Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3491
DünənDünən5773
Bu həftəBu həftə40207
Bu ayBu ay45995
Bu günə qədərBu günə qədər8407625

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanda qeyri-adi hotel tikildi

Gürcüstanın dağ-istirahət mərkəzlərinin birində dəniz daşımalarında istifadə olunan yük kanteynerlərindən istifadə olunub.

“Quadrum” mehmanxanası  Qafqazda Qudairi ərazisində dəniz səviyyəsindən 2,2 min metr yüksəklikdə yerləşir.

Piramida formasında olan mehmanxanada standart, lüks və ailəvi nömrələr var.

Bundan başqa qonaqlara hovuz və sauna xidmətləri də təklif olunur.

Binanın tikintisində ekaloji təmiz tikinti materiallarından istifadə olunub.

Azərbaycanda 4 yaşlı vunderkind üzə çıxdı

Dörd yaşlı uşaq dünya xəritəsini əzbər bilir, yaxud bir milyona qədər sayır və sair və ilaxır. Haqqında bəhs edəcəyimiz vunderkind elə öz ölkəmizdə-Salyan rayonunun Noxudlu kəndində yaşayır. Cəmi dörd yaşı var Turan Novruzovun. Atası həmin kənddə tarix müəllimidir. Turan ölkələrin paytaxtlarını, materik və qitələri, ölkələrin bayraqlarını bilir və tanıyır. Ən qəribəsi budur ki, qəhrəmanımız bayraqları görmədən təsvir etməyi də bacarır. Məsələn, ölkənin adını demək kifayət edir ki, həmin bayrağı təsvir etsin.

Dalga tv  ölkə.az saytına istinadən xəbər verir ki, Turanın başqa bir özəlliyi isə bildiklərini öyrətmək istəyidir. Özündən bir yaş kiçik qardaşı Uğur Novruzov da artıq Turanın bildiklərini mənimsəməyə başlayıb.

Ataları Əli Novruzov deyir ki, artıq bir ilə yaxındır oğlu ilə məşğul olur, ona bildiklərini öyrədir:

“Turan xaraktercə özünə qapalı uşaqdır. Ancaq çox güclü zehni var. Məsələn, ən çətin adı olan ölkənin paytaxtını iki-üç cəhdə öyrənir. Özünün də meyli, marağı var. Kiçik oğlum Uğur isə mənim Turana öyrətdiklərimi öyrənir”.

Ə.Novruzovun ən böyük arzusu övladlarına yaxşı təhsil verə bilməkdir:

“İş elə gətirdi ki, mən ali təhsil alıb rayona qayıtdım. Çünki Qubadlıdan məcburi köçkün düşəndən Salyanda məskunlaşmışıq. Amma istərdim ki, övladlarımın daha böyük uğur qazanması üçün onlara yaxşı təhsil verim. İndiki halda əlimdən gələn bildiklərimi onlara öyrətməkdir. Bəzən elə şeylər olur ki, birlikdə öyrənirik. Fikrimcə, vətənə təkcə əsgər deyil, həm də savadlı gənclər yetişdirmək lazımdır. Çünki istənilən peşə sahibi üçün savad, bilik vacibdir”.

Qeyd edək ki, Salyanın Noxudlu kəndində məskunlaşmış Novruzovlar ailəsi əslən Qubadlı rayonunun Mahruzlu kəndindəndir.

Mingəçevirdə bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Mingəçevirdə bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Dalga tv-nin Oxu.Az-a istinadən  verdiyi məlumata görə, aprelin 8-də Mingəçevir şəhəri ərazisində şəhər sakini Fərid Əliyevin evində özü, arvadı Çinarə, oğlanları Yusif və Yunis, habelə qonaqları Günay Məmmədova və Mahir Süleymanov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı gənclər Gürcüstanda 9 aprel şəhidlərinin xatirəsini anıblar

Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr 1989-cu il aprelin 9-da bu ölkədə baş vermiş qırğınlarla bağlı anım tədbiri keçiriblər.

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun təşəbbüsü ilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində keçirilən tədbirdə bu ölkədəki səfirliyimizin əməkdaşları, Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ölkəmizin Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək Azərbaycan ilə bu ölkə arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, keçmiş sovet ordusunun 1989-cu ilin aprelində Gürcüstanda, 1990-cı ilin yanvarında isə Azərbaycanda törətdiyi qırğınlar xalqlarımızın mübarizə əzmini qıra bilməmiş, əksinə, daha da möhkəmləndirmişdir. Məhz bu mübarizə nəticəsində müstəqilliyimizi bərpa etmişik və möhkəmləndirmişik.

Sonra xeber.ge saytının rəhbəri Amil Hacıyev, Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun koordinatoru Leyla Əmrahova, “Borçalı Gənclər Birliyi”nin sədri Elmar Novruzov, “Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, gənc tələbə Tural Ramazanov və başqaları çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələri arasında paralellər aparıb, tələbə gənclərin tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.

Bildirilib ki, bu cür tədbirlər dostluğumuzun bariz nümunəsidir. Hər iki ölkənin gənclərinin birliyi xalqlarımızın parlaq gələcəyinin əsasıdır.

"Sağlam həyat" layihəsi Dmanisidə

“Gürcüstan Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası”nın tə şəbbüsü və Lanset klinikasının dəstəyi ilə soydaşlarımızın yaşadığı Dmanisi rayonunun Qarabulaq kəndində “Sağlam yaşam” layihəsi çərçivəsində pulsuz müayinə keçirilib.

 Dalga tv-nin Xəbər.ge-yə istinadən   məlumatına görə, prosesə 15 yüksək ixtisaslı həkim cəlb edilib.

 Layihənin  rəhbəri Gültəkin Mustafayeva sakinlərin problemləri ilə də yaxından tanış olub.

Əsas problem xəstəxananın uzaq olması və sakinlərin vaxtl-vaxtında müayinəyə gedə bilməməsidir. Eyniz zamanda kənd sakinlərinin əksəriyyəti də gürcü dilini bilmir.

 Aksiya digər ucqar kəndlərdə də keçiriləcək. 

Mətbuat Şurası: “Şahismayıl Şəmmədoğlu Gürcüstanda soydaşlarımızın haqq səsini çatdırır”

Azərbaycan Mətbuat Şurası AzTV-nin Gürcüstan üzrə xüsusi müxbirini təbrik edib

Azərbaycan Mətbuat Şurası «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55 illiyi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir:

«Elə adamlar var ki, həyata keçirdikləri fəaliyyət ilə özləri ayrıca bir dünya yarada bilir, məxsusi dəst-xətləri, yanaşmaları ilə daim yaddaşlarda qalmağı bacarır, hörmətlə qarşılanırlar. Jurnalistikamızda belə adamları görmək çox xoşdur. Bu günlərdə onlardan birinin - AzTV-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun 55 yaşı tamam olur. Azərbaycan Mətbuat Şurası yubilyarı həyatının əlamətdar təqvim ili münasibəti ilə təbrik edir.

Şahismayıl Şəmmədoğlu uzun illərdir, AzTV-nin Gürcüstandakı təmsilçisi kimi fəaliyyət göstərməkdədir. Onun qonşu ölkədə gördüyü iş heç də müxbirliklə kifayətlənmir. Ş.Şəmmədoğlu həmçinin Gürcüstanın ictimai həyatına nüfuz edir, yarım milyona yaxın soydaşımızın yaşadığı bölgənin haqq səsini çatdırır, Azərbaycan və Gürcü xalqları arasında təmasların möhkəmlənməsinə çalışır. Bu missiya mühüm əhəmiyyət daşıyır və son dərəcə vacibdir.

Azərbaycan Mətbuat Şurası bir daha Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55-illiyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

Yubileyiniz mübarək, əziz həmkar!»

Qaraciyəri bərpa edən, qurdları öldürən MÜALİCƏVİ YAĞ

Qədim zamanlarda balqabaq yağı müalicəvi məhsul kimi çox yüksək qiymətləndirilir və geniş istifadə olunurdu.

Avropada kiçik balqabaq yağı butulkasının qiyməti qızıl üzüyün qiymətinə bərabər idi. Avropada balqabaq yağı yalnız müalicəvi vasitə kimi istifadə olunurdu.

Balqabaq yağı balqabaq tumlarından hazırlanır. Onun tərkibində bir çox vitaminlər (A, B1, В2, В6, C, E, K, P, PP), fosfolipidlər, flavonoidlər, minerallar (dəmir, maqnezium, sink, selen, kalsium, kalium və s.), Omeqa-3 və Omeqa-6 yağlı turşular var.

Belə zəngin tərkib balqabaq yağını insan orqanizmi üçün çox faydalı edir.

- Balqabaq yağı çox güclü qurdqovucu təsirə malikdir. Bu xüsusilə uşaqlar üçün vacibdir. Qurd əleyhinə dərmanlarla müqayisədə balqabaq yağının heç bir toksiki və s. ziyanlı yanaşı təsiri yoxdur.

- Balqabaq yağının digər qiymətli xüsusiyyəti qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq, qaraciyəri bərpa etmək xüsusiyyətidir.

- A vitamini ilə zəngin balqabaq yağı görmə üçün də çox faydalıdır.

- İmmun sisteminə müsbət təsir edir.

- Damarların sağlamlığını qoruyur, aterosklerozun inkişafını ləngidir.

- Bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

- Orqanizmdə qocalma prosesləri ləngidir.

- Dərini cavanlaşdırır.

Naturopat həkimləri (təbii vasitələrlə müalicə edən mütəxəssislər) balqabaq yağını hər axşam yeməkdən 30-40 dəqiqə sonra 1 ç.q. olmaqla qəbul etməyi tövsiyə edirlər.

Tbilisidən Bakıya aviataksi neçəyə uçacaq?

Tbilisi-Bakı-Tbilisi reysi ilə uçuşlar həyata keçirəcək Gürcüstanın "Aviator" şirkətinin aviataksi xidmətlərinin qiyməti sərnişin sayından asılı olmayaraq 6930 dollar təşkil edəcək.

 Dalga tv-nin Xəbər.ge-yə istinadən xəbərinə görə, uçuşlar "Beechcraft KingAir C90GTX" təyyarəsi ilə həyata keçiriləcək. Bu təyyarə beş sərnişin tutumuna malikdir.

"Aviator" şirkəti Tbilisi beynəlxalq hava limanından Gürcüstanın və Cənubi Qafqazın bütün hava limanlarına, eləcə də Bakı, İstanbul, Trabzon və digər şəhərlərə uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, "Adjara Group Hospitality" şirkəti Gürcüstanın hotel sektorunda ən iri holdinqdir.

"Aviator" 2016-cı ilin sonunda "Adjara Group Hospitality" tərəfindən yaradılıb və daxili beynəlxalq sərnişin daşımaları üçün aviataksi xidmətləri göstərən ilk Gürcüstan şirkətidir.

Bakı-Qazax magistralında mikroavtobus qəzaya uğrayıb, yaralılar var

Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində, Borsunlu kəndi ərazisində mikroavtobus qəzaya uğrayıb.Dalga tv-nin 

APA-ya istinadən məlumata görə, eyni istiqamətdə hərəkətdə olan “Mersedes” markalı mikroavtobus və “Mersedes” markalı minik avtomobili toqquşub.

Gəncə-Yevlax marşrutunda fəaliyyət göstərən mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı sürücü 1974-cü il təvəllüdlü Bayramov Vüqar Faiz oğlu ağır yaralanıb.

Sərnişinlərdən 1960-cı il təvəllüdlü Nəcibə Şirinova və 1957-ci il təvəllüdlü Məhruzə Tağıyeva müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. 

Antibiotiklərin qəbulu XƏRÇƏNGƏ səbəb ola bilər

Antibiotiklərin 15 gün və bundan daha uzun müddət ərzində qəbulu bağırsaq xərçənginin riskini 73%-ə qədər artırır.

Antibiotiklərə görə bağırsaqlarda polip və digər törəmələr əmələ gələ bilər ki, onların xərçəngə çevrilməsi riski yüksək olur.

The Daily Mail xəbər verir ki, yaş artdıqca antibiotiklərin qəbulu ilə bağlı təhlükə daha da artır. Belə ki, 40-50 yaşlı insanlar üçün antibiotiklərin uzunmüddətli qəbulu 20-30 yaşlı insanlarla müqayisədə daha risklidir.

Tədqiqatçılar qeyd edirlər ki, antibiotiklərin uzunmüddətli qəbulu bağırsaqların mikroflorasını pozur ki, bu da xərçəngin inkişafına bilavasitə təsir edir.

Bu 7 halda ÇAY içmək ZİYANLIDIR

Çay bizim ən çox sevilən ənənəvi içkimizdir. Çay çox faydalıdır.

Güclü antioksidant xüsusiyyətlərinə görə çay orqanizmdə gedən qocalma proseslərini ləngidir, ürək-damar sistemini qoruyur, bir çox xəstəliklərin, o cümlədən xərçəngin inkişafının qarşısını alır.

Lakin bəzən çay orqanizmə ziyan da vura bilər. Bu hansı hallarda mümkündür?

1. Yüksək hərarət zamanı isti tünd çay ziyanlıdır və hərarətin daha da artmasına səbəb ola bilər.

2. Çox isti, qaynar çay içmək olmaz. Belə çayın daim istehlakı boğaz, qida borusu və mədə xərçənginə səbəb ola bilər. Mütəxəssislərdən tövsiyə - çay dodaqlarınızı yandırmırsa, içə bilərsiniz. Əks halda soyumasını gözləyin.

3. Yatmazdan bilavasitə əvvəl çay içməyin. Çayın tərkibində olan kofein sinir sistemini "oyadır" və bu da yuxuya getməyə mane olur. Digər tərəfdən çay sidikqovucu təsirə malikdir ki, bu da gecə rahat yatmağa əngəl ola bilər.

4. Qida qəbulundan dərhal sonra çay içməyin. Bu zülalların və dəmirin mənimsənilməsini pisləşdirir.

5. Spirtli içkilərdən sonra çay içmək olmaz. Bu böyrəklər üçün çox ziyanlıdır.

6. Axşamdan qalan çayı içməyin. Belə çayda artıq faydalı maddələr qalmayıb, mikrobların sayı isə əksinə çoxalıb.

7. Dərmanın üstündən çay içməyin. Bu dərmanların mənimsənilməsinə mane olur.

Marneulidə 2 kəndin sakinləri etiraz aksiyası keçiriblər

Gürcüstanın Marneuli rayonundakı Baydar və Kürtlər kəndlərinin sakinləri etiraz aksiyası keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyanın keçirilməsində məqsəd suvarma suyunun çatışmamasıdır. Sakinlər Baydar kəndinin mərkəzinə toplaşdıqdan sonra əkin sahələrinin suvarıldığı su kanalının vəziyyəti ilə tanış olmaları üçün rayon rəhbərliyini ora dəvət ediblər. Sonra aksiya kanalın ətrafında davam edib. Sakinlər su idarəsi ilə müqavilə bağladıqlarını, lakin suyu bölüşdürən cuvarların adı çəkilən kəndlərə su vermədiklərini bildiriblər. Onlar kiçik əkin sahələrinin, həyətyanı sahələrin suvarma su ilə təmin olunmadığını, lakin 50-60 və daha çox torpaq sahələrinin suvarma suyu ilə təmin olunduğunu söyləyiblər.

Aksiyadan xəbər tutan rayon su idarəsinin rəhbərliyi idarənin baş mühəndisi və digər mütəxəssisləri suvarma kanalı ilə tanış olmaq üçün sakinlərin toplaşdığı sahəyə yollayıb. Sakinlər və baş mühəndis arasında danışıqdan məlum olub ki, su idarəsinin rəhbərliyi iki kanalın ayrıcına su şlyüzü qoymağı planlaşdırır.

Baş mühəndis Vladimir Xarçiladze APA-ya açıqlamasında iştirakçıların tələbləri ilə çoxdan tanış olduğunu bildirib. O, hazırkı vəziyyətdə şlyüzün qoyulmasının çətin olacağını, lakin suvarma kanalını təmizlədikdən və bu yay mövsümünü başa vurduqdan sonra payızda kanala şlyüzlərin qoyulmasının mümkün olacağını deyib. Onun sözlərinə görə, hazırda kanalda iş başlayıb: “Biz kanalın içindəki zibili və otları təmizlədikdən sonra hələlik suvarma suyunu qrafiklə verəcəyik. Düşünürəm ki, hələlik problemin çıxış yolu budur. Problemin həlli isə payızda olacaq”.

Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev iki kəndin su problemindən xəbərdar olduğunu və su idarəsinə müvafiq göstərişlər verdiyini, problemin yaxın günlərdə həll olunacağını vurğulayıb.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev isə seçiciləri olan Baydar və Kürtlər kənd sakinlərinin ona da müraciət etdiklərini və suvarma suyu çatışmazlığı barədə ətraflı məlumat aldığını bildirib: “Kənd Təsərrüfatı Nazirliyi tezliklə tədbirlər görəcək. Bu gün parlamentdə, sessiyadayam. Sabah sakinlərlə görüşüb, problemin həlli barədə onlara ətraflı məlumat verəcəyəm”.

Saytda Axtarış

ახალი ამბები