Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4391
DünənDünən5773
Bu həftəBu həftə41107
Bu ayBu ay46895
Bu günə qədərBu günə qədər8408526

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Xırdalanda ölən tələbələrlə bağlı yeni – TƏFƏRRÜATLAR

“Xırdalanda həlak olan Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi”.

Dalga tv  xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüxsarə Əliyeva bildirib. 

Onun sözlərinə görə, Turanə Xanlayeva kollecdəki təhsilini yarımçıq qoyub, məktəbdən çıxmaq istəyirmiş:

“Anası xəstə idi. Evdə qalıb ona baxırdı. Martın 13-də Turanə bacısı, xalası və xalasının qızı ilə müayinədən keçmək üçün Bakıya gəliblər. Turanə özü də xəstə idi. Onlar otaqda əvvəl 3 nəfər qalıblar. Sonra qızlardan biri onlardan ayrılıb”.

Rüxsarə Əliyeva faciənin hansı səbəbdən baş verdiyindən məlumatsız olduğunu qeyd edib: 

“Hərə bir söz deyir. Kimi deyir dəm qazından boğulub, kimi də qida zəhərlənməsini səbəb gətirir. Amma hüquq-mühafizə orqanları bunu, yəqin ki, araşdıracaq”.

Rüxsarə Əliyeva Turanənin atasız olduğunu vurğulayıb: 

“Mələyin isə atası başqa ölkədə işlədiyi üçün Azərbaycandan kənardadır. İndi ona məlumat vermişik. Bakıya gəlir, amma qızının ölümündən xəbərsizdir. Bu ağır faciəni ona deyə bilmədik. Mələk çox istedadlı qız idi. Əlaçı idi, bütün ictimai işlərdə, məktəb daxilində və xaricində aktiv bir tələbə idi”.

Xatırladaq ki, dünən Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında dəhşətli faciə baş verib. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin həmin ünvanda kirayədə qalan iki tələbəsi və tələbələrdən birinin bacısı, xalası, xalası qızı zəhərlənərək ölüb.

Qaxda qadını çaya ataraq öldürən şəxs həbs edilib

axili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılmışdır.

APA-nın xəbərinə görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, martın 11-də saat 17 radələrində Qax rayonunun Alatəmir kəndi ərazisindən keçən çayda üzərində xəsarətlər olan naməlum qadın meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin olunub.

İlkin araşdırmalarla naməlum meyitin Mingəçevir şəhərində kirayədə yaşayan 35 yaşlı Zərdab rayon sakini Gülnar İbrahimova olması müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun martın 8-də saat 18 radələrində Gülnar İbrahimova ilə görüşərək idarə etdiyi VAZ-2107 markalı avtomobillə onu Qax rayonu ərazisinə aparması və orada aralarında baş vermiş mübahisə zəminində onu öldürmək məqsədilə yüksəklikdən itələyib çaya ataraq qəsdən öldürməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

M. Məmmədov martın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı

Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. 

Dalga tv  Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. 

Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.

M.Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur. 

“Dalga tv”nin əldə etdiyi məlumata görə, intihar edən şəxs gənc yazar Mövlud Mövluddur. O, jurnalist Sevinc Fədai ilə evli idi, onlar ailədaxili problemlərə görə boşanma ərəfəsində olublar. Cütlük uzun müddət imiş ki, birlikdə yaşamırmış.

Qadın özünü qatarın altına atdı - Bakı metrosunda

Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib.

Qafqazinfo”nun məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun “Ulduz” stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil.

Qərargah: Dənizdə meyiti tapılan şəxsin itkin düşmüş neftçi olduğu dəqiqləşib

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd XidmətiDövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış – xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan APA-ya verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 13-də meyiti tapılan şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində nasos qurğularının maşinisti vəzifəsində çalışmış, 1970-ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğlu olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Xırdalanda dəm qazından boğularaq ölənlərin kimliyi məlum olub

Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub. 

APA-nın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bu il Gürcüstanda 40-dan çox məscid təmir olunacaq

Bu il Gürcüstanda 40-dan çox məsciddə əsaslı təmir işləri aparılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib. Onun sözlərinə görə,  hazırda azərbaycanlıların kompakt yaşadığı bir neçə bölgələrdə yeni məscidlərin inşası və əsaslı təmiri başa çatmaq üzrədir: “GMİ ötən illərdə olduğu kimi, bu ildə də 40-dan çox məsciddə təmir işi aparmağı planlaşdırıb.”

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Qardabani rayonunda və rayonun Qara Təhlə kəndində inşa olunan məscidlərin vəziyyəti ilə yaxından tanış olub. Xeyriyyəçilər  tərəfindən tikilməkdə olan məscidlərə GMİ tərəfindən maddi yardım göstərilib. Məscidlərin ilin sonuna qədər tam istifadəyə verilməsi nəzərdə tutulur.

GMİ şeyxi gələcəkdə əhalinin maddi dəstəyi ilə yeni məscidlərin tikintisinə dövlətin də dəstəyi olacağını bildirib. O, bu istiqamətdə müsəlmanların problemlərinin həllinə çalışacağını bildirib.

Moskvada azərbaycanlılar ağır yol qəzasına düşüblər

 

Moskva dairəvi yolunda martın 11-də içərisində dörd nəfərin olduğu avtomobil qəzaya düşüb. 

Dalga tv-yə daxil olan məlumata əsasən, qəzaya düşənlərin hamısı azərbaycanlıdır. 

Məlumata görə, Lənkəran sakini Ramin Həbibov hadisə yerindəcə dünyasını dəyişib. 
Mərhumun nəşi bu gün Bakıya gətiriləcək, daha sonra dəfn etmək üçün doğulduğu Lənkəran rayonunun Moğonojuba kəndinə yola salınacaq. 

Yeni ailə quran qız özünü öldürmək istədi - 17 yaşı var...

Tovuz rayonunda zəhərlənmə hadisəsi olub.

"Dalga tvAPA-ya istinadən xəbər verir ki, rayonun Qovlar şəhərinin sakini, 17 yaşlı Ülviyyə Mübarizqızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, yenicə ailə quran Ü. Mübarizqızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan vətəndaşı Gürcüstanda silahla tutulub

Gürcüstan polisi biri Azərbaycan vətəndaşı olmaqla iki nəfəri saxlayıb.

APA-nın Gürcüstan DİN-in saytına istinadən verdiyi məlumata görə, onlar qanunsuz şəkildə odlu silah və sursatın əldə edilməsi və saxlanılmasında şübhəli bilinirlər.

24 yaşlı Azərbaycan vətəndaşı və 22 yaşlı digər şəxsin olduğu avtomobil Qardabanidə saxlanılıb. Maşında axtarış aparılarkən polis əməkdaşları “TT” markalı tapança və 15 ədəd qüllə aşkar edib.

“İlaxır çərşənbə” münasibətilə Bakıda Novruz şənliyi keçirilir

“İlaxır çərşənbə” günü münasibəti ilə Bakıda Novruz şənliyi təşkil edilib. APA-nın məlumatına görə, metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə Novruz personajları Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl  və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiəti ilə böyük bayram karvan  Suraxanı “Atəşgahı”na  yola düşüb.

  

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq  İstiqlaliyyət küçəsi, “Beşmərtəbə dairəsi”, Heydər Əliyev Sarayının yanından keçməklə metronun “Sahil” stansiyası, Hökumət evi,  Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu” stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı “Atəşgahı”na istiqamətlənəcək.

“Atəşgah”dan od götürən bayram karvanı geriyə qayıdaraq hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə  “Fəvvarələr meydanı”ndan “Gənclər meydanı”na gələrək bayram tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Bayram tədbiri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Bakıda itkin düşən məktəbli qız tapılıb

Bakıda itkin düşən məktəbli tapılıb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün itkin düşən 1999-cu il təvəllüdlü N. K. evinə qayıdıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Saytda Axtarış

ახალი ამბები