Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4395
DünənDünən5773
Bu həftəBu həftə41111
Bu ayBu ay46899
Bu günə qədərBu günə qədər8408530

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Diqqət! Qızılca yayılıb

Ümumdünya Səhiyyə Təşkilatı öz rəsmi saytında Avropa ölkələrində qızılcanın yayılması haqqında məlumat yerləşdirib.

2017-ci il yanvar ayında Avropada 500 qızılca halı qeydə alınıb. Virus yayılmaqda davam edir. Fevralda rəqəmlər daha da artıb.

Ən çox qızılca virusu İtaliya və Rumıniyada yayılıb. Belə ki, Rumıniyada 2016-cı ilin əvvəlindən qızılca xəstəliyinə 3400 dəfə təsadüf edilib. 17 insan bu xəstəlikdən həlak olub. Alimlərin fikrinə görə, bunun səbəbi bu ölkələrdə qızılcaya qarşı peyvəndləşmənin lazımi səviyyədə olmamasıdır.

İtaliyada ilin əvvəlində 238 qızılca halı qeydə alınıb.

Qızılca virusu bir insandan digərinə hava-damcı yolu ilə keçir. Qızılca virusu çox sürətlə böyük məsafələrə yayıla bilir. Bu virusun törətdiyi xəstəlik ağır fəsadların inkişafına səbəb ola bilər. Bu fəsadlar arasında:

- pnevmoniya (ağciyərin iltihabı)

- otit (qulaq iltihabı)

- ensefalit (beyin iltihabı)

- korluq və s.

Qızılca ölümə də səbəb ola bilər (xüsusilə körpə uşaqlarda).

Qızılcanın ən effektli profilaktik tədbiri peyvənddir.

 

Şəmkirdə silahlı insident - 2 nəfər güllələndi

Şəmkirdə gənclərin mübahisəsi odlu silahdan açılan atəşlə iki nəfərin xəsarət alması ilə nəticələnib.

Yaralılardan birinin vəziyyəti ağır, digərinin səhhəti isə nisbətən yüngül kimi dəyərləndirilir.

Silahlı insident Şəmkir rayonunun Dəllər-Cəyir kəndində baş verib. Dəllər Daşbulaq kənd sakini 31 yaşlı Vahid Əsgərov Şəmkir sakini həmyaşıdı Cavid Şirinova odlu silahdan atəş açıb. Güllə yarası alan sonuncu ətrafdakıların köməkliyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralı Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə aparılıb.

Elşən Quliyev - həkim: "Şöbəmizə güllə yarası ilə Şirinov Cavid Faiq oğlu daxil olub. Xəstədə sağ baldır nahiyyəsinin yuxarı üçdə birində güllə yarası aşkarlanıb. Dərhal yardım göstərilib. Rentgen müayinələrdən keçirilib. Sonradan xəstə yaxınları yaralını özəl xəstəxanalardan birinə evakuasiya etdilər".

Hadisə tərəflər arasındakı mübahisədən yaranıb. Əvvəlcə əlbəyaxa olan gənclərin hirsi bir qədər sakitləşsə də, sonradan mübahisə Vahid Əsgərova məxsus "Niva" markalı avtomobildə yenidən qızışıb. Bu zaman Vahid avtomobilində saxladığı odlu silahla Cavidi yaralayıb.

Şahid: "Çöldə bir az mübahisə etdilər. Ancaq bilmədik nəyə görə edirlər. Biz həyətdə işləyirdik. Çıxdıq çölə, dedilər bir nəfəri güllələdilər".

Hadisə zamanı yaxınlıqdakı 33 yaşlı Zirəddin Qarayev də xəsarət alıb. Həmin şəxs də yaxınları tərəfindən Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. Hələlik odlu silahdan istifadə edən Vahid Əsgərov saxlanılmayıb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat- axtarış tədbirlərini davam etdirir.

Bakıda 5 min manata ƏDVİYYAT SATILIR

Daha çox yeməklərə xüsusi dad vermək üçün istifadə edilir. Bununla bərabər həmdə bir çox xəstəliklərin müalicəsində də rolları böyükdür. Söhbət ədviyyatlardan gedir. Mağzalarda cürbəcür dada və qiymətə malik ədviyyatlar satılır. Hətta kilosu 5 min manata olan ədviyyatlar belə var.

Dalga tv xezerxeber.az-a istinadən bildirir ki, ariana, kalyandra, kori, xmeli-suneli. Bunlar hər hansısa bir termin yox satışda olan ədviyyatlardır. Satıcıların sözlərinə görə adları qəribə olsada,amma ən çox tələb olunan ədviyyatlar sırasındadırlar. Kori tərkibinin zənginliyi ilə seçilir və daha çox ət yeməklərində istifadə edilirlər
Ədviyyatlar daha çox Türkiyə, İran və Hindistandan gətirilir. Bu ədviyyat isə kətan toxumudur. Kilosu 8-10 manat arasında dəyişən bu məhsula son zamanlar maraq artıb.
Ədviyyatların əksəriyyəti daha çox xaricdən gətirilsədə,amma yerli istehsal olanlar da var. Bilgəh Zəfəranı keyfiyyəti ilə yanaşı qiymətinə görədə digər ədviyyatlardan fərqlənir. Kilosu təxminən 4-5min manata başa gəlir. Bir çox xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan keçi buynuzunun qiyməti isə 14 manatdan təklif edilir. Ümumiyyətlə isə bazarda ən çox satılan ədviyyatlara istiot, mixək və sarıkökdür.

Azərbaycana “ərəblərin axını” başlayır

Azərbaycanda ilk dəfə olaraq, bu il aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək Birinci Şopinq Festivalının, eləcə də ondan sonra keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, “Formula 1" yarışının baş tutacağı tarixlər üçün hotellərdə yerlərin bronlaşdırılmasına hələ martdan başlanılıb.

Dalga tv-nin məlumatına görə, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağakərimovun sözlərinə görə, şopinq festivalına ərəb ölkələri ilə yanaşı, İrandan, Rusiyadan və Avropa ölkələrindən də turistlərin gələcəyi gözlənilir. Artıq paytaxtdakı hotellərin, xüsusilə brend hotellərin yerlərinin çoxu bron edilib.

M.Ağakərimov əlavə edib ki, ümumilikdə aprel-may ayları üçün Azərbaycanın hotellərindəki yerlər daha çox ərəb turistlər tərəfindən bron edilib.

AzTA rəsmisi əlavə edib ki, şopinq festivalı yalnız alış-veriş etmək baxımından əhəmiyyətli deyil: 

“Bu festival ölkəyə turist cəlb etmək baxımından əhəmiyyətlidir. Ona görə də turizm şirkətləri və hotellər həm şopinq festivalına, həm də ondan sonra keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışına ciddi hazırlaşmalı və turistlər üçün əlavə proqramlar hazırlamalıdırlar”.

Azərbaycana gələn əcnəbi turistlərin maraq dairəsinin ölkələr üzrə fərqli olduğunu deyən M.Ağakərimov bildirib ki, əlavə proqramlar da turistlərin maraq dairəsi nəzərə alınmaqla tərtib edilməlidir: 

“İrandan gələn turistlər daha çox Azərbaycanın mətbəxi, suvenirlərlə maraqlanırlar. Yaponiyadan gələn turistləri isə daha çox Azərbaycanın tarixi, onun qədim abidələri maraqlandırır. Buna görə də turizm şirkətləri onları maraqlandıran istiqamətlər üzrə proqramlar tərtib edə bilərlər. Məsələn, Avropadan gələnlər üçün şərab dequstasiyası, islam ölkələrindən gələnlər üçün Azərbaycana məxsus şirniyyyatlardan istifadə etməklə çay dequstasiyası təşkil edilə bilər. Avropadan gələnlər həmçinin, Azərbaycanın məscidləri ilə də maraqlanırlar. Belə turistlər üçün Azərbaycanın tolerant ölkə olduğunu göstərən proqramlar təşkil edilə, onların məscidlərə, kilsələrə, sinaqoqlara səfərləri təşkil edilə bilər”.

M.Ağakərimov qeyd edib ki, bu tədbirlərdən sonra Azərbaycana gələn turistlərin sayının artacağı gözlənilir. Onun sözlərinə görə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana Malayziya, İndoneziya kimi ölkələrdən də turistlərin gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, bu il aprelin 10-dan mayın 10-dək Bakıda Birinci Şopinq Festivalı, mayın 12-22-də İslam Həmrəyliyi Oyunları, iyunun 23-25-də Formula 1 yarışı keçiriləcək.

İlıq su limonla - müalicəvi və profilaktik vasitə

Su insan orqanizminin əsas tərkib hissəsidir. Suyun kifayət miqdarda qəbulu insan sağlamlığı üçün olduqca vacibdir.

Təəssüf ki, müasir insanların əksər hissəsi, demək olar ki, su içmir. Çay, qəhvə, müxtəlif qazlı içkilər və s. suyun yerini tutub. Lakin həkimlərin və alimlərin ümumi fikirinə görə, heç bir ən faydalı içki, heç bir təbii şirə və s. təmiz içməli suyu əvəz edə bilməz. Su insan orqanizmi üçün ən faydalı və əvəzolunmaz "məhsullardan" biridir.

Səhər acqarına 1 stəkan ilıq limon şirəsi əlavə olunmuş suyun qəbulu çox gözəl müalicəvi və profilaktik vasitə sayılır.

1 stəkan ilıq suya 1 çay qaşığı limon şirəsi əlavə edin və səhər acqarına qida qəbulundan 30 dəqiqə əvvəl kiçik qurtumlarla için. Bu çox sadə vasitə:

- orqanizmi oyadır, tonuslaşdırır, daha gümrah edir, iş qabiliyyətini artırır

- mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır

- qəbizliklə mübarizə edir

- damarları təmizləyir, onların elastikliyini artırır

- mübadilə prosesləri sürətləndirir

- arıqlamağa kömək edir

- beyinin fəaliyyətini yaxşılaşdırır

- oynaqlarda iltihabları azaldır

- dərinin vəziyyətinə müsbət təsir edir

- orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.

Təbii ki, 1 stəkan təmiz su kifayət deyil. Sağlam insan gün ərzində təxminən 2 l təmiz su içməlidir.

ÇAY bu xəstəlikdən də qoruyur.

Amerika alimləri çayın növbəti faydasını aşkar ediblər. Eksperiment göstərib ki, çay qidaların qlikemik indeksini və nəticədə qanda şəkərin səviyyəsini azaldır.

Bu şəkərli diabetdən əziyyət çəkən və bu xəstəliyə görə risk qrupunda olan insanlar üçün çox vacibdir.

The Daily Mail xəbər verir ki, alimlərin fikrinə görə, çayın orqanizmdə qlükozanın mənimsənilməsini ləngidən xüsusiyyəti bu populyar içkidə olan polifenol maddələri ilə bağlıdır.

Bundan əvvəl keçirilmiş elmi araşdırmalar çayın ürək-damar sistemi üçün çox faydalı olduğunu təsdiq edib. Həmçinin çay beyinin fəaliyyətini aktivləşdirir, xərçəngin inkişafının qarşısını alır, orqanizmi cavanlaşdırır.

Alimlər gün ərzində 3-5 fincan təzə dəmlənmiş çayı içməyi tövsiyə edir.

Gürcüstanda azərbaycanlı qadın qonşusunu bıçaqlayıb

 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda bıçaqlanma hadisəsi olub.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, hadisə rayonun Təkəli kəndində baş verib.

Kənd sakini, 24 yaşlı Türkan Asim qızı Məmmədova qonşusu, 26 yaşlı Məmmədhüseyn Məmmədovu bıçaqlayıb.

Təkəli kəndinin daxil olduğu Qaçağan kənd icra nümayəndəliyinin mütəxəssisi Xosrov Namazov bildirib ki, hadisə ailə zəminində baş verib. Bir övladı olan Türkan Məmmədova Məmmədhüseyn Məmmədovun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Səbəb 26 yaşlı Məmmədhüseyn Məmmədovun qadına qarşı qeyri-etik hərəkətlər etməsi olub. Hazırda o, Marneuli xəstəxanasında əməliyyat olunub. Onun dalağının bir hissəsi kəsilərək götürülüb, vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, T.Məmmədova Marneuli Rayon Polis İdarəsinə aparılıb. 

Azərbaycanda qəribə hadisə: Toyuna gəlməyənləri məhkəməyə verir

Azərbaycanda adı açıqlanmayan bir şəxs tərəfindən vəkilə qəribə müraciət edilib.

Dalga tv xəbər verir ki, bu barədə ölkə.az-a hüquqşünas-vəkil Vüqar Səfərli məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət edib:

“Təbii ki, tragikomik durumdur. Belə bir müraciətin təmin olunması da qeyri-realdır. Görünən budur ki, son illər Azərbaycanda ailə qurmağa həm də biznes marağı kimi baxırlar”.

Qeyd edək ki, bir neçə gün öncə açıqlanan rəsmi statistikada ölkəmizdə hər gün 36 ailənin dağıldığı bildirilirdi.

Nazirlikdən təhlükəli hidrometeoroloji hadisə haqqında - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Dalga tv-yə verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq da edib. Belə ki, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Sabah Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir. 

Polisin saxlamaq istədiyi gənc özünü doğradı

Metro keçidində polis əməkdaşlarının saxlamaq istədiyi şəxslərdən biri hər kəsin gözü qarşısında özünə ülgüclə xəsarət yetirib.

Dalga tv musavat.com-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında “Koroğlu” metro stansiyasının keçidində baş verib.

Məlumata görə, polis əməkdaşları 20-25 yaşlarında olan iki şübhəli şəxsi saxlamaq istəyib. Onlardan biri polisin əmrinə tabe olsa da, digəri müqavimət göstərib. Hadisə şahidlərinin dediyinə görə, müqavimət göstərən şəxs dilinin altından ülgüc çıxararaq qoluna xəsarət yetirib. Qan içində olan şəxs dostunun sərbəst buraxılmasını istəyib. Polis əməkdaşları özünə xəsarət yetirən şəxslə danışıq apararaq onu fikrindən daşındırıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Onlar narkotik vasitə istifadəsində şübhəli biliniblər.

Bakıda kişi arvadının başını kəsib – TƏFƏRRÜAT

Martın 29-da gecə saatlarında 22 yaşlı Aysel Cəlilovanın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Dalga tv Trend-ə istinadən xəbər verir ki, qətlə yetirilən 1995-ci il təvəllüdlü A.Cəlilova iki ay əvvəl aralarında yaranmış münaqişə nəticəsində həyat yoldaşı, 1994-cü il təvəllüdlü İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Binəqədi rayonunun Biləcəri qəsəbəsində atasının evində yaşayırmış.

Son bir ayda İ.Cəlilov ayrıldığı həyat yoldaşını izləyib. O, həyat yoldaşı ilə yenidən ailəsini bərpa etmək qərarına gəlib. Martın 29-da axşam saatlarında İ.Cəlilov qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İ.Cəlilovu evə buraxıblar. Axşam saat 23 radələrində İ.Cəlilovun yanında olarkən A.Cəlilovanın mobil telefonuna zəng gəlib. İ.Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə A.Cəlilova ona dəqiq söz deməyib. Bundan əsəbiləşən ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb və qapını arxadan bağlayaraq mətbəxdən götürdüyü bıçaqla onun boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı qızın atası və qardaşı evdə olsa da, onlar hadisədən xəbərsiz olublar.

Həyat yoldaşını qətlə yetirən İ.Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gələrək təslim olub.

Məlumata görə, ər və arvadın hər ikisi əslən Şamaxı rayonunun Qurbançı kəndindəndir.

Qeyd edək ki, martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində Cəlilov İsrail İsmayıl oğlu keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının boğazını kəsərək qətlə yetirib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Tbilisidə Meydan Tv-yə qarşı etiraz aksiyası keçirilib

altGürcüstanda Meydan Tv jurnalistinin davranışı hər iki ölkə gənclərinin etirazına səbəb olub.

Bu barədə Şərif İdrisoğlu ilə əlaqə saxladıq.

- "MEYDAN TV- jurnalisti Gürcüstandakı  kilsələrin birində çəkiliş zamanı dini dəyərləri təhqir edib. Bu səbəbdən yaranan münaqişə xoşagəlməz hala çevrilib, etirazlar yüksəlməyə başlayıb. Düşünürəm ki,   bu cür təxribatlar Gürcüstan və Azərbaycan dostluğuna zərər verməməlidir. Amma bu cür davranışların qarşısı alınmalı, müvafiq orqanlara məlumat verilməlidir.  İnanırıq ki, bu problem də həllini qısa müddətdə tapacaq."-deyə o qeyd edib.

Aksiyada çıxış edənlər bildirib  ki, Gürcüstan və Azərbaycan dostluğuna zərər vermək heçkəsin həddi və haqqı deyil. Azərbaycan və Gürcüstanın tarix boyu dostluq və qardaşlıq əməkdaşlığını davam etdirib və etdirəcək. Buna qarşı gələnlər öz layiqli cavablarını alacaqlar. Bu gün Azərbaycanın Gürcüstana verdiyi dəstək göz qabağındadır. Bunu pozmağa heçkəsin gücü çata bilməz.

 Qeyd edək kii, Meydan Tv əməkdaşının Gürcüstanda çəkiliş zamanı kilsədə xristian dini dəyərlərini təhqir etməsi ölkə gənclərinin  qəzəbinə səbəb olmuşdur. Kilsə qarşısında baş verən aksiyada qeyd olunub ki, kimliyindən asılı olmayaraq heçkəs Azərbaycan Gürcüstan dostluğuna zərər gətirə biləcək davranış nümayiş etdirə bilməz. Bunun qarşısı alınmalı, bu cür negativliklər yığışdırılmalıdır.

Saytda Axtarış

ახალი ამბები