Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2036
DünənDünən5185
Bu həftəBu həftə2036
Bu ayBu ay49725
Bu günə qədərBu günə qədər8411356

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Keçmiş nazir güllələndi - Tiflisdə

Tiflisdə qəbristanlığa gedəndə döyülən və yaralanan gürcü müxalifətinin lideri və keçmiş nazir bu gün ikinci dəfə əməliyyata alınıb.

"Dalğa TV" Publika.az-a istinadən xəbər verir ki, Azad Demokrat Partiyasının rəhbəri Aleksi Petriashvili fevralın 26-da naməlum şəxslərin hücumuna məruz qalıb. 2012-2014-cü ildə Avropa və Avro-Atlantik İnteqrasiya naziri işləmiş 45 yaşlı Petriashvilinin silahlı şəxslərin hücumundan əvvəl təhqir olunduğu deyilir.

Petriashvilinin arvadı Ekaterine Mishveladzenin sözlərinə görə, o, ayağından və qarnından üç güllə yarası alıb. O, hücumun sui-qəsd olduğu qənaətindədir. Hücumla bağlı cinayət işi açılıb.

Azərbaycanlı tələbələr Şimali Kiprdə həlak oldular

Şimali Kipr Türk Cümhuriyyətində baş verən yol qəzası nəticəsində iki azərbaycanlı tələbə Nicat Hacızadə və Yunus Ərəbov həlak olublar.

"Dalğa TV" xəbər verir ki, bu barədə xəbəri Şimali Kipr mətbuatı məlumat yayıb.

Ölkənin paytaxtı Lefkoşada "Gənc TV"nin qarşısındakı yolda baş verən ağır yol nəqliyyat hadisəsində həmçinin 2 nəfər də yaralanıb.

Qəza nəticəsində həyatını itirən azərbaycanlı tələbə Nicat Hacızadənin E-23 ZLP 335 nömrəli avtomobili şəhərin içərisində həddindən artıq sürətlə idarə etdiyi bildirilib.

Sürətin qarşısını ala bilməyən azərbaycanlı tələbənin idarə etdiyi maşın sol istiqamətdə yoldan çıxaraq ";Gənc TV”nin qarşısındakı bardura çırpılaraq, əzilib.

Maşında olan azərbaycanlı tələbə Nicat Hacızadə ilə yanaşı, Yunus Əkbərov da aldığı ağır xəsarətlərdən həyatını itirib.

Qeyd edək ki, xəstəxanaya çatdırılan digər şəxslər Mehdi Laamyeminin vəziyyətinin ağır olduğu bildirilib. Maşında olan digər azərbaycanlı tələbə Anar Süleymanovun isə həyatı təhlükəsinin olmadığı deyilib.

Faktla bağlı Lefkoşa şəhər polisində cinayət işi açılıb.

Batumidə “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı keçirilib

Fevralın 26-da SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki ofisində gürcü dilinə tərcümə olunmuş “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimat mərasimi keçirilib.

"Dalga TV"nin APA-nın Gürcüstan bürosuna istinadən məlumatına görə, bu barədə Azərbaycanın Batumidəki baş konsulluğundan bildirilib.

Mərasimdə konsulluğun və SOCAR-ın əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, elm xadimləri iştirak ediblər. Baş konsul Rəşad İsmayılov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunan “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı ilk dəfə 2014-cü ildə ingilis dilində Londonda işıq üzü görüb. Sonra rus və fransız dillərinə tərcümə olunan bu kitabda Xocalı faciəsi ilə bağlı Qərb və Rusiya mətbuatında dərc olunmuş məqalələr, fotoşəkillər və digər çoxsaylı araşdırma materialları toplanıb. Baş konsulluğun təşəbbüsü ilə gürcü dilinə tərcümə olunan bu kitab Gürcüstan ictimaiyyətinin ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər barədə məlumat almalarında mühüm vasitə olacaq. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət barədə məlumat verən diplomat deyib ki, dövlətimizin başçısının səyi nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq, cinayətkarlar layiqli cəzalarını alacaqlar.

Kitabın gürcü dilinə tərcüməçisi, tarix elmləri doktoru Quram Marxuliya deyib ki, uzun illər Azərbaycan və gürcü xalqlarına qarşı ərazi iddiası ilə çıxış edən ermənilər öz çirkin niyyətlərinə çatmaq üçün ən ağır vasitələrə əl atıblar. Hələ sovetlər dövründən də qabaq başlamış bu iddialar barədə yazılı məlumatlar yalnız arxivlərdə olduğu üçün geniş ictimaiyyətin bundan xəbəri yoxdur. Ona görə də bu cür kitablar çoxaldılmalı və mənfur qonşularımızın iç üzü dünya ictimaiyyətinə çatdırılmalıdır. Müəllif vurğulayıb ki, Gürcüstan parlamenti də Xocalı faciəsini əsl soyqırımını kimi tanımalı, bu hadisələrə lazımi hüquqi-siyasi qiymət verilməli, cinayətkarlar ən ağır cəza almalıdırlar.

Tanınmış tarixçi alim Rostom Quntaişvili Xocalı soyqırımı ilə 1921-ci il fevralın 25-də Gürcüstan ərazisində törədilmiş qırğınları təhlil edib. O, hər iki faciənin eyni qüvvələr tərəfindən törədildiyini vurğulayıb. Bildirib ki, dünyada hökm sürən ikili standartlara son qoyulmalı, Xocalı faciəsini törədən, dövlətlərin beynəlxalq hüquq tərəfindən təsbit edilmiş sərhədlərini silah gücünə dəyişmək istəyən və bununla da Helsinki razılaşmasının məlum müddəalarını kobud şəkildə pozan Ermənistan hakimiyyəti, erməni siyasətçiləri və onların havadarları layiq olduqları cəzanı almalıdırlar. O, Xocalı faciəsinin səbəb və nəticələrini daha dərindən öyrənmək və günahkarların cəzalandırılmasına nail olmaq üçün BMT-nin xüsusi komissiyasının yaradılmasının vacibliyini vurğulayıb.

Sonra Batumidəki Azərbaycan İcmasının sədri Vidadi Axundov, “Adjara.PS” qəzetinin redaktoru Cemal Meqrelidze və başqaları çıxış edərək Xocalı faciəsi və erməni millətçilərinin Azərbaycan və gürcü xalqlarına qarşı törətdikləri ağır cinayətlər barədə danışıblar.

Zaqatalada iki övlad anası intihar edib

Qadın əsəb xəstəliyindən əziyyət çəkirdi.

Zaqatalada 50 yaşlı qadın intihar edib

"Dalga TV" xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə fevralın 27-i günorta saat 15 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini 1966-cı il təvəllüdlü Məhəbbət Umarxan qızı Səfərovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş talvardan asılı vəziyyətdə mərhumun həyat yoldaşının qardaşı tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 50 yaşlı M. Səfərovanın intihar etdiyi məlum olub.

Məlumatda o da bildirilir ki, evli və iki övlad anası olan M. Səfərova son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirdi. Qadın intihar edən zaman evdə tək olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Gürcüstanda polisi təhqir etməkdə təqsirləndirilən iki azərbaycanlı saxlanılıb

Gürcüstanda polisə tabe olmamaq və onları təhqir etməkdə təqsirləndirilən iki azərbaycanlı saxlanılıb.

Bu barədə "Dalğa TV"nin Gürcüstan bürosuna Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Poniçala (Soğanlıq) kənd sakinləri - 1977-ci il təvəllüdlü Rita B. və 1968-ci il təvəllüdlü Vüqar Q. İsani-Samqori Polis İdarəsinin Poniçala (Soğanlıq) kəndindəki polis məntəqəsinə gedərək, orada polis əməkdaşlarını təhqir ediblər, polisin məntəqəni tərk etmələri barədə əmrinə tabe olmayıblar.

Saxlanılan şəxslər haqqında cinayət işi başlanıb.

Gürcüstanda azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb

Gürcüstan polisi ona bu işdə yardım edəni axtarır.

Tbilisi Polis Departamentinin və İsani-Samqorsk idarəsinin əməkdaşları müştərək əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisidə Rusiya vətəndaşı, 1999-cu il təvəllüdlü Elçin İ. saxlayıblar.

"Dalğa TV" Gürcüstan KİV-nə istinadən xəbər verir.

"İstintaq müəyyən edib ki, Elçin İ. öz yoldaşları ilə birgə 19 fevral tarixində 1998-ci il təvəllüdlü Samirə Bayramovanı qaçırmaqda təqsirli bilinir. O, Samirəni evlənmək məqsədilə qaçırıb", - DİN yaydığı məlumatda deyilir.

İstintaq Gürcüstan CM 143-cü maddəsinin 3-cü bəndinin "a" və "b" hissələri (qanunsuz azadlıqdan məhrum etmə, əvvəlcədən razılaşdırılaraq bir qrup tərəfindən azyaşlıya qarşı törədilən cinayət) üzrə aparılır.

Marneulidə 62 yaşlı azərbaycanlı bədbəxt hadisə nəticəsində ölüb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda bədbəxt hadisə baş verib.

"Dalğa TV"nin məlumatına görə, ağac qırıqları toplayan Marneuli rayon sakini İsaxan Məhəmmədəli oğlu Süleymanovun başına ağac düşüb. 62 yaşlı İ. Süleymanov hadisə yerində ölüb.

İ.Süleymanovun yaxınları hadisənin fevralın 20-də Marneuli qəbiristanlığında baş verdiyini bildiriblər. Hadisə baş verməzdən iki gün əvvəl Marneuli rayon İcra Hakimiyyətinin köməyi ilə qəbiristanlığın ətrafında abadlıq işlər görülüb, həmçinin əyri ağaclar kəsilib. İ. Süleymanov ora ağac qırıqlarını toplamağa gedib. Bu zaman orada ağac kəsən həmyerlisi Akif Novruzov onu görməyib və kəsdiyi ağac qəflətən İsaxan Süleymanovun üstündə aşıb.

Marneui rayon İcra Hakimiyyətindən baş verən hadisənin onlara heç bir aidiyyəti olmadığı bildirilib. Məlumata görə, ölüm faktı baş verən zaman Marneuli rayon İH kommunal təsərrüfatının işçiləri hadisə yerində olmayıblar. Bildirilib ki, İ. Süleymanov heç kimdən icazə almadan quru ağacları toplayarkən A.Novruzovun kəsdiyi ağacın altında qalaraq ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis tərəfindən şahidlər dindirilir.

İ.Süleymanov bu gün torpağa tapşırılıb.

Gürcüstanda qız qaçırılması insidentə səbəb olub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində qız qaçırılması insidentə səbəb olub.

"Dalğa TV"nin məlumatına görə, hadisə fevralın 19-da baş verib. Qaçırılan S. Bayramovanın valideynləri və qohumları hadisə ilə bağlı polisə müraciət edib, cinayət işi qaldırmağı və qızı qaçıranların həbs edilıməsini tələb ediblər.

Qaçırılan qızın valideynləri və yaxın qohumları bu gün polisin onların müraciətinə laqeyd yanaşdığını söyləyərək, Tiflis-Rustavi magistralını bağlamağa cəhd ediblər. Polisin yol patrul xidməti bu cəhdin qarşısını alıb.

Qaçırılan qızın anası Nailə Qurbanova Gürcüstanın "Rustavi-2" kanalına açıqlamasında övladının yeri barədə polisə məlumat verildiyinə baxmayaraq, hadisə ilə bağlı axtarış aparılmadığını bildirib. Onun sözlərinə görə, qızı Marneuli rayonuna qaçırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən isə faktla bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi qaldırıldığı bildirilib.

Bakıda iki şagird itkin düşdü – FOTO

Uşaqlar dərsdən çıxıb bir daha geri dönməyiblər.

Bakıda iki şagird itkin düşüb.

"Dalğa TV" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə jurnalist Əzizə İsmailova məlumat paylaşıb.

Məlumatda qeyd olunur ki, dünən həmin iki uşaq dərsdən çıxıb bir daha geri dönməyib:

"Hər ikisinin 11 yaşı var. №32 məktəbin şagirdləridirlər (Qara Qarayev metrosu tərəfdə). Birinin adı Şamil, digərinin İsmayıl. Şamilin əynində qara kurtka, göy şalvar, ağ krassovka olub. İsmayılın əynində göy şalvar, bordovıy kurtka və şabalıdı botinka olub".

Bu şəxslər barəsində hər hansı məlumatı olanlardan (050) 527-11-80 Ekaterina xanım - Şamilin anası, (055) 935-82-60 Viktoriya xanım - İsmayılın anasına zəng vuraraq məlumat vermələri xahiş olunur.

Gürcüstanda güclü külək fəsadlar törədib

Bu gün səhərdən başlayaraq Gürcüstan ərazisində əsən güclü külək bir çox fəsadlar törədib.

"Dalğa TV"nin məlumatına görə, Tiflisdəki Tamaraşvili küçəsində güclü külək ağacları qırıb, avtomobillərə zərər dəyib və elektrik dirəkləri əyilib.

Kaxetinin Telavi rayonunda külək evlərin damını uçurub, ağacları kökündən çıxarıb və elektrik enerjisinin nəqlində fasilələr yaranıb. Kaxeti qubernatoru İrakli Şiolaşvili dəyən ziyanın məbləğinin hesablanmasına başlandığını bildirib.

Qeyd edək ki, güclü külək Siqnaxi, Axmeta və azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp) bölgələrində də əhalini işıqsız qoyub.

Bakıda sürücü çəkiclə polis maşınına hücum çəkdi - Fotolar + Video

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov idarəyə məxsus BMW markalı avtomobilin Nərimanov rayonu ərazisində çəkiclə əzilməsi hadisəsinə münasibət bildirib.

Həmin şəxs bəzi saytların yazdığı kimi hansısa avtomobilin sürücüsü yox, ərazidən keçən piyada - Şahin Bəylərov adlı şəxs olub: "Nərimanov rayonu ərazisində xidmət apararkən yol hərəkəti qaydasını kobud pozmuş sürücü saxlanılıb. Onun sənədlərinin yoxlanılması və sənədləşdirilməsi zamanı həmin ərazidən keçən bir piyada qəflətən 99 YP 423 dövlət nömrə nişanlı polis avtomobilinin qabaq kapot hissəsinə, "i-potrol” sisteminə, işıq faralarına ard-arda zərbələr endirərək, qaçmağa çalışıb. Həmin piyada - 1974-cü il təvəllüdlü Şahin Bəylərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində dindirilir, araşdırma aparılır. Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı avtomobilə çox ciddi ziyan dəyib”.

 

Gürcüstanda “Xocalı harayı” kitabı nəşr olunub

Gürcüstanda yazıçı-jurnalist Nizami Məmmədzadənin "Xocalı harayı" kitabı nəşr olunub.

"Dalğa TV"nin məlumatına görə, Gürcüstanda "Xocalıya ədalət!" kampaniyası çərçivəsində nəşr olunan kitab Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.

Xocalı qurbanlarının xatirəsinə həsr olunan müxtəlif məzmunlu şeirlərlə yanaşı kitabda "Yurd həsrəti" hekayəsi və "Kədər dolu bir gün" miniatürü də yer alıb.

"Xocalı harayı" kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Hacıxəlilovdur.

Qeyd edək ki, N. Məmmədzadə 1957-ci ildə Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Azərbaycanda Həsən bəy Zərdabi və Ali Media mükafatlarına layiq görülüb.

N. Məmmədzadə 2008-ci ildən APA-nın Gürcüstan üzrə xüsusi müxbiridir.

Saytda Axtarış

ახალი ამბები