası Zöhrə, əri Elnurun yanında izahat verərək bildirdi ki, eyvanın qapısını açaraq həyətə baxanda ehtiyatsızlıqdan yıxılıb”.

Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Şahmar Yəhyayevin sözlərinə görə, Şəlalə Tahirovada rentgen müayinəsindən sonra sağ ayağının incik sümüyünün aşağı ətrafının sınığı və üst topuğunun sınığı müəyyən olunub: "Şəlalə ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığını bildirdi”.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elnur Qafarovun şikayəti təmin edilib və Masallı rayon Məhkəməsinin hökmü ləğv edilib.

Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. Bu hökmdən prokurorluq narazı qalıb. Prokurorluq kasasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Prokurorluq apelyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsini istəyib.

Yuxarı instansiyada prokurorluğun şikayətinə hakim Gülzar Rzayeva baxıb. Hakim kollegiyası prokurorluğun kasasiya protestini təmin etməyib.

Azərbaycanlı iş adamı Gürcüstanda yol qəzasında ölüb

Azərbaycanlı iş adamı Gürcüstanda yol-nəqliyyat hadisəsində ölüb.

APA-nın məlumatına görə, hadisə Gürcüstanın Qori şəhərində qeydə alınıb. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Sabir Məmməd oğlu Şabanov idarə etdiyi "İsuzu" markalı avtomobillə qəza törədib. Nəticədə sürücü aldığı xəsarətdən ölüb. Avtomobilində olan sərnişin isə xəsarət alıb.

Qeyd edək ki, S. Şabanov iş adamıdır. O, Zaqatalada bizneslə məşğul olub.

Bakıda psixiatrik xəstəxanada müalicə edilən oğlan öldü

alt

Bakıda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində vəfat edib.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, əslən Gəncədən olan və Xəzər rayonunda yaşayan 1993-cü il təvəllüdlü Bənicəlali Sənan Əliağa oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasında vəfat edib. Şok vəziyyətində reanimasiyaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

S.Bənicəlalinin zəhərləndiyi ehtimal edilir. Bildirilir ki, bir neçə gün əvvəl o, Maştağadakı 1 nömrəli Ruhi-Əsəb Dispanserində müalicə olunubmuş.

Saakaşvili xalqı meydana səslədi - Poroşenkoya “qırmızı vərəqə”

alt

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna xalqını hakimiyyətə etiraz etməyə səsləyib.

Qafqazinfo” xəbər verir ki, siyasətçi ukraynalılara şəxsi feysbuk hesabından çağırış edib. O, dəyişiklik gözləməkdən yorulduğunu deyib. M.Saakaşvili “Ukraynanın taleyini düşünən hər kəsi bu bazar hakimiyyətə qırmızı vərəqə göstərmək üçün meydana dəvət edirəm. Bu iki il ərzində Ali Rada göstərdi ki, Ukraynanın çox əhəmiyyətli problemlərini həll etmək iqtidarında deyil və bunu istəmir. Maydanın heç bir tələbi yerinə yetirilmədi. Necə oğurluq edirdilərsə, elə də davam edirlər. Biz mövcud konstitusiya çərçivəsində yeni seçkilər tələb edirik. Bu qış onların Radadakı son qışı olmalıdır. Mütləq gəlin”,- ifadələrini işlədib.

Azərbaycanda ilin “Ən yaxşı müəllimi” intihar edib

Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Quşçuluq Massivi döngə 6 ev 45-də qeydə alınıb.

Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.

Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.

Qeyd edək ki, A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.

297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə "Ən yaxşı müəllim" 2-ci dərəcəli diplomu ilə seçilib.

Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.

Azərbaycan və Gürcüstan gömrükçüləri üçün təlim keçirildi

Azərbaycan Dövlət Gömrük Komitəsinin və Gürcüstan Gəlir Xidmətinin nümayəndələri sərhəd keçid məntəqələrində (SKM) sanitariya və fitosanitariya yoxlamaları üçün risklərin idarə olunması və risk təhlilində Avropa standartlarının istifadəsinə dair ikitərəfli təlimdə iştirak ediblər.

BMT-nin Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, təlim "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində baş tutub. Birgə layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Ümumilikdə, Azərbaycanın Tovuz, Astara, Xaçmaz, Balakən, Biləsuvar və Gürcüstanın Qardabani və Kazbegi SKM-lərini təmsil edən 25 nümayəndə Bakıda üçgünlük təlimdə iştirak edib.
Təlim çərçivəsində iştirakçılar sanitar və fitosanitar nəzarəti üzrə Dövlət Gömruk Komitəsinin iş prosedurunu öyrənmək üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasına baş çəkiblər.
Layihənin ümumi məqsədi Gürcüstan və Azərbaycan arasında sərhəddən malların hərəkətinin asanlaşdırılmasına töhfə verməkdir. 

Marneulidə yaşayan azərbaycanlıların təşəbbüsüylə yeni tədris mərkəzi açılıb - FOTO

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda müasir tədris mərkəzi açılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu rayonda yaşayan azərbaycanlıların təşəbbüsü ilə fəaliyyətə başlayan mərkəz soydaşlarımızın gürcü dilini öyrənmələrində və yerli ictimaiyyətə inteqrasiyasında mühüm rol oynayacaq.

Mərkəzin açılış mərasimində Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Tamaz Naveriani, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, barış və inteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğalı, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva iştirak ediblər.

Paata Xizanişvili Marneulidə yaşayan milli azlıqların gürcü dilini öyrənmələrində bu mərkəzin müstəsna roy oynayacağını bildirib və mərkəzin azərbaycanlıların təşəbbüsü ilə açılmasını nümunəvi addım kimi qiymətləndirib.

Merab Topçişvili deyib ki, mərkəz xalqlarımız arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Samirə Ağayeva mərkəzin açılışını “Bilik günü” adlandırıb, uşaqların və yeniyetmələrin müasir standartalara uyğun metodlarla təhsil alacaqlarına inamını ifadə edib.

Digər natiqlər də mərkəzin fəaliyyətə başlamasını əlamətdar hadisə adlandırıb, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. 

Qeyd edək ki, Qrinviç Təhsil Mərkəzi ilk dəfə Gəncə şəhərində fəaliyyətə başlayıb. Hazırda mərkəzin Gəncə və Bakı şəhərində ofisləri fəaliyyət göstərir. 

Xaricdə alınan sürücülük vəsiqələri Azərbaycanda imtahansız dəyişdiriləcək

Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan vətəndaşları ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olarsa, əcnəbilər isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alarsa, sürücülük vəsiqələri imtahansız müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində dəyişdiriləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 noyabr tarixli qanunda əksini tapıb.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.

Qanuna edilən əlavəyə əsasən, Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir. Bu halda Azərbaycan vətəndaşları sürücülük vəsiqəsi dəyişdirərkən tətbiq edilən prosedur eyni ilə tətbiq olunacaq. Yəni, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.

Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi olan Azərbaycan vətəndaşı sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim etməlidir. Müvafiq olaraq 60 və daha çox yaşı olan şəxslər üçün, 70 və daha çox yaşı olan şəxslər üçün, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün isə tibbi arayış da tələb olunacaq.

Qanuna edilən digər əlavəyə əsasən, Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində eyni qaydada dəyişdirməlidir.

Həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər bu hallarda sürücülük vəsiqələrini dəyişdirdikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılacaq.

Gürcüstandan Azərbaycana və əks istiqamətdə pul köçürmələrinin həcmi artıb

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 906,6 min dollar pul köçürülüb.

APA-Economics” Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin oktyabr ayı ilə müqayisədə 390,9 min dollar və ya 75,8% çoxdur. Sentyabr ayı ilə müqayisədə oktyabr ayında Gürcüstandan ölkəmizə pul axını 350,5 min dollar və ya 63,03% artıb.

Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 5,09%-ə bərabərdir.

Ötən ay Azərbaycandan Gürcüstana 1 225 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin oktyabr ayına nisbətən 115,6 min dollar və ya 8,62% azdır. Bu ilin sentyabr ayı ilə oktyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 128,5 min dollar və ya 11,72% artıb.

Ümumiyyətlə, bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,2%-ni təşkil edib.  

İsmayıllıda 23 yaşlı qız 62 yaşlı anasını Qalacıq çayına atıb

İsmayıllı rayonunda ana və qızı arasında baş verən dava qanla nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə dəhşətli hadisə bu gün səhər saatlarında rayonun Qalacıq kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Həmzəyeva Gülzadə Callad qızı ailə münaqişəsi zəminində anası 1954-cü il təvəllüdlü Həmzəyeva Şükufə Polad qızını döyərək ona bədən xəsarətləri yetirib. Ana qızın əlindən çıxaraq küçəyə qaçıb və qonşulardan kömək istəyərkən Gülzadə Həmzəyeva onun arxasınca küçəyə çıxıb və anasını yenidən döyərək onu evin yanından keçən Qalacıq çayına atıb. Anasını itələyərək çaya aşıran qız onu köməksiz vəziyyətdə qoyaraq evə qayıdıb. Təxminən 5-6 metr hündürlükdən daşlı və kol-koslu çay yatağına yıxılan 62 yaşlı qadını ölümdən qonşular xilas edib. Baş və bədənin müxtəlif nahiyələrindən əzik, çapıq və sınıq xəsarətləri alan Şükufə Həmzəyeva təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qalacıq bələdiyyəsindən APA-ya verilən məlumata görə 23 yaşlı Gülzadə Həmzəyeva ruhi xəstədir, dayısının dəstəyi ilə Bakıda müalicə olsunsa da, faydası olmayıb. Birgə yaşadığı anası ilə uzun müddətdir ki, yola getmir, tez-tez onunla dava edərək onu döyür. Onların ayrı yaşaması üçün kənd rəhbərliyi tərəfindən evin həyətinə vaqon da qoyulub, lakin qız anasını bir neçə dəfə öldürməyə cəhd edib. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Saytda Axtarış

ახალი ამბები