Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2032
DünənDünən5185
Bu həftəBu həftə2032
Bu ayBu ay49721
Bu günə qədərBu günə qədər8411352

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Bakıda yaşayan əhalinin sayı açıqlandı – RƏSMİ

Paytaxt sakinlərinin orta maaşı 700 manata yaxınlaşır.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə Bakı şəhərinin əhalisinin sayı 2 milyon 225,8 min nəfər olub. Hazırda şəhərdə əhalinin sıxlığı bir kvadrat kilometrə 1040 nəfər təşkil edir.

Bu barədə Oxu.Az-a Bakı Şəhəri Statistika İdarəsindən bildiriblər.

Məlumata görə, ötən il ərzində Bakıda 34,2 min nəfər doğulub, ölənlərin sayı isə 12,5 min nəfər təşkil edib.

2015-ci il ərzində Bakıda 16,7 min yeni ailə qurulub, 4,2 min ailə isə dağılıb.

Bundan başqa, qeyd olunur ki, paytaxtda işləyən şəxslərin sayı 2014-cü il ilə müqayisədə 8 min 694 nəfər azalaraq, 684 min 146 nəfər təşkil edib.

Muzdla işləyənlərin orta aylıq əmək haqqı isə 7,5% artaraq 666,7 manat olub.

Gürcü tarixçi: “Gürcüstanın müstəqilliyi uğrunda döyüşlərdə 520 azərbaycanlı həlak olub”

"Gürcüstanın müstəqilliyi uğrunda separatçılarla aparılan döyüşlərdə 520 azərbaycanlı həlak olub".

Bunu APA-nın Gürcüstan bürosuna gürcü alim, tarix elmləri doktoru, professor Petre Qoçaqidze-Çaladideli bildirib. Onun sözlərinə görə, 520 nəfərin hamısı Gürcüstan vətəndaşı olan azərbaycanlıdır: "Çox sevinirəm ki, azərbaycanlılar bizim qonşuluğumuzda yaşayırlar. Azərbaycanlılar yaşadıqları ölkəyə heç vaxt namərdlik etməyiblər".

O deyib ki, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi azərbaycanlıların Abxaziyada və digər bölgələrdə döyüşlərdə iştirakı barədə kitab yazmasını sifariş veriblər: "Bu barədə fakt çoxdur. Mən Yazacağım kitab ingilis, Azərbaycan və rus dillərində Azərbaycanda nəşr olunacaq".

Terror qurbanlarının xatirəsi Milli Məclisdə yad edildi

Türkiyənin paytaxtı Ankarada baş vermiş son terror hadisəsinin qurbanlarının xatirəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında bir dəqiqəlik sükutla yad edilib.

Spiker Oqtay Əsədov terror qurbanlarının yaxınlarına başsağlığı verib və səbr diləyib.

Tiflisdə azərbaycanlıdan heroin götürülüb

Gürcüstanda azərbaycanlıdan narkotik götürülüb.

Bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Tiflisdə keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Bayram E.-dən 12 paketə qablaşdırılmış narkotik vasitə olan 9,3512 qram heroin tapılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Marneulidə Aİ-Gürcüstan sazişi ilə bağlı gürcü ekspertlərlə görüş keçirilib

Martın 12-də azərbaycanlıların kompakt yaşadığı Marneulidə Demokratiyaya Dəstək Fondunun təşəbbüsü ilə gürcü ekspertləri ilə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, QHT rəhbərləri, jurnalistlər və gənclərin iştirak etdiyi görüşdə Aİ ilə Gürcüstan arasında imzalanan Assosiasiya Sazişi, Aİ və Gürcüstan arasında vizasız gediş-gəliş haqqında və mətbuatın fəaliyyəti üçün qrantların ayrılması məsələləri müzakirə olunub. Tədbirdə Regional Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mixail Mirziaşvili, SOROS Fondunun üzvü, həmçinin "Gürcüstan-Açıq Cəmiyyət" təşkilatının rəhbəri İvane Çxikvaidze iştirakçılar qarşısında çıxış edərək azərbaycanlı əhali arasında, həmçinin vətəndaş cəmiyyətinin digər üzvləri  arasında Aİ ilə Gürcüstan arasında imzalanan Assosiasiya Sazişi haqqında informasiyanın az olduğunu və bu günlərdə Aİ tərəfindən qəbul olunan vizasız gediş-gəlişin həyata keçirilməsi haqqında informasiya boşluğunun doldurulmasının vacibliyini vurğulayıblar.

Gürcü eksperti Mixail Mirziaşvili çıxışında Aİ-nin Gürcüstan üçün Assosiasiya Sazişinin imzalanmasının vacibliyini vurğulayıb: "Bizim imkanımız var ki, ölkədə demokratik dövlət yaradaq. İlk öncə, biz azad bazar  iqtisadiyyatını dəstəkləməli, öhdəmizə düşən vacib şərtləri yerinə yetirməliyik."

Gürcü ekspert Aİ-ni birləşdirən 28 ölkənin sayının artdığını bildirib. O, Assosiasiya Sazişinin bütünlüklə ratifikasiya olunduqdan sonra Gürcüstanın da 2017-ci ildə Aİ üzvü olacağını qeyd edib. Ekspert sazişin müddəalarından birinin qonşuluq siyasətinin inkişafı ilə bağlı məsələlərin həyata keçirilməsi olduğunu bildirib.

O, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Aİ-yə üzv olan ölkələrin inkişaf etdiyini də vurğulayıb.

O, çıxışında Rusiyanın müharibə yolu ilə qonşuluq siyasətinə maneə olduğunu da qeyd edib.

Tədbirdə çıxış edən SOROS Fondunun üzvü, "Gürcüstan-Açıq Cəmiyyət" təşkilatının rəhbəri İvane Çxikvaidze Aİ ilə vizasız gediş-gəliş barədəAvropa Komissiyası tərəfindən Avropa Parlamentinə və Avropa Şurasına təklif verildiyini bildirib. Ekspert həmçinin viza liberallaşdırılmasının tezliklə həyata keçiriləcəyini bildirib. O, çıxışında həmçinin iştirakçılarla Gürcüstanda söz azadlığı haqqında fikirlərini də bölüşərək, mətbuat üçün qrant layihələri haqqında təklif və rəylərə böyük əhəmiyyət veriləcəyini qeyd edib. SOROS Fondunun üzvü Assosiasiya Sazişində qeyd olunan şərtlərdən birinin də söz azadlığına diqqətin artırılması  olduğunu vurğulayıb.

Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

"Dalğa TV"nin xəbərinə görə, xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadla bağlıdır.

İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq ordan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər.

Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.

Şəkidə 62 yaşlı kişi intihar edib.

Şəki sakini özünü tövlədə asıb

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə martın 8-də saat 06 radələrində rayonun Kiş kəndində qeydə alınıb.

Kiş kənd sakini, 1954-cü il təvəllüdlü Ələsgər Əsgər oğlu Niyzarovun meyiti yaşadığı evin həyətindəki mal tövləsində ailə üzvləri tərəfindən aşkar edilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Gürcüstan ordusunda müsəlman əsgərlər üçün ibadət otağı açılıb

Martın 6-da Gürcüstan Silahlı Qüvvələrinin müsəlman əsgərlərin xidmət etdiyi Kutaisidəki 3-cü Piyada Briqadasında ibadət otağının açılışı olub.

"Dalğa TV"nin məlumatına görə, açılışda müdafiə nazirinin müavini Besik Loladze, Baş Qərargah rəisinin müavini Omar Beqoidze, Qərbi Gürcüstanın müftisi Beqlar Kamaşidze, briqada komandiri, polkovnik Şalva Cabaxidze və digər yüksək çinli hərbçilər iştirak ediblər.

Müdafiə naziri Tina Xidaşeli orduda xidmət edən müsəlman əsgərlərə öz dini inanclarını və ibadətlərini yerinə yetirmək üçün tam azadlıq verildiyini bildirib: "Onlar demokratik ölkənin əsgərləridir. Mart ayından sonra daha iki hərbi hissədə belə ibadət otağı açılacaq. Müdafiə Nazirliyinin zəmanəti ilə hər bir müsəlman əsgər öz dini inancını və ibadətini həyata keçirəcək".

Qeyd edək ki, III Piyada Briqadasında 103 hərbi qulluqçu xidmət edir.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov APA-ya açıqlamasında azərbaycanlıların kompakt yaşadığı bölgələrdə olan hərbi hissələrdə də ibadət otaqları açılacağını bildirib: "Biz bu məsələ barədə üç ay əvvəl Gürcüstanın Müdafiə Nazirinə müraciət etmişdik və fevralın axırında bizə rəsmi olaraq müsbət cavab verildi. Martın 6-da nazirlik verdiyi sözə əməl edib. Bizdə olan məlumata görə, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də belə ibadət otaqlarının açılması nəzərdə tutulub".

Təhsil sistemində 170 min manatlıq korrupsiya faktı aşkarlanıb

Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, araşdırmalar zamanı mərkəzin Sumqayıt filialının vəzifəli şəxsləri tərəfindən 2012-2014-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədi ilə faktiki olaraq idman tədbirlərinin keçirilmədiyi və müxtəlif fənlərin tədris edilmədiyi halda, həmin tədbirlərin keçirilməsi və fənlərin tədris edilməsi, habelə qeyd olunan tədbirlərlə əlaqədar ezamiyyələrin verilməsi adı ilə məlumatların saxtalaşdırılaraq ümumilikdə 170 min manat məbləğində vəsaitin məşqçi müəllimlərin adlarına rəsmiləşdirilməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gürcüstanda xristianlar və müsəlmanlar arasında qarşıdurma baş verib

Yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılıb.

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayon mərkəzində xristian və müsəlman gürcülər qarşıdurma baş verib.

"Dalğa TV" "Qruizya Online" istinadən xəbər verir ki, bir neçə nəfər xəsarət alıb.

Bu gün Adigeniyə Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndələri səfər edərək, yerli ssakinlərlə görüşlər keçirəcəklər.

30 il öncə Adigeniyə Acarıstandan torpaq uçqunu nəticəsində evsiz qalan onlarla ailə köçürülüb. İslam dininə sitayiş edən köçkünlərin yerli əhali ilə problemləri olmayıb.

Lakin bu yaxınlarda Dini Məsələlər üzrə Dövlət Agentliyinin yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması haqqında qərarından sonra müəyyən narazılıq yaranıb.

Yerli xristianlar jurnalistlərə açıqlamasında müsəlmanların bundan sonra məscid tikintisini tələb edəcəyindən, ardınca isə Adigenidən köçürüləcəklərindən ehtiyat etdiklərini açıqlayıblar. Əlavə edək ki, son illərdə Adigenidə xristian ailəsində doğulmuş bir uşağa 3 müsəlman uşaq düşür.

Sabah Azərbaycanda havanın temperaturu 17 dərəcəyədək artacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah paytaxt və yarımadanın bəzi yerlərində zəif duman olacağı ehtimalı var. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.

Bakıda yol polisi və qadın sürücü arasında əlbəyaxa dava - VİDEO

Bir neçə gün öncə Bakıda yol polisi inspektoru ilə sürücü arasında gərgin anlar yaşanıb.

Hadisəni əks etdirən video saytımıza dünən daxil olub. Avtosfer.az xəbər verir ki, görüntüləri hadisə şahidlərindən biri qeydə alıb. Polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin sürücüsü - qadın onu inadla avtomobilindən kənarlaşdırmağa cəhd edib. Videodan 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis sürücü qadına qarşı kobudluq edərək onu yerə yıxır. Daha sonra öz avtomobilinə pəncərədən minən qadının ardınca polis də pəncərədən maşına daxil olur. Baxmayaraq ki, onların daxil olduğu qabaq oturacaqda sərnişin də əyləşib.
Qəribəsi budur ki, çox acınacaqlı olan bu mənzərədə təqsirkar təkcə sürücü və ya ona qarşı kobudluq edən polis əməkdaşı deyil, hamıdır. Sürücü qadın təcrübəsizlikdən, cərimə məbləğindən ehtiyat etdiyindən belə edə bilər. Polis əməkdaşı isə əsəbi ola bilər. Lakin onun inspektorun ekipaj yoldaşlarının, qadın sürücünün avtomobilində əyləşmiş kişinin və yolda gülərək olayı seyr edənlərin müdaxilə etməməsi, onları sakitləşdirməməsi təəssüf doğuran mənzərə yaradır.

Qeyd edək ki, şahidlər hadisənin Xətai rayonu, Süleyman Vəzirov küçəsində baş verdiyini bildiriblər.

Saytda Axtarış

ახალი ამბები