Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün848
DünənDünən5185
Bu həftəBu həftə848
Bu ayBu ay48537
Bu günə qədərBu günə qədər8410168

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Rustavidə etiraz aksiyası keçirilib, iki nəfər xəsarət alıb

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "Rustavi Azot" müəssisəsinin qarşısında etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları olan gürcü və azərbaycanlılar, "Rustavi Azot"da işdən azad olunmalarına etiraz ediblər. Tədbirə həmkarlar təşkilatları və Rustavi Tələbələr Assosiasiyasının üzvləri olan tələbələr, habelə Vahid Milli Hərəkat partiyasının üzvləri qatılıblar.

Aksiya iştirakçıları müəssisə rəhbərliyindən onları yenidən işə bərpa etmələrini tələb ediblər. Etirazçılar "Buradan rədd olun!", "Gedin!" kimi şüarlar səsləndiriblər. Sonda etirazçılar müəssisənin binasına daxil olmağa cəhd ediblər. Aksiya keçirilən əraziyə yol-patrul xidməti əməkdaşları gəliblər. Etirazçılar ikinci cəhddə müəssisənin binasına daxil olublar. Nəticədə qarşıdurma baş verib və iki nəfər həmkarlar təşkilatının üzvü xəsarət alıb. Hadisə yerinə təcili yardım maşını gəlib.

Aksiya iştirakçıları etirazlarını davam etdirəcəklərini bildiriblər.

Məhəmməd Əmin Rəsulzadə – 133

O, Bakının Novxanı kəndində anadan olub.

 

Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 133-ci ildönümüdür.

Oxu.Az xəbər verir ki, M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib. Bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.

Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Tbilisidə “Uşaq dünyası” və qızıl mağazası yanıb

Gürcüstanın paytaxtı Tbilisidə "Uşaq dünyası" ticarət mərkəzi və "Qızıl birja" qızıl məmulatları pavilyonunda yanğın baş verib.

APA-nın "kavkaz-uzel"ə istinadən verdiyi məlumata görə, hadisələr zamanı xəsarət alan olmayıb. 26 yanğınsöndürmə briqadası gecə saatlarında başlayan yanğını ancaq səhər söndürə bilib.

Yanğın hər iki binada çalışan sahibkarlara məxsus hər şeyi məhv edib. Hadisə yerinə Tbilisi meri və yerli hakimiyyət orqanlarının nümayəndələri gəlib. Onlar sahibkarlara kompensasiya ödənilməsi barədə danışmağın hələ tez olduğunu söyləyiblər.

Faktla bağlı cinayət işi açılıb.

Azərbaycanlıların 85 faizi Vətəni uğrunda döyüşməyə hazırdır

Azərbaycan vətəndaşlarının 85 faizi öz Vətəni uğrunda döyüşməyə hazırdır.

APA-nın “Qruziya online” saytına istinadən verdiyi məlumata görə, bu, “WIN/Gallup International” tərəfindən aparılan sorğu zamanı məlum olub.

Sorğu dünyanın 64 ölkəsində keçirilib. Ümumilikdə respondentlərin 61 faizi ölkələri uğurunda döyüşməyə hazır olduğunu, 27 faizi isə döyüşməyə hazır olmadığını bildirib.

Vətəndaşları ölkələri uğurunda döyüşməyə hazır olan ölkələr daha çox Yaxın Şərq və Şimali Afrikada (83 faiz), Qərbi Asiyada (82 faiz), ən az isə Qərbi Avropa (25) regionundadır. Yaponlar sorğu zamanı ölkələri uğrunda döyüşməyə ən az hazır olan (11 faiz) respondentlər olublar. Almanların 13 faizi, britaniyalıların 27 faizi, fransızların 29 faizi ölkələri uğrunda döyüşməyə hazırdır.

Sorğunun nəticələrinə görə, azərbaycanlıların 85 faizi Vətənləri uğrunda döyüşməyə hazırdır. Azərbaycanlılar ölkələri uğrunda döyüşməyə hazır olan xalqlar sırasında 6-cı yerdə qərarlaşıb. Gürcülər 76 faizlik göstərici ilə 9-cu, ermənilər 72 faizlik göstərici ilə 15-ci yerdə qərarlaşıb. Siyahıya 94 faizlik göstərici ilə Mərakeş və Fici başçılıq edir. Ukraynalılar 62 faizlik göstərici ilə 24-cü, ruslar 59 faizlik göstərici ilə 27-ci, İsrail 66 faizlik göstərici ilə 20-ci yerdə qərarlaşıb.

Sorğuya hər ölkədən 1000 nəfər cəlb edilib.

Azərbaycandan Trampa özəl hədiyyə – FOTO

Azərbaycanlı xalçaçı Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, xalça bu gün Ağ Evə göndərilib.

Azərbaycanlı sənətkar D.Səfərov xalça üzərində noyabr ayından işlədiyini deyib. Bildirək ki, xalça yun materialından hazırlanıb.

D.Səfərov xalça ilə yanaşı Donald Trampa təbrik məktubu da göndərib. O, məktubda vaxtilə ABŞ-ın eks-prezidentləri Corc Buş, Barak Obamaya da məxsus xalça hazırladığını vurğulayıb.

D.Səfərov Trampı bir daha təbrik edərək ona can sağlığı arzu edib.

Sonda onu da əlavə edək ki, Dağlar Səfərov indiyədək onlarla dünya liderinin portretini hazırlayıb. Onların çoxu ilə təkbətək görüşüb.

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəlib

Bakı şəhərinin 167 nömrəli tam orta məktəbinin III sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində karate idman növü üzrə keçirilən dünya çempionatında erməni idmançısını 10:0 hesabı ilə məğlub edərək I yerin sahibi olub.

Bakı Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, R. İsmayılov dəfələrlə beynəlxalq yarışlarda iştirak edərək parlaq uğurlar qazanıb, Azərbaycanı layiqincə təmsil edib.

R. İsmayılov karate idman növü üzrə Ukraynada keçirilmiş VIII dünya kubokunda I, İranda təşkil olunmuş dünya çempionatında III yerə layiq görülüb, Türkiyədə keçirilmiş VII dünya kubokunda isə 25 kq çəki dərəcəsində III yeri tutub.

R. İsmayılov ölkə səviyyəli yarışlarda da bir sıra ciddi nailiyyətlər əldə edib. Belə ki, karate idman növü üzrə İsmayıllıda keçirilən Azərbaycan çempionatında II, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş klublararası Respublika turnirində isə I yerə layiq görülüb.

Onu da qeyd edək ki, R. İsmayılov 2014-cü ildən “Əlincə” İdman Klubunda məşqçi Elşən Xamoyevin qrupunda şotokan karate idman növü ilə məşğul olur.

Gürcüstanın birinci xanımının qardaşı saxlanılıb

Gürcüstanın birinci xanımı Maki Çiçuanın qardaşı Mixail Mqaloblişvili hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Mixail Mqaloblişvili Gürcüstan CM-nin 236-cı maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə görə odlu silah əldəetmə, saxlama, gəzdirmə maddəsi ilə ittiham olunur. Saxlanılan şəxsi 6 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.

Daxili işlər nazirliyindən verilən məlumata görə, Mixail Mqaloblişvili barəsində yanvarın 13-də məhkəmənin qərarına görə, qətimkan tədbiri seçilib. Gürcüstanın “İmedi” televiziyasının məlumatına görə, saxlanılan M. Mqaloblişvilinin vəkili hadisəyə şərh verməyib.

Nazirlikdən bildirilib ki, M. Mqaloblişvili üç dəfə məhkum olunub. O, 17 il həbs cəzasına məhkum edilib, lakin, üç ildən sonra, 2015-ci ildə Gürcüstan Prezidenti onu əfv edib. O, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. O, ilk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbs edilib. Buna görə o, iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiya nəticəsində azad edilib. 2009-cu ildə isə o, yenidən narkotikdən istifadə etdiyi üçün həbs edilib.

Ermənilər İstisuda su elektrik stansiyası tikirlər - VİDEO

altErmənilər Azərbaycanın işğal altındakı torpaqlarında infrastruktur layihələri gerçəkləşdirməkdə davam edir. Modern.az xəbər verir ki, növbəti layihə Kəlbəcərin İstisu qəsəbəsində gerçəkləşdirilib.

Daha çox mineral suları ilə məşhur olan qəsəbədə ermənilər “Cermacur-1” su eletrik stansiyasının tikintisini gerçəkləşdirirlər. Yüksək dağlıq şəraitdə yerləşən stansiya 12,6 MVt eletrik enerjisi istehsl ledəcək.

Qarabağ separatçıları gələcəkdə Laçının Hoçaz çayı üzərində də kiçik su eletrik stansiyası inşa etməyi planlaşdırır. VİDEO

 

61 yaşı olduğuna inanmayacaqsız...

Kaliforniya ştatında yaşayan 61 yaşlı Yazemeenah Rossi instaqramda fenomenə çevirilib.

Qafqazinfo” xəbər verir ki, ABŞ-lı qadın şəxsi hesabından paylaşdığı fotolarla hər kəsi təəccübləndirir.

O, gözəlliyin yaşı olmadığını vurğulamağa çalışır.

Eks- model olan Rossi ölənə kimi peşəsi ilə məşğul olacağını deyir.

Azərbaycan prezidenti: “Bakı daxmalardan, “naxalstroy”lardan təmizlənəcək”

"Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. İndi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, "naxalstroy" adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq".

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı tikinti materialları sektorunun canlanacağını qeyd edib: "Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olub. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək".

"Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq", - deyə prezident qeyd edib.

Dövlət başçısı digər inşaat layihələrinə toxunaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhələsinin başa çatdırıldığını qeyd edib: "O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir.

Biz yeni, böyük bir ictimai parkı şəhər sakinlərinə hədiyyə edəcəyik. Həmçinin ən müasir, geniş yol infrastrukturu da yaradılacaq. Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzərəsi tam fərqli olacaq. Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafı abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəməti daha da gözəl görünəcək".
Sosial səhifələrdə paylaş

Gürcüstanda yol qəzası nəticəsində 4 nəfər ölüb

Gürcüstanda saat 16.00 radələrində ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə Poniçala-Marneuli magistral yolunun 12 kilometrliyində yerləşən Kumisi kəndində baş verib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, sürətlə hərəkət edən avtomobil magistral yolun kənarındakı təndirxanaya çırpılıb.

Nəticədə avtomobilin içində olan 3 nəfər hadisə yerində ölüb. Milliyyətcə gürcü olan qadın sərnişin isə müxtəlif xəsarətlərlə Marneulidəki xəstəxanaya çatdırıldıqdan sonra ölüb.

Hadisə nəticəsində ölənlərdən ikisi gürcü millətindən olan yaşlı qadın və gənc qız olub. Qəzada Marneuli sakini, 19 yaşlı bir azərbaycanlı gənc də ölüb. Qəza nəticəsində erməni millətindən olan 26 yaşlı sürücü də həyatını itirib.

Məlumata görə, qəza törədən avtomobil Marneuli sakini 19 yaşlı azərbaycanlı Talıb Allahverdiyevə məxsus olub.

Hadisə yerinə polis patrul xidməti və təcili yardım avtomobili gəlib. Qəza ilə bağlı araşdırmalar aparılır.

Batumidəki "TV 12" telekanalında Prezident İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub

 Dekabrın 24-də Batumidəki "TV 12" televiziyasında Azərbaycan Prezidenti İlham Əliyevin 55 illik yubileyinə həsr olunmuş sənədli yayımlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə hazırlanan filmdə ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan geniş bəhs olunur. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi filmdə xüsusi qeyd olunur. Bildirilir ki, İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasına çıxıb, dünya miqyasındakı mövqelərini daha da möhkəmləndirib.

Bu gün Azərbaycanda mövcud olan tolerantlıq, multikultural dəyərlər bir sıra dövlətlər üçün nümunədir.

Filmdə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze, muxtar respublika Ali Sovetinin sədri David Qabaidze, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov, Batumi Dövlet Universitetinin professoru Rostom Quntaishvili, elm, mədəniyyət və ictimaiyyət xadimləri Prezident İlham Əliyev ilə bağlı fikirlərini bölüşür, Azərbaycan-Gürcüstan dostluğunun inkişafındakı xidmətlərindən danışıblar.

Saytda Axtarış

ახალი ამბები