Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün848
DünənDünən5185
Bu həftəBu həftə848
Bu ayBu ay48537
Bu günə qədərBu günə qədər8410168

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Səhv ayağı kəsən həkim və klinika rəhbəri işdən qovuldu - Rəsmi

Səhiyyə Nazirliyi Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzi baş vermiş nöqsana dair qərar verib.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, 04.07.2016-cı il tarixində Səhiyyə Nazirliyini Kollegiya iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində 24.06.2016-cı il tarixdə vətəndaş Məmmədova Tərlan Həsən qızına cərrahiyyə əməliyyatının aparılması zamanı baş vermiş hadisəyə dair araşdırmanın nəticələri geniş müzakirə edilib.

Səhiyyə Nazirliyinin sərəncamına əsasən hadisə aparıcı mütəxəssislərdən ibarət yaradılmış komissiya tərəfindən araşdırılıb. Vurgulanıb ki, aparılmış kliniki və patohistoloji müayinələrə əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası baş verib. Lakin sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq 23.06.2016-cı il tarixdə mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsilium tərəfindən T.Məmmədovanın sol aşağı ətrafının budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınmışdır. Buna baxmayaraq cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib.

Kollegiyanın qərarına əsasən Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub. Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib. Mətbuat xidməti Angioloji Mərkəzin direktoru vəzifəsinə müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğluna həvalə olunmasını təsdiqləyib. Həmçinin o da vurğulandı ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqda da ictimaiyyətə açıqlama veriləcək. 

Rusiyada azərbaycanlı qatilin döyülmə anı - ŞOK VİDEO (18+)

Xəbər verildiyi kimi dünən Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiysk topdansatış meyvə-tərəvəz bazarında azərbaycanlı biznesmen, 43 yaşlı Maarif İsmayılov keçmiş polis işçisi və sahə müvəkkili Emil Hüseynov tərəfindən güllələnib.

Şahidlərin bildirdiyinə görə, E.Hüseynov soyuqqanlı şəkildə M.İsmayılova yaxınlaşıb, ona əldəqayırma tapança ilə 6 güllə atıb, sonuncu gülləni başından vurub və hadisə yerindən qaçmağa çalışıb. Lakin bazarda işləyən azərbaycanlılardan ibarət kütlə Emil Hüseynovu hadisə yerindən təxminən 500 metr aralıda yaxalayıb və onu linç edib. Bu qətli kimin sifariş verdiyini öyrənməyə çalışıblar. Hadisədən sonra bazara OMON yeridilib, onlarla azərbaycanlı saxlanılıb. İsmayılovu güllələyən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun aldığı xəsarətlərə görə hələlik danışmaq imkanında olmadığı bildirilir. Virtualaz.org xəbər verir ki, bu gün Emil Hüseynovun azərbaycanlılardan ibarət kütlə tərəfindən necə döyüldüyünü əks etdirən videokadrları yayıb. Kadrlardan görünür ki, İsmayılovun qatili sifəti qan içində yerdə uzanıb, ətrafdakılar onu döyür və qətli kimin sifariş verdiyini soruşur.

Kütlənin içərisindən kimsə "Ayə, öldürməyin, it gəlməmiş öyrənin, (polisləri nəzərdə tutur) görün kim sifariş verib" deyə Hüseynovu döyənlərə məsləhət verir. Kimliyi məlum olmayan iki nəfər Hüseynovu yerdə sürüyür və kütlədən aralayıb harasa aparmağa çalışır, bu zaman onun sifətinə təpiklə zərbələr endirilir. Həmin şok kadrları oxuculara təqdim edirik.

Oğul atasını baltaladı - Zaqatalada

Zaqatalada qətl hadisəsi baş verib.

Hadisə iyunun 23-də rayonun Əliabad qəsəbəsində baş verib.

Rayonun Əliabad qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranovla birgə yaşadığı oğlu, 1965-ci il təvəllüdlü Zahir arasında mübahisə yaranıb.

Mübahisə daha sonra qızışaraq davaya çevrilib. Öncə 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetirib.

Z. İmranov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən baş verib. Məlumata bildirilir ki, Z. İmranov əsəb xəstəliyindən əziyyət çəkir.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Xəstənin sağlam ayağını kəsən həkim: "Səhvən sol ayaq əvəzinə sağ ayağı kəsmişəm"

Həkim xəstənin sol ayağı əvəzinə səhvən sağ ayağını kəsdiyini etiraf edib.

Əməliyyatı həyata keçirən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov APA-ya açıqlamasında deyib ki, xəstənin hər iki ayağı 4-cü dərəcəli ateroskleroz fonda xroniki işemiyadır, 87 yaşlı qadının heç bir ayağına qan gəlmir, qanqrena var: “Sol ayaqda proses daha çox, sağ ayaqda isə azdır. İki ayaqdan biri - sol ayağı daha tez kəsilməli idi. Xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat olunub. Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib. Onsuz da xəstənin sol ayağı da kəsilməlidir. Xəstənin övladlarını da başa salmışam ki, onun ayaqları yox kimi bir şeydir. Hara getsələr də, o xəstəni qəbul etməyiblər. Lakin bizdə əməliyyat olunmasına razılıq verdik. Yekunda belə oldu. Daha çox proses olan sol ayaq əvəzinə sağ ayaq kəsilib. Lakin onun ayaqlarının hər ikisində proses var və ayaqlarının hər ikisi kəsilməlidir".

Qeyd edək ki, yayılan xəbərlərə əsasən, şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o, bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 87 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb.

 

Ermənistandan Azərbaycana qaytarılan qadın ruhi xəstəxanaya təhvil verilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistana keçən Azərbaycan vətəndaşının geri qaytarılması ilə bağlı məlumat yayıb.


"Dalğa TV"nin xəbərinə görə, məlumatda bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasının ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızı bu gün azad edilib: "Sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib".
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Ermənistana keçən Azərbaycan vətəndaşı geri qaytarılıb

Bu il iyunun 7-də Ermənistan sərhədini keçən mülki Azərbaycan vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.


O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.
BQXK, neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməmişdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.
Xatırladaq ki, həmin qadın Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızıdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının araşdırması nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.
Qeyd edək ki, Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub.

"Dalğa TV"nin verdiyi məlumata görə, yeraltı təkanlar günorta saatlarında Kvareli şəhərin yaxınlığında qeydə alınıb.

Zəlzələnin gücü 3,9 bal təşkil edib.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Ermənistan tərəfə keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.

Komissiyadan APA-ya bildirilib ki, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızıdır. Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyənləşib.

Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə məlumatlandırılıb.

Lakin Tovuz rayon Polis Şöbəsindən eləcə də icra orqanlarından APA-nın qərb bürosuna bildirilib ki, Yanıqlı kəndində Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxs yaşamayıb.

Orucun tibbi FAYDALARI

Bir çoxları orucun ziyan olduğunu qeyd edirlər.Təbii ki, belə bir şey mümkün deyil.Bunu həm tibb, həm də Avropa alimləri təsdiq edir.

"Dalğa TV" din.az-a istinadən bildirir ki, hal-hazırda bir çox araşdırma mərkəzlərində orucla bərabər dəstəmaz-namazın faydaları öyrənilməkdədir.Almaniyada açılmış bir sıra klinikalarda bəzi xəstəliklər oruc vasitəsilə müalicə olunur.

1940-cı ildə Nobel Tibb mükafatını alan məşhur elm xadimi Dr.Alexis Carrel “L`Hamme,Cet İnconnu” adlı əsərində: “Oruc zamanı bədənimizdə yığılmış qida maddələrinin istifadə edildiyini, sonradan bunların yerinə yenilərin gəldiyini, beləcə bütün bədəndə bir yenilənmə olduğunu və orucun sağlamlıq baxımından çox faydalı olduğunu” söyləyib.

Həkimlərin müəyyənləşdirdiyinə görə, orucun həzm sisteminə təsiri fövqəl dərəcədə böyükdür. Ağız, tüpürcək vəzləri, udlaq, qida borusu, mədə, 12 barmaq bağırsaq, qaraciyər, mədəaltı vəz kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir kompüter kimi fəaliyyət göstərməkdədir. Avtomatik surətdə idarə olunan bu sistem gün ərzində uzunmüddətli iş rejiminin, əksər hallarda əsəbləşmənin və düzgün qidalanmamağın nəticəsində taqətdən düşür və öz həyati funksiyalarını lazımınca yerinə yetirə bilmir.

Oruc tutmaqla həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə olunur. Maraqlısı bundadır ki, orucdan başqa digər pəhrizlər yuxarıda dediklərimiz baxımından kifayət deyil. Çünki hətta 10 qramlıq bir maddənin belə orqanizmə daxil olması həzm sistemini hərəkətə gətirir, bu mənada demək olar ki, məhz oruc sayəsində həzm sistemi dincəlir.

Müəyyən olunub ki, orucun qaraciyərə başqa bir təsiri qan vasitəsilədir. Qaraciyərin ən mühüm funksiyalarından biri qəbul edilən qida ilə ifraz olunan qida arasında müvazinət yaratmaqdır. Bu baxımdan oruc tutularkən gündüzlər qida qəbul olunmadığından qaraciyər istirahət edir və bu müddət ərzində immunitetin güclənməsinə səbəb olan həyati əhəmiyyətli qlobinlər hazırlayır.

Səndemə, başqa aclıq hallarından fərqli olaraq, Ramazan ayında niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı da dayanır. Bu isə öz növbəsində mədənin dincəlməsinə və həzm sisteminin yaxşılaşmasına səbəb olur.

Oruc tutmağın bağırsaqların fəaliyyətində oynadığı müsbət rolu da qeyd etmək lazımdır. Çünki oruc tutarkən, bağırsaqlar şirə ifrazını dayandırır və bağırsaqların hərəkət edən əzələləri istirahət edir. Bağırsaqların daxili divarları altında mühafizə sisteminin bir hissəsi olan xovların yerləşdiyini bilirik. Oruc sayəsində həmin xovlarda sözün əsl mənasında bir təftiş (həyəcan) həyata keçirilir.
Oruc və onun faydaları ilə bağlı geniş elmi araşdırmalar aparan doktor Bertholef “Oruc – bıçaqsız əməliyyatdır” deyib.

Professor Əl-Ravi qeyd edir: “Oruc bədənin xəstəliklərə qarşı müqavimətini artırır və müasir tibb elmi orucdan xəstəliklərə qarşı qoruyucu vasitə və bir dərman kimi istifadə etməkdədir”.

Dünya şöhrətli professor Vidfor Rayxetin fikirincə: “İlin müəyyən vaxtlarında müsəlmanlar kimi oruc tutun. Çox vaxt ac qalıb ərik suyu için ki, mədəniz dincəlsin”.

Alman həkimi Day Zayt deyir: “Bizim hələ yenicə “kəşf etdiklərimiz” hələ 1400 il əvvəl Qurani-Kərimdə orucla əlaqədar ayələrdə verilmişdir. Müqəddəs mətnlərdə düzgün olaraq buyurulmuşdur ki, çox yemək pisliklərin atasıdır. Mədəsini dolduran şəxs heç vaxt sağlam ola bilməz. Deyilənlər İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) “Oruc tutun ki, sağlam olasınız” hədisini bir daha təsdiqləyir.

Bir sözlə, orucun tibbi baxımdan insan orqanizmi üçün nə qədər faydalı olduğu göz qabağındadır. Bütün bunları sadalamaqda məqsədimiz diqqətinizi ancaq orucun dünyəvi faydalarına yönəltməklə onun əsl mahiyyətindən, ilahi fəlsəfəsindən uzaqlaşdırmaq deyil, əslində ilahi hikmətə söykəndiyini vurğulamaqdır. Həqiqətən də, insanların əməllərinin necəliyi ilə bağlı İlahi göstərişlərdə bir hikmətlilik vardır.

Ola bilər, biz bu hikməti anlayaq, ola bilər yox. Lakin biz müsəlmanlar ona arxayınıq ki, Allah-Təala namaz qılmaq, oruc tutmaq və s. kimi əməlləri əbəs yerə vacib buyurmayıb. Çünki bu yol insanı kamala və səadətə çatdıran yeganə yoldur.

Qiorqi Kvirikaşvili müsəlmanları Ramazan ayının başlanması münasibəti ilə təbrik etdi

Gürcüstanın baş naziri Qiorqi Kvirikaşvili Gürcüstanın müsəlman vətəndaşlarını müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edib.

“Səmimi qəlbdən mənim müsəlman həmvətənlilərimi müqəddəs ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm. Ramazan ayı hər bir müsəlman üçün vacib aydır. Hər bir kəsə sülh, firəvanlıq, xoşbəxtlik arzu edirəm. Bizim dostluğumuz əsrlər boyu davam edir. İnanıram ki, bu münasibət daha da dərinləşəcək və ağır, eləcə də xoş günlərdə yaşadığımız qardaşlığımızı bir daha təsdiq edəcək və birlikdə bizim ölkəmizi gücləndirəcəyik”, – deyilir Qiorqi Kvirikaşvilinin təbrik məktubunda.

“Səhər” TV “Aprel döyüşləri”ndən unikal kadrlar təqdim edib - VİDEO

İranın Azərbaycan dilində yayımlanan "Səhər" TV kanalı aprel ayında Azərbaycan və Ermənistan ordusunun Qarabağ istiqamətində apardığı döyöşlərdən unikal kadrlar təqdim edib.

 Modern.az saytı xəbər verir ki, kadrlar aprelin 4-də İranın Arazboyu ərazisində - Qulubəyli kəndində çəkilib. "Səhər" TV-nin göröntölərində Azərbaycan və Ermənistan ordusunun Lələ təpə istiqamətində apardığı artilleriya dueli də əks olunub.

 

"Dalga TV" həmin kadrları təqdim edir.

“Ermənilərin gurcülərə qarşı vəhsiliyi...”- ARAŞDIRMA

Şahid German Beseliya: “Bir çox insan öz evini tərk etmək istəmirdi. Bəziləri evində yataq xəstəsi idi. Erməni qrupu Merxeuli kəndinə daxil oldu. Gürcü əhalisinə atəş açmağa başladıqları zaman, mənim qonşum bir ot tayasının arasında gizlənməyi bacardı. Ermənilər bunu hiss etdi, tayanı sıx iplə bağladılar, odu qaladılar və uzaqdan izlədilər. Gözlərimin qarşısında bütün kəndin yaşlı qadınlarının başını balta ilə kəsdilər... Belə ki, onlar gürcülərlə qəddarcasına rəftar etdilər.” Yalnız onun kəndində ermənilər 67 nəfər gürcünü öldürüb.

Ətraf kəndlərin və strateji əhəmiyyətli bölgələrin xüsusi vəhşiliklə tutulmasından sonra, Suxuminin ələ keçirilməsi seperatçı qüvələrin əsas hədəfinə çevrildi. Həqiqətən, 1992-ci ilin sonu, 93-cü ilin əvvəllərində Suxumi Abxaziya müharibəsinin taleyini həll edən ən əsas amillərdən biri idi. Gürcü ordusunun Qumist çayı üzərində möhkəmlənməsi isə, faktiki olaraq Abxaziya bölgəsini iki hissəyə bölürdü. Bölgənin qərbinə seperatçılar, şərq hissəsinə isə gürcülər (Ocamcir rayonunda boyuk anklav istisna olmaqla) nəzarət edirdi.

Ümumiyyətlə, Suxuminin siyasi və hərbi-strateji baxımdan saxlanılması Gürcüstan höküməti üçün uğursuzluqla nəticələndi. Gürcü ordusu Suxumi dağı üzərindəki Ağbyuk, Yaştux, Birçxa və Apianda yüksəkliklərinə arxalanaraq, Qumist çayının sol sahilinə nəzarət edirdi. Seperatçı qüvvələrin 1992-ci il noyabr və 1993-cü ilin yanvarında gürcülərin müdafiəsini yarmaq cəhdlərinin hər ikisi isə uğursuzluqla başa çatdı. Nəticədə, 1993-cü ilin mart ayında seperatçı qüvvələr üçüncü, əvvəlkinə nisbətən daha geniş hücum əməliyyatı üzərində işləməyə başladı. Martın 15-də başlayan əməliyyat 4 gün davam etdi. Seperatçı qüvvələr iki böyük- Yuxarı və Aşağı adlı- avtomobil körpüsü ilə əhatə olunan çayı keçərək Suxumi ətrafına daxil olmaq və Qaqrada olduğu kimi gürcü ordusunu şəhərdən çıxarmaq istəyirdi. Kodor çayı istisna olmaqla, gürcü ordusunun düşmənin qarşısını almağa və möhkəmlənməsi üçün Qumist şəhərindən qərbdə heç bir su sərhədi yox idi. Bu isə, paytaxt uğrunda mübarizənin bütünlükdə müharibənin nəticəsindən asılı olduğunun göstərirdi. Araşdırmalara görə, 15-16 mart döyüşlərinə ilkin olaraq Əfqanıstanda Sovet ordu kontingenti tərkibində döyüş təcrübəsi toplayan Levon Daşyanın komandanlığı altında birləşmiş bölmə cəlb edilib. İlk qarşıdurma erməni kilsəsinin qarşısında meydana gəlib. Bölməyə Qumist çayı üzərində strateji və yaxşı möhkəmləndirilən körpünü götürmək tapşırılıb. Hazırda Levon Daşyan erməni batalyonunun ehtiyat hissələrinin birində komandir olaraq xidmət edir. “15-16 martda, bizdən yalnız hücum briqadasının tərkibində olan hücumçu bölmə Yuxarı Eşer istiqamətində fəaliyyət göstərirdi. Başda Levon Daşyan olmaqla 53 nəfərdən ibarət idilər. Yaxşı döyüşürdülər. Bu bizim ilk qaranquş döyüşümüz idi ki, erməni bölməsi özünü tam şəkildə göstərə bildi.” — deyə Baqramyan batalyon komandiri Vağarşak Kosyan bildirir. Belə ki, abxazlar əməliyyat zamanı komandanlığında olan bütün qüvvələri fəallaşdırıb. Hücumda Rusiyaya məxsus hərbi hissələr, Baqramyan batalyonu, Adıgey batalyonu, Konfedrasiya dəstələri, Dnestryanı və kazak batalyonu da iştirak edib. Ermənilər birinci piyada batalyonu, ikinci motoatıcı piyada batalyonu, Qantiat, Suxum, Eşer-Afon, Pitsunt və Qaqra bölmələri tərkbində də separatçılarla birgə döyüşüb. Əməliyyat birləşmiş qüvələrin biabırçı məğlubiyyəti ilə sona çatıb. Yalnız abxaz tərəfi 1000 nəfər itgi verib. Baqramyan batalyonu və Konfedrasiyaya da böyük ziyan dəyib.

Beləliklə, seperatçıların 1993-cü ilin martında təşkil etdikləri əməliyyat uğursuzluqla nəticələndi. Mart əməliyyatı zamanı kifayət qədər döyüş təcrübəsinin olmaması özünü açıq-aşkar büruzə verdi. Belə ki, müharibəyə bir ay qalmış gürcülərin tikdiyi müdafiə istehkamları çox güclü möhkəmləndirildi. Nəticədə seperatçıların bir çoxu zərərsizləşdirildi, bəziləri isə əsir düşdü. Erməni döyüşçülərinin ən çox nəzərə çarpan itgisi onların daha çox olduğu Afon-Eşer batalyonunda baş verdi.

Vağarşak Kosyan batalyonun itgilərini bu şəkildə etiraf edir: “Mən yenə təkrar edirəm ki, fəaliyyət ahəngi olmadığına görə hücum istəyi baş tutmadı.Mart ayında biz texniki olaraq çox hazırlıqlı idik və yaxşı silahlanmışdıq. Amma bölmələr isə, necə gəldi, kimisi meşəyə, kimisi də odun üzərinə hərəkət edirdi... Hərəkətlər düzənli,cihanlar işlək halda deyildi. Qarşılıqlı əlaqələr qurulmamışdı. Əgər qurulsaydı o zaman mən gürcülərin vəziyyətinə paxıllıq etməzdim... Bəli! İtkilər acı idi. Bütün briqadada 300-dən çox insan itirdik , çoxlu yaralılar vardı...” Faktiki olaraq, Suxumi üzərinə hücumun başlandığı zamana qədər, Baqramyan batalyonu formalaşma mərhələsində olub. Ermənilər ayrı-ayrı seperatçı dəstələrin tərkibində döyüşüblər. Amma, ümumilikdə Qumist cəbhəsinin mərkəzi hissəsi ilə Yuxarı və Aşağı körpülər arasında çoxlu erməni döyüşçüləri fəaliyyət göstərib. Daha sonra, 1993- cü ilin mart ayından etibarən bu bölgə iki- Baqramyan və Suxuminin 2-ci motoatıcı (komandir Sergey Matosyan) batalyonuna həvalə edilib. Kosyanın verdiyi bəyanata baxmayaraq, erməni batalyonunu yeni qüvvələrlə doldurmaq lazım idi. Krunk və Maştots təşkilatları erməni batalyonunun şəxsi heyətini Qarabağdan göndərilən ermənilərlə bərpa etməyə çalışırdı. Nəticədə, Ermənistan batalyona Qarabağda aparılan əməliyyatlarda seçilən yeni döyüşçülər göndərir. Ermənilər batalyonun yenidən hazırlanmasında professional hərbçilər, o cümlədən müqaviləli döyüşçülərdən də istifadə ediblər. Muzdlu professional rus təlimatçılarının cəlb edilməsi ilə, batalyonda döyüşçülərin yenidən hazırlanmasına başlanıb. Beləliklə, araşdırmalara görə, seperatçı qüvvələrin silahlı birləşmələri sıralarında döyüşən ermənilərin təxmini sayı 1500-ü keçir. “Mən müxtəlif bölmələri bir-birindən ayırmaq və onları müzakirə etmək istəmirəm. Ayrıca Baqramyan adına olan motoatıcı batalyon Abxaziya silahlı qüvvələrinin əsas hissəsi olub. Nizam-intizama gəldikdə isə, gülməlidi nəsə demək. Burada, Qarabağ numayəndələri nizam-intizamın yararsız olduğunu bildirdilər. Bəli ola bilər ki, bütün ordularla müqayisədə biz fərqlənirdik, amma onun amansız və sərtliyindən danışmaq mənə çətindir. Müharibə bunu tələb edir !”


Batalyon tərkibində nizam intizamla bağlı məsələyə aydınlıq gətirməyə çalışan Vağarşak Kosyan əslində Qarabağdan göndərilən döyüşçülərin təlimatçılıqla məşğul olmasını etiraf edir. Şahid Beraya Liya Qurqenovqanın sözləri isə, batalyonun əslində hansı intizama sahib olduğunu göstərir: “Ümumiyyətlə ermənilər özlərini abxazlardan daha qəddar aparırdılar. Gürcü əmlakını bölüşdürərkən onlar hətta bir-birinə hücum edirdilər…” Araşdırmalara görə, mart əməliyyatları zamanı erməni batalyonunda 450-500 nəfər olub. Komplektləşmədən sonra, getdikcə böyük hərbi birləşməyə çevrilən Baqramyan müharibənin ikinci yarısında seperatçı rejimin ordusunda kabardinləri, kazakları, hətta çeçenləri qabaqlayaraq sayca ikinci qrupu təşkil edə bilib. Müharibənin axırlarına yaxın isə, Gevork Makaryanın başçılığı altında ikinci erməni Baqramyan batalyonu da (təxminən 160 nəfərlik) formalaşmağa başlayıb. Nəticədə, ermənilərin sayının durmadan artması seperatçı qüvvələr tərkibində açıq- aşkar üstünlüyə çevrilib. Mart döyüşündəki uğursuzluğa baxmayaraq, seperatçılar iyul ayında əməliyyata başladılar. Belə ki, 1993-cü ilin iyulun 2-də Suxumiyə başlayan bu hücum artıq 4-cü belə əməliyyat idi. Bu dəfə seperatçı komandanlıq şəhərin ələ keçirilmə planını mərhələli şəkildə hazırladı: Qumist çayının şərq sahillərinin mühüm strateji yüksəkliklərinin tutulması, şəhərdən şimalda tramplin yaradılması və ancaq bundan sonra bölgənin siyasi mərkəzinə hücum həyata keçirmək. Əməliyyat seperatçılar üçün uğurlu olsa da, iyul döyüşləri müharibə dövründə ən amansız döyüşlər kimi yadda qalıb.

“...Mart əməliyyatından sonra bizim uşaqlar özlərini göstərə bildilər, onların mövqelərindən keçərkən daşı daş üstündə qoymamışdılar...” — deyə Vağarşak Kosyan bildirir.

Araşdırmalara görə, ermənilər bu döyüşlər zamanı strateji yüksəkliklərin ələ keçirilməsində mühüm rol oynayıblar. Müasir müharibə qaydalarına uyğun, dağ yamacları minalarla döşənən Çukurovka yüksəkliyi erməni batalyonun 3-cü rota komandiri Qalust Trapizonyan tərəfindən tutulub. Çukurovkanın işğal edilməsi abxazlara Ağbyuk dağının əsas hündürlüklərinə nəzarət etmək imkanını da verib. 27 iyul 1993-cu ildə Soçidə Gürcüstanın ordusunun Abxaziyadan çıxarılması haqqında razılaşma imzalanır. Seperatçılar, bölgənin şərq hissəsinin yerli sakinlərdən formalaşan gürcü dəstələrinin- faktiki olaraq Gürcüstanın mülki nəzarəti altına- nəzarəti altına verilməsini, bu razılaşma çərçivəsində ən ciddi güzəşt olaraq qəbul edirdi. Lakin, Gürcüstana məxsus hərbi texnikanın xeyli hissəsinin və əsgərlərinin bölgədə qalmasını, o cümlədən gürcülərin bir neçə dəfə qoşunların çıxarılma qrafikasını pozması kimi məlumatları bəhanə edən abxazlar 1993-cu ilin sentyabrın 16-da atəşkəsi pozaraq döyüş əməliyyatalarına başladı. Suxumiyə hücum zamanı yenə də erməni batalyonu separatçılarının ən amansız bölmələrindən biri olaraq qəbul edilirdi. Hücumdan öncə erməni batalyonu xaricdə yaşayan ermənilərdən böyük dəstək alır. Erməni diasporu Baqramyan batalyonunu ən son silahlarla təchiz edir. Hər iki erməni batalyonu son, iki həftəlik Suxumi uğrunda baş verən döyüşdə yenidən aktiv şəkildə iştirak edir. Bu dəfə seperatçı birləşmələr həm Qumist çayı üzərindəki körpüdən keçərək, həm də atəşkəs zamanı abxazların nəzarətində olan yüksəklikləri keçərək şəhərə daxil olur. Erməni batalyonunun bir bölməsi körpünü keçir, digər ikisi isə erməni kəndi olan Yaştuxa istiqamətində dağlardan enməyə başlayır. 1993-cü il sentyabrın 24-də seperatçı qüvvələr mart hücumu zamanı əsas planlarından biri kimi nəzərdə tutulan vağzala-qovşaq hissəyə çıxır. Nəticədə, şəhər daxilndə küçə döyüşləri başlayır. 25-27 sentyabrda erməni bölmələri birləşərək şəhərin daha dərinliklərinə, Yaştuxa kəndinə və kənar kəndlərə, o cümlədən Canba küçəsindən Besletka çayı boyunca irəlləyir. Araşdırmalara görə, bu döyüş zamanı ermənilərə ruslar və kabardinlərdən ibarət döyüşçülər də kömək edib. Vağarşak Kosyanın verdiyi məlumatlarda da bunu sübut edir:
“Bizdə ruslar 15 nəfər idi. Onlardan yeddi-səkkiz nəfəri həlak oldu. İnsanlar narahat idi. Rus uşaqları yaxşı döyüşçü idilər, amma cığallıq etməyi sevirdilər...Bir dəfə onları bir az yuxularını alsınlar deyə güclə qaranlıq yerə aparmalı olduq... Nazirlər Sovetini ələ keçirəndə bizə Kabardin dəstəsi 32 kabardinli verdi. Uşaqlar çox ləyaqətlə döyüşürdülər”.

Belə ki, sentyabrın 27-də Baqramyan batalyonu Abxaziyanın Nazirlər Sovetini ələ keçirmək üçün əməliyyata başladı. Ermənilərin birinci dəfə Suxuminin hakimiyyət simvolu hesab edilən binaya çıxması onların müharibə dövründə seperatçı qüvvələr daxilində prestijinin daha da artmasına səbəb oldu. Burada erməni döyüşçüləri 25 nəfəri əsir götürdü. Nazirlər Sovetini yandırılmasından sonra, gürcü ordusu Suxumidə müqavimət göstərməyi dayandırdı. 27 sentyabr axşamı erməni batalyonu qərargahına seperatçı qüvvələrin briqada komandiri Vitali Smır gələrək Nazirlər Sovetinin ələ keçirilməsinə görə batalyonu təbrik etdi. Şəhərin ələ keçirilməsinindən sonra, erməni batalyonu, sivil gürcülərə qarşı qəddarlğa başladı. Hücum zamanı atəşkəsə ümid edərək şəhərdə qalan çoxsaylı gürcü əhalisinin rusvayçılıqla zorlanması və talan edilməsi halları kütləvi xarakter aldı. Kişilər, qadınlar, uşaqlar yollarda, mənzillərində, meydançalarda və küçələrdə öldürüldü. Şahidlərin sözlərinə görə, bir çox insan işgəncəyə məruz qaldı, valideynlərin gözləri önündə uşaqlar, ailə üzvləri öldürüldü , bəziləri isə qaçmaq məcburiyyətində qaldı. Qaçqınlar, insanların qarınlarını yırtılması, yandırılması, hətta diri ikən parçalanmasını xatırlayır: “Abxazlar mənim evimə daxil olduqları zaman, kənarda məni və yeddi yaşlı oğlumu tutdular. Bizi dizi üstə çökməyə məcbur etdikdən sonra, onlar oğlumu götürüb düz mənim gözlərimin qarşısında vurdular. Sonra onlar mənim saçımdan tutub və yaxınlıqdakı quyuya apardılar. Abxaz əsgər məni həmin quyuya, aşağı baxmağa məcbur etdi; orada mən üç gənc adam və yaşlı qadın gördüm. Onlar suda çılpaq şəkildə islanmış halda durmuşdular. Onlar qışqırır və ağlayırdılar. Abxazlar onların üzərinə ölmüş cəsədlər atırdı. Bundan sonra, onlar oraya bir qumbara atdı və içəridə daha çox insan öldü. Mən yenidən ölmüş cəsədlərin qarşısında dizi üstə durmaq məcburiyyətində qaldım. Əsgərlərdən biri öz bıçağını götürüb mənim yanımdakı ölünün bir gözünü çıxardı. Sonra o, mənim dodaqlarımla üzümü ovuşdurmağa başladı və həmin gözü başsız qoydu. Mən artıq bacarmadım və huşumu itirdim. Onlar bir qalaq cəsədlə orada məni tərk etdi.” — deyə gürcü şahid bildirir.
1994-cü ildə ABŞ Dövlət Departamenti Ölkə Hesabatları da kütləvi insan hüquqlarının pozulmasını bu şəkildə təsvir edib: “Separatçı qüvvələr (ermənilər) gürcü dinc əhalisinə qarşı geniş vəhşiliklər törədib, bir çox qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib, digərləri girov götürülüb və işgəncə verilib... Onlar abxazların ələ keçirdiyi ərazilərin gerisində qalan çoxlu sayda gürcü sivillərini öldürüb...”

ABŞ Dövlət Departamentinin mövcud dəlillərini “Human Rights Watch” təşkilatının nəticələri də təstiqləyir:“Digər millətlərin də əziyyət çəkməsinə baxmayaraq, separatçılar əsasən gürcü əhaliyə qarşı terror başlatdı. Komissiyada vəhşiliklər barədə Rusiya federasiyasından çeçenlərin və digər Şimal Qafqazlıların, Ermənilərin yerli Abxaz qoşunlarının qatılması bildirilir. Onların Abxaziyanı tərk edən vətəndaşların yaşını və ya cinsini nəzərə almadan öldürməsi, vəhşilikləri son dərəcədə inandırıcıdır. Abxazların ələ keçirdiyi ərazilərdən çıxarılan cəsədlərdə geniş işgəncə əlamətləri görsənirdi.” Şahin QOCAYEV

Saytda Axtarış

ახალი ამბები