Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2029
DünənDünən5185
Bu həftəBu həftə2029
Bu ayBu ay49718
Bu günə qədərBu günə qədər8411349

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanın baş naziri Milad Bayramı münasibəti ilə xristianları təbrik edib – VİDEO

"Hər kəsi Milad Bayramı münasibəti ilə təbrik etmək istəyirəm. Sülh, sağlamlıq, gələcəyə inam diləmək istəyirəm", – Gürcüstan baş naziri Qiorqi Kvirikaşvili Gürcüstan vətəndaşlarıni Milad bayramı münasibəti ilə belə təbrik edib.


Qiorqi Kvirikaşvili Sameba Kafedral Kilsəsində bayram ibadətində həyat yoldaşı və hökumət üzvləri ilə birgə iştirak edib. Bayram ibadətini Gürcüstanın Katalikos-Patriarxı, müqəddəs İkinci İlia həyata keçirib.

Bakıda anasını öldürən qız saxlanılarkən polisə 5 milyon manat rüşvət təklif edib

Bakıda qızıl alverçisinin qətlinin bəzi təfərrüatları məlum olub.

"Dalğa TV" Apa-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1965-ci il təvəllüdlü Məryam Namet-zadə qızı və bacısı oğlu tərəfindən yatdığı yerdə öldürülüb. M. Namet-zadənin qızı Günel Hüseynova qətli törədəndən sonra hadisənin digər iştirakçılarını evdə qoyaraq mənzili tərk edib. O, bir neçə saat sonra evə qayıdıb və hadisənin iştirakçılarını evdən çıxarıb.

İlkin məlumata görə, qətl tamah məqsədi ilə törədilib. Bildirilir ki, G. Hüseynova saxlanılarkən polisə rüşvət təklif edib. O, polisdən 5 milyon manat müqabilində işin bağlanılmasını xahiş edib. Polis qızın bu təklifini rədd edərək, onu istintaqa təhvil verib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu gün təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 5-də Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Kutaisidə bina uçub, 4 yaşlı uşaq ölüb

Gürcüstanın Kutaisi şəhərində çoxmərtəbəli binada qəza baş verib.

"Dalğa TV" Apa-ya istinadən xəbər verir ki, Konstantin Qamsaxurdiya küçəsində binanın beton konstruksiyasının uçması nəticəsində küçədə hərəkət edən ana və uşaq yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Lakin hadisə nəticəsində ciddi xəsarət alan 4 yaşlı uşağı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Ananın vəziyyəti isə qənaətbəxşdir.

Olay yerinə xilasetmə xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt üzrə Gürcüstan CM-nin 116-cı maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi qaldırılıb, araşdırma aparılır.

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib

Bu gün Tiflis yaxınlığındakı Soğanlıq (Poniçala) kəndində 23 yaşlı azərbaycanlı gəncin qətli ilə bağlı aksiya keçirilib.

"Dalğa TV"nin Apaya istinadən verdiyi xəbərə görə, aksiyaya səbəb kənddə vəhhabi təriqətinə məxsus azərbaycanlının öz dostunu qətlə yetirməsi olub. Qətlə yetirilən Fikrət Əhmədovun yaxınları və kənd sakinləri bu gün keçirdikləri aksiyada radikal vəhhabiliyin yayılmasına etiraz ediblər.

Gürcüstanın müxtəlif yerlərindən gəlmiş müsəlmanlar "Vəhhabizm vandalizm!", "Vəhhabilik İslam deyil!" və digər şüarlar qaldırıblar.

Aksiyada çıxış edən Əhli-Beyt məscidinin axundu Hacı Rahid Kərimov, Gürcüstan Müsəlmanları İdarəsinin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Murquzov və başqaları vəhhabiliyin İslam dininə aidiyyəti olmadığını bildirib, bu təriqətə qoşulanları kəskin şəkildə pisləyiblər.

Çıxışçılar vəhhabi təriqətindən olanların Soğanlıq kəndində qarşıdurma yaratmağa cəhd etdiklərini, onların mövqeyini qəbul etməyən kənd sakinlərinə təzyiq göstərdiklərini bildiriblər. Onlar hüquq-mühafizə orqanlarını vəhhabiliyin qarşısını almağa çağırıblar.

"Biz 2013-cü ildə naməlum şəxslərin kənddə məscid tikintisinə etiraz etdik və üç dəfə Tiflis şəhər meriyası qarşısında etiraz aksiyası keçirdik. Sonra tikinti dayandırıldı. İndi hər cümə günləri bu yarımçıq tikiliyə ayrı-ayrı kəndlərdən müxtəlif insanlar, çeçenlər, ərəblər, naməlum şəxslər gəlir, zirzəmidə namaz qılırlar. Biz buna etiraz edirik", - deyə, Hacı Rahid Kərimov bildirib.


Qətlə yetirilmiş Fikrət Əhmədovun anası Zərəngül Əhmədova isə bildirib ki, kənd sakini Ramin İsayev oğluna iki bıçaq zərbəsi vurub: "O, oğlumdan soruşub ki, niyə "İmedi" kanalına müsahibə verib və vəhhabiləri pisləyib. Amma mən onun müsahibəsinə baxmışam. Oğlum orda qeyri-adi bir şey deməyib, ondan soruşublar ki, vəhhabilər məscidin zirzəmisində nə işlə məşğul olurlar. O da bildirib ki, mən bunu deyə bilmərəm, gedin özlərindən soruşun".

Z. Əhmədova deyib ki, oğlunu qətlə yetirən Ramin İsayev onların uzaq qohumudur və oğlu ilə də əvvəllər normal münasibəti olub: "O, altı ay bundan əvvəl vəhhabilərə qoşulub. Dünən kənd sakini Növrəs Əliyev oğlumun qətli ilə bağlı "Rustavi-2" kanalına müsahibə verib. Vəhhabilərdən ona hədə-qorxu mesajı gəlib. Yazıblar ki, sənin də başını kəsəcəyik".

Qeyd edək ki, ötən il dekabrın 27-də "İmedi" kanalına müsahibə verən Fikrət Əhmədov vəhhabi təriqətinin üzvü olan həmkəndlisi Ramin İsayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Telavidə həlak olan polisləri bu gün dəfn edəcəklər

Telavidə öldürülən polisləri bu gün dəfn edəcəklər.

"Dalğa TV" xəbər verir ki vida mərasimi Telavi Müqəddəs Məryəm adına kilsədə keçiriləcək.

Kaxetidə baş tutacaq mərasimə baş naziri və daxili işlər nazirini də gözləyirlər.

Xatırladaq ki, patrul-inspektor Maia Cavaxişvili və polis kapitanı Qela Lamazoşvili 30 dekabr tarixində qətlə yetiriliblər.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən ittiham edilən şəxs polislərə atəşi öz həyətindən açıb. Hadisə nəticəsində polis kapitanı yerindəcə, Maia Cavaxişvili isə xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib.

Hüquq mühavizəçiləri ittiham edilən şəxsi isti iz əsasında yaxalayıblar.

Azərbaycanda havanın hərarəti tədricən artır

Yanvarın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

"Dalğa TV"nin Apa-ya istinadən xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti, Bakıda gecə 0-2 isti, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 6-da rayonlarda gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta olacağı gözlənilir.

Yanvarın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar çün əsasən əlverişsizdir.

Azərbaycanda bayram günləri baş verən yol qəzalarında 15 nəfər ölüb, 43 nəfər xəsarət alıb

Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

"Dalğa TV" xəbər verir ki , Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, ötən il dekabrın 31-dən bu il yanvarın 5-dən respublikanın avtomobil yollarında 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

FHN-dən Gürcüstan sərhədində yaranmış vəziyyətlə bağlı - Məlumat

FHN kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın maneəsiz hərəkət etməsi üçün tədbirlər həyata keçirir.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata əsasən, bəzi kütləvi informasiya vasitələrində Gürcüstanda hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması barədə məlumat yayılmışdır.

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Gürcüstanda olan həmvətənlərimizin diqqətinə çatdırır ki, "Sınıq Körpü"sərhəd-keçid məntəqəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur.

"Mazınçay" sərhəd-keçid məntəqəsində isə Loqodexi rayonu istiqamətində qar yağması ilə bağlı avtomobil yollarında çətinliklər yaranmışdır. Nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ərazidə xüsusi xilasetmə qrupu yaradılmışdır.

Azərbaycan vətəndaşlarına tövsiyə olunur ki, yolda çətinliklə üzləşdikləri zaman Gürcüstanın müvafiq qurumları (112) ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin +994125123915 nömrəli qaynar xəttinə müraciət etsinlər.

Azərbaycanda yolka belə yandı - VİDEO

Hadisə dünən axşam saatlarında baş verib.

Cəlilabad rayonunda bir neçə gün öncə quraşdırılan yolka ağacı, dünən axşam saatlarında bilinməyən bir səbəbdən alışıb.

"Dalğa TV" oxuculardan birinin Bizimyol.info-nun redaksiyasına göndərdiyi görüntüləri təqdim edir:

Azərbaycanda qarın hündürlüyü 1 metri keçdi

Elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Azərbaycanın şimal-qərb bölgəsinə dekabrın 31-dən başlayaraq yağmağa başlayan qar hazırda da davam edir.

"Dalğa TV"nin APA-ya istinadən xəbərinə görə, Balakən, Qax, Zaqatala rayonlarının düzənlik ərazilərində qarın qalınlığı 80, dağlıq yaşayış məntəqələrində isə 1 metrdən çoxdur.

Nəticədə bölgənin əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaranıb. Yollar qarla örtülüb, magistral yollarda hərəkət dayanıb.

Rayon icra hakimiyyətlərindən bildirilib ki, hazırda magistral yollarda təmizlənmə işlərinə başlanıb, gün ərzində işlər davam etdiriləcək.

Elektrik enerjisi verilişinin günün sonuna kimi bərpa olunacağı açıqlanıb.

Bakıda it üstündə qətl törədən Gürcüstan vətəndaşına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Dalğa TV"nin məlumatına görə, məhkəmənin hökmü ilə E. Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

Kvemo Kartli bölgə qubernatoru azərbaycanlı ziyalılarla görüş keçirib

Bu gün Kvemo Kartli qubernatoru Paata Xizanişvili bölgədə yaşayan və fəaliyyət göstərən bir qrup gürcü və azərbaycanlı şair, yazıçı, bəstəkar, jurnalist, rəssam və din xadimləri ilə görüşüb.

"Dalğa TV"nin məlumatına görə, tədbirdə çıxış edən qubernator Paata Xizanişvili qarşıdan gələn Yeni il münasibətilə gürcü və azərbaycanlı ziyalıları təbrik edib, onlara Yeni ildə əmin-amanlıq, xoşbəxtlik sülh və firavan həyat arzulayıb. O, çıxışında gürcü və Azərbaycan xalqının əsrlərlə davam edən dostluğunun böyük əhəmiyyətini vurğulayıb. Sonra qubernator tədbir iştirakçılarına diplom və hədiyyələr təqdim edib. Tədbirdə cavab sözü ilə çıxış edən gürcü və azərbaycanlı şairlər qubernatora təşəkkür edib və Yeni il ərəfəsində onlara göstərilən qayğı üçün minnətdarlıqlarını bildiriblər.

Görüşdə Gürcüstan Rəssamlar İttifaqının və Gürcüstan Rəssamlar Federasiyasının üzvü, şair-rəssam və din xadimi Hacı Rizvan İsmayılov çəkdiyi "Gözəllik-gözəllik yaradır" rəsm əsərini və yeni nəşr olunan rəsm əsərlərindən ibarət kataloqunu qubernatora hədiyyə edib. Hədiyyəni qəbul edən qubernator gələcəkdə rəssam Hacı Rizvan İsmayılovun rəsm əsərlərinin sərgisini keçirəcəyini bildirib.

Tədbirdə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu "Bədii yaradıcılıq sahəsində səmərəli və məhsuldar fəaliyyətinə görə" Kvemo Kartli qubernatorunun diplomuna layiq görülüb. Tədbirin sonunda Rustavi, Bolnisi, Qardabani, Marneuli, Dmanisi, Tetri-Tskaro və Zalqa rayonlarından gələn görüş iştirakçıları qubernator ilə kollektiv şəkil çəkdiriblər.

Saytda Axtarış

ახალი ამბები