Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün851
DünənDünən5185
Bu həftəBu həftə851
Bu ayBu ay48540
Bu günə qədərBu günə qədər8410171

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Xaricdəki azərbaycanlıların ölkəyə gəlmələri üçün turizm layihələri həyata keçiriləcək

Xaricdə yaşayan azərbaycanlıların ölkəyə gəlmələrinə şərait yaratmaq üçün dövlət tərəfindən sosial turizm layihələri həyata keçiriləcək. 

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulub.

Sosial turizm üzrə xərclər isə dövlət büdcəsi, eləcə də yerli, bələdiyyə büdcələri hesabına, habelə könüllülük əsasında öz işçiləri və ya digər şəxslərin xeyrinə sosial turları maliyyələşdirən fərdi sahibkarın, hüquqi şəxsin və ya digər təşkilatın hesabına həyata keçirilir.

Layihədə qeyd edilir ki, dövlət tərəfindən dövlət qulluqçularının xeyrinə sosial turizmin maliyyələşdirilməsi halları, həcmi və bu maliyyələşdirmə əhatə olunan dövlət qulluqçularının dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sosial turizmlə bağlı reklam sosial reklam hesab olunacaq.

Azərbaycanda xəstəxananın işığı kəsildi - Dializ xəstələri, küvezdə körpə var...

alt

“Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib”.

Qafqazinfo” xəbər verir ki, bu barədə Report-a “Azərişıq” ASC-dən bildirilib.

Qurumdan əlavə olunub ki, istehlak olunan enerjinin haqqı ödənilməlidir: “Üç ay ərzində Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinə olan borcları ilə bağlı xəbərdarlıq olunub. Buna baxmayaraq, bir manat da borc ödənilməyib. Bu borc xəstəxananın sayğac göstəricisi əsasında hesablanıb. Elektrik enerjisinin bərpa olunması üçün borc ödənilməlidir”.

Qeyd edək ki, Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi kəsilib. Baş həkim Şəhrəbanu Məlikova bildirib ki, hazırda xəstəxanada 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr, habelə küvezdə yeni doğulmuş körpə var.

Azərbaycanda 17 yaşlı qız anasını öldürdü

Hacıqabulda bir müddət əvvəl qızı tərəfindən döyülən 52 yaşlı qadın ölüb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Hacıqabul rayonu Meyniman kənd sakini, 1964-cü il təvəllüdlü Təranə Ağasəlim qızı Babayeva bir müddət əvvəl 17 yaşlı qızı Ağacanlı Səadət Səxavət qızı tərəfindən döyülərək ağır xəsarətlər alıb.

T. Babayevanın aldığı xəsarətlərdən ötən gecə qardaşının evində öldüyü qeyd edilir. Hazırda meyit müayinə edilmək üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib.

Ölən qadının qardaşı Günəş Həsənov iddia edir ki, bacısı qızı tərəfindən döyülmə nəticəsində ölüb. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Arvadının üstünə qaynar su tökdü, atasının qapısına atdı - Bərdədə ailə faciəsi

altBərdə rayonunda ər arvadına dözülməz işgəncələr verib. 

Musavat.com xəbər verir ki, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. İki uşaq anası olan 23 yaşlı qadın əri tərəfindən verilən işgəncələrdən sonra ata evinin qapısının önünə atılıb. 1993-cü il təvəllüdlü Məmmədova Məsmə Hafiz qızı naməlum səbəbdən əri tərəfindən od götürmək üçün olan maşa ilə döyülüb. Daha sonra əri samovardakı qaynar suyu M.Məmmədovanın üstünə töküb.

Bununla ürəyi soyumayan ər həyat yoldaşının başını balta ilə kəsmək istəyib. Ancaq qonşuların müdaxiləsi ilə bunun qarşısı alınıb.

Bütün bunlardan sonra M.Məmmədova körpə uşağının biri ilə Bakıya gətirilib. Onu Binəqədi rayonunun Çiçək qəsəbəsində yerləşən ata evinin qapısına atıblar. Ağır xəsarətlər alan qadının yaxınları onu xəstəxanaya huşsuz halda çatdırıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayət işi başlanılıb.

Marneulidə azərbaycanlı qadın öldürülüb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Marneulinin mərkəzi bazarında qeydə alınıb. Şəhidlər bildirir ki, səhər saatlarında svan (gürcüdilli xalq) olduğu güman edilən gənclə bazarda çalışan 50 yaşlı azərbaycanlı, Marneuli şəhər sakini Məlahət Məmmədova arasında mübahisə baş verib. Mübahisə zamanı həmin gəncin M. Məmmədovaya qarşı güc tətbiq etdiyi, nəticədə yerə yıxılan qadının başından zərbə alaraq öldüyü deyilir.

Lakin Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni qətl kimi xarakterizə etməyib. Nazirlik M. Məmmədovanın halının qəflətən pisləşdiyini və onun dünyasını dəyişdiyini açıqlayıb. Faktla bağlı Gürcüstan CM-nin 116-cı maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılıb.

Marneulidə azərbaycanlı rejissorun “Müqəddəs inək” filminin nümayişi keçirilib

alt

Bu gün azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən Mülki Məşğulluq Mərkəzində azərbaycanlı rejissor İmam Həsənovun “Müqəddəs inək” sənədli filmi nümayiş olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, film İsmayıllı rayonunun Lahıc qəsəbəsində 2012-2015 illərdə çəkilib. Filmin süjetinə görə, maldarlığı inkişaf etdirmək məqsədi ilə kəndə Avropadan inəklər gətirmək planı yerli sakinlərinin narahatlığına səbəb olur. Kənddə yeniliklə köhnəlik arasında qarşıdurma yaranır. Kənd ağsaqqalları hesab edirlər ki, əcnəbi inəyin südündə kimyəvi maddələr çoxdur və buna görə də təhlükəlidir. Filmdə kənd icmasının adət-ənənələrinə sadiq qaldığı və yeniliyə hazır olmadıqları göstərilir. Sonda kənd sakinləri yeniliklə razılaşırlar.

Filmin rejissoru İmam Həsənov APA-ya açıqlamasında “Müqəddəs inək” filminin Azərbaycan, Almaniya, Rumıniya və Qatar ölkələrinin dəstəyi ilə çəkildiyini bildirib: “Film Meksikada, Los Ancelesdə, Tiflisdə oktyabr ayında keçirilən “Sinedok” filmlər festivalında və Koreyada nümayiş olunub. Film alman, ingilis, portuqal və gürcü dillərində səsləndirilib və Los Ancelesdə üç mükafata layiq görülüb. “Yarat” yaradıcılıq mərkəzində, Gəncə, Şəki, Mingəçevir, Telavinin gürcü və azərbaycanlılar yaşayan Qaracalar kəndində də nümayiş etdirmişik. Biz filmi nümayiş etdirməkdə yaratdığımız filmin hamı tərəfindən necə qarşılanmağını öyrənməyə çalışırıq,” deyə rejissor bildirib.

Rejissor gələcəkdə Almaniyanın dəstəyi ilə Azərbaycan əfsanəsindən bəhs edən “Səbət” adlı bədii film çəkəcəyini qeyd edib.

Bacısının əri ilə qaçan qızdan xəbər var - “Ekspertizanın rəyi çox önəmlidir”

altSentyabrın 23-dən itkin düşən Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva oktyabrın 31-də ailəsinə təhvil verilib.

Bu barədə AzNews.az-a kəndi sakinləri məlumat verib. Onların bildirdiyinə görə, A.Nağıyevanı qaçıran Mikayıllı kənd sakini, Ələmdar Məmmədov ilə bağlı axarışlar davam etdirilir: “Hələlik polis şöbəsində izahat veriblər. Kəndin icra nümayəndəsi, bələdiyyəsi onların ailəsi ilə görüşmək istəyir. Telefonları bağlı olduğuna görə, bu görüş baş tutmayıb. Qız kənddədir. İndi biz dəqiq bilmirik ki, hadisənin kökü nədir. Çünkü, oğlan hələ tapılmayıb, gizlənir. Amerikaya qaçmayacaq ki, axır tapacaqlar”.

Sakinlər bildirib ki, A.Nağıyevanın qaçırılma olayında tibbi ekspertizanın cavabı çox önəmlidir: “Həkim müayinələri aparılacaq. Yalnız bu rəydən sonra hadisə ilə bağlı nəsə demək olar, gözləyək”.

Qeyd edək ki, Cəlilabadda 15 yaşlı A.Nağıyevanın öz doğma bacısının həyat yoldaşı Ələmdar Məmmədov ilə qoşulub qaçdığı bildirilmişdi. A.Nağıyevanı qaçıran şəxs Qaradağ rayonundakı daş karxanalarından birində fəhlə işləyir və Buta qəsəbəsində kirayədə yaşayır.

Oktyabrın 31-də isə A.Nağıyeva özü Cəlilabad Rayon Polis şöbəsinə gedib. 

Hazırda məsələ ilə bağlı Cəlilabad Rayon Polis şöbəsində cinayət işi açılıb.

Keçmiş arvadının üstünə benzin tökərək yandırdı - Bakıda dəhşətli hadisə

alt

Bakıda dəhşətli hadisə baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Xəzər rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C. Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb.

Onu da əlavə edək ki, A. Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.

Faktla bağlı araşdırma aparılır.

Ana oğluyla birlikdə öldü - Bakıda dəhşət

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Balaxanı qəsəbəsində qeydə alınıb. Qəza zamanı qadın sürücünün idarə etdiyi minik avtomobili “KamAZ” markalı yük maşınının altında qalıb.

Hadisə nəticəsində maşının sürücüsü Leyla adlı qadın və onun azyaşlı oğlu Asəf vəfat edib. Qəzanın dəqiq səbəbləri Sabunçu rayon Polis İdarəsində araşdırılır.

Qeyd edək ki, bir neçə il öncə qadının gənc qardaşı ürək tutmasından dünyasını dəyişib. Leyla xanım atası kənddə tək qalmasın deyə, ailəsi ilə birgə şəhərdəki evlərindən onun yanına köçüb.

Gürcüstanda saxlanılan azərbaycanlı gənclərin məhkəməsi dekabrın 6-da davam edəcək

Bu gün Rustavi Şəhər Məhkəməsində Marneuli seçki dairəsinin 48 nömrəli Qızılhacılı seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı məhkəmə iclası başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, saxlanılan 6 nəfərin qohumları və kənd sakinləri məhkəmə binası ətrafına toplaşıblar. Onlar saxlanılan şəxslərin cərimə ödənilib azad olunmasını tələb ediblər.

“Burçuladze-Xalq üçün” partiyasından parlament seçkilərində namizəd irəli sürülən İsrafil Bayramov APA-ya açıqlamasında məhkəmə prosesinin dekabrın 6-da keçiriləcəyini bildirib. O, məhkəmədə gənclərin cinayət törətmələri barədə iddiaların təsdiqini tapmadığını qeyd edib: “Məhkəmədə faktlar təsdiqlənməyib. Ona görə də təkrar iclas dekabrın 6-da olacaq”.

İ. Bayramov azərbaycanlı gənclər barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini bildirib.

Qeyd edək ki, onlar oktyabrın 13-də yaşadıqları Qızılhacılı kəndində saxlanılıb.

Bakıda ana ehtiyatsızlıqdan uşağını boğaraq öldürüb

Bakıda ana azyaşlı uşağını boğaraq öldürüb.

Yasamal rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, hadisə rayonun Bünyadzadə küçəsi, ev 11, mənzil 140 ünvanında qeydə alınıb. Orada yaşayan, 1983-cü il təvəllüdlü Nazilə Qulubəyovanın ehtiyatsızlığı nəticəsində 5 yaşlı oğlu Fərid Qulubəyov boğularaq ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

 

“Heydər Əliyev bizə İmam Hüseynə oxşamağı öyrətdi...”

alt

Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə bu gün Təzə Pir məscidində keçirilən qanvermə aksiyasından sonra jurnalistlərə açıqlama verib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Paşazadə bildirib ki, günü-gündən İslam dininə olan inam artır: “Bu Aşura günündə bütün müsəlmanlara başsağlığı verirəm. Biz şəhidin nə olduğunu gözəl bilirik, bu gün şəhid günüdür. İmam Hüseyn vətən, haqq yolunda şəhid oldu. Bizim də şəhdilərimiz, Qarabağ boyda dərdimiz var. Allah bütün şəhidləri rəhmət eləsin. Amma, bu Aşura günü bizi qırmamalı, əzməməlidir. Biz düşmənə qarşı daha əzəmətli olmalı, birgə mübarizə aparmalıyıq. Şəhidlərimizin qanı yerdə qalmasın deyə Qarabağ torpaqlarının geri qaytarılması barədə bizim fətvamız var. Azərbaycanda Aşura gününə gələnlərin sayının artması inamın artması deməkdir. Sovet dövründə 17 məscid vardısa, bu gün 2 minə yaxın məscid var. Yeni məscidlər də açılacaq. Bu da dövlətimizin, dövlət rəhbərinin dinə olan münasibətidir. Hər cür şərait yaradılıb. İlham Əliyevhəzrətlərinə minnətdarıq, bütün şəhidləri, o cümlədən Heydər Əliyev həzrətlərini Allah rəhmət eləsin. Heydər Əliyev rəhbərliyə başlayanda ilk çıxışını Təzə Pir məscidində etdi. Bizə İmam Hüseynə oxşamağı öyrətdi, bu gün də o yolla gedirik”.

Şeyx qeyd edib ki, qan vermək daha çox savabdır: “Bugünkü aksiyada dövlət rəsmiləri ilə yanaşı ilk dəfə olaraq Dağ Yəhudiləri İcmasının rəhbəri də qan verir. Bəzi adamlar bu məsələlərdən sui-istifadə edirlər. Biz qərar verdik ki, mərasimlər küçələrdə yox, yalnız məscidlərdə keçirilsin, belə də oldu. Bütün sünnilərin böyüyü, müfti Salman Musayev bu gün bizimlə birlikdə qan verdi. Digər yerlərdə də sünnilərlə şiələr birlikdə bu aksiyada iştirak edir”.

Saytda Axtarış

ახალი ამბები