Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4402
DünənDünən5773
Bu həftəBu həftə41118
Bu ayBu ay46906
Bu günə qədərBu günə qədər8408537

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Şəmkirdə avtomobil aşıb, nənə və nəvə ölüb

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.  

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunda nənə ilə nəvənin ölümünə səbəb olan qəzada avtomobili nəvənin - 15 yaşlı Elzaməddin Vəliyevin idarə etdiyi bildirilsə də, polisin araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs onun babası, Gədəbəy rayonunun Əlinağılar kənd sakini, 1953-cü il təvəllüdlü Zirəddin Vəliyev olub.

Onun idarə etdiyi “Niva” markalı avtomobilin yolun kənarına aşması nəticəsində avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva və onların nəvəsi 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev Hadisə yerində ölüb. Sürücü və digər sərnişin, onun oğlu 1974-cü il təvəllüdlü Qalib Vəliyev isə yüngül xəsarət alıblar. 


Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.
 

Nazirlik: Bakı-Sumqayıt yolunda faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Nazirlikdən "APA-Economics"ə  verilən məlumata görə, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib: "Faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb".

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq Memar Əcəmi metro stansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.

Bundan öncə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bu gün saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, ölənlərin hamısı tələbədir.

Cəlilabad sakini özünü odlu silahla öldürüb

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Hazar oğlu Quliyev yaşadığı evdə tapança ilə özünü vuraraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda ana, qızı və daha bir nəfər dəm qazından zəhərlənərək ölüb

Bakıda 3 nəfər dəm qazından zəhərlənərək ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, martın 8-də Sabunçu qəsəbəsində yaşayan Solmaz Quliyeva və qızı İlhamə Məmmədova, Nəsimi rayonu ərazisində yaşayan Tatyana Kanalina evlərində dəm qazından boğulublar.

Samuxda 16 yaşlı qız özünü güllələyərək öldürüb

 

alt

Samuxda özünü güllələyən şəxsin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Ələkbərova Billu Elman qızı özünü ov tüfəngi ilə vurub. Yeniyetmə qız aldığı xəsarətdən ölüb.

Fakt araşdırılır.

Bakı-Sumqayıt yolunda qəzada ölən beş tələbənin adı açıqlanıb

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin adları açıqlanıb.

Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Bunlar Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il) .

Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir. 

Sabirabada 22 yaşlı qadın bıçaqlanıb

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Aran bürosunun məlumatına görə, hadisə rayonun Ətcələr kəndində olub.

Ətcələr kənd sakini 22 yaşlı Maral Allahverdiyeva tanıdığı şəxs tərəfindən bıçaqlanıb. M. Allahverdiyeva Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib və əməliyyat olunub. Vəziyyəti orta-ağırdır. 

Türkiyədə azərbaycanlı sürücünü qarət edənlər yaxalanıb

Türkiyədə azərbaycanlı yük maşını sürücüsünü qarət edən şəxslər yaxalanıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il fevralın 19-da Azərbaycandan Kocaelinin Çayırova qəsəbəsinə gələn Ayel Q. yük maşınını qəsəbədəki dayanacaqlardan birində saxlayıb.

Bu zaman üzü maskalı 3 nəfər Ayel Q.-yə hücum çəkib, onu təhdid edərək əllərini bağlayıb. Sürücünün üzərində olan 800 dollar, 400 lirə, mobil telefonu götürən soyğunçular bununla da kifayətlənməyib, yük avtomobilini də aparıblar. Olayla bağlı araşdırmalara başlayan Türkiyə polisi yük maşınının Ankarada ehtiyat avtomobil hissələrinin satışı ilə məşğul olan U. K.-yə 45 min lirəyə çatıldığını üzə çıxarıb. U. K. saxlanılıb. Ötən gün polisin İstanbulda apardığı əməliyyat zamanı S. Ç, Y. Y. və S. D. də yaxalanıb.

Şübhəlilərdən S. Ç. barədə məhkəmənin oğurluq, saxtakarlıq və dələduzluqla bağlı 2,3 il azadlıqdan məhrumetmə qərarı olduğu da məlum olub. S. D. isə şəxsi əmlaka ziyan vurma ilə əlaqədar axtarışda olub. 

Bu gün bütün dünya qadınlarının bayramıdır

 

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur.

APA-nın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.

Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür.

1995-ci ildə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart - Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

Şəki sakini ayı hücumuna məruz qalıb

Şəkidə 50 yaşlı kişini ayı dişləyib.

 APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 14 radələrində rayonun Baş Zəyzid kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Məmməd Seyidməmməd oğlu Məmmədov sağ ayağının baldır nahiyəsindən aldığı xəsarətlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Məlum olub ki, M. Məmmədov dağlıq ərazidə ayı hücumuna məruz qalıb. Ayı onun sağ ayağının baldır nahiyəsindən dişləyib.

Xəstəxanada M. Məmmədova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

Sabirabadda 22 yaşlı qadın bıçaqlanıb

Sabirabadda qadın bıçaqlanıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi rayonun Ətçələr kəndində qeydə alınıb. Sabirabad rayonunun Yastıqobu kənd sakini, Əhmədov Ramil Namiz oğlu münaqişə zəminində Ətçələr  kənd sakini, 22 yaşlı Maral İmamverdi qızı Allahverdiyevanı bıçaqlayıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. 

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Şirvanda zəncirvarı qəzada xəsarət alanların adı məlum olub

Şirvanda baş verən zəncirvarı qəzada xəsarət alanların adı məlum olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “VAZ-2107”, “Hyundai” və iki “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai”ın sürücüsü, 1989-cu il təvəllüdlü Eyvazov Zahid Mirqalib oğlu və “Mercedes”lərdən birinin sürücüsü, 1971-ci il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu xəsarət alıb.

Z. Eyvazovun vəziyyəti ağır qiymətləndirilir.

Saytda Axtarış

ახალი ამბები