Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4391
DünənDünən5773
Bu həftəBu həftə41107
Bu ayBu ay46895
Bu günə qədərBu günə qədər8408526

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

“Təzə bazar”da yanğın baş verib

Bakının Nəsimi rayonu ərazisində yerləşən “Təzə bazar”da yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Dalga tv-nin nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan “Təzə Bazar” ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 kvadrat metr və piştaxtalar 400 kvadrat metr sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə yerindən foto və video APA-ya istinadla təqdim olunur.

Metronun “20 Yanvar” stansiyasında qatar sərnişini vurdu

 

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qatar sərnişini vurub.

Dalga tv axar.az-a istinadən xəbər verir ki, bu haqda sərnişinlərdən biri məlumat verib.

Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.

Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.

Qadın xəstəxanaya aparılıb.

Sankt-Peterburqda terror aktında azərbaycanlı qız ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı Dilbarə Əliyeva da olub.

Dalga tvQafqazinfo”-ya istinadən xəbər verir ki, 20 yaşlı Dilbarənin rəfiqəsi Rusiya KİV-nə danışıb. 

O bildirib ki, Dilbarənin ən böyük arzusu idman psixoloqu olmaq idi.

Onu da əlavə edək ki, terror qurbanı olan həmyerlimiz ailənin yeganə qız övladı olub, onun bir qardaşı var. 

Qeyd edilir ki, Dilbarə çox saylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin aprelin 4-də dünyasını dəyişib. Həkimlər onun xəstəxanaya çox ağır vəziyyətdə çatdırıldığını bildiriblər. 

Bakıda “Avromed”in avtomobili yandı

Səhər saatlarında Heydər Əliyev prospektində yanğın baş verib. 

Dalga tv  APA TV-yə istinadən xəbər verir ki, şəhər istiqamətində olan avtomobil qəfil alışıb.

Sürücü avtomobili saxlamağa və salonu tərk etməyə müvəffəq olub. “Avromed” şirkətinə məxsus avtomobil külə dönüb. Alışmanın səbəbi məlum deyil.

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 30 nəfər təxliyə edilib

Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qarın gətirdiyi qeyri-adi TƏBİƏT HADİSƏSİ

Başqa ölkələrdə göydən guya quşlar və ya qurbağaların yağması haqda xəbərlər eşitmişdik. Bu dəfə isə elə özümüzdə belə bir xəbər yayıldı ki, Lerikdə göydən qarla bərabər soxulcanlar da yağıb. Dünəndən Lerikə qar yağmağa başlayıb və bir neçə şəxs qarın üzərində soxulcanların videosunu çəkərək sosial şəbəkələrdə paylaşıb ki, guya həmin soxulcanlar göydən tökülüb. Müzakirələrə səbəb olan videonu ekoloqlarla müzakirə etmişik. Göydan soxulcanın yağması mümkündürmü?

Lerik rayonuna yağan qar başqa məqamıyla gündəm mövzusuna çevrilib. Rayon sakinləri göydən qarla bərabər soxulcan yağdığını iddia edib.

Sosial şəbəkələrdə yayılan videolarda qarın üzərində soxulcanların olduğu görünür. Videonu çəkən şəxs soxulcanların qarla bərabər yağdığını deyərək bunu möcüzə adlandırır.

Videolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs əslində soxulcanların qarla birgə yağması mümkündürmü? Ekoloq Telman Zeynalov bunun adi torpaq qurdları olduğunu bildirir.

Ekoloq Telman Zeynalov yağış və ya qarla bərabər hansısa canlıların yağmasının mümkün olmadığını bildirir.

Qeyd edək ki, Lerikə dünəndən yağan qarın hündürlüyü 20 santimetrə qədər olub.lənkəran regional hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, bölgədə hökm sürən qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək. 

Antibiotiklərin uşaq orqanizminə 6 təhlükəli zərəri

Həddində çox və ya lazımsız yerə qəbul edilən antibiotiklər uşaqlarda ciddi problemlərin əmələ glməsinə səbəb olur. Antibiotiklərin əmələ gətirdiyi ən ciddi problemlərin siyahısında isə ilk növbədə qara ciyər və böyrək çatışmazlıqları durur.
Antibiotiklərin kəşfi və istifadəyə verilməsin insanlıq tarixinin inkişaf nöqtələrindən birinə təsadüf edilir. Dünyanın bir çox ölkələri daxil olmaqla bizim ölkəmizdə də uşaqlara çox antibiotik verilir. Ən çox da bu antibotiklər həkimin resepti olmadan valideyinlər tərəfində uşaqlara tətbiq edilir.
Dalga tv  immunitet.az-a istinadən bildirir ki, əslində antibiotiklət bakteriya və patogen mirkroblara qarşı istifadı edilən bir təsir
vasitəsidir. Amma, nəzərə almaq lazımdır ki, antibiotiklər yanlız xəstəlik törədən bakteriya və mikrobları deyil orqanizmin sağlam həyat fəaliyyəti üçün çox vacib sayılan bakteriyaların da məhvinə səbəb olur. Bu isə orqanizmin bakteriya və mikroblara qarşı olan müqvimətini aşağı salır və immun sistemi zəiflədir.
Qəbul edilən bütün antibiotiklər orqanizmdə öz yan təsirini göstərir.
Aparılan araşdırmalar Avropa ölkələri həkimlərinin xəstələrə az antibiotik təyin etdiyini təsadiqləyib. Hesablamalar isə Avropa ölkələrinin onlara yaxın bölgələrdə yaşayan ölkələrdən 2-3 dəfə az antibiotik istifadə etdiyini təsdiq edib. Antibioptiklərin istifadəsi və satışına görə bizim ölkəmiz ön sıralardan birində durur.
Diqqətli olun! Həkimin təyinatı olmadan uşaqlarınıza antibiotik verməyin. Əksər valideyinlər hətta virus xəstəliklərinə antibiotikin təsiri omadığını bilmədən uşaqlarına bu dırmandan verir və bunun sonunun nə ilə qurtaracağını belə düşünmür.
Antibiotiklər uşaqlarda hansı ağırlaşmalara səbəb ola bilir?
1 Antibiotik ishala səbəb ola bilir ki, bu da elektrolit balansının pozulmalarına, qanayan kolitə, dərmanı uzun müddət qəbul etdikdə isə ölümə səbəb ola bilir.
2 İmmun sistemi aşağı salır, bunun səbəbi isə antibiotiklərin orqanizmin həyatı üçün lazım olan bakteriyaların məhv olmasından irəli gəlir. Çox antibiotik qəbul edən uşaqların immun sistemi aşağı düşdüyü üçün onlar infeksion xəstəliklərə daha tez yoluxurlar.
3 Antibiotiklərin qəbulu bağırsaqlarda disbakterioza səbəb olur ki, bu da həzm sisteminin pozulmalarına və qəbul edilən qidaların orqanizm tərəfindən mənimsənilməməsinə səbəb olur.
4 Allergiyanın əmələ gəlməsinə səbəb olan amilərədn biri də antibioptiklərin lazımsız yerə qəıbul edilməsidir. Antibiotik qəbulu orqanizmdə xarici amillərə qarşı müqavimət göstərən bağrırsaq mikroflorası əmələ gətirir ki, bu da allergik reaksiyaların artmasına səbəb olur.
5 Böyrək çatışmazlığına səbəb olan amillərdən biri də uzun müddət antibiotiklərin qəbuludur. Qəbul edilən dərmanların böyrəklərə mənfi təsir etdiyini hamımız bilirik. Ən çox isə böyrəklərə zərər verən dərman antibiotiklərdir.
6 Qara ciyər funksiyasının pozulması, toksiki hepatit və qaraciyər çatışmazlığına səbəb olan amillərdən ən başda gələni antibiotiklərin qəbuludur. Bu səbəbdən də mütəxəssislər antibiotik qəbul edən zaman onun digər orqanlara olan zərərini azaltmaq üçün tədbirlər almağın vacib və lazım olmadıqca antibiotik qəbul etməyin təhlükəli olduğunu qeyd edir.

Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçirib

Bu gün İstanbulda Kərkük şəhərində rəsmi qurumların qarşısında İraq bayrağı ilə bərabər Şimali İraq Kürdüstan Bölgə Muxtariyyətinin bayraqlarının asılmasına etiraz əlaməti olaraq mitinq  keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkməneli Dərnəkləri Federasiyasının təşkil etdiyi və İraqın İstanbul baş konsulluğunun qarşısında keçirilən aksiyada 2 minə qədər insan iştirak edib.

Aksiya iştirakçıları “Kərkük Türkdür, Türk qalacaq!”, “Kərkükə uzanan əllər qırılsın!” və digər şüarlar səsləndirilib, 5 nəfərdən ibarət heyət aksiyanın qətnaməsini baş konsulluqda rəsmi şəxslərə təqdim ediblər. Aksiyada çıxış edən Türkməneli Dərnəkləri Federasiyasının başqanı Aydın Bayatlı Orta Şərqdə cərəyan edən mürəkkəb proseslər kontekstində bəzi qüvvələrin Türkməneli bölgəsində xaos yaratmaq istədiyini bildirib: “İndi bizim daha çox birliyə ehtiyacımız var. Buradan İraq prezidentinə, baş nazirinə və Məclis sədrinə müraciət edirəm ki, Kərkükə İraqın kürd  bölgəsinin bayrağını asdırmaqdan vaz keçməsi üçün vali Nəcməddin Kərimə lazımi təlimatı versinlər. Türkiyə hökumətinə də müraciət edirəm ki, qardaş Türkmənelini bu mübarizəsində yalnız qoymasın”.

Etiraz aksiyası heç bir insident olmadan başa çatıb. Aksiyada Türkməneli ilə bərabər, Türkiyə və Azərbaycan bayraqları da dalğalandırılıb. 

Hər gün 1 alma yeməklə...

Oksford universitetinin və Çinin tibb elmləri akademiyasının alimləri birgə araşdırma keçiriblər.

Deyerler.org bildirir ki, bu araşdırma zamanı 7 il ərzində Çinin 30-79 yaş arası 500 min insanı araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, gündəlik olaraq meyvə yeyən insanlar daha sağlam olurlar. Alimlər bildiriblər ki, hər gün meyvə yeyən insanların qan təzyiqi və qandakı qlükoza səviyyəsi aşağı olur. Eyni zamanda hər gün meyvə yemək infarktın və insultun riskini azaldır.

Hər gün bir alma yeməklə insan ürək-damar xəstəliklərinin qarşısını gözə çarpan şəkildə azaldır.

Bakıda dəhşət: 2 övladının başını kəsdi, ananı isə ağır yaraladı

Bakıda dəhşətli qətl törədilib.

Dalga tv xəbər verir ki, Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Montin qəsəbəsində qeydə alınıb.

Yaşayış evinə daxil olan naməlum şəxs, qəsəbə sakini Lətifə Qasımovaya bıçaqla ağır xəsarət yetirib, onun övladları – 2001-ci il təvəllüdlü Saqil Səxavət oğlu Qasımzadə və 1991-ci il təvəllüdlü Fərizə Səxavət qızı Qasımzadəni boğaz nahiyəsini kəsməklə qətlə yetirib. Həmin şəxs daha sonra evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Baş vermiş hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29, 120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Nərimanov rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A. Cəfərov tutularkən L. Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.

Qeyd edək ki, zərərçəkən L. Qasımova hadisəni törədən A. Cəfərovun həyat yoldaşının xalasıdır. İlkin məlumata görə o, həmin mənzilə qarət məqsədi ilə daxil olubmuş.

Hər gün ölüm təhlükəsi ilə üz-üzə olduğunuzu bilirdinizmi?

Çaydandakı suyun uzun müddət və ya dəfələrlə qaynaması zamanı onun tərkibindəki kimyəvi maddələr dəyişilir və qaynama prosesi uzun müddət davam etdikdə bu birləşmələr yenidən öz tərkibini dəyişməyə başlayır.
Təkrar və ya dəfələrlə qaynadılmış çaydanın suyundan istifadə etmək orqanizm üçün çox zərərlidir. Çünki, araşdırmalar belə suyun tərkibində zəhərli maddələr olduğunu meydana çıxarmışdır.
1. Mişyak
DALGA TV  immunitet.az-a istinadən bildirir ki, dünyanın bütün səhiyyə təşkilatları tərkibində mışyak olan qida maddələrinin orqanizm üçün zərərli olduğunu və belə qidalardan istifadə etmənin insan ölümünə səbəb ola biləcəyini qeyd etmişdir. Uzun müddət və ya dəfələrlə qaynadılmış suyun tərkibində isə mışyakın əmələ gəldiyi sübut olunub.
2. Nitratlar
Nitratlara hər yerdə, suda və havada da rast gəlmək mümkündür. Bu maddə orqanizmdə yoğun bağırsaq, yumurtalıq, sidik kisəsi, mədəaltı vəz və s. orqanlarda xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Dəfələrlə qaynamış suyu içdikdə isə biz hər gün nitrat qəbul etmiş oluruq.
3. Ftor
Ftorun insan orqanizmi üçün təhlükəli olduğu çoxdan öz sübutunu tapıb. Ftor insanların IQ səviyyəsini aşağı sala biılən bir maddədir.Çox qaynayan suyun tərkibin də də ftorlu birləşmələrə rast gəlmək mümkündür.
2013 cü ildə siçanlar üzərində aparııan araşdırmalar zamanı ftor qəbulı edən dişi siçanların hamilə qalmaq qabiliyyətinin aşağı düşdüyü aşkar edilmişdir.
Uzun müddət qaynanmış suyu içməklə arıqlayan var. Bu arıqlama isə ftorlu birləşmələrin orqanizmdə əmələ gətirdiyui zərərli patolojiyalara səbəb olmasıdır.
Ümid edirəm ki, siz bunu oxuduqdan sonra çaydanı qaynamağa qoyub başqa iş dalınca getməyəcəksiniz. Sağlamlığınızın qeydinə qalmaq üçün həmişə təzə qaynamış su ilə təzə dəmlənən çay içib həyatda zövq almağa çalışın.
Oxuduqlarınızı bəyəndinizsə, dostlarınızla paylaşıb onları da məlumatlandırın.

11 qida haqqında bilmədikləriniz

1. Bibər
Acı bibərlərin rəngləri ilə dadları arasında heç bir fərq yoxdur, amma bibərin uzunluğu nə qədər kiçik olarsa, onun açılığı bir o qədər kəskin olar.
2. Avokado
Dalga tv  immunitet.az-a istinadən bildirir ki, bu dadlı meyvəni soyduqdan sonra qısa müddət ərzində yemək lazımdır, çünki, o tez xarab olan meyvələrdəndir. Amma, dadının yaxşı olduğuna baxmayaraq onu quşlara yedirmək olmaz, çünki, quşların ölümünə səbəb ola bilir.
3. Oreo peçenyesi
Oreo peçenyesinin üzərindəki həndəsi fiqur şəkillərini çoxları yonca yarmaqlarının şəklin bənzədir, amma, bu şəkil peçenyanı istehsal edən şirkıərin heyran olduğu gəncavərin paltarlıarının üstündəki nişanların şəkli olduğu deyilir.
4. Banan
Bananı çoxları sevir,amma ağcaqanadların banan yeyən adamları daha çox dişləməsini heç kim bilmir.
5. Yerin cazibə qüvvəsi
Yerin cazibə qüvvəsinin ən yaxşı misalını qəbul edilən suyun rəngləri ilə təsdiqləmək mümkündür. Belə ki, satılan və ya yer kürəsində olan sulardan eyni qaba doldurulsa da onların rəngələrinin müxtəlif olduğu təsdiq edilmişdir.Eyni rəngdə olan 2 suya rast gəlmək qeyri-mümkündür.
6. Qida boyaları
Qida boyaları uşaqlarda hiperaktivliyə səbəb ola bilir. Ən çox da sarı və qırmızı qida boyaları uşaqların aktivliyini artırır.
7. Kofe dənələri
Köfe dənələri adalandırdığımız qida kofe bitkisinin meyvəsidir.
8. Çay
Yaponlar boyat çayın iln zəhərindən də pis olduğunu qeyd edirlər. Çinlilər isə boyat çayı zəhər adalandırır və onun mədnin divarını zədələdiyini söyləyirlər. Buna görə də həmişə təzə dəmlənmiş çay için.
9. Bal
Bal ölümsüz qida hesab edilir. Qədim Misir fironlarının qəbrində də bal aşkar edilmişdir. Alimlər Fironun qəbrindən çıxan balı araşdırmış və bu nəticyə gəlmişlər ki, onun tərkibi hələ də dəyişilməmişdir.
10. Yumurta
Yumurtanı istifadə etməzdən əvvəl suya salın.Əgər suyun üzərində durusa o zaman o yumurta istifadəyə zərərlidr. Yumurtanın suyun üzərində qalmasının səbəbi isə onun tərkibində əmələ gələn qazların yığılmasıdır. Yumurtanı sındırarkən onun sarısında qırmızı qan izinin olması toyuğun xəstə olmasının göstəricisi deyil
11 Kələm turşusu
Qəbul etdikləriniz bütün qidaların yanında kələm turşusu yesəniz o zaman çəkiniz nəinki artar, hətta azalar.

Saytda Axtarış

ახალი ამბები