Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4392
DünənDünən5773
Bu həftəBu həftə41108
Bu ayBu ay46896
Bu günə qədərBu günə qədər8408527

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ən çox istifadə olunan bu dərmanlar ÖLÜMƏ səbəb ola bilər

İbuprofen və diklofenak bütün dünyada ən tanınmış və tez-tez istifadə olunan ağrıkəsici dərmanlardır.

Lakin son elmi araşdırmalar bu dərmanların ciddi yanaşı təsirləri və ziyanları aşkar edib.

Medical Xpress xəbər verir ki, Kopenhagen Universiteti alimləri araşdırmalar zamanı aşkar ediblər ki, ibuprofen və diklofenakın qəbulu insanda ürəyin qəfil dayanmasına səbəb ola bilər.

Qeyri-steroid iltihabəleyhinə preparatların arasında tərkibində diklofenak olan preparatlar ən təhlükəli hesab edilir. Belə ki, onlar ürək dayanmasının riskini 50% artırır.

İbuprofenin qəbulu isə bu ağır pozulmanın riskini 31% artırır.

Bu araşdırma növbəti dəfə sübut edib ki, ziyansız dərman yoxdur və istənilər hətta ən "ziyansız" və tanınmış preparat yalnız həkim tərəfindən buna ciddi səbəb olduqda təyin olunmalıdır. Müstəqil şəkildə həkimlə məsləhətləşmədən istənilən dərmanın qəbulu qəti şəkildə yolverilməzdir və ağır pozulmaların inkişafına səbəb ola bilər.

Ümumdünya gülüş günü

Aprelin 1-i Ümumdünya gülüş günüdü.

Dalga tv xəbər verir ki, Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü" adlandırırlar.

1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb.

Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.

Başqa bir versiyaya görə, qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə — məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirmiş. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərmişlər". Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərmişlər. "Səfehlər Günü"ndə maska geyinmək qayda imiş. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün olurmuş.

Bakıda avtomobil körpüdən aşıb, ölən və yaralananlar var

Fövqəladə Hallar Nazirliyi Bakıda  baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

“Binə” ticarət mərkəzində güclü yanğın

Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

Dalga tv FHN-in saytına istinadən bildirir ki, Qaradağ rayonunda ümumi sahəsi 40 kvadratmetr olan geyim mağazası içərisindəki mallarla, ümumi sahəsi 216 kvadratmetr olan digər geyim mağazalarının tavanları 22 kvadratmetr sahədə yanıb. Mağazların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bakıda külək ölümə səbəb oldu! Ali məktəbə hazırlaşan qızı 7-ci mərtəbədən yerə atdı

Bakıda güclü külək faciəyə səbəb olub.
Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada baş verib.
E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva rəfiqəsi ilə danışmaq üçün eyvana çıxıb. Saçları uzun olduğundan külək onu havaya sovurub və qəfildən qızı eyvandan çölə atıb. N.Quliyeva məhəccərdən tutub və evdəkiləri yardıma çağırıb. Balaca qardaşı onun köməyinə çatsa da, bacısını xilas edə bilməyib. Qız binanın 7-ci mərtəbəsinin eyvanından düşüb.
Natəvan Quliyeva təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
İlkin ehtimallara görə, hadisə küləyin axşam saat 22:00 radələrində qəfildən gücləndiyi vaxt baş verib.
Əldə etdiyimiz məlumatlara görə, mərhum 11-ci sinif şagirdi imiş. Bu il ali məktəbə qəbul olmaq üçün imtahan verməyə hazırlaşırmış. 

SAĞLAM ÜRƏK və DAMARLAR üçün hər gün 100 qr yeyin

 

Qanda xolesterolun yüksək səviyyədə olması çox təhlükəlidir. Piyə oxşar maddə olan xolesterol damarların divarlarında yığılaraq onların mənfəzini daraldır, damarları zəiflədir, onların elastikliyini azaldır.

Damarlarda xolesterolun yığılması aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz bütün dünyada ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun əsas səbəbidir.

Ateroskleroz damarların divarlarını zəif və kövrək edir ki, bu damarların partlamasının riskini artırır. Ürək və beyində iri damarın partlaması infarkt və ya insulta səbəb olur.

Xolesterolla zədələnmiş damarın divarında çat əmələ gələ bilər. Daha sonra çatı bağlamaq üçün burada qan laxtası (tromb) əmələ gəlir. Bu orqanizmin qoruyucu mexanizmidir. Tromb divardan qopa və qan axını ilə hərəkət edərək hər hansı damarı tuta bilər ki, nəticədə bu yerdə qan dövranı kəskin pozulur. Belə vəziyyət ürək və ya beyində inkişaf etdikdə bu infarkt və ya insulta səbəb olacaq.

Aterosklerozla mübarizə etmək üçün həkimlər xəstələrə xüsusi dərmanlar - statinlər təyin edir. Bu dərmanların bir çox yanaşı təsirləri mövcuddur ki, alimlər daim statinlərin təsirinə oxşar təbii vasitələr axtarır.

The Daily Mail xəbər verir ki, Pensilvaniya Universiteti alimlərinin araşdırmaları göstərib ki, hər gün əsas qida qəbulundan sonra 3 unsiya (təxminən 100 qr) araxis yeməklə qanda xolesterolun səviyyəsini və nəticədə aterosklerozun inkişafı riskini azaltmaq mümkündür.

Beləliklə, alimlərin fikrinə görə, araxisin daim istehlakı aterosklerozun inkişafının qarşısını ala bilər.

Onu da nəzərə almaq lazımdır ki, araxıs ən güclü qida allergenlərdən biri sayılır. Bu səbəbdən araxisə allergiyası olan insanlar ondan imtina etməlidir.

“Sovetski”də ikimərtəbəli yaşayış binasında yanğın olub

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.  

Dalga tv Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, “Sovetski” kimi tanınan ərazidə, üçotaqlı mənzildə qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. 

Üçotaqlı mənzilin bir otağı tamamilə yanıb. 

Yanğının başvermə səbəbləri araşdırılır.

Bakıda güclü külək binanın dam örtüyünü uçurdu: 10-a yaxın maşın əzildi

Bakıda beşmərtəbəli binanın dam örtüyü uçub.

Dalga tv report-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Qalib Süleymanov küçəsi 38 ünvanında qeydə alınıb.

Belə ki, güclü külək binanın dam örtüyünü uçuraraq yerə salıb.

Dəmir konstruksiyadan ibarət olan dam örtüyünün altında binanın sakinlərinə məxsus 10-a yaxın maşın qalaraq yararsız vəziyyətə düşüb. 

Güclü küləyin insan sağlamlığına 7 MƏNFİ TƏSİRİ

Hələ dahi Hippokrat və Parasels elmi əsərlərində havanın insan sağlamlığına ciddi təsirini qeyd edirdilər.

Müasir tibb də havanın insan sağlamlığına olan təsirini təsdiq edir. Yağış, güclü külək, hava temperaturunun və atmosfer təzyiqinin kəskin dəyişilməsi əksər insanların sağlamlığına təsir edir.

Müasir elmi araşdırmalar güclü küləyin sağlamlığımıza olan mənfi təsirini sübut edir.

1. Alimlərin fikrinə görə, güclü külək insanın sinir sisteminə və psixikasına olduqca ciddi təsir edir, müxtəlif pozulmaların və xəstəliklərin kəskinləşməsinə səbəb olur. Belə ki, güclü külək baş ağrılarına, başgicəllənməsinə, miqrenə, depressiyanın kəskinləşməsinə səbəb ola bilər. Küləkli hava ruhi xəstələrin vəziyyətini ağırlaşdırır, belə havada intiharların sayı artır.

2. Küləkli hava insanın yuxusuna da təsir edir - gecə vaxtı insan yuxusuzluqdan əziyyət çəkir, günorta yuxulu, süst olur.

3. Güclü külək ürək-damar sisteminin normal fəaliyyətini də pozur. Nəticədə ciddi ürək-damar sistemi xəstəlikləri olan insanlarda ürək tutmalarının və infarktın riski artır.

Lakin hətta sağlam insanlar küləkli havada ürək nahiyəsində narahatçılıq, nəbzin artması kimi simptomlları qeyd edirlər.

4. Külək həmçinin mədə-bağırsaq sisteminə də təsir edir - köp, qarın ağrısı kimi simptomlar əmələ gələ bilər.

5. Tənəffüs sitemi xəstəliklərindən əziyyət çəkən insanlarda xəstəliyin kəskinləşməsi mümkündür. Yaponiya alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, güclü külək astma tutmalarının riskini artırır.

6. Oynaqlar da küləyə reaksiya verir - oynaqlarda ağrılar əmələ gələ bilər.

7. Güclü külək insanın əhvalına da mənfi təsir edir - insan daha əsəbi və səbirsiz olur, əhvalı tez-tez dəyişir.

Tiflisdə 31 mart soyqırımı qurbanları anılıb

Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbiri səfir Dursun Həsənov açıb. Səfir erməni-bolşevik birləşmələri tərəfindən törədilən soyqırımı haqqında danışaraq deyib ki, 1918-ci ilin 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakıda və Azərbaycanın demək olar ki, bir çox yaşayış məntəqələrində, o cümlədən , Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda əliyalın insanlar kütləvi şəkildə amansızcasına öldürülüb: “Bu, əsl soyqırımı idi. Bu barədə tarixi mənbələrdə qeyd edilib. Tarix göstərir ki, erməni-bolşevik dəstələri əvvəlcədən Şamaxıda yerləşdirilib və 2000 erməni əsgəri və 60 yük maşınına doldurulmuş silah-sursat əvvəlcədən müəyyənləşdirilən yerə gətirilmişdi”.

Səfir Ermənistandan 200 mindən çox soydaşımızın öz ata-baba torpaqlarından qovulduğunu da bildirib.

D. Həsənov çıxışında 1998-ci il martın 26-da prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın dövlət müşaviri Kamal Abdullayev erməni terrorçularının azərbaycanlıları, gürcüləri, həmçinin ermənilərin özünü də qətlə yetirdiyini bildirib: “Biz hər il bu soyqırımı hadisələrinin qurbanlarını anırıq. Bu, soyqırımı Azərbaycan xalqının qan yaddaşına yazılan hadisədir”.

K. Abdullayev Azərbaycan və Gürcüstan arasında multikulturalizmin inkişafından da danışıb: “Bu gün mən Gürcüstan və Azərbaycan gənclərinə multikulturalizm fənni ilə bağlı mühazirə oxudum və gürcü və azərbaycanlı gənclərin bu mövzuya maraqlarının olduğunu gördüm. Azərbaycan və Gürcüstan dostluğu bizə həmişə əzizdir”.

Terrorizm və Problemlər Araşdırmalar Mərkəzinin sədri Badri Naçkebia hələ M. Lomonosov adına Moskva Dövlət Universitetində terrorizmlə əlaqədar diplom müdafiəsində ermənilərin onun müdafiəsinə mane olduqlarını bildirib. O, terrorizmlə bağlı diplom işində yazdıqlarının həqiqət olduğunu bildirib: “Azərbaycan xalqı soyqırımı qurbanı olub. Bu, tarixi həqiqətdir. Bu gün qardaş Azərbaycan xalqı üçün ağrılı bir gündür. Mən Azərbaycan xalqına başsağlığı verirəm”.

Tədbirdə Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya hər gün tələbələrlə soyqırımı haqqında faktları sadaladığını bildirib: “Ermənistanın yerləşdiyi torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Ermənilər 1918-ci ildə Gürcüstana da hücum edib. Tiflisdə yaşayan ermənilər onlara kömək edib. Ermənilər sovet dövründə də Abxaziyada Baqramyan adına alay yaradaraq gürcülərə qarşı vuruşublar. Belə bir hadisə 1905-1906-cı illərdə də baş verib. Bu illərdə ermənilər tərəfindən həm gürcülər, həm də azərbaycanlılar öldürülüb”.

Çıxışçılar artıq 31 mart soyqırımından 100 ilə yaxın zaman keçdiyini və hələ də soyqırımı aktının insanların zehnindən silinmədiyini, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin hələ də davam etdiyini bildiriblər.

Sonda soyqırımı haqqında film nümayiş etdirilib. Səfirliyin binasının foyesində erməni terrorundan bəhs edən kitabların sərgisi təşkil olunub.

Azərbaycanda ən güclü külək 2007-ci ildə qeydə alınıb

Ekologiya və Sərvətlər Nazirliyi Azərbaycanda ən güclü küləyin qeydə alındığı tarixi açıqlayıb. 

Nazirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycanda ən güclü külək Bakıda və Abşeron yarımadasında 2007-ci il 24-25 fevral tarixlərində qeydə alınıb.

İki gün davam edən şimal-qərb küləyinin maksimal sürəti 35-40 

Müasir göz xəstəliyi: Kompüter görmə sindromu nədir?

Bir yandan inkişaf edən texnologiya ilə göz xəstəliklərinin həllini tapmağa çalışırıq, digər yandan da bu texnologiya fərqli göz problemlərinin ortaya çıxmasına səbəb olur.

Özəlliklə ofis işçilərinin və gənclərin kompüter arxasında çox vaxt keçirməsi göz sağlamlığı ilə bağlı problemlərə, Kompüter görmə sindromuna yol açır.
Kompüter görmə sindromu (KGS) adlandırılan bu problem kompüter və ya televizor ekranına fasiləsiz baxarkən gözlərdə diqqəti təmin edən əzələlərin yorulması ilə yaranır.
 
Gündə ən az 7-8 saat kompüterə baxılır
 
Dalga tv lent.az-a istinadən xəbər verir ki, gərgin iş həyatı, sürətli texnoloji inkişaf təxminən 7-8 saat kompüter arxasında vaxt keçirməyə səbəb olur. Gün ərzində saatlarla kompüter qarşısında oturmaq göz sağlamlığına zərər verir.
 
KGS son illərdə ortaya çıxmış və adı çox az eşidilən bir xəstəlikdir. Gözlərdə diqqəti təmin edən əzələlərin yorulması, kompüter istifadəsi zamanı göz qırpma sayının azalması nəticəsində yaşanan göz quruması KGS-nın yaranmasına səbəb olur.
 
Yanlış işıqlandırma gözlərə zərər verir
 
Yanlış işıqlandırılan və havalandırılan otaq xəstəliyin əlamətlərinin şiddətlənməsinə səbəb olur. KGS-nın əlamətləri sırasında baş ağrıları, bulanıq görmə, boyun ağrısı, yorğunluq, göz yorğunluğu və quruluğu, ikigörmə, baş gicəllənmə, polyopia və diqqəti cəmləşdirməkdə çətinlik yer alır. Gündə kompüter arxasında 3 saat və daha çox vaxt keçirən insanların 90%-də bu problem görülür.
Əlamətlər sırasında ən çox diqqət çəkən isə baş ağrıları və göz quruluğudur. Bu problemin diaqnozu üçün isə göz müayinəsindən keçmək lazımdır.
 
KGS-nın qarşısını almaq üçün isə gözləri tez-tez açıb bağlamaq, göz yaşlarının tam göz ətrafına axaraq göz quruluğunun qarşısını almasını təmin etmək lazımdır. Düzgün işıqlandırılmış yerlərdə oturmaq və hər 20 dəqiqədən bir ən az 20 saniyə boyunca 6-7 metr uzağa baxmaq lazımdır.
Kompüter ekranında yarım metr uzaqda oturun. Eynək istifadəsi də sindrom əlamətlərini minimuma endirəcək.

Saytda Axtarış

ახალი ამბები