Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4384
DünənDünən5773
Bu həftəBu həftə41101
Bu ayBu ay46889
Bu günə qədərBu günə qədər8408519

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Ermənistanda “Karabax” pomidoru satılır

Ermənistanda Türkiyədən gətirilən pomidorlar satılır. 

Dalga tv Modern.az-a istinadən xəbər verir ki, həmin pomidor qutularının üzərində “Karabax” yazılması diqqət çəkib. 

Bu, Ermənistanda narazılığa səbəb olub. Bəzi erməni şirkətləri sözügedən ixracın yerli istehsala mane olduğunu iddia edib. Eyni zamanda, pomidor qutularının üzərində “Karabax” yazılması da erməniləri hiddətləndirib. 

Məlum olub ki, Ermənistana pomidor ixrac edən şirkətin adı “Sahtu Tarım Ürünleri” Antalyada fəaliyyət göstərir.

Məlumata görə, bu şirkət ailə biznesi çərçivəsində fəaliyyət göstərir. Şirkətin sahibləri Sevda adlı azərbaycanlı və onun türk həyat yoldaşıdır.

Sevda bildirib ki, onların şirkəti Gürcüstan, Ukrayna və Azərbaycana kənd təsərrüfatı malları ixrac edir. O qutuların üzərində rusca “Karabax” yazılması məsələsinə də aydınlıq gətirib.

“Karabax” adı şirkətin əmtəə nişanıdır. Yazının rusca olması isə ona görədir ki, ixracatın əsas hissəsi postsovet məkanının bir neçə ölkəsinə həyata keçirilir. O ölkələrdə yaşayan əhalinin çoxu isə rus dilini bilir”.

Qeyd edib ki, onların ixrac etdiyi kənd təsərrüfatı məhsullarının Ermənistana daşınması üçün Gürcüstan vasitəçi ərazi qismində olmağı təklif edib.

Bakıda dəhşətli qəza kameralara düşdü

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

Dalga tv  BAKU.WS-ə istinadən xəbər verir ki, qəza nəticəsində “Mercedes” markalı avtomobillə “Range Rover” markalı avtomobil toqquşub. 

Qəzanın görüntüləri sosial şəbəkədə hər kəsi dəhşətə gətirib. 

Video yaxınlıqda yerləşən binalardan birində çəkilib. Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü qəzanın təsirindən əzilən avtomobildə sıxışıb. Ətrafdakılar ona yardım göstərərək yararsız hala düşən avtomobildən çıxarmağa çalışıblar. 

Azərbaycan Cibutiyə humanitar yardım göndərəcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Beyni gücləndirən ən təsirli - Qidalar

İnsan 30 yaşını keçdikdən sonra beyni yaşlanmağa başlayır. Bu da yaddaş problemləri və alzeymer xəstəliyi olaraq özünü büruzə verir. Ancaq sağlam qidalanaraq beynin yaşlanmasının qarşısını almaq mümkündür. Doğru qidalanmaq beyni inkişaf etdirib, zehni və yaddaşı gücləndirməyin əsas qaydasıdır.
 
Türkiyəli professor doktor İlhan Elmacı beyinə yaxşı təsir edən qidalar haqqında məlumat verib. Dalga tv  həmin məlumatları təqdim edir:
 
Fol turşusu
Bədəndəki bütün hüceyrələr kimi beyin hüceyrələri də qidaya ehtiyac duyur. Doğru qidalanmamaq sinir sisteminə mənfi təsir edir. Vitaminlərlə, minerallarla zəngin qidalar yemədikdə beyindəki hüceyrələrin sayı azala bilər. Beyni qidalandıran, onun inkişafını dəstəkləyən ən önəmli maddələrdən biri fol turşusudur. İnsan beynində inkişaf o hələ ana bətnində olarkən başladığından, hamilələr fol turşusu ilə zəngin qidalanmalıdırlar.
 
Fol turşusu yetkin insanlar üçün də əvəzedilməzdir. Alzeymer və yaddaş itkisinə qarşı fol turşusu ilə zəngin paxla, göy noxud, ispanaq, çuğundur, limon və portağal kimi qidalar yemək çox önəmlidir.
 
Karbohidrat
Beynin enerji qaynağı qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalmasından ya da artmasından asılı olaraq, müəyyən problemlər baş verə bilər. Şəkər və karbohidrat beyin üçün faydalı olsa da, onları sağlamlıq üçün yararlı qidalar siyahısına daxil etmək lazım deyil. Çünki həddən artıq karbohidrat, şəkər və yağ əsəb sistemini poza və beyinə qalıcı zərər verə bilər.
 
Paxla, kartof, banan, alma karbohidratla zəngin qidalardır. Yağlı balıqlar beyin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Çünki doymuş yağlar beyinə faydalıdır. Həftədə 3 dəfə  banan, yağsız süd və qatıq yeyin.
 
B vitamini
B vitamini çatışmazlığı zamanı depressiya, yaddaş itkisi, diqqətsizlik, əl və ayaqlarda yanma, əsəbilik baş verir. Beynin əmrlərini icra edən sinir sisteminə zərər dəyir. Yaddaş və zəka üçün B vitamininin əhəmiyyəti böyükdür. B vitamini ehtiva edən qidalar beyni yaşlanmaqdan qoruyur, sinir sisteminə yaxşı təsir edir.
 
Ət, balıq, yağsız süd, qatıq, banan, göyərtilər, lobya, mərci, noxudda bol miqdarda B vitamini var.
 
Yumurta
Beyin üçün faydalı maddələrdən biri də “kolin”dir. Beyin hüceyrələrinin yenilənməsinə dəstək olan bu maddə ilə ən zəngin qida yumurtadır. Yumurta ilə yanaşı, yer fındığı, balıq, göyərtilər, soya və kətan toxumu da kolinlə zəngindir.  Yumurtanın tərkibindəki amin turşuları isə beyin hüceyrələrinin funksiyalarını yaxşılaşdırır.
 
Badam
E vitamini beynin yaşlanmasının qarşısını alır. Ona görə də, badam kimi E vitamini ilə zəngin qidalar yemək lazımdır. Badamla yanaşı qoz, fındıq, yer fındığı, günəbaxan tumu, susam, kətan toxumu da beyin sağlamlığı üçün əhəmiyyətli rol oynayır.
 
Üzüm
Son illərdə aparılan araşdırmalar üzümün dopamin hormonunun səviyyəsini artırdığını ortaya çıxarıb. Üzüm yeyən insanlar problemləri daha tez həll etməyə nail olurlar.
 
Tərkibində bol miqdarda “bor” turşusu olan üzüm beyin sağlamlığına yaxşı təsir edir. Alma və fındıq da borla zəngin meyvələrdir.
 
Göyəm
Göyəm, çiyələk, pomidor, kök kimi meyvə və tərəvəzlər çoxlu miqdarda antioksidant ehtiva edirlər. Antioksidantlar isə beynin yaşlanmasının qarşısını alır. Göyəm yaddaşı möhkəmləndirir, beyni stressin zərərli təsirindən qoruyur.
 
Sağlam bir beyin üçün hansı qidalardan uzaq durmaq lazımdır?
 
*Spirtli içkilər
*Fast-food
* Çox duzlu qidalar
*Rafinə edilmiş zülallar
*Həddən çox şəkər

Tiflisdə Azərbaycanın 13 yaşlı rəssamının sərgisi açılıb

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin dəstəyi ilə gənc Azərbaycan rəssamı Elnur Camalovun rəsm əsərlərinin sərgisi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva rəssam və onun yaradıcılığı haqqında sərgi iştirakçılarına ətraflı məlumat verib.

O, son illər Mədəniyyət Muzeyində Gürcüstanda yaşayan və Azərbaycandan gələn istedadlı rəssamların sərgilərinin keçirildiyini bildirib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağəli İbrahimov isə gənc rəssamın fəaliyyətini bəyəndiyini bildirib: “Son illər Azərbaycanda gənclərin rəsm yaradıcılığı inkişaf edir. Onlar müxtəlif beynəlxalq sərgilərdə iştirak edirlər. Bu gün Tiflisdə sərgisi keçirilən 13 yaşlı Elnur Camalovun M. F. Axundov adına Mədəniyyət Muzeyində sərgisinin təşkil edilməsi tarixi hadisədir. Gənc rəssamın dəfələrlə xaricdə vətənpərvərlik mövzusunda çəkdiyi rəsm əsərləri sərgilənib. Onun əsərlərində multikulturalizm və tolerantlıq işartıları var. Gənc rəssam Elnur Camalovun rəssamlıq sənətində parlaq gələcəyi olacaq. Ona daha böyük uğur arzulayıram”.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı Vüqar Mustafayev, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəsmisi Georgi Qeqeçkori, Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin sədri Quram Tsertsvadze və başqaları çıxış ediblər.

Q. Tsertsvadze 13 yaşlı rəssamı rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

Gənc rəssam Elnur Camalov APA-ya açıqlamasında 4 yaşından rəssamlıqla məşğul olduğunu  bildirib: “Xırdalandakı Zirvə liseyində təhsil alıram. 50-yə yaxın rəsm əsərlərim var. Azərbaycan Rəssamlar İttifaqının xətti ilə Fransada və İspaniyada sərgilərim keçirilib və III yerə layiq görülərək müxtəlif mükafat və diplomlar almışam. Hazırda Xalq rəssamı Ağəli İbrahimovun məsləhəti ilə rəsm əsərləri çəkirəm”.

Tədbirdə rəssamın 25 rəsm əsəri sərgilənib.

Sərgi üç gün davam edəcək.

Azərbaycanda xarici reklamların yayımı qadağan edilir

Azərbaycanda kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağan edilir.

"Dalga tv"nin xəbərinə görə, bu, yeni hazırlanan "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, buna görə yayımçı məsuliyyət daşıyacaq.

Layihəyə əsasən, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.

Kabel şəbəkəsi yayımçısı dövlət maraqqlarının qorunması məqsədilə kabel şəbəkəsi üzrə yayımlanması nəzərdə tutulan proqram paketini müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumla razılaşdırır.

Xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə verilməyən hər hansı xarici telekanalın yayımına görə yayımçı məsuliyyət daşıyır.

Kabel şəbəkəsi ilə yayımlanan mövcud teleradio proqramlarının məzmununa yayımçı nəzarət edir. Teleradio proqramlarının tərkibində dövlətin qanuni maraqlarına toxunan, etnik, irqi və dini ayrı-seçilik təbliğ edən verilişlərə görə proqramın sahibi məsuliyyət daşıyır. Yayımçıbelə proqramların kabel şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı ilə bağladığı müqaviləni ləğv edə bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu pozalarda yatan insanlar SAĞLAMLIĞINI İTİRƏ BİLƏR

Mütəxəssislər qeyd edir ki, insanın yuxu zamanı aldığı poza onun sağlamlığına ciddi təsir edə bilər.

Dalga tv xəbər verir ki, sol böyürü üstə yatmaq insanın mədə-bağırsaq sisteminin fəaliyyətinə (xüsusilə mədə və mədəaltı vəzinə) və həmçinin immun sisteminə müsbət təsir edir. Bu vəziyyətdə bütün orqanizmin fəaliyyəti yaxşılaşır, limfa sisteminin orqanizmdən toksinlər və s. ziyanlı maddələrin çıxarılması ilə bağlı fəaliyyəti güclənir.

Sağ böyürü üstə yatan insanlarda isə əksinə həzm və limfa sisteminin fəaliyyəti pisləşir.

Bel üstə yatmaq da ziyanlı sayılır. Belə vəziyyətdə yatan insanda nəfəsalma çətinləşir ki, nəticədə qanda oksigenin səviyyəsi azalır, tənəffüs sistemi xəstəliklərinin riski artır.

Gürcüstanda narkotik satışı ilə məşğul olan azərbaycanlılar saxlanılıb

Gürcüstanda qanunsuz narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb. Onların arasında azərbaycanlılar da var.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmisi Mixeil Caqnidze keçirdiyi xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı Poniçala kəndində (Soğanlıq), habelə Qurcaani rayonunda keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslərin dördü Gürcüstan, biri isə Rusiya vətəndaşıdır.

26 yaşlı Azər A.-nın evində axtarış zamanı 24 paket heroin, əvvəllər məhkumluq həyatı yaşamış 27 yaşlı Nizadil Q.-dan 3,9872 qram 23 paket heroin, 34 yaşlı Elməddin M.-in evində 3,2181 qram heroin, 29 yaşlı Ruslan. İ.-nin evində isə 1,5 qram psixotrop maddə aşkar edilib. Aşkarlanan narkotik maddənin ümumi miqdarı 13 qramdır.

Qeyd edək ki, Ruslan. İ adlı şəxs Rusiya vətəndaşıdır. Ona ömürlük, yaxud 20 illik həbs cəzası verilə bilər. Digərləri isə 11 illik həbs cəzasına məhkum edilə bilər.

Bir gündə nə qədər kalori qəbul etməliyik?

Kalori - orqanizmdə gedən bütün proseslər üçün əsas enerji mənbəyi sayılır. Onlar üç əsas növ qida maddələrindən əldə edilir: Zülal, yağ və karbohidratlar. Orqanizmə ziyan vurmamaq, normal bədən çəkisini saxlamaq üçün gündəlik kalori miqdarına nəzarət etmək vacibdir.

Artıq çәkinin әsas sәbәbi ehtiyacınız olandan artıq yemәkdir. Çox qida qәbulu ürәyә artıq yük verir, hәzm prosesi yavaşlayır vә bağırsaq sistemin şlaklanmasına gәtirib çıxarır. Günә nә qәdәr qida yeyilmәsini bilmәk üçün kalori normasını hesablamaq lazımdır.

Bu yazıda kalorini düzgün hesablamaq və tez arıqlamaqdan bəhs edirik.

Niyə kiməsə gündə 1500 kalori kifayət etdiyi halda, başqası 2000 kalori qəbul edir?

Gündəlik kalori normasının əsası hissəsi orqanizmdə daxili proseslərin dəstəklənməsinə sərf olunur. Məlumdur ki, orqanizm bədən dincələn zaman, məsələn, yuxu zamanı da, müəyyən miqdarda enerji yandırır. Axı orqan və sistemlərin fəaliyyəti bir an belə dayanmır, bədən qəfəsinin hər birində daim müxtəlif proseslər baş verir. Hətta gün ərzində qəbul etdiyimiz kalorinin 20 faizi beynin fəaliyyətinə sərf edilir.

Gündəlik kalori qəbulu nə qədər olmalıdır?

Bu sual pəhriz saxlayan, bədən formasına diqqət edən bir çoxlarını maraqlandırır. Kişi və qadınlarda gündəlik kalori qəbulu fərqlidir. Kalori qəbulu yaş, cins, həyat tərzi, xəstəlik, dərman qəbuluna görə dəyişir.

Bir qayda olaraq, qadınların gündəlik kalori qəbulu 1200-1500 kaloridir. Kişilərin gündəlik kalori qəbulu orta hesabla 2300-dür. Amma verilən rəqəmlər insandan asılı olaraq dəyişir.

Kalori qəbulu ətraf mühitin təsirindən asılı olaraq da dəyişir. Məsələn, soyuq, şaxtalı havada bədənin enerjisini artırmaq lazımdır, yaz və yayda isə bu tələbat azalır. Kalori normasını düstur yardımı ilә hesablamaq olar, orada yaş, cins, çәki vә boy nәzәrә alınır. Bu düsturun yardımı ilә siz әsas maddә mübadilәsinin (ӘMM) ölçüsünü hesablaya bilərsiniz.

Qadınlar üçün ƏMM hesablanma üsulu:

10 х çəki (kq) + 6,25 х boy (sm) – 5 х yaş (il) – 161.

Kişilərin üçün ƏMM hesablanma üsulu:

10 х çəki (kq) + 6,25 х boy (sm) – 5 х yaş (il) + 5.

Yaş illә, boy santimetirlә, çәki kiloqramla ölçülür. Әvvәl mötәrzәdә olanları vurun, sonra alınan rәqәmlәri üst-üstә gәlin. Nәticәdә, lazım olan gündәlik kalorini alacaqsız. Hesablanmış ӘMM ölçüsündә fiziki aktivliyinizin intensivliyi də nəzərə alınır. Aktivlik artarsa, kalori miqdarı da artmalıdır.

Orqanizmə xələl gətirməmək, piylənmədən əziyyət çəkməmək üçün kalori miqdarına mütləq nəzarət edin. Bu hesablama qarşıya qoyduğunuz məqsədlərə tez çatmağınıza yardım edəcək.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır.

Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir, qan təziyiqini və qanda sitokinlərin səviyyəsini artırır. Bütün bu faktorlar isə ürək-damar sistemi xəstəliklərinin risk faktorları sayılır.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, yuxu orqanizmin bərpası üçün həyati vacibdir. Lakin müasir cəmiyyətdə bir çox insanlar yuxusuzluqdan əziyyət çəkir. Belə ki, məsələn, Almaniya əhalisinin 1/3 hissəsi müxtəlif yuxu pozulmalarından  şikayətlənir.

Araşdırmada 160 mindən çox insan iştirak edib.

Maraqlıdır ki, qadınların sağlamlığına kişilərlə müqayisədə yuxusuzluq daha pis təsir edir.

Alimlər qeyd edir ki, yuxusuzluqdan əziyyət çəkən insanlar heç bir halda bu vəziyyətlə barışmamalı və vaxtında mütəxəssislərə müraciət etməlidir.

Bakıda polislər iki qadını intihardan xilas etdi

Bakıda ötən gün iki qadın intihara cəhd edib.

Dalga tv Xəzər TV-yə istinadən xəbər verir ki, intihara cəhd 20 Yanvar körpüsündə baş verib.

İki qadın özünü körpüdən aşağı atmaq istəyib. Lakin polis əməkdaşları onları fikirlərindən daşındırmağa müvəffəq ola biliblər.

Belə ki, qadınlarla söhbət edən polislər onları bu yoldan çəkindiriblər. Bir müddət sonra hər iki qadın polislərin köməyi ilə körpüdən uzaqlaşdırılıb.

Azərbaycan Gürcüstanın statistikasında birinci yerdədir

Bu ilin yanvar-mart aylarında Gürcüstana 368 min Azərbaycan vətəndaşı səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur.

Dalga tv Report-a istinadən xəbər verir ki, bu göstərici ilə Azərbaycan vətəndaşları bu ilin ilk üç ayında Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədirlər.

İkinci yerdə 264 min nəfərlə (+15,3% çox) Ermənistan, üçüncü yerdə isə 236 min nəfərlə (-13,7%) Türkiyə gəlir. Rusiya 185 min nəfərlə 4-cü, İran isə 55 min nəfərlə 5-ci yerdədir.

Ümumilikdə bu ilin yanvar-mart aylarında Gürcüstana 1,26 milyon nəfər xarici ölkə vətəndaşı səfər edib. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 11,4% çoxdur.

İki ayın göstəricilərinə görə, xarici qonaqlar ödəniş kartları vasitəsi ilə 293 milyon lari həcmində pul xərcləyiblər.

Saytda Axtarış

ახალი ამბები