Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4389
DünənDünən5773
Bu həftəBu həftə41105
Bu ayBu ay46893
Bu günə qədərBu günə qədər8408524

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ağstafada avtomobil təmir sexi və avtomobil yanıb

Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan dəmir və taxta konstruksiyalardan ibarət avtomobil təmiri sexinin taxta üzlüyü 20 m2 sahədə və təmirə dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sexin qalan hissəsi və bitişik tikinti materialları satışı mağazası yanğından mühafizə olunub.

Yanğın saat 18:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Azərbaycan-Gürcüstan sərhədində sıxlıq

Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-buraxılış məntəqəsində sıxlıq müşahidə olunur.

Dalga tv Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından həm avtomobil, həm də piyada keçid məntəqəsində uzun növbələr yaranıb.

Buna səbəb kimi Novruz bayramı tətilində Tiflisə gedən azərbaycanlıların geri qayıtmaları göstərilir.

Bakıda bu gecə işıqlar söndürüləcək

Azərbaycanda fəaliyyət göstərən şəbəkə Ümumdünya Vəhşi Təbiət Fondunun “Yer Saatı” beynəlxalq kampaniyasına qoşulacaq.

“Dalga tv” xəbər verir ki, Paşa İnşaat Ticarət Mərkəzləri Qrupunun qoşulduğu kampaniya zamanı - 25 mart tarixində saat 20.30-dan 21.30-a dək Port Baku, Gənclik və 28 ticarət mərkəzlərinin fasad işıqları söndürüləcək.

Azərbaycanda İdea İctimai Birliyinin koordinatoru olduğu kampaniyada hər il mart ayının son şənbə günü Ümumdünya Vəhşi Təbiət Fondu tərəfindən keçirilən aksiya zamanı bütün dünya üzrə hər kəs, dövlət və qeyri-dövlət, kommersiya təşkilatları, ictimai birliklər və s. həyatı vacib olmayan elektrik cihazlarını bir saat müddətinə söndürməyə çağrılır və bu addımla dünyada baş verən iqlim dəyişikliyinə diqqət arılması təşviq edilir.

Şəkidə 45 yaşlı kişi kəsdiyi ağacın altında qalıb

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında rayonun Kiş kənd sakini Salman Lətifov sol qolun bazu sümüyünün sınığı diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

S.Lətifov müayinə edildikdən sonra məlum olub ki, onun qolu kəsdiyi ağacın altında qalıb. Həkimlər zərərçəkənin sol qolunu amputasiya ediblər. Yaralı müalicəsini Reanimasiya şöbəsində davam etdirir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis şöbəsində araşdırma aparılır.

BMT-də Novruz Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib

Ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş və BMT Baş Assambleyasının (BA) müvafiq qətnaməsi ilə elan edilmiş 21 mart - Beynəlxalq Novruz Günü Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, İraq, Əfqanıstan, Pakistan və Hindistanın BMT yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə qurumun mənzil qərargahında təntənəli şəkildə qeyd edilib.

Mərasimdə Nyu-Yorkun diplomatik icmasının nümayəndələri və Novruz bayramını qeyd edən ölkələrin diaspora üzvləri iştirak ediblər.

Tədbirdə Baş Assambleyanın prezidenti Piter Tomson, BMT baş katibi Antonio Quterreş və UNESCO-nun Nyu-York ofisinin direktoru Mari Rudil çıxış ediblər.

Baş katib BMT-nin bu mərasimin tərkib hissəsi olmasından məmnunluğunu ifadə edərək müxtəlifliyin zənginliyini xatırladan Novruzun sülh, dostluq, insan hüquqları ilə bağlı öhdəliklərin yenilənməsi imkanı olduğunu bildirib.

Daha sonra yuxarıda qeyd edilən ölkələrin daimi nümayəndələri tərəfindən çıxışlar edilib və Novruz bayramının qeyd edilməsi ilə bağlı qısa videoçarxlar nümayiş olunub.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qədim Novruzun mesaj və ideyalarının sülh, barışıq, dostluq, mədəni müxtəlifliyə hörmət, tolerantlıq kimi bu gün universal olaraq qəbul edilmiş dəyərlərlə üst-üstə düşdüyünü, bayramın həm də təbiət ilə harmoniyanı, əkinçiliyi, yoxsulluğun azaldılmasını təşviq etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun gəldiyini xüsusi vurğulayıb.

Naməlum şəxsdən inanılmaz yaxşılıq - 4 milyon borcu ödədi

ABŞ-da naməlum şəxs kilsənin 4 milyon dollar borcunu bağlayıb.

“Dalga tv” Rusiya mətbuatına istinadən xəbər verir ki, xoş hadisə Filadelfiya şəhərində yaşanıb. Yerli baptist kilsənin baş keşişi Riçard Dent naməlum şəxsin onların kilsəsinin ipoteka borcunu tamamən ödədiyini bildirib. Bu xəbəri isə kilsə rəhbərliyinə “Citizens Bank” çatdırıb və şəxsin öz adını açıqlamaq istəmədiyini deyib.

Moskva sakinləri May bayramlarına Bakını seçirlər

Bakı Moskva sakinləri arasında May bayramlarında istirahət üçün ən populyar turizm istiqamətlərinin ilk beşliyinə daxil olub.

Dalga tv  Trend-ə istinadən xəbər verir ki, reytinq 2017-ci il aprelin 29-dan mayın 10-dək hotellərin və apartamentlərin bronlaşdırılması üzrə məlumatlara əsasən tərtib olunub.

Bakı ilə yanaşı bu beşliyə Praqa, Barselona, Minsk və Tbilisi də daxildir.

Məlumata əsasən, moskvalılar Bakıda May bayramlarını qeyd etmək üçün orta hesabla 3,5 gecəlik yer bron ediblər və sutkada 90 dollar xərcləyəcəklər.

Qardabanidə və Bolnisidə Novruz bayramına həsr olunan şənliklər keçirilib

Azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində Novruz bayramına həsr olunan möhtəşəm şənlik tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram şənliyində Qardabanidən Gürcüstan parlamentinə seçilən azərbaycanlı majoritar deputat Savalan Mirzəyev, rayon İcra başçısı Qoça Camalauri çıxış edərək gürcü və azərbaycanlı içtimaiyyət nümayəndələrini Novruz bayramının gəlişi münasibətilə təbrik ediblər.

Novruz bayramına həsr edilən şənlik rayon mərkəzindən bayram yürüşü ilə başlayıb. Şənlikdə bayram tonqalı alovlandırılıb və cıdır yarışı təşkil edilib. Şəhərin mərkəzində qurulan Novruz atributlarından ibarət güşələr, milli şirniyyatlarla bəzədilmiş süfrələr , Bahar qızının və keçəlin oyunları qonaqların və sakinlərin böyük marağına səbəb olub. Qardabanidəki istedadlı uşaqların şən rəqsləri, ifa etdikləri mahnılar, şeirlər bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb.  Günün ikinci yarısında Novruz şənliyi konsert proqramı ilə davam etdirilib.

Bolnisinin Kəpənəkçi kəndində keçirilən bayram tədbirində isə Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, rayon icra hakimiyyəti başçısı David Şerezadişvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov və başqaları çıxış ediblər.

Qeyd edək ki, sabah Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və digər hökumət nümayəndələri azərbaycanlıların kompakt yaşadığı Marneulidə təşkil olunan Novruz bayramı şənliklərində iştirak edəcək.

Kiyevdə Novruz bayramı qeyd olunub

Kiyev şəhərindəki Səməd Vurğun adına Kitabxanada Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

BUAK-dan Dalga tv-yə bildirilib ki, bayram şənliyində Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan dilində şənbə və bazar günü məktəbinin uşaqları novruz bayramına həsr olunmuş rəngarəng ədəbi-bədii proqram nümayiş etdiriblər.

Tədbirə qatılanları xoş müjdəli baharın gəlişi münasibəti ilə təbrik edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, xalqımız tərəfindən minilliklər boyu qeyd edilən Novruz bayramının qədim tarixindən və zəngin çalarlarından bəhs edib.

Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov vaxtilə keçirilməsinə yasaq qoyulmuş Novruz bayramının bu gün müstəqil dövlətimiz tərəfindən ən yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdırıb. O, dünya azərbaycanlılarının vahid ideya və milli məfkurə ətrafında birləşməsində Novruz adət-ənənələrinin xüsusi əhəmiyyətindən söz açıb, bahar bayramı münasibəti ilə xalqımıza sülh və əmin-amanlıq, tarixi vətənimizə ruzi və bərəkət arzulayıb.

Azərbaycan ilə Ukrayna arasındakı sarsılmaz dostluq əlaqələrindən bəhs edən Səməd Vurğun adına Kitabxananın direktoru Qalina İvanova bu əziz gündə hər iki dost ölkəyə öz ərazi bütövlüyünü bərpa etməyi arzulayıb.

Sonra tədbirə qatılanlar Novruz bayramı ilə bağlı sənədli filmə baxıblar, xalqımızın minilliklərə söykənən qədim və zəngin adət-ənənələri ilə tanış olublar. Novruz şənliyində Azərbaycan dili məktəbinin uşaqları vətənə həsr olunmuş şeirlər söyləyib, rəngarəng rəqs nömrələri nümayiş etdiriblər. Novruzun ənənəvi personajları olan Keçəl və Kosanın məzəli əhvalatları tədbirə qatılanlara xoş ovqat bəxş edib.

Tədbirdə Novruzun milli atributlarını əks etdirən sərgi nümayiş etdirilib. Bayram şənliyində Ukraynanın Xalq Artisti Qurban Abbasov mahnılar ifa edib.

Bahar Azərbaycana qədəm qoyub

Bahar bu gün Azərbaycana qədəm qoyub. Bu, Bakı vaxtı ilə saat 14:28-də baş verib, gecə və gündüz bərabərləşib.

Dalga tv  xəbər verir ki, Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar yazın gəlişini tarixən müəyyən ortaq bayramlarla qeyd ediblər. Novruz bu bayramlar arasında miqyasına və özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir.

Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, Krım türklərinin Nevrez adlandırdıqları bu bayram bir çox ölkələrdə hər ilin mart ayında geniş qeyd olunur.

Novruzla bağlı məlumatlara qədim və orta əsrlərə aid bir çox yazılı qaynaqlarda rast gəlmək olar. Amma əsaslı araşdırmalar XIX əsrdən başlanır. Bu araşdırmalarda Novruzun genezisi və tipologiyası ilə bağlı mülahizələr geniş yer tutur. Məşhur şərqşünas Aleksandr Xodzko Novruzun hələ Zərdüşt dövründən bayram edildiyini yazır. Qərb şərqşünası A.Metsin “Müsəlman intibahı” kitabında isə belə bir qeyd var: “Müsəlman ruhaniləri nə qədər çalışdılarsa, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geydirməyə müvəffəq olmadılar. Xalq kütlələri bahar bayramı olan Novruzun qeyri-dini, azad xarakterini qoruyub saxladılar”.

Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat” jurnalında nəşr olunan “Novruzi-inqilab” adlı məqaləsində Novruzun atəşpərəstliklə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edir. Novruza bu konseptual yanaşma sonrakı dövrün tədqiqatçıları tərəfindən də davam etdirilib.

Yusif Vəzir Çəmənzəminlinin Novruz adət-ənənələri barədə qeydləri də maraq doğurur: “Xalqımız arasında Novruz bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal kimi bir adət vardı. Qadın və qızlar toplaşaraq, bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyət olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı”.

Tədqiqatlar göstərir ki, Novruzun əsaslarını yaradan xalqdır. Belə ki, Bakı və onun qəzalarında yaşayan əhali qış fəslinin üçüncü ayı daxil olduqda ayın birinci çərşənbə gecəsini böyük bayram kimi qarşılayırdılar. Bəla və bədbəxtlikləri dəf etmək üçün böyük tonqal qalayıb üzərindən yeddi dəfə atıldıqdan sonra xonçaların dövrəsində oturaraq nəğmələr oxuyardılar. Bununla da gələn Novruzadək hər bəladan uzaq olacaqlarını hesab edirdilər.

Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ ta qədimdən insanlar Novruz bayramına dörd həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir.

Hər bir xalq Novruz bayramı ilə bağlı etnik, yerli və milli xüsusiyyətlərinə uyğun olaraq özünəməxsus mərasim nəğmələri, rəqslər, oyunlar yaradıb. Azərbaycanda Novruz bayramı qabağı adətən evlərdə, həyətlərdə abadlıq, təmizlik işləri aparılır, ağaclar və güllər əkilir. Novruz bayramında cürbəcür şirniyyat növləri - qoğal, paxlava, şəkərbura hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanır, xonça bəzənir, tonqal qalanır, səməni qoyulur. İnsanlar Novruzqabağı əzizlərinin ruhunu anır, küsülülər barışır, qohum-qonşu bir-birinə qonaq gedir, pay göndərirlər.

Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Müstəqillik dövründə isə Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa və Keçəllə yumurta döyüşdürməsi, Bahar qız ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanlarda xoş ovqat yaradırdı.

Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edib.

Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.

Gürcüstanda güclü külək fəsadlar törədib

Martın 20-də əsən güclü külək Tiflis daxil olmaqla Gürcüstanın şərq bölgəsində fəsadlar törədib.

APA-nın “Gürcüstan-onlayn”-a istinadən verdiyi xəbərə görə, bəzi yerlərdə arabir küləyin sürəti saniyədə 20-25 metrədək yüksəlib.

Məlumata görə,  güclü külək Tiflisdə, Qoridə və Rustavidə evlərin damlarını uçurub, pəncərələri sındırıb, ağacları kökündən çıxararaq aşırıb, küçələrdə dayanan avtomobillərə ciddi ziyan vurub.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq xidmətlər gücləndirilmiş iş rejiminə keçiblər. 

Rusiyada Azərbaycan vətəndaşına atəş açan şəxslər saxlanıldı

Sankt-Peterburq polisləri Azərbaycan vətəndaşını döyməkdə ittiham edilən şəxsləri saxlayıb. 

Məlumata görə, onlar zərərçəkənə odlu silahdan atəş açıblar, hadisədən öncə isə onlar “Yestnı” mağazasını soyublar. 

Dalga tv  Rusiya KİV-nə istinadən xəbər verir ki, üç nəfər saxlanılıb, bu işdə yeni şübhəlilərin meydana çıxacağı ehtimalı var. Ümumilikdə dəyən zərər 59 min 766 rubldan ibarətdir. 

Hazırda şübhəlilər saxlanılıb. Onlara dair adam döymək və qarətlə əlaqədar cinayət işi açılıb. 

Saytda Axtarış

ახალი ამბები