Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2029
DünənDünən5185
Bu həftəBu həftə2029
Bu ayBu ay49718
Bu günə qədərBu günə qədər8411349

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Gürcüstanın elm və təhsil naziri Qardabaniyə səfər edib

Yanvarın 22-də Gürcüstanın Elm və Təhsil Naziri Tamar Sanikidze azərbaycanlıların kompakt yaşadığı Qardabaniyə səfər edib.

"Dalğa TV"nin APA-ya istinadən verdiyi məlumata görə, Qardabanidə ümumtəhsil məktəblərin müəllimləri ilə nazirin görüşü keçirilib. Görüş zamanı Qardabanidəki azərbaycandilli məktəblərin müəllimləri nazirin diqqətinə məktəblərin vəziyyəti və problemləri haqqında fikir və təkliflərini çatdırıblar.

Gürcüstanın elm və təhsil naziri qarşısında əsasən rayonun azərbaycandilli Candar, Birlik, Vaxtanqisi ictimai məktəblərin problemləri ilə bağlı məsələlər qaldırılıb. Görüşdə həmçinin Kosalı ictimai məktəbində idman və akt zallarının olmadığı nazirin diqqətinə çatdırılıb. Eyni zamanda Qardabaninin azərbaycandilli Sarticala-Muğanlı məktəbinin təhsil və tədris üçün yaramadığı haqqında nazirə məlumat verilib.

T. Sanikidze çıxışında Gürcüstanda məktəblərin mərhələli şəkildə təmir olunacağını və yeni məktəblərin də tikiləcəyini qeyd edib. Tamar Sanikidze 2016-2019-c tədris illərində 10 bal toplayaraq sertifikat alan müəllimlərin növbəti imtahan mərhələsində baş müəllim statusuna sahib olacaqlarını bildirib. Onun sözlərinə görə, sertifikat alacaq milli azlıq nümayəndələri olan müəllimlər internet vasitəsi ilə öz ana dillərində imtahan verəcəklər.

Qardabanidə səfərdə olan elm və təhsil naziri Azərbaycan təhsil nazirliyindən azərbaycandilli məktəblərə dərslik və tədris vəsaitlərin gətirildiyini qeyd edib. O, yaxın günlərdə dərsliklərin siyahı üzrə məktəblərə paylanacağını bildirib. Görüşdə Tamar Sanikidze ilə birgə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, rayon rəhbərləri və digər rəsmi şəxslər iştirak edib.

Tiflisdə qaz sızması nəticəsində gənc ailə ölüb

Tiflisdə gənc ailə (ər-arvad) qaz sızmasından boğulub.

"Dalğa TV"nin məlumatına görə, hadisə Tiflisdəki Nadzaladev rayonunun Xornobuci küçəsində qeydə alınıb. Məlumata görə, gənc ailə kirayə tutduqları evdə yaşayıblar. Ailə ilə əlaqə olmadığını görən qonşular Xilasedici Xidmətə müraciət ediblər. Nəticədə xilasedicilər gənc ailəni evdə ölmüş halda aşkar edib.

Faktla bağlı Gürcüstan CM-nin 240-cı maddəsi ilə (obyektlərdə istilik enerjisi, qaz, neft və neft məhsullarından istifadə qaydalarının pozulması) cinayət işi qaldırılıb, araşdırma aparılır.

Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb

Gürcüstanda H1N1 virusundan daha bir nəfər ölüb.

"Dalğa TV"nin məlumatına görə, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Elmi Şurasının rəhbəri Paata İmnadze bildirib. Onun sözlərinə görə, ölən şəxs Abxaziyadan Zuqdidiyə gələn orta yaşlı qadın olub. Xəstədə keçici xroniki xəstəlik aşkar edilib.

Məlumata görə, Gürcüstanda donuz qripindən artıq üç nəfər ölüb.

Azərbaycan diplomatı İstanbulda özünü güllələdi – FOTO

Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib.

"Dalğa TV" Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən gün yanvarın 22-də İstanbulda baş verib.

Diplomat saat 15 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna gedib. Hazırda İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçsi və kadr əməkdaşı olan Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açıb.

Daha sonra o, sonuncu 10 patronu darağa yerləşdirib və dalbadal tətiyə basaraq atəş açmağa başlayıb. Tək patronu qalan Əliyev daha sonra silahı başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.

İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Cinayət axtarışı şöbəsinin polisləri hadisə yerinə gediblər, poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib.

Şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib.

Bakıda universitetdən yarım milyon manat oğurladılar

Seyf universitetin əməkdaşlarından birinin yardımı ilə oğurlanıb.

< span style="font-size: 12pt;">Bir neçə gün bundan əvvəl "Odlar yurdu" universitetindən içərisində 500 min manat pul olan seyf oğurlanıb.

"Dalğa TV" xəbər verir ki, Virtualaz.org saytına Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, bHələlik ancaq o məlumdur ki, polis işçiləri cinayəti törətməkdə şübhəli bilinən şəxsin izinə düşüblər. Məlumatda vurğulanır ki, şübhəli kənar şəxsdir və universitetə heç bir aidiyyatı yoxdur.

Seyf universitetin əməkdaşlarından birinin yardımı ilə oğurlanıb.

Fakt üzrə araşdırma davam etdirilir.

Gürcüstanda 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib

Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Saqareco (Qaraçöp) bölgəsinin Qaraçöp kəndində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

"Dalğa TV"nin APA-ya istiinadən xəbərinə görə, səfirliyin əməkdaşları və bölgə ziyalıları, məktəb müəllimləri və şagirdlər Qaraçöp kəndində 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq 20 Yanvar şəhidlərini anıblar. Anım mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Azərbaycan səfirinin müavini Dursun Həsənov açaraq 20 Yanvar faciəsinin Azərbaycan tarixinə şanlı səhifələrlə yazıldığını və bu tarixi gün həm faciə, həm də Azərbaycan xalqının qəhrəmanlıq günü olduğunu bildirib.

D. Həsənov Qaraçöp kəndindən olan Ələsgər Qayıbovun, eləcə də Gürcüstanın digər bölgələrindən olan gənclərin Azərbaycanın azadlığı uğrunda həlak olduğunu qeyd edib və onlara rəhmət diləyib. Tədbirdə şəhid Ələsgər Qayıbovun böyük qardaşı Yusif Qayıbov və Qaraçöp orta məktəbinin müəllimi İsmayıl İsayev, Saqareco rayon bələdiyyəsinin üzvü Qəzənfər Məmmədov və başqaları çıxış edərək sovet ordusunun vəhşiliyindən, 20 Yanvar faciəsinə hələ də beynəlxalq hüquqi qiymət verilmədiyindən danışıblar.

Tədbirdən sonra Azərbaycan səfirliyinin əməkdaşları 20 Yanvar şəhidi, Qaraçöp kənd sakini Ələsgər Qayıbovun ailəsinə də baş çəkiblər.
Azərbaycan səfirinin müavini Dursun Həsənov kənd sakinlərinin problemləri ilə tanış olub. Sonda ehsan verilib.

 

Azərbaycan 20 Yanvar şəhidlərini anır - FOTOSESSİYA

FOTO- Ramil Zeynalov, Nicat Əlili © APA HOLDİNG

 

Bakıda qadın özünü yandırdı

Faktla bağlı cinayət işi açılıb.

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

"Dalğa TV" xəbər verir ki, Lent.az-ın məlumatına görə, dünən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V yaşayış massivindəki mənzildə orada yaşayan 1949-cu il təvəllüdlü Gülarə Həsənova üzərinə yandırıcı maddə tökərək özünə od vurub.

Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

İntiharın səbəbi araşdırılır.

Gürcüstanda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək

Sabah Gürcüstanda Bakıda baş verən 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək.

"Dalğa TV"nin məlumatına görə, həmin gün Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan silsilə tədbirlərdə 20 Yanvar faciəsində həlak olan şəhid soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq və şəhid ailələrinə baş çəkiləcək.

20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər azərbaycanlıların kompakt yaşadığı Qaraçöp, Kvemo Kartli bölgələrində Azərbaycan səfirliyinin, Gürcüstanın dövlət və hökumət rəsmilərinin, gürcü və azərbaycanlı ziyalıların iştirakı ilə keçiriləcək.

Yanvarın 20-də Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində isə Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsinə həsr olunmuş sərgi təşkil olunacaq.

Tiflisdə “donuz qripi”ndən ölüm faktı qeydə alınıb

Tiflisdə 39 yaşlı kişi H1N1 ("donuz qripi") virusundan ölüb.

"Dalğa TV"nin məlumatına görə, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin İnfeksiya və Yoluxucu Xəstəliklərə Nəzarət Departamentindən bildirilib. Məlumata görə, xəstə Qərbi Gürcüstandan gətirilib.

Mütəxəssislərin fikrincə, Gürcüstanda "donuz qripi" epidemiyası təhlükəsi yoxdur. Həkimlərin dediyinə görə, ölkədə bu virus fevral ayında daha çox yayılır.

Xatırladaq ki, Gürcüstanda H1N1 virusu 2009-cu ildə qeydə alınıb. Bu günədək Gürcüstanda 39 nəfər bu xəstəlikdən ölüb. Ümumilikdə ölkədə 567 nəfərdə H1N1 virusu aşkarlanıb.

Gürcüstanda prokuroru öldürməkdə təqsirləndirilən radio direktoru intihar edib

Gürcüstanda prokuror qətlə yetirilib.

"Dalğa TV" xəbər verir ki , Sameqrelo bölgəsinin prokuroru Vaxtanq Kiriya beş gün axtarışdan sonra Tiflisdə güllələnmiş halda tapılıb.

Cinayəti törətməkdə "Gürcüstanın səsi" radiosunun direktoru Bidzina Kuçarava şübhəli bilinir. Hüquq-mühafizə orqanları onun izinə düşdüyünü görən B. Kuçarava iki qohumunun yanında özünü güllələyib. Polis direktorun bu hərəkətinin səbəbini prokurorun ölümü ilə əlaqədar olduğunu bildirib. Axtarış zamanı B. Kuçaravanın evindən çoxlu silah aşkar edilib.

Prokuror V. Kiriyanın telefonu Tiflisin Rustavi küçəsində aşkar edilib. Polisin versiyasına görə, telefonu izi itirmək üçün həmin küçəyə atıblar.

İlkin versiyada prokurorun xidməti vəzifəsinə görə güllələndiyi ehtimal olunurdu. O, işğal altında olan Abxaziya ərazisində törədilən cinayəti araşdırırmış. Sonra isə məlum olub ki, özünü güllələyən radio direktoru onunla yaxın qohum olub və aralarında borc üstündə münaqişə baş verib. Prokurorun cəsədi də radio direktorunun adına kirayələnən evdə tapıldığı bildirilib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Hazırda ekspertlər tərəfindən hadisə təhlil edilir.

Gürcüstandan Azərbaycana 3 baş donuz cəmdəyinin keçirilməsinin qarşısı alınıb

Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi aşkarlanıb.

"Dalğa TV" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-a verilən məlumata görə, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanların icrası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun yerli qurumları tərəfindən reydlər davam etdirilir. Yanvarın 16-da belə bir reyd DBNX-nin Ağstafa rayon Baytarlıq İdarəsi tərəfindən aparılıb. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "Jiquli-07" markalı 25 BF 883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkarlanıb.

Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olub. O da məlum olub ki, donuz cəmdəklər Gürcüstan ərazisindən ölkəmizə gətirilib. Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Saytda Axtarış

ახალი ამბები