Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün117
DünənDünən5185
Bu həftəBu həftə117
Bu ayBu ay47806
Bu günə qədərBu günə qədər8409436

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gəncədə piyadanı avtomobil vurub

Bu gün Gəncədə yolu keçən piyadanı avtomobil vurub.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl prospektində qeydə alınıb.

Goranboy rayon sakini 1958-ci il təvəllüdlü Bayram Mustafayev “QAZ–3129” markalı avtomobilə hərəkətdə olarkən yolu keçmək istəyən şəhər sakini 1954-cü il təvəllüdlü Xumar Quluzadəni vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan qadını dərhal xəstəxanaya çatdırıb. Piyadaya sağ bazunun çıxığı və sol dizin sıyrığı diaqnozu qoyulub. Qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır

Qardabanidə azərbaycandilli şagirdlər arasında bilik yarışı keçirilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunda Gürcüstan Elm və Təhsil Nazirliyinin, Qardabani rayon İcra Hakimiyyətinin və rayon bələdiyyəsinin dəstəyi və “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşəbbüsü və təşkilatçılığı  ilə Azərbaycan dilli məktəb şagirdləri arasında bilik yarışı  keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə,  yarışda 10 məktəbin, (Qardabani 3 nömrəli, Vaxtanqisi, Candar, Nəzərli, Kosalı, Kalinino, Ağtəhlə, Qaracalar, Qaratəhlə və  Muğanlı kənd orta məktəblərinin) VIII, IX, X və XI siniflərində oxuyan 40-dan çox azərbaycanlı şagird iştirak edib. Yarışda şagirdlər ümumi fənlər üzrə (Gürcü-dili, Azərbaycan dili, ədəbiyyat, İngilis dili, tarix, riyaziyyat, coğrafiya, biologiya, kimiya, fizika) 10 sualı cavablandırıblar. Qeyd edək ki,  müsabiqədə iştirakçılara verilən sualları cavablandırmaq üçün 30 dəqiqə vaxt verilib. Suallar arasında Azərbaycan dili və Ədəbiyyat fənninə geniş yer verilib.

Bilik yarışında Kosalı məktəbinin VIII sinif şagirdi şagirdi Musa Musayev, Nəzərli İçtimai məktəbinin  IX sinif şagirdi Almaz Məmmədov, Nəzərli İçtimai məktəbinin X sinif şagirdi Məhəbbət Həsənov, Qardabani 3 saylı İctimai məktəbin XI sinif şagirdi Tükəzban İsgəndərova qalib gəliblər.

Qaliblərə “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı” tərəfindən xüsusi diplom və  hədiyyələr təqdim edilib. Hədiyyələrin təqdimat mərasimində Qardabani rayon icra başçısının müavini Dünyamalı Hacıyev, bələdiyyə sədrinin müavini Rəfi Orucov, professor Mahmud Hacıxəlilov, məktəb direktorları, müəllimlər, ziyalılar və valideynlər iştirak ediblər.

“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttfaqı”nın sədri Səadət Zeynalova APA-ya açıqlamasında bilik yarışlarının yaxın vaxtlarda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi rayonlarında da keçiriləcəyini bildirib. O, yarışların keçirilməsində əsas məqsədin azərbaycanlı şagirdlərin bilikli və savadlı olmasını yoxlamaq və onları gələcəkdə arzuladıqları ali məktəblərə hazırlaşdırmaq olduğunu qeyd edib.

Şəmkirdə maşın kanala aşıb, sürücü ölüb

Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1962-ci il təvəllüdlü Fəxrəddin Abbasovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil kanala aşıb. Hadisə zamanı sürücü ölüb.

Hadisə yerinə Şəmkir Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib, avtomobil və sürücünün meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəzərdə neft estakadasının uçduğu ərazinin yaxınlığında meyit tapılıb

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkar edilib.

Axtarış-Xilasetmə Qərargahından APA-ya verilən məlumata görə, meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd XidmətiDövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 

Tovuz sakini boğazına kəsici alətlə xəsarət yetirib

Tovuz rayon sakini boğazına kəsici alətlə xəsarət yetirib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1978-ci il təvəllüdlü Samir Məmmədov sərxoş vəziyyətdə boğazını kəsici alətlə kəsib. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bakıda 1 milyon manatlıq oğurluq edən şəxsi oğurlayanlara hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Zamiq Xasıyev, Aqil Şəmiyev və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ruslan Əliyev 14 il 6 ay, Zamiq Xasıyev və Aqil Şəmiyevin hər biri isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Karat MMC”-nin Dəyirman şöbəsinin ofisindən 1 milyon manat məbləğində pul oğurlanması ilə bağlı keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev saxlanılıb. İstintaqla müəyyən olunub ki, əvvəllər “Karat MMC”-də çalışan Ramil İmaməliyev işdən çıxdıqdan sonra ofisdən oğurluq etmək fikrinə düşüb. O, şirkətin ofisindəki seyfdə külli miqdarda pul olduğunu qabaqcadan bilib. 2014-cü il aprelin 11-də gecə saatlarında ofisin binasına gələn Ramil İmaməliyev dam örtüyünü sökərək içəri daxil olub. O, ofisdəki seyfin qapısını sındıraraq 1 milyon manat pulu idman çantasına dolduraraq gedib.

Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən Ramil İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər. Ramil İmaməliyev pulun bir hissəsini özü ilə götürərək “İnfiniti” markalı, 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb. Saxlanılarkən maşının yük yerindən 5000 manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

Ramil İmaməliyev istintaqa ifadəsində bildirib ki, oğurladığı pulların demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən 4 nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyevi, Qobustan rayon sakini, 31 yaşlı Zamiq Xasıyevi, Beyləqan rayon sakinləri, 30 yaşlı Röyal Qədirovu və 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər R. İmaməliyevi izləyərək Bakıda yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib, zorla avtomobilə oturdublar. Onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək 450 min manat pul tələb ediblər.

Ramil İmaməliyev girovluqdan azad olmaq üçün anasına zəng edərək 400 min manatı göndərməyi tapşırıb. Anası Ceyran İmaməliyeva isə pulu kiçik oğlu Ramizə verib və deyilən yerə göndərib. Ramiz İmaməliyev 450 min manatı təqdim etdikdən sonra Ramil sərbəst buraxılıb.

Əldə olunan pul saxlanılan şəxslər arasına bölüşdürülüb. Əməliyyat istintaq tədbirləri zamanı pulun 20 min manatı Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatı isə Ruslan Əliyevdən götürülüb. Eləcə də İmaməliyevlərin evində axtarış aparılarkən gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb. Ramiz İmaməliyev daha sonra etiraf edib ki, qardaşı tutulmazdan bir neçə gün əvvəl ona və anasına zəng edərək, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. Ramiz İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb. Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil veriblər.

Cəlilabadda benzin daşıyan yük maşını ilə minik avtomobilinə çırpılıb, 4 nəfər xəsarət alıb

Cəlilabadda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə benzin daşıyan qoşqulu yük avtomobili toqquşub. Nəticədə minik maşınının sürücüsü və sərnişinləri - Ceyhun, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir. 

Yevlaxda üç avtomobil toqquşub, beş nəfər ağır xəsarət alıb

Mingəçevir-Xaldan avtomobil yolunda zəncirvari nəqliyyat qəzası baş verib, ağır xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Yevlax rayonunun Əkşəm kəndi ərazisində qeydə alınıb. Yevlax sakini Eldar Mustafayevə məxsus "Niva", Şəki sakini Rüfət Ömərova məxsus "Toyota Corolla" markalı minik avtomobilləri Bakı-Mingəçevir marşurutu üzrə hərəkət edən “Mersedes” markalı mikroavtobusla toqquşub.

Hadisə zamanı Şəki sakinləri-1958-ci il təvəllüdlü Ömərova Seyram Mirzə qızı, 1974-cü il təvəllüdlü Ömərov Nicat Mirzə oğlu, 1958-ci il təvəllüdlü İsmaylova Gültəkin Atakişi qızı, 1977-ci il təvəllüdlü Ömərova Vəcihə Məcid qızı, Yevlax sakini 1952-ci il təvəllüdlü Mustafayev Eldar Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparıl

 

Tovuzda iki qardaş dalaşıb, biri xəsarət alıb

alt

Tovuzda torpaq üstündə  dalaşan iki qardaşdan biri xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qaraxanlı kənd sakini, 1951-ci il təvəllüdlü Hüseynov Həsən Ədil oğlu sağ qolun iti alətlə kəsilməsi diaqnozu və sol qolun xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətini normal olduğu bildirilir. H. Hüseynovun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Hüseynova Hekayət isə şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, H.Hüseynov qardaşı ilə torpaq üstündə dalaşıb və özü özünə xəsarət yetirib. Hekayət Hüseynova isə dava zamanı qorxudan şoka düşüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 

Gəncədə iki bacını öldürməkdə təqsirləndirilən şəxs tutulub

Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.

APA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatda bildirilir ki, cari il fevralın 22-də saat 23 radələrində Gəncə şəhər sakinləri - 57 yaşlı Rəna Nəbiyevanın və bacısı, 78 yaşlı Zəhra Abdullayevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə bu ağır cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 57 yaşlı Sənan Məmmədov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin olaraq Rəna Nəbiyeva və onun bacısı Zəhra Abdullayevanın dəm qazından boğularaq öldüyü bildirilsə də, sonradan hadisənin qətl olduğu məlum olub.

Tovuzda maşın yanıb

Tovuz rayonunun Düz-Cırdaxan kəndində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Neft Daşlarında elektrik montyor yıxılaraq ölüb

"Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

SOCAR-dan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.

R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Saytda Axtarış

ახალი ამბები