Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2029
DünənDünən5185
Bu həftəBu həftə2029
Bu ayBu ay49718
Bu günə qədərBu günə qədər8411349

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Nəvəsini xüsusi amasızlıqla öldürən baba danışdı - VİDEO

"Əsəblərimi cilovlaya bilmədim"


Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəblərindən danışıb.

Hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib. Ağdam rayon sakini 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlılqa qətlə yetirib. İstintaqa ifadə verən Rakif Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib.

O, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb.

Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rakif Bayramov qəddarlıq edib: "Əsəblərimi cilovlaya bilmədim. Onu boğub öldürdüm".

Hadisədən sonra Rakif Bayramov nəvəsinin meytini adyala bükərək, çarpayının altında gizlədib. Rafiq Bayramov daha sonra yaşadığı Ağdam rayonunun Çəmənli kəndinə gedib. Meyit bir neçə gün orda qalıb. Yeniyetmə Tural Bayramovun anası və bacısı isə onu evə gəlmədiyi üçün axtarmağa başlayıblar.

Ağdama gedərək, maşınını götürən baba nəvəsinin meyitinin dalınca Bakıya qayıdıb: "Meyiti qoydum maşına getdim rayona. Yolda zəng vurdum ki, Turalı öldürüblər, dəfn etməyə gətirirəm".

Babası Tural Bayramovu şəriət qaydalarına uyğun Çəmənli kənd qəbiristanlığında dəfn edib. Hadisədən xəbər tutan Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək, araşdırmalara başlayıblar. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.

Dindirmə zamanı Rakif Bayramov əməli tək törətdiyini və qətlə söyüşün səbəb olduğunu deyib.

Sosial şəbəkələrdə hadisənin namus üstündə, daha doğrusu, Tural Bayramovin doğma bacısına sataşdığı üçün babası tərəfindən qətlə yetrildiyi barədə məlumat yayılmışdı.

Mərhumun nənəsi Güllü Bayramovnın sözlərinə görə hadisənin namusla heç bir əlaqəsi yoxdur:

"Kişi ilə dalaşıb. Deyib ki, sən qeyrətsizsən. O da dözməyib, bu hadisəni törədib".

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin detalları araşdırılır.

 

Vladimir Putin azərbaycanlı veteranı təbrik etdi – FOTO

İgidliyə görə II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilib.

Rusiyanın Osinniki şəhərində (Kuzbas) yaşayan Böyük Vətən müharibəsi veteranı Varahmatulla Mərziyev prezident Vladimir Putin, qubernator Aman Tuleyev və şəhər rəhbəri İqor Romanov tərəfindən 95 illiyi münasibəti ilə təbrik alıb.

"Dalğa TV" "Vestikavkaza" istinadən xəbər verir ki, onların xoş arzularını cəbhəçiyə yerli şəhər şurasının rəhbəri Aleksandr Bıkov çatdırıb.

Varahmatulla Mərziyev Azərbaycan SSR-nin Şamaxı qəzasının (Hazırda Azərbaycanın Şamaxı rayonu) Arçeman kəndində dünyaya gəlib. O, 1941-ci ildə orduya çağırılıb və Qudermes qoşun hissəsinin təlim batalyonunda xidmətdən sonra 1942-ci ilin iyulunda cəbhəyə gedib.

Çox keçmədən onun olduğu hərbi hissə dağılıb, o özü isə əsir düşüb. Mərziyəv ilk günlərdə Almaniyada olub, sonra isə İtaliyaya göndərilib. Növbəti köçürülmə mərhələsində həmyerlimiz əsirlikdən qaçıb və Yuqoslaviya partizanlarına qoşulub. Həmyerlimiz onlarla birgə 1944-cü ilədək düşmənlə mübarizə aparıb. Həmin il Böyük Britaniya tərəfindən Sovet İttifaqına göndərilib.

O, tərxis olunduqdan sonra 1944-cü ilin oktyabrında Osinniki şəhərinə gedib, mədəndə çalışıb.

Mərziyev igidliyə görə II dərəcəli Vətən müharibəsi ordeni ilə təltif edilib. Bundan başqa o, II və III dərəcəli "Şaxtyorskaya slava" (Şaxtaçı şöhrəti) nişanlarına, "Sosialist yarışının qalibi" adına və digər mükafatlara layiq görülüb. Kemerovo vilayətinin informasiya portalı məlumat yayıb.

Abxaziyada abort qadağan edildi

İnsan embrionu üzərində sınaqlar qadağan edilir.

Tanınmayan "Abxaziya Respublikası"nın "prezidenti" Raul Hacimba "Səhiyyə haqqında" qanun imzalayıb.

"Dalğa TV" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qanuna görə, respublika ərazisində abort qadağan edilir.

"Dövlət dünyaya gəlməmiş uşağın yaşama hüququnu tanıyır və hamiləliyin süni yol ilə dayandırılmasını qadağan edir. Uşaq və ananın yaşama hüququnun bərabərliyini nəzərə alaraq dövlət bu hüququ müdafiə edir", - Qanunda deyilir.

Hamiləliyin süni şəkildə pozulmasına görə, Cinayət Məcəlləsinə müvafiq olaraq məsuliyyətə cəlbolunma nəzərdə tutulur, dölün bətndaxilində ölümü istisnadır.

Dövlət, həmçinin hər doğum evi nəzdində psixoloq və dini təşkilatların nümayəndələrini iştirakı ilə kritik hamiləlik mərkəzi yaratmağı öhdəsinə götürür.

Bu qanunla Abxaziyada insan embironları üzərində kliniki sınaqların keçirilməsi də qadağan edilir.

Qrip Gürcüstanda 13 nəfərin ölümünə səbəb oldu

Pasientlərdə xroniki xəstəliklər var idi.

"H1N1" virusuna yoluxmanın ağırlaşmasının daha bir qurbanı Acariya sakini 37 yaşlı qadın olub.

"Dalğa TV" "Novosti Qrusii"ya istinadən xəbər verir ki, bu barədə Acar Muxtar Respublikasının istimai səhiyyə mərkəzinin mətbuat xidmətinin əməkdaşı bildirib.

Beləliklə də 2016-cı ilin əvvəlindən qripin ağırlaşması nəticəsində Gürcüstanda on üç nəfər ölüb, onlardan on ikisi "H1N1"; virusuna, bir nəfəri isə H3N2 virusuna yoluxub.

Bütün bu hallarda pasientlərin xroniki xəstəlikləri olub, bu xəstəliklər qrip nəticəsində ağırlaşıb, bəzi hallarda isə ölümə səbəb həkimə gec müraciət etmək olub.

Acarıstanda daha bir nəfər donuz qripindən ölüb

Acarıstanda daha bir nəfər H1N1 (donuz qripi) virusundan ölüb.

"Dalğa TV"nin yerli mətbuata istinadən verdiyi xəbərə görə, qripə yoluxan 66 yaşlı kişi yanvarın 29-da müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Bundan sonra onun vəziyyəti pisləşib və ötən gün ölüb.

Acarıstanın İctimai Səhiyyə Mərkəzi bölgədə indiyədək H1N1 virusundan artıq 5 nəfərin öldüyünü bildirib.

Qeyd edək ki, Gürcüstan üzrə H1N1 virusundan bu ölüm halı da daxil olmaqla 11 nəfər dünyasını dəyişib.

Dilqəm və Şahbaz ailələri ilə “Skype”la canlı danışacaqlar

"Bizdə nə qədər erməni əsir var, hamısını təklif edirik, dəyişmirlər".

Erməni girovluğunda olan Dilqəm və Şahbaz ailələri ilə "Skype" vasitəsilə danışa biləcək.

"Dalğa TV"nin APA-ya istinadən verdiyi məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdama səfəri zamanı bildirib.

Ə.Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan qaytarılması məsələsini Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etdiyini də bildirib.

"Mən bu yaxınlarda Cenevrədə beynəlxalq tədbirdə idim. Orada məhz girovlarımızın məsələsinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə görüşdüm. Məsələni onunla müzakirə etdim.

O da söz verdi ki, bu işlə daha ciddi məşğul olacaq. Əvvəldən məlum idi ki, ermənilər onları asanlıqla verməyəcəklər. Çünki Dilqəm Əsgərov və Şahbaz, həmçinin rəhmətlik Həsən ermənilərə elə bir zərbə vurub ki, o zərbənin yeri sağalmır. Ona görə ermənilər prinsipə düşüb onları qaytarmaq istəmirlər.

Bizdə nə qədər erməni əsir var, hamısını təklif edirik, dəyişmirlər. Bütün beynəlxalq təşkilatlar hamısı qalxdı ayağa ki, bu, qanunsuz hərəkətdir, yenə də qaytarmırlar.

Yəni, bu çətinliklər var. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə "Skype" vasitəsi ilə canlı danışmasını təşkil etsinlər. O da söz verib, məşğuldurlar. Yəqin ki, yaxınlarda bunu edəcəyik", - deyə Ə.Həsənov bildirib.

Ə.Həsənov, Azərbaycan prezidenti İlham Əliyevin Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailələrini evlə təmin etdiyini bildirib.

"Ermənilərin qətlə yetirdiyi Həsən Həsənovun ailəsinin isə onlara münasib ərazidə evlə təmin olunması üçün iş aparılır", - deyə Ə.Həsənov bildirib.

Bakıda gənc qız məktub yazıb özünü öldürdü – FOTO

Faktla bağlı cinayət işi açılıb.

Dünən Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın yaşadığı mənzildə intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"Dalğa TV" xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb.

O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Bildirilir ki, N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Vahabova jurnalist, İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır. A.Vahabova bacısının ölümü ilə bağlı sosial şəbəkədi səhifəsində status yazıb.

Yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti

Şərqi və qərbi Gürcüstanın əksər rayonlarında bu gün də yağmurlu hava şəraiti olacaq.

"Ətraf Mühit Agentliyi" tərəfindən verilən məlumata əsasən bu gün və sabah havanın maksimal temperaturu 7 dərəcəyədək artacaq. Dağlarda və yüksək dağliq rayonlarda şaxta gözlənilir.

9-10-11 fevral tarixində Gürcüstanın əsas rayonlarında yağmursuz hava şəraiti gozlənilir. Qarbi Gürcüstanın aran ərazisi rayonlarında hava temperatutu 16-ı dərəcəyədək artacaq. Şərqi Gürcüstanda sinoptiklər hava temperaturunun kəskin artmasını gözləmirlər. Qeyd edilən günlər ərzində şərqi Gürcüstanda hava 9 dərəcəyədək istiləşəcək.

Bakı Olimpiya Stadionunda toylar da keçiriləcək – FOTO

Artıq sifarişlər var.

Bakı Olimpiya Stadionunda (BOS) toy şənlikləri də keçirmək mümkün olacaq.

"Dalğa TV" xəbər verir ki, bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib:

“Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək.

Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”, - deyə elan yazılıb.

68 min oturacaq yeri olan bu stadionda hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var.

Stadiondan Gün.Az-a verilən məlumata görə, martın 19-da BOS-da ilk toy olacaq.

Gürcüstanın energetika ombudsmanı parlamentdə azərbaycanlıların problemlərini qaldıracaq

Gürcüstanın energetika məsələləri üzrə ombudsmanı Salome Vardiaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edib.


"Dalğa TV"nin məlumatına görə, S. Vardiaşvili yerli əhali ilə görüşüb, vətəndaşların enerji, su və qaz təchizatı sahəsi ilə bağlı problemləri ilə maraqlanıb.

Görüşdə iştirak edən soydaşlarımız bürokratik əngəllərlə rastlaşdıqlarını, buna görə də hələ də bir çox kəndlərə təbii qaz verilmədiyini bildiriblər. Həmçinin Marneuli su idarəsinin əhalini keyfiyyətli su ilə təmin etmədiyi vurğulanıb. S. Vardiaşviliyə Azərbaycan və Ermənistanla həmsərhəd bölgələrdə yerləşən kəndlərə elektrik enerjisinin verilməsində yaranan problemlərə dair suallar da ünvanlanıb.

Sualları cavablandıran ombudsman görüşdə qeyd olunan problemlərin həlli üçün müvafiq qurumlara sorğu göndəriləcəyini bildirib. Eyni zamanda qeyd edib ki, səslənən sualların əksəriyyəti Gürcüstan parlamentinə seçilən azərbaycanlı deputatlara ünvanlanmalıdır. O gələcəkdə bölgədə keçiriləcək görüşlərə onları da dəvət edəcəyini deyib.

S. Vardiaşvili azərbaycanlıların kompakt yaşadığı bölgənin problemlərini martda parlamentdə çıxışı zamanı səsləndirəcəyini də bildirib.

Bakıda iş adamı intihara cəhd etdi - Foto

Bakıda intihara cəhd olub.

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin (NN) yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib. Hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub.

İntihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin NN ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.

Heydər Əliyev tələbə yoldaşları ilə - FOTO

Yeni şəkillər yayılıb.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin qrup yoldaşları ilə birgə yeni şəkilləri yayılıb.

"Dalğa TV" "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) 3-cü kursunda təhsil alan Əliyevin fotolarını tələbə yoldaşları sosial şəbəkələrdə paylaşıblar.

 

 

Saytda Axtarış

ახალი ამბები